Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3382/2022 30.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli, 09/502-2021 saylı müqavilənin ləğv edilərək, Cavabdeh 1060,76 manat gecikdirilmiş faiz və həmin günə hesablanmış 521,11 manat dəbbə pulu, cəmi 1581,87 manat borc və ödənilmiş 36 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli, 09/502-2021 saylı "Daxili lizinq müqaviləsi"nə əsasən Cavabdeh sifarişi ilə 2009-cu il buraxılışlı, “OPEL ASTRA H” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, WOLOAHL48A5027003 ban, 19TG1508 mühərrik nömrəli, qara metalik rəngli minik avtomobili 9400 manat məbləğinə BOKT "xxxx" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə No2) əsasən Cavabdeh illik 28% hesablanmaqla 36 ay müddətinə hər ay sabit məbləğ olmaqla 389 manat olmaqla ümumilikdə 13994 manat pulu BOKT "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh olunmuş xəbərdarlıqlara baxmayaraq götürmüş olduğu öhdəliklərin icrasından boyun qaçırır və onun tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 31 yanvar 2022-ci il tarixdə 390 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 30 sentyabr 2021-ci il tarixli, 09/502-2021 saylı "Daxili lizinq müqaviləsi" üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 aprel 2022-ci il tarixə 8686,87 manat gecikdirilmiş əsas, 1060,76 manat gecikdirilmiş faiz və həmin günə hesablanmış 521,11 manat dəbbə pulu, cəmi 10268,75 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan X2 (satıcı), Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC (alıcı / lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış 30 sentyabr 2021ci il tarixli 09/502-2021 saylı Lizinq obyektinin alğı-satqı müqaviləsindin görünür ki, həmin müqaviləyə əsasən iddiaçı (alıcı / lizinq verən) qiyməti 11750 manat olan və müqavilənin 1 saylı əlavəsində göstərilən “OPEL ASTRA H” minik markalı, WOLOAHL48A5027003 ban, 19TG1508 mühərrik nömrəli, qara metalik rəngli minik avtomobili Lizinq alana lizinqə verilməsi üçün öz mülkiyyətinə əldə etməyi, satıcı isə həmin avtomobili satmağı öhdələrinə götürmüşlər. İş materiallarından aydın olur ki, 30 sentyabr 2021-ci il tarixdə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında 09/502-2021 saylı "Daxili lizinq müqaviləsi" müqaviləsi də bağlanmış, müqaviləyə əsasən lizinq verən həmin lizinq obyektini müəyyən haqq müqabilində lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və lizinq ödənişləri qrafikinə uyğun olaraq 36 ay müddətində aylıq sabit məbləğdə olmaqla 389 manat (sonuncu ay 379 manat), cəmi 13994 manat (əsas məbləğ üzrə 9400 manat, mükafat məbləği üzrə 4594 manat) lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdələrinə götürmüşlər. Həmin Müqavilənin 14-cü bəndinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq alan lizinq obyektini müəyyən edilmiş müddətlərdə sığortalamırsa, lizinq alan bu Müqavilə ilə şərtləndirilən Lizinq verənin razılığının alınması tələb olunan hallarda, belə razılığı almırsa lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ vardır. Həmin Müqavilənin 15.1-ci bəndinə əsasən, Müqaviləyə Əlavə № 2 ilə (Lizinq ödənişləri qrafiki) müəyyən edilən müddətdə Lizinq alan lizinq ödənişini tam həyata keçirmirsə, Lizinq alan gecikdirilmiş gün üçün vaxtında ödənilməmiş əsas məbləğin 1 % miqdarında penya ödəyir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 30 sentyabr 2021-ci il tarixli 09/502-2021 saylı daxili lizinq müqaviləsi üzrə həmin tarixə 8686,87 manat əsas, 1060,76 manat mükafat və 521,11 manat cərimə olmaqla cəmi 10268,74 manat borcu vardır. İş materiallarından aydın olur ki, iddiaçı cavabdehə xəbərdarlıqlar göndərməklə borcun ödənilməsini tələb etmiş, əks təqdirdə müqaviləyə xitam verilərək lizinq obyektinin geri alınacağı barədə cavabdehə xəbərdarlıq etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə almaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. İşin materiallarından göründüyü kimi, Cavabdeh lizinq obyektini istifadəsinə qəbul edərək, iddiaçıya müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə öhdəlik götürmüş, lakin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödənişləri gecikdirmiş və beləliklə də iddiaçı ilə bağladığı müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə işin müəyyən edilən hallarını və yuxarıda istinad edilən normaları nəzərdən keçirərək hesab edir ki, iddiaçı 30 sentyabr 2021-ci il tarixli, 09/502-2021 saylı müqavilənin ləğv edilərək 1060,76 manat məbləğində gecikdirilmiş faiz borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bu mənada məhkəmə hesab edir ki, cavabdehdən 30 sentyabr 2021-ci il tarixli 09/502-2021 saylı daxili lizinq müqaviləsi üzrə gecikdirilmiş faiz borcuna 1060,76 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmənin qənaətinə görə, 521,11 manat məbləğində cərimənin hesablanması isə ədalətli deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, hesablanmış cərimə məbləğinin 50 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun 31 manatı Cavabdeh tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməli, 5 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli, 09/502-2021 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 1060,76 (min altmış manat 76 qəpik) manat məbləğində gecikdirilmiş faiz borcu və 50 (əlli) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1110,76 (min yüz on manat 76 qəpik) manat məbləğində borc və 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3382/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3382/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver