Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5022/2023 21.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, ərizəçinin nümayəndəsi X1 iştirakı ilə ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Maraqlı şəxs dair "şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin Halları: xx.xx.1996-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı X7 xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyasının vətəndaşlığını əldə etməş və xx.xx.2023-cü il tarixli ərizə-anketlə Azərbaycan Respublikası Xarici işlər Nazirliyinə müraciət edərək onun Rusiya Federasiyasının vətəndaşlığını əldə etməsi barədə məlumatın qeydə alınmasını xahiş etmişdir. Xarici İşlər Nazirliyi tərəfindən həmin məlumatlar şəxsin Azərbaycan vətəndaşlığını itirməsi ilə bağlı icraat aparılması üçün xx.xx.2023-cü il tarixli 4/15-24p0/15/23 nömrəli məktubla Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə onların həlli qaydaları haqqında Əsasnamə”nin 25-2-ci hissəsinə əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılması haqqında xx.xx.2023-cil il tarixli 08/01Q nömrəli qərardad qəbul edilərək, şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərin olubolmaması barədə araşdırma aparılması ilə əlaqədar səlahiyyətli orqanlara sorğu göndərimiş, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraat nəticəsində müəyyən edilmiş halları nəzərə alaraq və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununun 18ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq, X5 (Maraqlı şəxs) Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edilməsini məqsədəuyğun hesab edərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X4 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilomiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-10.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Tədqiq edilən sübutlar: X5 Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata dair Dövlət Miqrasiya Xidmətinin rəyində qeyd olunmuşdur ki, “...Beləliklə, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraat nəticəsində müəyyən edilmiş halları nəzərə alaraq və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununun 18-ci maddəsnin ikinci hissəsini rəhbər tutaraq, X5 (X2) Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edilməsi məqsədəuyğundur.”. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Dövlət Xidmətindən alınmış xx.xx.2023-cü il tarixli 3-43/2-1305/2023 nömrəli məktubundan görünür ki, X7 (Maraqlı şəxs) 2014-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsində ilkin hərbi qeydiyyata alınmış, Rusiya Federasiyası Volqoqrad Dövlət bakalavr səviyyəsində təhsil aldığına görə “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən xx.xx.2018ci il tarixə dək, həmin Universitetin magistratura səviyyəsində təhsilini davam etdirdiyi üçün isə xx.xx.2020-ci il tarixədək çağırışdan möhlət verilmiş, möhlət müddəti bitdikdən sonra çağırışçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə dəvət olunmuş, lakin o, şöbəyə gəlməmiş və hərbi xidmətə çağırışdan yayındığına görə axtarışda olan çağırışçının icra edilməmiş hərbi öhdəliyi mövcuddur. Tətbiq edilən hüquq: “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. Maddə 18. “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”:
24. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi, dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, terror fəaliyyətində iştirakı, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi, dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsini, bu Əsasnamənin 6-cı hissəsində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, məhkəmə həll edir. 25-2. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığını könüllü qəbul etməsi haqqında məlumat daxil olduqda Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır. 25-4. Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi məlum olduqda, Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır. 25-5. Bu Əsasnamənin 25-2 - 25-4-cü hissələrində nəzərdə tutulmuş qaydada şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlandıqda Dövlət Miqrasiya Xidməti şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə 1 ay müddətində araşdırma aparır. Öhdəliklərin olub-olmaması barədə araşdırma aparılması ilə əlaqədar səlahiyyətli orqanlara sorğu göndərilir. Sorğu göndərilmiş səlahiyyətli orqanlar müvafiq məlumatı 1 ay müddətində təqdim etməlidirlər. Eyni zamanda toplanmış sənədlər rəy verilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilir. Həmin orqanlar 1 ay müddətində müvafiq rəy bildirmədikdə, bu, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsinə etirazın olmaması kimi qəbul edilir. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin və Daxili İşlər Nazirliyinin rəyləri və şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə müvafiq məlumat alındıqdan sonra 1 ay müddətində Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy hazırlayır və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 355-8.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar məhkəməyə müraciət edir. Maddə 355-8.2. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə verilir. Maddə 355-10.1. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətində baxılır. Maddə 355-10.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Ərizəyə baxılmasında vətəndaşlığın itirilməsi halları ilə bağlı araşdırmanı aparmış dövlət orqanının nümayəndəsinin iştirakı məcburidir. Maddə 355-10.3 İşə mahiyyəti üzrə baxan hakim “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Maddə 355-10.4. Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət etmiş müvafiq icra hakimiyyəti orqanına və barəsində Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar qətnamə qəbul edilmiş şəxsə onun məlum olan sonuncu yaşayış yeri üzrə göndərilir. Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağdakılara görə təmin edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllədə xüsusi icraat qaydasında digər işlərlə yanaşı şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında işlərə də baxılması müəyyən olunmuş və bu zaman “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş halların nəzərə alınması qeyd olunmuşdur (Maddə 355-8.1.). Təqdim edilmiş ərizədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X5 (Maraqlı şəxs) Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edilməsini məqsədəuyğun heasab etmişdir. Məhkəmə qeyd edir ki, bu növ ərizə ilə məhkəməyə müraciət edilməsi Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 25-5-ci bəndinə əsasən ərizəçinin qanunla müəyyən edilmiş səlahiyyətlərinə aiddir. Lakin mövcud qanunvericilikdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, ərizənin rədd edilməsi və ya təmin edilməsi məhkəmənin səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Hazırkı halda ərizəçi tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə onların həlli qaydaları haqqında Əsasnamə”nin 25-2-ci hissəsinə əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılaraq səlahiyyətli dövlət orqanlarından məsələyə dair əsasən müsbət rəylər toplansa da, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-43/2-1305/2023 nömrəli məktubunda X5 (Maraqlı şəxs) hərbi xidmətə çağırışdan yayındığına görə axtarışda olan çağırışçının icra edilməmiş hərbi öhdəliyinin mövcud olduğu qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, X5 (Maraqlı şəxs) Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı ərizənin təmin edilməsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin ikinci hissəsinin tələblərinə ziddir. Odur ki, X5 (Maraqlı şəxs) dövlət qarşısında icra edilməmiş hərbi öhdəliyi mövcud olduğundan ərizə təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 234, 355-8 -355-10-cu maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏTETDİ:
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Maraqlı şəxs dair "şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi"nə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev