Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3381/2025 13.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə (İB) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 8880 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında uzun müddətdir ki, yaşayır. 31 yanvar 2023-cü il tarixində Binəqədi rayon X3 əməkdaşları ******* nömrəli akt tərtib etmişdir. Aktda əsasən sayğaca baxış keçirilməsi zamanı sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilməsi qeyd edilmişdir. Buna görə isə iddiaçıya 8880 manat borc yazılmışdır. Abonent saldosunda hər ay üçün qazdan istifadə limiti və sərfiyyat qeyd olunur. Bu səbəbdən ona qarşı tərtib edilmiş aktı əsassız və qanunsuz olduğunu hesab edir. Eyni zamanda tərtib edilən borc şişirdilmiş və qanunsuz şəkildə hesablanan borc məbləğidir. Abonent saldosuna nəzər yetirdikdə görmək olar ki, ortalama həmin qaz sərfiyyatından istifadə etməmişdir və bundan əlavə olaraq sözügedən mexaniki qaz sayğacı çöldə yerləşir və akt tərtib olunan zaman nə o, nədə ki ailə üzvlərindən biri iştirak etməmişdir. X3 əməkdaşları akt tərtib etdikdə belə o, həmin yerdə olmamışdır. Hazırda həmin ünvanda qazdan istifadə edə bilmir. Ona qarşı tərtib olunan qaz borcu bugünkü gün qaldığı üçün tərtib olunmuş 8880 azn borcun hamının ödənilib sayğac sıfırlanana kimi qazdan istifadə etməyəcəyi barədə məlumat verilmişdir. Hazırki vəziyyətdə iddiaçının maddi imkanı 8880 manat borcun silinməsinə çatmır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin izahatında tərtib olunmuş aktlar brədə məlumatsız olduğunu və hesablanan borcun əsassız olmasını, heç bir zaman kənar xətdən istifadə etmədiyini və qarşı tərəfin təqdim etdiyi şəkillərin onun evinə aid olmadığını bildirdi. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı münasibətini ünvanlayaraq göstərmişdir ki, Bakı şəhəri, Binəqdi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 16, m. 53-də yerləşən **********00530 saylı abonentin saldosu üzrə açıqlama aşağıdakı qaydada hesablanmışdır: "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" müvafiq aktlar tərtib edilmişdir. İddiaçının yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 5702,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 475,20 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 492,48 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1248,48 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 419,04 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 375,84 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 375,84 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 375,84 manat olmaqla, cəmi 9711,36 manat məbləğində "Azəriqaz” İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Həmçinin iddiaçının ödənilməmiş 2023-cü ilin aprel ayı üzrə uçotu pozulmuş qaz sərfinin 5,64 manat borcu (debitor) da qalmışdır. (9711,36+5,64-9717 manat) Abonent hesabdan 2023-ci ilin sentyabr ayından 2025-ci ilin aprel ayına qədər 1056 manat X2 tutulma aparılmışdır. Beləliklə, cavabdehin "Azəriqaz” İB-yə ödənilməli borc məbləği hazırda abonentin Saldo və Gasrep üzrə ümumi 8661 manat təşkil etməkdədir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı münasibətində göstərilənləri təsdiq edib iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdeh təşkilatın etirazını və işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixdə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" tərtib edilmişdir aktdan müəyyən olunur ki, sayğaca baxış keçirilməsi zamanı sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilməsi qeyd edilmiş, dəymiş ziyanın hesablanması göstərilmişdir. Aktda istehlakçının imzası aşkar edilmədi. xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, hesablanmış dəymiş ziyanın həcmi 47520 m3 təşkil etmişdir. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2025-cü ilin fevral ayına qalıq və aktlar üzrə 8880 manat borc hesablanmışdır. Sayğac ünvana xx.xx.2022-ci ildə quraşdırılmışdır. Cavabdeh tərəfindən Bakı şəhər Baş Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətin məzmunundan müəyyən olunur ki, bəzi vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın tələblərinə məhəl qoymadan, istehlakçıları fasiləsiz təbii qazla təmin edən daşıyıcı və paylayıcı qaz xətlərinə müdaxilə edirlər. Nəticədə qaz şəbəkə sisteminin kipliyi pozulur və qaz xətlərində yaranan qaz sızmaları ətrafda yaşayanlar üçün təhlükəli vəziyyət yaradaraq bədbəxt hadisələrin baş verməsinə şərait yaradır. Göstərilənlər nəzərə alaraq vətəndaşların özlərinin və ətrafda yaşayanların həyat və sağlamlığı üçün təhlükə mənbəyinə çevirilmiş bu halların, həmçinin onların qeyri-qanuni əməllərinin qarşısını almaq məqsədi ilə siyahıda adları qeyd olunan istehlakçılara (220-ci sırada İddiaçı) qarşı təsirli tədbirlərin görülməsi barədə aidiyyəti üzrə müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Binəqədi Rayon Prokurorluğunun 1610-xid məktubundan müəyyən olunur ki, İddiaçı adına olan **********00530 saylı abonent kodu üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, №0374510 saylı akt sasında təbii qazın talanması ilə əlaqədar Cavabdeh tərəfindən Binəqədi rayon prokurorluğuna məlumat daxil olmamış və araşdırma aparılmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba əsasən iddiaçının 9711,36 manat aktlar üzrə, 5,64 manat isə debitor borcu mövcuddur. Həmçinin iddiaçının abonent hesabından 2025-ci ilin aprel ayına qədər 1056 manat X2 tutulma aparılmışdır, ümumi borc 8661 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əssən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların iddiaçıafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. «Qaz təchizatı» haqqında “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür; 6-2-ci maddəsinin 3-cü hissəsinə əsasən istehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir; 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qazdan istifadə Qaydaları”nın 6-cı bəndinə əsasən: 6.5. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəiddiaçıin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Göründüyü kimi qanunun tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddianın təmin edilməsi və ya rədd edilməsi üçün ilkin olaraq delikt törədilib-törədilməməsi halı müəyyən edilməlidir. O cümlədən də cavabdeh Şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. Bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğacların zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz iddiaçının üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, iddiaçının əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Həmçinin, aşkar edilmiş pozuntu iddiaçının əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. Bundan başqa, vurulmuş zərər məbləği müəyyən edilmiş qaydalara (təbii qazla işləyən cihazlar, onların göstəriciləri, müddət, istifadə rejimi və s. nəzərə alınmaqla) uyğun olaraq hesablanmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh şirkətin əməkdaşları tərəfindən tərtib edilmiş aktlardan görünür ki, bu hərəkətlər icra edilərkən iddiaçının, yəni istehlakçının özünün və ya nümayəndəsinin iştirakı təmin edilməmişdir. Belə ki, aktda “İstehlakçının nümayəndəsi” bölməsinin qarşısındakı imza qrafasında – heç bir qeyd edilməmişdir. Hazırki halda isə, göstərilənlərlə bağlı cavabdeh tərəf məhkəməyə heç bir sübut təqdim etməmiş, öz yazılı etirazında müdaxilənin iddiaçıdan başqa heç kimin marağında olmadığını göstərməklə kifayətlənmişdir. Məhkəmə hesab edir ki, məsələyə bu cür yanaşmaqla zərərin məhz iddiaçı tərəfindən vurulması nəticəsinə gəlmək həm ədalətsiz, həm də əsassız yanaşma olar. Qeyd edilməlidir ki, məhkəmə özünün gəldiyi nəticəni ehtimallarla deyil, sübutlarla əsaslandırır. Digər tərəfdən, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma ilə bağlı qazın talan edilməsinə dair iş materiallarında inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət tərkibinin əlamətləri olduğu halda cinayət təqibi orqanına təqdim edilməsi müəyyən edilmir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlara əsasən iddiaçının yaşadığı ünvanda yerləşən evdə qaz paylayıcısının şəbəkəyə qanunsuz qoşulma halları, sayğaca qanunsuz müdaxilə, qazın talanmasının aşkar edilməsi, qazdan istifadə qaydalarının pozulması faktı üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırma aparılaraq təqsirli şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Həmçinin cavabdeh təşkilat tərəfindən təqdim edilən arayışdan və son abonent saldosundan müəyyən edilir ki, iddiaçının abonent hesabında vurulmuş ziyan kimi yekun məbləğ olaraq 8661 manat göstərilmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının tələbi qismən əsaslıdır, buna görə də qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya ziyan kimi hesablanmış faktiki olaraq hesabında qalan 8661 manat onun hesabından silinməlidir. Həmçinin iddiaçı istehlakçı kimi məhkəmə xərclərindən azad edildiyindən məhkəmə xərcləri iddianın təmin olunan hissəsinə münasibətdə cavabdeh təşkilata aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Nəticə hissəsi Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş aktlara əsasən ziyan kimi hesablanmış 8661 (səkkiz min altı yüz altmış bir) manat qalıq məbləğ İddiaçı məxsus **********00530 hesabından silinsin. Məhkəmə xərci kimi (dövlət rüsumunun əvəzi) 20 manat Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-3381/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3381/2025
13.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver