Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3424/2020 24.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X5, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X1 nümayəndəsi X2 və Bakı şəhəri 43 saylı Notariat ofisinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4 və Bakı şəhəri 43 saylı Notariat ofisi cəlb edilməklə) müqavilənin ləğv edilməsi və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4 və Bakı şəhəri 43 saylı Notariat ofisi cəlb edilməklə) dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx xxxxxx 2019-cu il tarixli ilkin alqısatqı müqaviləsinin ləğv edilməsi, müqavilə əsasında cavabdehə ödədiyi 11.000 manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində və iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu X1 xx xxxxxx 2005-ci il tarixli, 1644/1 nömrəli sərəncamı əsasında cavabdehə ayrılmış 400 kv.m torpaq sahəsindən 200 kv.m torpaq sahəsinin ona satılması, ilkin hüquqverici sənədlərin hazırlanaraq ona verilməsi üçün Bakı şəhəri 43 saylı notariat ofisində “ilkin alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh qeyd edilən torpaq sahəsini və üzərində tikilmiş tikinitini özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayış aldıqdan sonra 11.000 manata ona satılması barədə alqısatqı müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Müqavilə öhdəliyinə əsasən o, cavabdehə 9.000 manat əvvəl, 2.000 manatı isə iki gün sonra ödəmişdir. Lakin, bu günə kimi cavabdeh ondan pul alsa da öhdəlik üzrə hər hansı bir hərəkət etməmiş, torpaq sahəsini ona təhvil verə bilməmişdir. Belə ki, torpaq sahəsi cavabdehin adına deyil, həmçinin qeyd edilən torpaq sahəsi Bələdiyyənində mülkiyyətində olmamışdır. Həmin sahə dövlət mülkiyyətindədir. Belə olan halda, müqavilə üzrə öhdəlik müddəti başa çatmamış olsa da cavabdehin ona satacağı əmlak hazırda mövcud olmadığı və cavabdeh öhdəlik üzrə işə məsuliyyətsiz yanaşdığından mübahisə məhkəmə qaydasında həll edilməlidir Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək yuxarıda qeyd olunan məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, mübahisəli torpaq sahəsinə baxış keçirdikdə orada Şəki rayonundan olan bir qadının məskunlaşdığını görmüş və torpaq sahəsinin ona dəmir yolu idarəsi tərəfindən verildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X7 iddianı qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh torpaq sahəsini verməyə hazırdır. Belə ki, rəsmi sənədlərin hamısında Bələdiyyə tərəfindən torpaq sahəsinin cavabdehə ayrılması qeyd edilmişdir. İddiaçının narahat olduğu məsələ ondan ibarətdir ki, hansısa bir xanım ortaya çıxıb bildirir ki, guya mübahisəli torpaq sahəsi onundur. Hazırda həmin qadına qarşı cavabdeh tərəfindən məhkəmədə iddia da qaldırılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün hər hansı əsas mövcud deyil. Cavabdeh müqaviləni icra etməyə, yəni torpaq sahəsini iddiaçıya təhvil verməkdən boyun qaçırmır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi bələdiyyə tərəfindən Cavabdeh ayrılmışdır. 2001-ci ildən mübahisəli torpaq sahəsi də daxil olmaqla Bələdiyyənin ərazisinə daxil olan digər torpaq sahələri də Bələdiyyənin idarəçiliyinə verilmişdir. Cavabdeh Bələdiyyədə iddiaçı tərəfindən ona torpaq sahəsinə görə 9.000 manat, sonra isə 2.000 manat ödədiyini bildirmişdir. Bələdiyyə mübahisəli torpaq sahəsinin özəlləşdirilməsi üçün lazımi yardımı göstərə bilər. Torpaq sahəsi cavabdehə ayrılan zaman GPS avadanlığı olmadığı üçün miqyas, koordinat və hər hansı bir istinad nöqtəsinin göstərilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 43 saylı Notariat ofisinin nümayəndəsi izahatında bildirdi, tərəflər arasında ilkin alqı-satqı müqaviləsi notariat kontoruna təqdim edilmiş sənədlər əsasında bağlanmışdır. Qeyd edilən müqavilə qanunvericiliyin tələblərinə uyğun formada bağlanmış, habelə tərəflərin hüquq və vəzifələri onlara izah edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi rayonu X1 xx xxxxxxx 2005-ci il tarixli, 1644/1 nömrəli sərəncamının surətindən görünür ki, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 400 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu X1 677149 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh tərəfindən X1 balansına torpağın dəyəri ödənilmişdir. Bakı şəhəri 43 saylı Notariat ofisində Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli “İlkin alqı-satqı Müqaviləsi”nin 1-ci bəndinə əsasən, tərəflər xx xxxxxx 2069-cu il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 1644/1 saylı, xx xxxxxxx 2005-ci il tarixində verilmiş qərarına əsasən satıcı – Cavabdeh ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən fərdi mənzil inşa etmək üçün ayrılmış 400 kv.m torpaq sahəsindən 200 kv.m torpaq sahəsinə və üzərində tikilmiş tikilini özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 11.000 manata alıcı - İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Müqavilənin 3-cü bəndinə əsasən Cavabdeh satılacaq torpaq sahəsini 11.000 manata qiymətləndirmiş və gələcəkdə torpaq sahəsini həmin qiymətə alıcıya alqı-satqı müqaviləsi bağlayaraq satmağı öhdəsinə götürmüşdür. Alıcı isə torpaq sahəsini gələcəkdə 11.000 manata almağı öhdəsinə götürmüşdür. İddiaçı satış məbləğinin 9.000 manatını notariusun depozit hesabı vasitəsilə satıcıya ödəmiş, satıcı isə həmin məbləği almışdır. Alıcı 2.000 manatı isə 7 gün müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri 43 saylı notariat ofisində təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 1644/1 saylı, xx xxxxxxx 2005-ci il tarixində verilmiş qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin ərazisində yerləşən 400 kv.m torpaq sahəsindən 200 kv.m torpaq sahəsinə və üzərində olan tikilini özəlləşdirməyi, kadastr planı, sənədləşdirmə işləri aparmağı, həbsdə və girovda olmaması barədə arayışı aldıqda sərəncam verməyi, icra Hakimiyyətində, Fövqəladə Hallar Nazirliyində, Dövlət Xəritəçəkmə Komitəsində, Su Səhmdar Cəmiyyətində, Elektrik şəbəkəsində, Qaz idarəsində, bank əməliyyatlarını aparmağı Azərbaycan Respublikası DƏDRX-nin ərazi idarəsindən dövlət reyestrdən çıxarış almağı, tikinti işləri aparmağı, satmağı, bağışlamağı, bununla bağlı ərizə imzalamağı, notariat kontorunda alqı-satqı müqaviləsini rəsmiləşdirmək, bu barədə müqavilənin imzalaması, rüsum ödənilməsi, pulu almağı və bu tapşırığı yerinə yetirməsi ilə əlaqədar adından ərizə verməyə və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə başqa şəxslərə verilə bilər və 80 il müddətinə, yəni xx xxxxxx 2099-cu il tarixədək etibarlıdır. İddiaçı tərəfindən X6 ünvanlanmış pretenziya məktubundan görünür ki, sonuncudan xx xxxxxx 2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinin qarşılıqlı ləğv edilməsi barədə notariusda ərizə verməsi və ödənilmiş məbləğin əlavə dəymiş zərərdə daxil olmaqla 7 gün müddətində ona qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Binəqədi rayonu, X1 xx xxxxxxx 2005-ci il tarixli, 1644/1 nömrəli sərəncamı ilə Cavabdeh Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.m boş torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, mübahisəli torpaq sahəsinin sözügedən sərəncamın yerləşmə sxemində ayrılmış torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçı tərəfindən göstərilərək ölçülən torpaq sahəsi dövlət mülkiyyəti olub, sənaye təyinatlı neft torpaqlarına aiddir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc 99,15 manat təşkil edir. Beləliklə, məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X1 xx xxxxxxx 2005-ci il tarixli, 1644/1 nömrəli sərəncamına əsasən Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 400 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh ayrılmış, tərəflər öz aralarında xx xxxxxx 2019-cu il tarixdə İlkin alqı-satqı müqaviləsi bağlamış, müqaviləyə əsasən cavabdeh ona ayrılmış torpaq sahəsinə və üzərində tikilmiş tikilini özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 11.000 manata iddiaçıya satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmiş, həmçinin cavabdeh satılacaq torpaq sahəsini 11.000 manata qiymətləndirmiş və gələcəkdə torpaq sahəsini həmin qiymətə iddiaçıya alqı-satqı müqaviləsi bağlayaraq satmağı öhdəsinə götürmüşdür. İddiaçı həmin məbləği cavabdehə ödəmişdir. Həmçinin, həmin torpaq sahəsinin və üzərində olan tikilinin özəlləşdirilməsi və digər hərəkətlərin edilməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya etibarnamə də verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olub, sənaye təyinatlı neft torpaqlarına aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh X1 xx xxxxxxx 2005-ci il tarixli qərarı ilə ona ayrılmış 400 kv.m torpaq sahəsindən 200 kv.m torpaq sahəsini üzərində tikilmiş tikili ilə birlikdə iddiaçıya satmağı öhdəsinə götürmüş, sonuncu isə əvəzində 11.000 manat məbləğində pulu cavabdehə ödəmişdir. Lakin qeyd olunan torpaq sahəsi cavabdehin deyil, dövlətin mülkiyyətində olan sənayə təyinatlı torpaq sahəsi olduğundan iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflər arasında Bakı şəhəri 43 saylı Notariat Ofisində xx xxxxxx 2019-cu il tarixdə bağlanmış və reyestrdə 3M-2838 nömrə ilə qeyd edilmiş “İlkin alqı-satqı müqaviləsi” ləğv edilməli, cavabdehdən 11.000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən cavabdehdən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalı, həmçinin iş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 99,15 manat məbləğində vəsait cavabdehdən tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 43 saylı Notariat Ofisində xx xxxxxx 2019cu il tarixdə bağlanmış və reyestrdə 3M-2838 nömrə ilə qeyd edilmiş “İlkin alqı-satqı müqaviləsi” ləğv edilsin. Cavabdeh 11.000 (on bir min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 99,15 (doxsan doqquz manat, on beş qəpik) manat məbləğində vəsait Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına ödənilsin. (“xxxxxxxxxxxx” ASC-nin Xətai filialı, filialın kodu 200071, vöen **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, benefisiarın adı Kadastr və Yerqur Layiha TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, Vöen **********) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3424/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3424/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver