Məhkəmə qərarları › İş №2(001)-3345/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3345/2025

19.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3345/2025 19.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi ünvanına məxsus (abonent hesabı **********00023) qaz sayğacının yenisi ilə əvəz edildikdən sonra əsassız hesablanmış 1572 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, X2 ailəsi ilə birlikdə Binəqədi ray, Sulu-təpə qəsəbəsi yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı istifadə edərək ödənişlərin etmişdir. Lakin sayğac xarab olduqdan sonra yenisi ilə əvəz edilmişdir. Sonradan "Azəriqaz” İstehsalat Birliyi-nin yoxlaması zamanı aşkar olunmuşdur kı, həmin sayğaca başqa bir şəxsin adına qeyd edilmışdır. Həmin qeyd olunan qüsur tərəfindən edilməmişdir. "Azəriqaz” İstehsalat Birliyi-nin öz günahıdır. Həmin əsasa görə qaz sayğacından kənar xətt aşkar edilmə kimi qeyd edib cərimə yazmışlar. Biz təbii qazdan istifadəyə görə vaxtı vaxtında ödənişləri etmişdir. Təqsiri olmadan qaz sayğacına dəymiş ziyana görə cərimə ödəməli deyil. İddia tələbini təmin edərək, cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında olan ******* saylı xx.xx.2023-cü il tarıxlı aktın etibarsız hesab edilməsi və abonent hesabına **********00023-a əlavə edilmiş 1572 manat barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixdə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" tərtib edilmişdir aktın surətindən müəyyən olunur ki, sayğaca baxış keçirilməsi zamanı sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilməsi qeyd edilmiş, dəymiş ziyanın hesablanması göstərilmişdir. Aktda istehlakçının imzası aşkar edilmədi. xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, hesablanmış dəymiş ziyanın həcmi 7560 m3 təşkil etmişdir. xx.xx.2023-cü il tarixdə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" tərtib edilmişdir aktın surətindən müəyyən olunur ki, sayğaca baxış keçirilməsi zamanı sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilməsi qeyd edilmiş, dəymiş ziyanın hesablanması göstərilmişdir. Aktda istehlakçının imzası aşkar edilmədi. xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, hesablanmış dəymiş ziyanın həcmi 2052 m3 təşkil etmişdir. xx.xx.2023-cü il tarixdə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" tərtib edilmişdir aktın surətindən müəyyən olunur ki, sayğaca baxış keçirilməsi zamanı sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilməsi qeyd edilmiş, dəymiş ziyanın hesablanması göstərilmişdir. Aktda istehlakçının imzası aşkar edilmədi. xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, hesablanmış dəymiş ziyanın həcmi 3492 m3 təşkil etmişdir. **********00023 nömrəli abonentin saldosunun surətindən görünür ki, X1 qalıq və aktlar üzrə 2023-cü il üçün 10-cu aya qədər 907,20 manat akt borcu təşkil edir. **********00023 nömrəli abonentin saldosunun surətindən görünür ki, X1 qalıq və aktlar üzrə 2023-cü il üçün ümumilikdə 1572,48 manat akt borcu təşkil edir. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, “... İddiaçının yaşayış evində hal-hazırda istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1.2 m³, 1 ədəd qızdırıcı radiatorun maksimal saatlıq qaz sərfi 1.4 m³ və 1 ədəd qənaətli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1.5 m³, işləmə rejimi 12 saat nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1.2 m³ x 12 saat x 30 gün = 432 m³; 1 ədəd qızdırıcı radiator üçün - 1 x 1.4 m³ x 12 saat x 30 gün = 504 m³; 1 ədəd qənaətli su qızdırıcısı üçün - 1 x 1.5 m³ x 12 saat x 30 gün = 540 m³; Cəmi 1476 m³ (432+504+540=1476) təşkil edə bilər. Yay ayları üzrə aylıq qaz sərfiyyatı: Yay aylarında qızdırıcı radiatordan istifadə edilmədiyini nəzərə alsaq, aylıq qaz sərfiyyatı 432 m³ təşkil edə bilər. Bu qayda ilə illər üzrə sərf edilə biləcək qazın miqdarı aşağıdakı kimi ola bilər. 2023-cu il üzrə 8 ay x 432 m³ + 2 ay x 1476 m³ = 6408 m³; Cami 3964.8 m³ (3456+2952=6408 m³) təşkil edə bilər. Bu qayda ilə illər üzrə sərf edilə biləcək qazın miqdarı aşağıdakı kimi ola bilər: 2023-cü il üzrə 6408 m³; Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tanzimlənməsi barədə" müvafiq Qərarını nəzərə alaraq qaz xəttinə qeyri-qanuni qoşulma halında yuxarıda göstərilən dövrlər üzrə hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər: 2023-cü ilin 10 ayı ərzində hesablanan 6408 m³ qaz həcminin dəyərinin hər 1m³-i 1200 m³-a qədər 0.12 manat 1200-2500 m³-a qədər 0.20 manat 2500 m³-dan yuxarı isə 0.25 manat nəzərə alınmaqla 571 manat (1200 x 0,12 144 manat, 1300 x 0.20 = 260 manat, 3908 x 0.25 = 977 manat) ümumi məbləğ 1381 manat. Cəmi yuxarıda göstərilən illər üzrə qaz xəttinə qeyri-qanuni qoşulma halında hesablanan qaz həcminin dəyəri 144+260+977 = 1381 manat məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının: 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir; 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə iddianın hesablanmış borcun silinməsi hissəsində hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalıdır. Belə ki, göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində iddiaçının iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Həmçinin, **********00023 nömrəli abonentin saldosunun surətindən görünür ki, iddiaçının qalıq və aktlar üzrə 2023-cü il üçün ümumilikdə 1572,48 manat akt borcu təşkil edir. İddiaçı həmin 1572 manat borcun əsassız hesab edilərək silinməsini tələb etsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qaz xəttinə qeyri-qanuni qoşulma halında hesablanan qaz həcminin dəyəri 1381 manat məbləğində müəyyən edilir. Bununla da iddiaçıya yazılan borcun yalnız 191,48 manatı (1572,48 - 1381 = 191,48) əsassız olaraq hesablanmışdır. Belə olan halda, həmin akt əsasında İddiaçı (Abonent kodu: **********00023) hesablanmış 191,48 manat məbləğində borc Cavabdeh tərəfindən silinməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış (abonent kodu: **********00023) 191,48 (yüz doxsan bir manat, qırx səkkiz qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar