Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3375/2024 24.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (İB) qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbi barədə mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 Bakı Regional Qazın Satışı Departamentinin qaz sayğacının dəyişdirilməsi ilə bağlı tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında abonentin saldosu üzrə təyin edilmiş 216 manat cərimə borcunu əsassız hesab edərək silinməsi və cərimənin abonet tərəfindən tam ödənilməsini nəzərə alaraq, 216 manat ödənilmiş məbləğin, istifadə ediləcək qaz limitinin ödənişinə (qazla əvəzləşdirmə) hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi qəsəbəsi, C.Cabbarlı küç., ev 48 də yaşayır. Belə ki, istifadəsində olmuş itron tipli G-4 markalı 1002AQ**********1 nömrəli qaz sayğacı, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında yeni smart tipli G-4 markalı **********5 nömrəli qaz sayğacı ilə əvəzlənmişdir. Bakı Regional Qazın Satışı Departamentinə ünvanladığı ərizəyə cavabda Cavabdeh, Metrologiya Departamentinin, Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2020-ci il tarixli MSK 29/1710-02366-3 saylı, 13 yanvar 2021-ci il tarixli aktında “Sayğaca baxış keçirildi, sayğacın klapanı açılmır, sınaq qurğusunda yoxlanılması mümkün olmadı, yivli birləşmələri korroziyaya uğrayıb, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafı zədəlidir, sayğacın kart rideri kartı qəbul etmir, element yuvası açıldı, kənar təsir izi aşkar olunmadı sayğacın hesablama mexanizminin üzərinə şirə tökülməsi nəticəsində plastmas qapağın daxilində həşəratlar aşkarlandı” qeyd edilmişdir. Həmin akt əsasında ona 216.00 manat dəymiş ziyan hesablanaraq istehlakçı hesabına edilmiş və etdiyi ödənişlərdən hissə-hissə tutulması üçün smart payment karta yönləndirilmişdir. Bildirir ki, əsassız təyin edilmiş 216 manat cərimənin tam ödənişi 2023-cü ilin dekabrın son günlərində kart hesabından tutulmuşdur. Belə ki, qaz sayğacına nəzarətçilər sizdən tutulmuş 216 manatın 2024-cü ilin birinci rübündə sizə qaz sərfıyyatında əvəzləşdirmə qaydasında nəzərə alınacaqdır. Şifahi müraciətinə evində olan qaz cihazlarının illik sərfıyyat normaları ilə yeni yazılmış cərimə məbləği üzrə növbəti ilin sərfıyyat normalarını və sərfıyyata görə ödənilmiş məbləği müqayisəli təhlil edəndə də açıq-aşkar cərimənin əsassız hesablandığı aşkar olduğu halda, məsələ həllini tapmamışdır. Hesab edir ki, istehlakçı olaraq qanunla qorunan hüquq və mənafelrim pozulmuşdur. Qaz sayğacının yararsızlığı laboratoriyanın müayinəsinin nəticələrindən də bəlli olur ki, bu sayğacın plombu zədələnməmiş və sayğaca heç bir kənar müdaxilə edilməmişdir. Onu da bildirir ki, sayğac həyət evinin küçə tərəfində xəttdə qoşulmuş və dəyişilməsi ilə bağlı əvəzləşdiriləndə plomb üstündə olmuş, sayğacın dəyişdirilməsi ilə bağlı akta o, da imza etmiş, sayğaca müdaxiləyə aid heç bir qeyd irad olmayıb və yazılmayıb. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, sayğacın plombu zədələnməyib, kartı qəbul etmirdi. Müraciət etmiş köhnə kartda olan məbləği yeni verilmiş karta yüklənmişdir. Fərdi yaşayış evi olduğundan, sayğac bayırda deyil. Həmçinin göstərdi ki, o, daimi orada yaşayır. Mənzilinə quraşdırılmış sayğac dəyişildikdən sonra, ona borcunun olduğunu demişlər. Səbəbi isə möhür yerində şirə olmasıdır. Onun barəsində tərtib edilmiş aktdan məlumatı olmayıb. Mənzilində sərfiyyatı dəyişməyib, qazdan əvvəlki qaydada istifadə edir. Ümumilikdə də, onun tərəfindən sayğaca heç bir müdaxilə edilməyib. Cavabdeh İB-nin nümayəndəsi X6 iddia ərizəsinə etiraz ərizəsi göndərək göstərmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1002AQ**********1 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 29/1710- 02386-3 saylı Akta əsasən “sayğacın klapanın açılmır, sol metrologiya plomb yuvasının ətrafı zədəlidir, plastmas qapağın daxilində həşəratlar aşkarlandı, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 2160 m3 təşkil etmişdir. Hesablanmış 216 manat məbləğində dəymiş ziyan 2020-ci ilin yanvar ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanuna zidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X5’nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********00000 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbu ki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiz ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Höstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, həmçinin ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı X1 Cavabdeh İB-yə qarşı 216 manat borcun silinməsi tələbinə dair 2(001)-3375/2024 saylı mülki iş üzrə xx.xx.2024cü il tarixə təyin edilmiş baxış iclasının icraatında olan digər işlə bağlı baxış iclası ilə eyni vaxta düşməsini üzürlü səbəb kimi qəbul edərək iclasın iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 07 yanvar 2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda göstərilmişdir ki, sayğacın yerli birləşmələri korroziyya uğrayıb, Sol metrologiya plombun yuvası zədəlidir. sayğaca baxış keçirilmiş, sayğac keçən qazın sərfiyyatını qeyd etmir. Dəymiş ziyan hesablansın və ödənilsin. Həmçinin həmin Aktda istehlakçının nümayəndəsi Elşad İmamverdiyev, Ariz Baxşiyev və Məhəddin Ələkbərov imzalamış, İddiaçı imtina etmişdir. - Qaz sayğacının yoxlanılması barədə 29/1710-02366-3 nömrəli aktdan görünür ki, sayğacın klapanı açılmır, sınaq qurğusunda yoxlanılması mümkün olmadı, yivli birləşmələri korroziyaya uğrayıb, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafı zədəlidir, sayğacın kart rideri kartı qəbul etmir, element yuvası açıldı, kənar təsir izi aşkar olunmadı sayğacın hesablama mexanizminin üzərinə şirə tökülməsi nəticəsində plastmas qapağın daxilində həşəratlar aşkarlandı” qeyd edilmişdir. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismra qəbul edilməsi haqqında xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, İddiaçı mənzilində quraşdırılmış M1 8300, M2 14577 sayğacı istismar müddəti bitdiyindən yenisi ilə əvəzlənmişdir. Köhnəsi isə dövlət yoxlamasına göndərilmişdir. -İddiaçı müraciətinə Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, Araşdırma zamanı istifadənizdə olmuş smart itron tipli G-4 markalı 1002AQ**********1 nömrəli qaz sayğacının yeni smart tipli G-4 markalı **********5 nömrəli qaz sayğacı ilə əvəzlənərək xx.xx.2019-cu il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edildiyi və yoxlamaya göndərildiyi məlum olmuşdur. Cavabdeh, Metrologiya Departamentinin, Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2020-ci il tarixli MSK 29/1710-02366-3 saylı aktında “Sayğaca baxış keçirildi, sayğacın klapanı açılmır, sınaq qurğusunda yoxlanılması mümkün olmadı, yivli birləşmələri korroziyaya uğrayıb, sayğacın hesablama mexanizminin qoruyucu örüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafı zədəlidir, sayğacın kart rideri kartı qəbul etmir, element yuvası açıldı, kənar təsir izi aşkar olunmadı, sayğacın hesablama mexanizminin üzərinə şirə tökülməsi nəticəsində plastmas qapağın daxilində həşəratlar aşkarlandı.” qeyd edilmişdir. Həmin akta əsasən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib olunaraq 216.00 manat dəymiş ziyan hesablanaraq istehlakçı hesabınıza daxil edilmiş və etdiyiniz ödənişlərdən hissə-hissə tutulması üçün smart payment kartınıza yönləndirilmişdir. istehlakçı hesabınızda mövcud olan 204.00 manat borc məbləği tərəfinizdən ödənilməlidir. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, sayğacın yivli birləşmələri korroziya uğrayıb, Sol metrologiya plombun yuvası zədə olduğundan, İddiaçı 216 manat məbləğində cərimə edilmişdir. - Abonentin saldosundan görünür ki, iddiaçıya məxsus evə 26 iyul 2019-cu il tarixdə Smart G-4 İTRON GALLUS PAY, **********5 nömrəli sayğac quraşdırılmış, 2020-ci il üçün qazın sərfi 9966,80 kub-metr göstərilmiş və ödəniləcək məbləğ 216 manat qeyd edilmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.6-cı maddəsinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü- butları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (25 iyun 2023-cü il tarixədək olan redaksiya). Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olmuş smart itron tipli G-4 markalı 1002AQ**********1 nömrəli qaz sayğacının yeni smart tipli G-4 markalı **********5 nömrəli qaz sayğacı ilə əvəzlənərək xx.xx.2019-cu il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edildiyi və yoxlamaya göndərildiyi məlum olmuşdur. Cavabdeh, Metrologiya Departamentinin, Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2020-ci il tarixli MSK 29/1710-02366-3 saylı aktında “Sayğaca baxış keçirilmiş, sayğacın klapanı açılmır, sınaq qurğusunda yoxlanılması mümkün olmadı, yivli birləşmələri korroziyaya uğrayıb, sayğacın hesablama mexanizminin qoruyucu örüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafı zədəlidir, sayğacın kart rideri kartı qəbul etmir, element yuvası açıldı, kənar təsir izi aşkar olunmadı, sayğacın hesablama mexanizminin üzərinə şirə tökülməsi nəticəsində plastmas qapağın daxilində həşəratlar aşkarlanmışdır. Həmin akta əsasən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib olunaraq 216.00 manat dəymiş ziyan hesablanaraq iddiaçının istehlakçı hesabına daxil edilmiş və etdiyi ödənişlərdən hissə-hissə tutulması üçün smart payment kartına yönləndirilmişdir. Hazırkı halda iddiaçı hesablanmış borcun silinməsini tələb etsə də , iddiada yanlışlıqla xx.xx.2019-cu il tarixli aktı qeyd olunmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı hesablanmış 216 manat məbləğində cərimə xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktla deyil, xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktla hesablanmışdır. Məhkəmə bununla bağlı ilk olaraq qeyd edir ki, hazırki işdən görünür ki, xx.xx.2020-ci il tarixli, MSK 29/1710-02366-3 saylı akt əsasında iddiaçının mənzilindən çıxarılmış Fransa istesalı G4 markalı smart-kart tipli qaz sayğacı baxış keçirilib yararsız olması barədə 15 yanvar 2020-ci il tarixli akt tərtib edilərkən, aktda yalnız Azərbaycan Metrologiya İnistitunun nümayəndəsi və X3 nümayəndəsi imzalamışdır. İddiaçının iştirakı təmin edilməmiş və onun tərəfindən akt imzalanmamış, həmin yoxlama zamanı iddiaçının iştirakı ilə bağlı isə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbu ki, sayğaca baxış zamanı aşkar edilmiş nöqsanlar, ola bilər ki, iddiaçının təqsirindən yox, məhz sayğacın köhnə olmasından və s. hallardan yarana bilərdi. Xüsusilə qeyd edilməlidir ki, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, İddiaçı mənzilində quraşdırılmış M1 8300, M2 14577 sayğacı istismar müddəti bitdiyindən yenisi ilə əvəzlənmiş və köhnəsi isə dövlət yoxlamasına göndərilmişdir. Həmin aktda iddiaçı yeni sayğacın quraşdırılması və köhnəsinin çıxarılmasında iştirak etmiş və Aktda imza etmişdir. Göründüyü kimi köhnə sayğac yerindən çıxarılarkən onda (aktda göstərilən) qüsurlar mövcud olsaydı, heç olmasa o, həmin vaxt bir neçə hissədə biruzə vermiş olardı. Göründüyü kimi iddiaçının mənzilindən çıxarılmış sayğacın düzgün işləməməsi, sıradan çıxması iddiaçının qanunazidd, təqsirli hərəkətləri nəticəsində qeydə alınması iş materialları ilə sübuta yetirilməmiş və bununla bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yəni mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən də iddiaçının təqsiri üzündən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. xx.xx.2020-ci il tarixli akt iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və ona əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz. Tərtib edilmiş aktda göstərilir ki, “sayğacın yivli birləşmələri korroziyaya uğrayıb, sol metrologiya plombun yuxarısı zədəlidir”. Yəni akta əsasən sayğacın yararsız olduğu görünür. Məhkəmə qeyd edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, qaz saygacı düzgün işləmədiyi halda itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən hesablanmış borc silinməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X3 Bakı Regional Qazın Satışı Departamentinin qaz sayğacının dəyişdirilməsi ilə bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında abonentin saldosu üzrə təyin edilmiş 216 manat cərimə borcu əsassız olduğundan silinməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi borcun silinməsi hissəsində təmin edildiyindən, digər hissədə də, yəni cərimə abonet tərəfindən tam ödənildiyindən 216 manat ödənilmiş məbləq istifadə ediləcək qaz limitinin ödənişinə (qazla əvəzləşdirmə) hesablanması hissəsində də, təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X3 Bakı Regional Qazın Satışı Departamentinin qaz sayğacının dəyişdirilməsi ilə bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında abonentin saldosu üzrə təyin edilmiş 216 manat cərimə borcunu əsassız olduğundan silinməli və cərimə abonet tərəfindən tam ödənildiyindən 216 manat ödənilmiş məbləq istifadə ediləcək qaz limitinin ödənişinə (qazla əvəzləşdirmə) hesablanmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X3 Bakı Regional Qazın Satışı Departamentinin qaz sayğacının dəyişdirilməsi ilə bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında abonentin saldosu üzrə təyin edilmiş 216 manat cərimə borcu əsassız olduğundan silinsin və cərimə abonet tərəfindən tam ödənildiyindən 216 manat ödənilmiş məbləq istifadə ediləcək qaz limitinin ödənişinə (qazla əvəzləşdirmə) hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3375/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3375/2024
24.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver