Məhkəmə qərarları › İş №2(001)-347/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-347/2024

09.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-347/2024 09.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh4, Cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Rayonu X5nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri X5 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti cəlb edilməklə) “özbaşına tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri X5 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti cəlb edilməklə) “özbaşına tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edərək, Binəqədi rayon Binəqədi qəsəbəs Bələdiyyəsinin 1083 saylı 27 iyul 2006-cı il tarixli sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 m² olan Bələdiyyəyə məxsus torpaq sahələrində cavabdehlərin inşa etdikləri yarım tikililəri cavabdehlərin hesabına sökülməsi və bələdiyyə ərazisinə daxil olan özbaşına zəbt etdikləri torpaq sahəsində çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5nin 27 iyul 2006-cı il tarixli 1083 saylı Sərəncam və torpaq sahəsinə əsas olan digər sənədlərlə Binəqədi qəsəbə ərazisində 600 m² torpaq sahəsi adına rəsmiləşdirilərək mülkiyyətinə verilmişdir. Qeyd olunan torpaq sahəsinin su səthi qurudulmuş, xeyli torpaq tökülərək yararlı hala salınmış, mişar daşı ilə hasar çəkilmişdir. Çox da uzaq olmayan vaxtda Cavabdeh3 adlı şəxs gələrək ona məxsus torpaq sahəsinin Cavabdeh3 olduğu iddiası ilə əraziyə müdaxilə etmişdir. Mübahisələrinin ilkin araşdırlması X5ndə aparılaraq ona 01/Mp-169 saylı 05 aprel 2023-cü il tarixli məktubla mübahisəli torpaq sahəsinin ona məxsus olduğu öz təsdiqini tapmışdır. 10 iyun 2023-cü il tarixində ona məxsus torpaq sahəsini etibarnamə əsasında aldığını iddia edən Ənvər Hümbətov bu torpağın X7 vətəndaşlar Cavabdeh1, Cavabdeh2, həmçinin bunların yanında Anar Sultanovun olduğu məlum olmuşdur. Cavabdehlərin adlarına X5ndə mübahisələrindirilən torpaq sahəsinə aid heç bir torpaq ayırma sənədi qərar və ya sərəncam verilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh2 və qeyrilərnə qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması’’ tələbinə dair mülki iş üzrə məhkəmənin nəzərinə çatdırır ki, mübahisəli torpaq sahəsinin daş hasarından İ=0,15 metr kənardan “Azəriqaz” İstehsalat Birliyinin Bakı X10 Departamentinə (BRQİD) məxsus D108mm-lik və D76 mm-lik yerüstü aşağı təzyiqli qaz xəttləri keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 5 nömrəli əlavəsinə əsasən, təhlükəsizlik tədbirləri ilə əlaqədar aşağı təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə 2 metr, orta təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə isə 5 metr müəyyən olunmuşdur. Həmin əlavənin “Qeydlər” hissəsinə əsasən, Tikinti Norma və Qaydalarının tələblərinə uyğun olaraq binaların divarları və örtükləri üzrə qaz kəmərlərinin çəkilməsi imkanı istisna edilmir. Tikinti Norma və Qaydalarının ll-37-76nın 4.18-ci bəndinə əsasən, orta təzyiqli qaz boru kəmərlərinin çəkilişini odadavamlıq dərəcəsi 4-cü dərəcədən aşağı olmayan yaşayış və ictimai binaların xarici divarları ilə və ayrıca inşa edilmiş yanmayan sütunlar (dayaqlar) üzərində nəzərdə tutmağa yol verilir. Bunu nəzərə alaraq bildirirlər ki, mübahisəyə yuxarıda göstərilən hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla baxılması məqsədəmüvafiq hesab edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddianı qəbul etmədiyini bildirdi. Belə ki, o, həmin torpaq sahəsini Ruslandan alıb, Ruslan da Rəşadətdən almışdır. Həmin torpaq sahəsinə görə o, 45000 manat pul ödəyib. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədiyini bildirdi. Belə ki, həmin torpaq sahəsini onun atası onun üçün 2004-cü ildə almışdır. Lakin torpağı öz adına yox, iş yoldaşı olan Rəşadətin adına alıb. Sonradan onun ehtiyyacı olduğu üçün həmin torpaq sahəsini Ruslan adlı şəxsə satmışdır. O da 2023-cü ilin iyun ayında sözügedən torpağı Ənvərə satmışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon X5nin nümayəndəsi Nümayəndə1 iddia tələbinin təmin edilməsinə etiraz etdiyini bildirdi. Eyni zamanda qeyd etdi ki, həmin torpaq Ənvərə məxsusdur. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddianı qəbul etməyərək, bildirmişdir ki, iddia ona qarşı niyə verildiyini bilmir. Belə ki, o, həmin torpaq sahəsində heç bir tikinti işləri aparmamış və tikili tikməmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, sözügedən torpağı Binəqədi Bələdiyyəsinin 1240 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı ilə bələdiyyə tərəfindən onun mülkiyyətinə verilib. Həmin torpaq sahəsi onun mülkiyyətinə veriləndə boş olmuşdur. Bir müddətdən sonra o, həmin torpağı Ədalətə, yəni Ruslanın atasına satmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər və digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq, məhkəmə iclasının onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır və aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2006-cı il tarixli, 1083 saylı Sərəncama və eskiz layihəyə əsasən, Binəqədi Qəsəbəsinin ərazi hüdudlarında Bakı şəhəri sakinləri X2 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 1200 m² torpaq sahəsinin 600m-ni sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı adına keçirilmişdir. 678997 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, X1 qəsəbə Bələdiyyəsinin hesabına 480 manat məbləğində ödəniş etmişdir. X5nin Nümayəndə2 Səttar oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, onun Binəqədi rayon 4-cü Polis Bölməsinə ünvanladığı 01/MP-169 saylı, xx.xx.2023-cü il tarixli ərizəsi X5ndə baxılmışdır. Şikayətçi olduğu Cavabdeh3 adına rəsmiləşdirilməsi ehtimal olunan X5nin (vətəndaşın təqdim etdiyi) 1397 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı və torpaq sahəsinin ayrılmasına əsas hesab edilən digər sənədlər X5nin arxiv materiallarında mövcud olmadığından vətəndaş Cavabdeh3 onun mülkiyyətində olan torpaq sahəsinə iddiası əsassızdır. X5nin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh4 mübahisələndirilən torpaq sahəsini etibarnamə əsasında Cavabdeh1 aldığını bildirmişdir. Digər şəxs Cavabdeh3 mübahisəli torpağa iddiaçı olsa da, təqdim etdiyi sənədlərin arxiv materiallarının olmadığını bilərək geri çəkilmişdir. xx.xx.2004-cü il tarixli, 1240 saylı Sərəncama və eskiz layihəyə əsasən, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 600 m² boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh1 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. xx.xx.2004-cü il tarixli, 995/1 saylı Sərəncama və eskiz layihəyə əsasən, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 1200 m² torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X2 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. xx.xx.2007-ci il tarixli, 1348 saylı Sərəncama və eskiz layihəyə əsasən, Binəqədi Qəsəbəsinin ərazi hüdudlarında Bakı şəhəri sakinləri X2 və X8 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300 m² torpaq sahəsin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X8 adına keçirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ərizəsindən görünür ki, Binəqədi qəsəbə ərazisində olan 600 m² torpaq sahəsinin daş hasarından İ=0,15 metr kənardan “Azəriqaz” İstehsalat Birliyinin Bakı X10 Departamentinə (BRQİD) məxsus D108mm-lik və D76 mm-lik yerüstü aşağı təzyiqli qaz xəttləri keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 5 nömrəli əlavəsinə əsasən, təhlükəsizlik tədbirləri ilə əlaqədar aşağı təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə 2 metr, orta təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə isə 5 metr müəyyən olunmuşdur. Odur ki, iddiaçının həmin torpaq sahəsi barəsində iddia qaldırmağa ümumiyyətlə subyektiv hüququ yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödnilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri X5 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti cəlb edilməklə) “özbaşına tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar