Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3337/2021 17.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində işə cəlb edilməklə “doğum akt qeydinin bərpa edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01.07.1948-ci il tarixdə Tovuz rayonu Böyük Qışlaq kəndində doğulması faktının müəyyən edilməsi, doğum akt qeydində doğum tarixi qismində 01.07.1948-ci il tarixinin qeyd edilməsi, doğum akt qeydinin ata qrafasında X6, ana qrafasında isə X8 qeyd edilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşı oğludur. Onun atası və əmisi Ərizəçi Tovuz rayonu Böyük Qışlaq kəndində doğulmuşlar. Onların X1, anaları X5r. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. O, və qardaşı Ərizəçi Tovuz rayonu Böyük Qışlaq kəndində doğulmuşlar. X1, anaları X5r. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi 1948-ci il tarixdə Tovuz rayonunda doğulmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayır. Atasının adı Rüstəm, soyadı Hümmətovdur. Ərizəçinin AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsində yalnız onun 1948-ci ildə doğulduğu, AC seriyalı, 081532 nömrəli sürücülük vəsiqəsində isə 01.07.1948-ci il tarixdə Tovuz rayonunda doğulduğu göstərilmişdir. Ərizəçi 01.07.1948-ci il tarixdə Tovuz rayonunun Böyük Qışlak kəndində doğulduğunu, atasının X6, anasının isə X8 olduğunu, lakin bu halları təsdiq edən doğum haqqında şəhadətnamə olmadığından doğulduğu ilin və ayın göstərilmədiyini, bugünədək bu şəhadətnaməyə hər hansı ehtiyacın duyulmadığını, lakin hazırda xaricdə yaşayan uşaqlarının yanına getmək istədiyini, doğum haqqında şəhadətnaməsi olmadığından ümumvətəndaş pasportu ala bilmədiyini bildirir və həmin məlumatlar əsas götürülməklə 01.07.1948-ci il tarixdə Tovuz rayonu Böyük Qışlaq kəndində doğulması faktının müəyyən edilməsini, habelə doğm haqqında akt qeydində doğumu və valideynləri barədə məlumatın qeyd edilməsini xahiş edir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət etməkdən əvvəl doğum akt qeydinin bərpa edilməsi ilə bağlı Tovuz və Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Tovuz rayon Qeydiyyat şöbəsinin arxivində saxlanılan Tovuz rayon və Böyük Qışlaq kənd icra nümayəndəliyi üzrə 1945-ci ildən 1951-ci ilədək, doğum bərpa akt qeydləri üzrə 1950-ci ildən 1958-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə aparılmış yoxlama zamanı ərizəçiyə məxsus doğum haqqında akt qeydi aşkar edilmədiyindən ərizəçiyə doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Eyni qaydada bu sahəni tənzimləyən qanunvericiliklə müəyyən edilmiş bütün əsslar olmadığından Bakı şəhəri Maraqlı şəxs də doğum haqqında akt qeydini bərpa etməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X10 ərizəçinin qardaşı oğlu olduğunu, onun atasının və əmisinin (ərizəçinin) Tovuz rayonu Böyük Qışlaq kəndində doğulduğunu, onların atalarının X6, analarının isə X8 olduğunu bildirir. X2 ərizəçinin qardaşı olduğunu bildirir və eyni məzmunlu ifadə verir. X4 Tovuz rayonu Böyük Qışlaq kənd nümayəndiliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsində onun 28.05.1952-ci il tarixdə Tovuz rayonunun Böyük Qışlaq kəndində doğulduğu, atasının X6, anasının isə X8 olduğu göstərilmişdir. Doğum haqqında şəhadətnamə ona bir sıra hüquqi məsələlərin həll edilməsi, o cümlədən ümumvətəndaş pasportunun alınması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv mqaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndində bildirilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 4.1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Göründüyü kimi ərizəçi doğum faktını təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə bir sıra hüquqi məsələlərin həlli edilməsi, o cümlədən ümumvətəndaş pasportunun alınması üçün lazımdır. Ərizəçinin 01.07.1948-ci il tarixdə Tovuz rayonu Böyük Qışlaq kəndində doğulması, atasının X6, anasının X8 olması tədqiq edilmiş sübutlarla, o cümlədən şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 01.07.1948-ci il tarixdə Tovuz rayonunun Böyük Qışlaq kəndində doğulması, atasının X6, anasının X8 olması faktı müəyyən edilməlidir. Məhkəmənin bu qənaəti Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 01.07.1948-ci il tarixdə Tovuz rayonunun Böyük Qışlaq kəndində doğulması, atasının X6, anasının X8 olması faktı müəyyən edilsin. Məhkəmənin bu qətnaməsi Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-3337/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3337/2021
17.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver