Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3422/2023 12.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb edilməklə) qarşı “alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb edilməklə) qarşı “alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B-4618 saylı bağ torpaq sahəsinə dair cavabdeh X3 ilə bağlanmış xx.xx.2016-cı il tarixli 4Ə-1526 saylı reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş xx.xx.2016cı il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, Cavabdeh1 ilə bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-1313 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, Cavabdeh2 ilə bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-3576 saylı reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, Cavabdeh3 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-335 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.1, 50.2 və 50.3-cü maddələrinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddiaçı iddia ərizəsini tərtib edərkən, mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb edilməklə) qarşı “alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olsa da, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(001)-3193/2023 saylı qərardadı ilə X3 xx.xx.2019-cu il tarixdə ölmüş olmasına baxmayaraq, iddiaçı digər cavabdehlərlə yanaşı X1 qarşı da iddia tələbi ilə məhkəməyə müraciət etməsi səbəbindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuş və iddiaçıya izah olunmşdur ki, o, hazırki tələbi ilə bağlı cavabdehlər sırasından X2 çıxarmaqla, digər cavabdehlərə qarşı iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı hal-hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman iddia ərizəsinin giriş hissəsində X2 cavabdeh qismində qeyd etməsə də, iddia tələbində “Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B-4618 saylı bağ torpaq sahəsinə dair cavabdeh X3 ilə bağlanmış xx.xx.2016-cı il tarixli 4Ə-1526 saylı reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi”ni xahiş edərək, X2 cavabdeh qismində göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb edilməklə) qarşı “alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, qərardadda göstərilən nöqsanı aradan qaldırmaqla təkrarən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3422/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3422/2023
12.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver