Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3428/2023 15.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2004-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu xx.xx.2004-cü il təvəllüdlü X7 uşaqlıqdan xəstədir. Anadangəlmə çox ağır əqli gerilik, dərin kəmağılılıq və idiotiya xəstəliyindən əziyyət çəkir. Qeyd olunmalıdır ki, ona “çox ağır əqli gerilik, dərin kəmağılılıq, idiotiya, kobud nitq, davranış və dayaq hərəkət aparatının pozuntuları ilə tez-tez təkrarlanan qıcolma tutulmaları ilə yan-usi-nin qalıq əlamətləri, kvadroplogik spastik tetrapare” diaqnozu qoyulmuşdur. AR Səhiyyə Nazirliyi 2 nömrəli X1 qeydiyyatdadır. Həmçnin Azərbaycan Respublikaıs Səhiyyə Nazirliyi Psixi Sağlamlı Mərkəzində müalicələrdə olmuşdur. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona birinci dərəcəli əlillik verilmişdir. O, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyil, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanı yoxdur. Həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanlarına malik deyildir. Öz hərəkətlərinin mənasını anlaya bilmir. Kənar şəxsin köməyi olmadan sərbəst qərarlar qəbul etmək imkanı yoxdur. Əqli çatışmazlığa görə danışıq qabiliyyəti də yoxdur. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və ərizəyə münasibəti:
3. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada dəfələrlə məlumat verilməsinə, onların nümayəndəsinin məcburi iştirakının tələb olunmasının bildirilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Yasamal rayon VVADQ Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 582745 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 27 dekabr 2004-cü il tarixində Bakı şəhərində doğulmuş, atası X8, anası Ərizəçidır.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, 27 dekabr 2004-cü il təvəllüdlü X6 orqanizm funksiyalarının 90 % pozulmasına görə İ dərəcəli əlillik verilmiş və çox ağır əqli gerilik, dərin kəmağıllılıq, idotiya, kobud nitq davranış, davranış və dayaq q hərəki apparatının pozuntuları ilə tez-tez təkrarlanan qıcolma tuutmaları ilə (ayda 12-15 dəfə), Yan-USİ-nin qalıq əlamətləri, X2, daim kənar şəxlərin himayəsinə ehtiyacı var, İQ-0 diaqnozu qoyulmuşdur.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X12 tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 2953 saylı rəydən görünür ki, 27 dekabr 2004-cü il təvəllüdlü X6 dərin əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə F73.1 diaqnozu qoyulmuşdur. Kvadroplegik spastik serebral iflic G80.0
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X5 X12 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 3219 saylı ekspertiza rəyindən görünür ki, 27 dekabr 2004cü il təvəllüdlü X4 dərin əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya) müəyyən olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində deyil. Onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
10. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin:
11. 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
12. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
13. 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.
14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
15. 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır;
16. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər;
17. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir;
18. 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir;
19. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər;
20. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır;
21. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
22. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 27 dekabr 2004-cü il təvəllüdlü X3 anasıdır. 27 dekabr 2004-cü il təvəllüdlü X3 psixi qüsurları haqqında kifayət qədər məlumat olduğundan onların psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir.
23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X5 X10 təqdim etdiyi məhkəmə psixiatrik ekspertizasının rəyindən isə müəyyən edilmişdir ki, 27 dekabr 2004-cü il təvəllüdlü X4 dərin əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya) müəyyən olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində deyil.Onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Tətbiq edilən prosessual normalar:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
26. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
27. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
28. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
29. Beləliklə, məhkəmə mülki iş materiallarına, ekspertiza rəyinə əsaslanaraq hesab edir ki, şəxsin öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas olduğundan ərizə təmin edilməli, 27 dekabr 2004-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi təmin edilsin. 27 dekabr 2004-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev