Məhkəmə qərarları › İş №2(001)-3249/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3249/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3249/2023 31.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçnın nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “mənzilin boşaldılaraq təhvil verilməsi, maneələrin aradan qaldırılması və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi, maneələrin aradan qaldırılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10-da inşa edilmiş yaşayış binasının 4 mərtəbəsində yerləşən 28 №-li, 3 otaqdan ibarət, 136 kv.m sahəsi olan mənzilin cavabdehdən alınması, həmin mənzilin tam boşaldılaraq ona təhvil verilməsi, cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması və ona bu maneələrin yaradılması ilə bağlı hərəkətlərin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 08 yanvar 2016-cı il tarixdə Bakı şəhərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və MMC-nin direktoru X2 arasında “Alqı- Satqı” haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Binəqədi rayonu, A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 28 nömrəli 3 otaqdan ibarət 136 kv.m sahəsi olan mənzili 164.000 manata almışdır. O, İddiaçı “Alqı-Satqı" haqqında müqaviləyə əsasən müəyyənləşdirilmiş olan 164.000 manat məbləği tam şəkildə ödəməyinə baxmayaraq hələ də müqavilədə qeyd olunan mənzil ona təhvil verilməmişdir. Həmçinin bildirir ki, dəfələrlə cavabdehdən ona məxsus olan, müqaviləyə əsasən dəyərini ödədiyi mənzili tələb etsə də heç bir nəticə verməmişdir. Hər dəfə müraciətləri cavabsız qalmışdır. Hesab edir ki, cavabdeh tərəf 8 yanvar 2016-cı il tarixli müqavilə öhdəliklərini pozduğu üçün Binaqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanında tikilən yaşayış binasının 4 mərtəbəsində yerləşən 28-№-li 3 otaqdan ibarət 136 kv.m sahəsi olan mənzil cavabdehdən alınaraq mənə verilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, mübahisə predmeti olan mənzillə bağlı bildirir ki, “Avro Qrand" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov və H.Seyidzadə küçəsinin kəsişməsində inşa olunan və MMC-yə məxsus olan çox mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən üç otaqlı, ümumi sahəsi 136.6 kv.m olan, 28 saylı mənzil müqavilə dəyəri 110.000 manat olmaqla “Avro Qrand" MMC ilə mənzilin alıcı Maraqlı şəxs arasında bağlanmış 02 noyabr 2016-cı il tarixli “Mənzil alqı-satqı müqaviləsi” ilə Maraqlı şəxs satılmış və 02 noyabr 2016-cı il tarixli mənzilin dəyərinin tam ödənilməsinə dair Maliyyə arayışı verilmişdir. 2017-ci ilin noyabr ayında qeyd olunan mənzil “Mənzil alqı-satqı müqaviləsinə əsasən alıcı Maraqlı şəxs sahiblik və istifadəsinə təhvil verilmişdir. Əlavə olaraq bildirir ki, MMC-yə məxsus olan çox mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən üç otaqlı, ümumi sahəsi 136.6 kv.m olan, 28 saylı mənzilin digər şəxslərə satılması barəsində hər hansı məlumat mövcud deyil, bu barədə MMC-yə hər hansı digər şəxs tərəfindən müraciət olunmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının mülkiyyətçisi olaraq, həmin binanın 4-cü mərtəbəsində yerləşən üç otaqlı, ümumi sahəsi 136.6 kv.m olan 28 saylı mənzilin faktiki sahibi kimi alıcı X3 tanıyır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs iddianın rədd edilməsini məhkəmədən xahiş edərək bildirdi ki, o, mübahisəli mənzili xx.xx.2016-cı il tarixdə almış və təmir etdirmişdir. 2016-cı ildən hazırki vaxta qədər də sözügedən mənzildə o, ailəsi ilə birlikdə yaşayır. Bu halı bütün qonşuları da təsdiq edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, iddia əsassızdır və aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi (satan) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, Binəqədi rayonu, 9 mkr, M.Cəlal küçəsi, 267 saylı məktəbin yanında yerləşən 700 kv.m torpaq sahəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4787/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün alıcıya təklif edilmiş, alıcı isə təklifi qəbul etmişdir. Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli qərarının surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4787/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarına əsasən bələdiyyənin 244 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə Binəqədi rayonu, 9 mkr, M.Cəlal küçəsi, 267 saylı məktəbin yanında yerləşən 700 kv.m torpaq sahəsi Cavabdeh MMC Tikinti Şirkətinin adına rəsmiləşdirilməsi, Binəqədi rayon bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 244 saylı qərarı və 155 saylı xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2016-cı il tarixdə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən torpaq sahəsi 49 il müddətinə sonuncunun icarəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2016-cı il tarixli, 288 nömrəli sərəncamının surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2016cı il tarixli, 20 saylı müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış mənzil alqı-satqısı haqqında müqavilədən görünür ki, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10-da tikilən yaşayış binasının 4 mərtəbəsində yerləşən 28 №-li, 3 otaqdan ibarət, 136 kv.m sahəsi olan mənzil 164.000 manata sonuncuya satılmışdır. Müqavilənin 2-ci bəndinə əsasən MMC mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlanma işləri görülmədən bilavasitə alıcının özünə verir. Müqavilənin 4-cü bəndinə əsasən mənzilin ümumi dəyəri tam ödənilib. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 136.6 kv.m olan 28 saylı mənzilin ümumi dəyəri 164.000 manat İddiaçı tərəfindən tam ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Maraqlı şəxs arasında xx.xx.2016-cı il tarixdə bağlanmış mənzil alqı-satqısı haqqında müqavilədən görünür ki, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10-da tikilən yaşayış binasının 4 mərtəbəsində yerləşən 28 №-li, 3 otaqdan ibarət, 136 kv.m sahəsi olan mənzil 110.000 manata sonuncuya satılmışdır. Müqavilənin 2-ci bəndinə əsasən MMC mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlanma işləri görülmədən bilavasitə alıcının özünə verir. Müqavilənin 4-cü bəndinə əsasən mənzilin ümumi dəyəri tam ödənilib. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 136.6 kv.m olan 28 saylı mənzilin ümumi dəyəri 110.000 manat Maraqlı şəxs tərəfindən tam ödənilmişdir. MMC-yə borcu yoxdur. Elməddin Qarazadə, Xaqani Mehdiyev, Ruslan Əsədov, Tehranə Cəfərova, Əli Əyyubov, Rövşən Atakişiyev, Heydər İbrahimov, Güloğlan Əzimov, Fazilə Zeynalova, Elnur Mirzəyev, Rəşadət Mirzəyev, Zaur Axundov, Natəvan Mustafayeva, Güləhməd Məlikov, X5, Rəşad Nağıyev və Babək Vəliyev tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, 4-cü mərtəbə 28 nömrəli mənzilin sahibi kimi yalnız Maraqlı şəxs tanıyır və bu mənzilin də yalnız ona məxsus olduğunu öz imzaları ilə təsdiq edirlər. “Azəriqaz” İB-nin xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktının surətindən görünür ki, Adil Məmmədov küçəsi, bina 10, mənzil 28 ünvanında istehlakçı Maraqlı şəxsdır. "xxxx" ASC-nin bildiriş xəbərdarlığından görünür ki, ünvan 4 ünvanında istehlakçı Maraqlı şəxsdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-960/2018 nömrəli hökmünün surətindən görünür ki, X2 öz qulluq mövqeyindən istifadə edib özgənin xeyli və külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək - məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə təkrarən ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmiş və xüsusilə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən vahid niyyətlə yayınmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 17 aprel 2018-ci il tarixdən 28 dekabr 2018-ci il tarixə kimi həbsdə olduğu 08 (səkkiz) ay 11 (on bir) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla X.M.Cəfərova qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 09 (doqquz) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrum etmə cəzası hissəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilmişdir. Ona 02 (iki) il sınaq müddəti təyin edilmişdir. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranış ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulmuşdur. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. X.M.Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alınanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. X.M.Cəfərov məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd mənzillərin pay bölgüsü cədvəli və üzərində "xxxx" və «səs yazısı» yazılmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən üzərinə həbs qoyulmuş Xanlar Cəfərova məxsus 2.572.367 (iki milion beş yüz yetmiş iki min üç yüz altmış yeddi) manat dəyərində: ünvan 6 ünvanda "Avro-Qrand” MMC tərəfindən inşa edilən yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 900 kv.m sahəsi olan qeyri-yaşayış obyekti, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi, 97 saylı evin 135 saylı mənzili və ünvan 7 ünvanda yerləşən bağ evi müsadirə olunaraq X1 vergi ödəməkdən yayındığı məbləğində zərərçəkmiş-hüquqi şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəymiş maddi ziyanın ödənilməsinə yönəldilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya); 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Beləliklə işin mübahisə edilməyən hallarından görünür ki, ünvan 2-da tikilən yaşayış binasının 4 mərtəbəsində yerləşən 28 nömrəli, 3 otaqdan ibarət, 136 kv.m sahəsi olan mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2016-cı il tarixdə İddiaçı, xx.xx.2016-cı il tarixdə isə Maraqlı şəxs satılmışdır. Həmçinin, mənzilin məhz Maraqlı şəxs istifadə və sahibliyinə verilməsi, mənzilin onun tərəfindən təmir olunması, hazırda da onun ailə üzvləri ilə birlikdə orada daimi yaşaması və kommunal öhdəliklərdə Maraqlı şəxs istehlakçı kimi qeydiyyata alınması da işin digər müəyyən olunmuş mübahisəsiz hallarıdır. Hazırki işdə, mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əşyadır. Ona görə də, həmin mənzilin verilməsi barədə iddiaçı və Maraqlı şəxs ilə bağlanmış müqavilələr üzrə onlardan hansının üstün hüququnun yaranmasına Mülki Məcəllənin 452-ci maddəsi tətbiq edilir. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Çünki, borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyil. Bu baxımdan əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edildiyi təqdirdə alıcılardan (kreditorlardan) hansının müqaviləni daha əvvəl bağlamasının hüquqən əhəmiyyəti yoxdur. Çünki, qanun, müqavilələrin tarixini o halda həlledici sayır ki, əşya nə onu tələb edən kreditora, nə də üçüncü şəxsə verilməmiş olsun (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur). Göstərilənlərdən belə müəyyən edilir ki, Mülki Məcəllənin 452-ci maddəsi baxımından mübahisəli əşya üzərində hüquq iddia edən kreditorlardan hansının üstün olmasının müəyyənləşdirilməsi üçün vacib olan şərt mənzilə kreditorlardan hansının faktiki sahiblik etməsidir. Hazırki işdə olan sübutların da mübahisəli mənzilin Maraqlı şəxs sahibliyində olması nəticəsinə gəlmək üçün kifayət edir. Ona görə də mübahisəli mənzil daha əvvəl Maraqlı şəxs sahibliyinə verildiyi üçün həmin mənzil üzərində onun üstün hüququ yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırki iddianın rədd edilməsi, iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2016-cı il tarixdə bağladığı mənzil alqı-satqısı haqqında müqavilənin ayrı icrasını cavabdehdən tələb etmək və ya həmin müqavilə üzrə dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etmək imkanından məhrum etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödnilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “mənzilin boşaldılaraq təhvil verilməsi, maneələrin aradan qaldırılması və sair” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar