Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-447/2024 13.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “maraqlı şəxs Cavabdeh Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ərizə ilə məhkəməyə müraciət edərək, qanunvericiliyin tələbləri nəzərə alınmaqla, xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikasının Balakən rayonunda anadan olmuş Cavabdeh Azərbaycan Respublikası vətəndaşlığını itirməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 01 mart 2024-cü il tarixdə iddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizə ilə ona əlavə edilmiş materialların geri qaytarılaraq ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizəni müdafiə etdiklərini bildirərək, ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “maraqlı şəxs Cavabdeh Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında” tələbinə dair ərizə ərizənin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və məhkəmə, məhkəmə iclasının maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi “maraqlı şəxs Cavabdeh Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında” tələbinə dair ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən, ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “maraqlı şəxs Cavabdeh Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-447/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-447/2024
13.03.2024 · Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver