Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3477/2020 15.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 2002-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxx 2002-ci il təvəllüdlü oğlu - X6 uşaqlıqdan xəstədir, 2014-cü ildən Binəqədi rayon 20 saylı Uşaq Poliklinikasına qeydiyyata götürülmüş, uzun müddətli müalicələrdə olmuşdur və ona “ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, görmə pozuntusu” diaqnozu qoyulmuşdur. X6 ruhi xəstəlikdən əziyyət çəkir, uzun müddətli müalicələrdə olsa da yaxşılaşma halı baş verməmişdir. Dövlət X7 Binəqədi rayon şöbəsi tərəfindən X4 əlillik vəsiqəsi verilmişdir. Binəqədi rayonu 99 nömrəli orta məktəbin yardımçı sinif şagirdi olmasına baxmayaraq, onun oxuyub-yazma qabiliyyəti yoxdur. Nitqi inkişaf etməmiş, hərbi xidmətə aparılmamışdır. X6 əsəb xəstəliyidən əziyyət çəkir, əmək qabiliyyətsizdir və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanı yoxdur, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanına da malik deyildir. X4 o baxır və qulluq edir. X4 qəyyum təyin edilməsi barədə o, İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etsə də, ona şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməsi bildirilmişdir. X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Çünki, o, sərbəst şəkildə hüquqlarını həyata keçiraıək qabiliyyətinə malik deyildir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və “AZEMİS” Elektron məhkəmə sistemindən əldə olunmuş məlumatdan görünür ki, X6 xx xxx 2002-ci il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu 76 ünvanıdır. Dövlət X7 Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 000105 nömrəli vəsiqənin surətindən görünür ki, X6 əlildir. X11 tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli epikrizdən görünür ki, X6 üzərində xx xxxxxx 2018-ci il tarixdə endotraxeal narkoz altında cərrahi əməliyyat “sağ parasagittal kraniotomiya, interhemisferik, transcallosal, girişlə total tumor xaric edilməsi” icra olunmuşdur. xx xxxx 2018-ci il tarixdə o, kafi vəziyyətdə stasionardan evə oftalmoloq və nevroloqun nəzarətinə yazılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1476 saylı rəyindən görünür ki, X3 orta dərəcəli ağır kəmağıllıq qeyd olunur. Bunu anamnestik məlumatlar – ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, həmçinin hazırki müayinə zamanı aşkar olanan əlamətlər: zahirən gərgin olması, bir yerdə qərar tuta bilməməsi, xarici görünüşünün səliqəsizliyi, ünsiyyətə çətinliklə daxil olması, nitqinin dizartrikliyi, verilən suallara qırıq-qırıq səslərlə, anlaşılmaz sözlərlə, səhv cavablar verməsi, anamnetsik məlumatları açıqlaya bilməməsi, sadə, primitiv sualları cavablandırmaması, əhvali-ruhiyyə fondunun dəyişkənliyi, səbəbsiz olaraq aqressivləşməsi, yersiz olaraq gülməsi və sair əlamətlər sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinmişdir ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, X2 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmaması halları məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Şamaxı şəhəri, Məlhəm kəndində xx xxx 2002-ci il tarixdə doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şamaxı rayonu, Məlhəm kəndində xx xxx 2002-ci il tarixdə doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3477/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3477/2020
15.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver