Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3325/2023 22.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, İsmayılova Jalə İlham qızının katibliyi, Ərizəçi nümayəndəsi, Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, hüquq müəyyənedici sənəd olan Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İcra Hakimiyyəti) xx.xx.1990-cı il tarixli, 6/265 nömrəli qərarının həqiqətən Ərizəçi məxsus olması və Ərizəçi məxsus Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X1 və X4 bağlar sahəsindəki 8T nömrəli kooperativinin B/C saylı orderinin Bakı şəhər XDS İK-nin(indiki Bakı şəhər İcra Hakimiyyəti) xx.xx.1990-cı il tarixli, 6/265 nömrəli qərarına əsasən verilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhər X5 İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İcra Hakimiyyəti) xx.xx.1990-cı il tarixli, 6/265 nömrəli qararına (bundan sonra "Qərər") və həmin qarar əsasında Azarbaycan SSR Bakı şəhər icraiyyə Komitəsinin X1 va X4 bağlar sahəsindəki 8T nomrəli kooperativi tərəfindən verilmiş B/C sayli orderə (bundan sonra "Order") əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən 0.12 ha həcmində olan 4434A nömrəli torpaq sahəsi(bundan sonra torpaq sahəsi) Ərizəçi ayrılmışdır. Ərizəçi torpaq sahəsinin ona ayrıldığı vaxtdan etibarən 30 ildən artıq müddətdir ki, həmin torpaq sahəsinə fasiləsiz, qanuni və faktiki sahiblik edir. Ərizəçi 30 ildən artıq müddətə qanuni və faktiki sahiblik və istifadə etdiyi torpaq sahəsinə dair müvafiq plan və ölçünün tərtib olunması, Torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi üçün xx.xx.2022-ci il tarixində ərizə ilə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Maraqlı şəxsin xx.xx.2022-ci il tarixli **********39 nömrəli məktubuna əsasən, torpaq sahəsinin ayrılması barədə qərarda ərizəçinin adının “Natiq” deyil, “Namik” kimi qeyd edilməsi, orderdə qərarın tarixinin “xx.xx.1990-cı il” deyil, “9/09-90-cı il” qeyd edilməsi və torpaq sahəsinin faktiki ölçüsünün az olması göstərilərək hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Torpaq sahəsinə dair Ərizəçi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, Torpaq sahəsinə dair plan və ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin maraqlı şəxsin üzərinə qoyulması tələbinə dair inzibati iddia ilə aidiyyəti məhkəməyə müraciət etməzdən öncə digər imtina səbəbləri olan torpaq sahəsinin ayrılması barədə qərarda ərizəçinin adının şəxsiyyət vəsiqəsindəki adı olan “Natiq” deyil, “Namik” kimi qeyd edilməsi və orderdə qərarın tarixinin “xx.xx.1990-cı il” deyil, “9/09-90-cı il” göstərilməsi məsələsinə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılması, hüquq müəyyənedici sənəd olan qərarın həqiqətən ərizəçiyə məxsus olması və ərizəçiyə məxsus orderin Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 6/265 nömrəli qərarına əsasən verilməsi faktının müəyyənləşməsi zəruridir. Aşağıdakı əsaslara görə hesab edirik ki, həmin fakt məhkəmə tərəfindən müəyyən edilməlidir: 1) Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim edilən 13 aprel 2022-ci il tarixli, BA-01915-2022 saylı arxiv çıxarışından görünür ki, Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 6/265 nömrəli qərarında vətəndaş Ərizəçi X3 olaraq qeydə alınmışdır.2) Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 6/265 nömrəli qərarında ərizəçinin adı yalnışlıqla “Namik” olaraq qeyd edilsə də, həmin qərara dair Ləhiş bağlar sahəsindəki *T nömrəli kooperativ tərəfindən verilən B/C saylı orderdə ərizəçinin adı şəxsiyyət vəsiqəsindəki adına uyğun doğru olaraq “Natiq” olaraq qeyd edilmişdir.3) Azərbaycan SSR Bakı şəhər İK-nin X1 və X4 Bağlar sahəsindəki 8T nömrəli kooperativinin B/C saylı orderində Qərarın tarixi texniki səhv olaraq “9/09-90-cı il” kimi qeyd edilsə də, orderdə göstərilən qərarın nömrəsi və digər məlumatlar qərarda göstərilən məlumatlarla tam uyğunluq təşkil edir.Ərizəçi hal-hazırda torpaq sahəsindən hər hansı məhdudiyyət olmadan faktiki istifadə etsə də, daşınmaz əmlak üzərində tam hüquqlu mülkiyyətçi olmaq, torpaq sahəsi üzərində sərəncam verə bilmək üçün torpaq sahəsinə dair plan və ölçünün tərtib olunması, hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi zəruridir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Ərizəçi məhkəmə iclaslarında nümayəndəsi vasitəsilə təmsil olunmuş və məhkəmə iclaslarında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş, torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxslərin mübahisəsinin olmadığını bildirmiş, bunu əmlak komitəsinin imtina verən zaman da bu halı mübahisələndirmədiyi ilə əsaslandırmışdır.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
5. Ərizəçi xx.xx.1957-ci ildə ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsinin müraciətinə əsasən keçmiş Bakı şəhər XDS İK-nin(indiki Bakı şəhər İH) arxiv fondu xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. Həmin çıxarışdan görünür ki, Azərbaycan SSR-nin Nazirlər Sovetinin 195 nömrəli, xx.xx.1988-ci il tarixli sərəncamına və Bakı Şəhər Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarına uyğun olaraq Bakı şəhəri X6 İcraiyyə Komitəsinin 4.09.1990-cı il tarixli, 6/265 saylı Qərarına əsasən DSK № 81-nin tərkibində, Ləiş massivində Bağlar-təsərrüfatı kooperativinin nəzdində bağ sahəsinin X2 ayrılması qərara alınmışdır. Bundan əlavə Bakı şəhər İcraiyyə Komitəsinin 9/09-90-cə il tarixli, 6/265 nömrəli qərarına əsasən Ləiş bağlar sahəsində 81 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 4434a(4934a) nömrəli bağın Ərizəçi ayrılması barədə Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyinin Ləiş bağlar sahəsindəki 81 nömrəli kooperativi tərəfindən B/S nömrəli order verilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsinə ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, tərəfinizdən təqdim edilən sənədlərdə ad uyğunsuzluğu mövcuddur. Həmçinin bağ sahəsinə dair verilən orderdə Bakı şəhər İcraiyyə Komitəsinin qərarının tarixi 09 sentyabr 1990-cı il qeyd edilsə də, lakin orderin arxiv arayışında 4 sentyabr 1990-cı il göstərilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
8. 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır;
9. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır;
10. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
11. 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
12. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
13. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.
14. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər.
15. Həmin qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.
16. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
17. “S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Belə ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddələri). Qeyd olunmalıdır ki, hüquqi əhəmiyyəti olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmiləşdirilir və müxtəlif sənədlərdə əks olunur (əmək kitabçaları, iş haqqında arayış, təhsil haqqında sənəd, vəsiyyətnamə və s.). Lakin hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa yolla bərpa etmək mümkün olmadıqda, həmin faktın mövcudluğu məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktlar o halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi faktın əks olunduğu sənədin şəxsə məxsus olması yazılı sübutlarla və şahid ifadələri ilə təsdiq edilə bilər. Prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur:1) həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi); 2) həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə); 3) hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə). Sadalanan şərtlərdən hər hansı birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktları təsdiq edən sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü belə faktların müəyyən edilməsinin məhkəmədənkənar qaydasının qüvvədə olan qanunvericilikdə mövcud olmamasını nəzərdə tutur. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli və hüquqmüəyyənedici sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin başqa yolla mümkün olmaması haqqında sübutlar əlavə edilməlidir (məsələn, həmin sənədi verən orqanın ləğv edilməsi, faktın qeydiyyatının mövcud olmaması və s).
18. Sadalanan normaların və qeyd edilən hüquqi mövqenin hazırki mübahisəyə tətbiqi baxımından qeyd edilməlidir ki, əvvəla ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquq əhəmiyyətlidir. Belə ki, qeyd edilən sənədlər daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün əsas təşkil edir və maraqlı şəxsin hüquqları qeydiyyatda almaqdan imtinasının əsaslarından biri də məhz sənədlərdə olan texniki uyğunsuzluq olmuşdur. İkincisi qeyd edilən sənədlərdə düzəliş aparılması mümkün deyildir, çünki həmin qurumlar artıq ləğv olunmuşdur. Hansı ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən, Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Sərəncamdan da göründüyü kimi Bağ təsərrüfatı idarələrinin yalnız arxivi Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir, yəni həmin sənəddə düzəliş aparılması Əmlak Komitəsinin səlahiyyəti xaricindədir. Üçüncüsü torpaq sahəsinə dair digər şəxslərin hüquqlarının olması müəyyən edilmir. Belə ki, əmlak məsələləri dövlət xidmətinə müraciət olunmuş və bu barədə hər hansı mübahisənin olması imtina məktubunda qeyd edilməmişdir.
19. Bu səbəbdən məhkəmə ərizənin məhkəmə icraatını mümkün hesab etmişdir.
20. İşin tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarından da göründüyü kimi Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyinin Ləiş bağlar sahəsindəki 81 nömrəli kooperativi tərəfindən B/S nömrəli order Bakı şəhər icraiyyə komitəsinin 6/265 nömrəli qərarının əsasında Ərizəçi verilmişdir. Baxmayaraq ki, orderdə Bakı şəhər icraiyyə komitəsinin qərarının tarixi “4.09.1990-cı il” deyil, “9/09-90-cı il” kimi qeyd edilmişdir, orderin verilməsinə əsas kimi göstərilən qərarın nömrəsi(6/265) Bakı şəhəri X6 İcraiyyə Komitəsinin həmin qərarının nömrəsi ilə eynilik təşkil edir. Eyni zamanda Bakı şəhəri X6 İcraiyyə Komitəsinin qərarında şəxsin adının “Namiq” kimi qeyd edilməsinin texniki səhv olduğu, həmin qərarın əsasında verilən orderdə “Natiq” kimi yazılması ilə öz təsdiqini tapır. Bununla yanaşı həmin dövrdə kiril əlifbasından istifadə edildiyi nəzərə alındıqda, kiril əlifbasında “m” hərfinin latın əlifbasında “t” kimi oxunduğu həmin uyğunsuzluğa kifayət qədər inandırıcı açıqlamadır və bu səbəbdən məhkəmə hesab edir ki, ərizəçinin dəlilləri təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
21. Odur ki, ərizə əsaslı hesab edilməli və hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
22. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin:
23. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
27. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhər X6 İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İcra Hakimiyyəti) xx.xx.1990-cı il tarixli, 6/265 nömrəli qərarının həqiqətən Ərizəçi məxsus olması və Ərizəçi verilən Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X1 və X4 bağlar sahəsindəki 81 nömrəli kooperativinin B/S saylı orderinin Bakı şəhər XDS İKnin(indiki Bakı şəhər İcra Hakimiyyəti) xx.xx.1990-cı il tarixli, 6/265 nömrəli qərarına əsasən verilməsi faktları müəyyən edilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
Ərizə təmin edilsin. Bakı şəhər X6 İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İcra Hakimiyyəti) xx.xx.1990-cı il tarixli, 6/265 nömrəli qərarının həqiqətən Ərizəçi məxsus olması və həmin qərarın əsasında Ərizəçi Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı Birliyinin Ləiş(Ləhiş) bağlar sahəsindəki 81 nömrəli kooperativi tərəfindən B/S nömrəli orderin verilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev