Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3693/2023 01.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etməklə, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikasının Tovuz rayonunda anadan olmuş Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığını itirməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikasının Tovuz rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs xx.xx.2023-cü il tarixli ərizə-anketlə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək onun Rusiya Federasiyasının vətəndaşlığını əldə etməsi barədə məlumatın qeydə alınmasını xahiş etmişdir. Ərizə-anketdə Maraqlı şəxs Rusiya Federasiyasının vətəndaşlarından doğulması əsası ilə onun xx.xx.2023-cü il tarixdə həmin dövlətin vətəndaşlığını əldə etməsi barədə məlumat öz əksini tapmışdır. Təqdim olunmuş sənədlərə əsasən Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının vətəndaşlığını əldə etməsini təsdiq edən sənədlə təmin edilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılması haqqında xx.xx.2023-cü il tarixli 08/07Q nömrəli qərardad qəbul edilərək, şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərin olub-olmaması barədə araşdırma aparılması ilə əlaqədar səlahiyyətli orqanlara sorğu göndərilmişdir. Sorğu ilə əlaqədar Azərbaycan Kredit Bürosundan daxil olmuş xx.xx.2023-cü il tarixli D-338/23 nömrəli cavabda “Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə istinad edilməklə qeyd olunmuşdur ki, sorğu edilmiş məlumatlar bank sirri təşkil edir və yalnız borcalanların özlərinə onların müvafiq qaydada müraciətləri, üçüncü şəxslərə isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. Sorğuya cavab olaraq Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixli **********498000 nömrəli məktuba əsasən Maraqlı şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində və hüquqi şəxsin təsisçisi və rəhbəri olması barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-16-4/2-4182/2023 nömrəli məktubundan görünür ki, “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən xx.xx.2023-cü il tarixədək xx.xx.1999-cu il təvəllüdlü vətəndaş Maraqlı şəxs tərəf olduğu hər hansı icra sənədi icra qurumlarının icraatına daxil olmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 25-5-ci hissəsinə uyğun olaraq toplanmış sənədlər rəy verilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmişdir. Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Daxili İşlər Nazirliyi Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığını itirməsinə etiraz etmirlər. Beləliklə, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraat nəticəsində müəyyən edilmiş hallar nəzərə alınaraq, onun Azərbaycan Respublikası vətəndaşlığını itirməsi məqsədəuyğun hesab edilir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun, eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsə yaşayış yeri üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilmiş, lakin həmin ünvanda yaşamaması səbəbindən məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamış, bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-10.2-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata dair Dövlət Miqrasiya Xidmətinin rəyindən görünür ki, həmin rəy ilə Maraqlı şəxs Rusiya Federasiyasının vətəndaşlarından doğulması əsası ilə onun xx.xx.2023-cü il tarixdə həmin dövlətin vətəndaşlığını əldə etməsi barədə məlumat öz əksini tapdığından, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə"nin 25-8-ci hissəsini rəhbər tutaraq Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 355-8.1-ci maddəsinə görə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar məhkəməyə müraciət edir. Mülki Prosessual Məcəllənin 355-8.2-ci maddəsinə əsasən, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə verilir. Mülki Prosessual Məcəllənin 355-10.1-ci maddəsinə müvafiq olaraq, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətində baxılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 25-8-ci hissəsinə görə, bu Əsasnamənin 25-6-cı və 25-7-ci hissələrində göstərilən hallarda Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy hazırlayır və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və Maraqlı şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etdiyindən (doğulduğu tarix xx.xx.1999-cu il, doğulduğu yer Tovuz rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, nömrəsi ********) Azərbaycan Respublikası vətəndaşlığı itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 234, 355-8 -355-10-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs (doğulduğu tarix xx.xx.1999-cu il, doğulduğu yer Tovuz rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, nömrəsi ********) Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-3693/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3693/2023
01.09.2023 · Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver