Məhkəmə qərarları › İş №2(001)-3492/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3492/2021

30.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3492/2021 30.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair dövlət aktında X6 göstərilən sənədin ona, Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1988-ci il tarixində Kürdəmir rayonunda anadan olmuşdur. O, 07.04.2015-ci ildə Kürdəmir rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək “Əhmədov” soyadını “Əhməd” kimi düzəliş etdirmişdir. Onun soyadı, adı Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki səhv olaraq X6 qeyd olunmuşdur. Buda bəzi sənədləşdirmə işlərinin aparılmasına maneçilik törədir. Göstərilənlərə əsasən ərizəin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Kürdəmir rayon Sığırlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 504072 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 20 iyul 1988-ci il tarixdə Kürdəmir rayonu, Sığırlı kəndində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 61 nömrə ilə qeyd edilmişdir. X4, anası X14 qızıdır. AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Ərizəçi xx xxxx 1988-ci il tarixdə, doğulmuşdur. JN 0009 saylı, Kodu 90600038 olan torpağa mülkiyyət hüququna dair 06.09.1999-cu il tarixli dövlət aktından görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 17 iyul 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə verilmiş və kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 3.07 hektar torpaq sahəsinin mülkiyyətçisi olan X8 ailə üzvləri aşağıdakı kimi göstərilmişdir: Əhmədova Şövkət Nəsrəddin qızı, X15, X16, X11r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilən 24 oktyabr 2020-ci il tarixli, 3/790 saylı arayışdan görünür ki, Ərizəçi əvvəlki “Əhmədov” soyadını “Əhməd” kimi düzəliş edilməsi üçün 07.04.2015-ci il tarixdə Kürdəmir rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin 02.02.1993-cü il tarixli 495 saylı qərarına uyğun olaraq Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən vətəndaşın doğum haqqında akt qeydində soyadı “Əhməd” kimi düzəliş edilərək, ona AZ-İİİ seriyalı, 504072 saylı yeni şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X17 ünvanlanan 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilən12 mart 2021-ci il tarixli **********39 saylı məktubundan görünür ki, onun ərizəsi araşdırılmış və müraciət müəllifinə bildirilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı hüquq əldə edənin ərizəsi və ərizəyə əlavə olunan sənədlər əsasında aparılır. DT və KX-si tərəfindən verilmiş JN-009 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında adı X6 qeyd edilmişdir. Göstərilən çatışmazlıqlar aidiyyatı üzrə aradan qaldırılaraq yenidən müraciət olunacağı təqdirdə, hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən 20 aprel 2021-ci il tarixli , 05/Q-1153/69 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.1988-ci il tarixdə Azərbaycan Respublikası, Kürdəmir rayonu, Sığırlı kəndində anadan olmuş Ərizəçi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşılıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair 20.04.2021-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar əldə edilmişdir: Şəxsin atası 17.04.1956-cı il təvəllüdlü X10, 02.06.1961-ci il təvəllüdlü X5, arvadı 06 fevral 1999-cu il təvəllüdlü X20, qızı 17.12.2020-ci il təvəllüdlü X21, bacısı 09.05.1993-cü il təvəllüdlü X19, bacısı 10.08.1990-cı il təvəllüdlü X12r. Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Kürdəmir rayon Sığırlı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası DƏDRX-nın 16 saylı Ucar Ərazi İdarəsinə yazılan 23.02.2021-ci il tarixli, 164 saylı müraciətdən görünür ki, Kürdəmir rayon Aqrar İslaha Komissiyasının 17.07.1998-ci il tarixli 06 saylı qərarı ilə X9 verilmiş JN-0009, KOD 90600038 Torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi adı və soyadı texniki yalnışlıq nəticəsində X6, X1 isə texniki səhv olaraq X7 yazılmışdır. Bildirilir ki, torpaq islahatı gedən zaman Sığırlı kəndinə X15 və Əhmədova Minay Asim qızı adlı şəxslər qeydiyyatda olmamış və yaşamamışdırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, 06 sentyabr 1999-cu il tarixli, JN – 0009, Kod 90600038 Torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi soyadı dəyişdirilməmişdən qabaq olmuş soyadı - “Əhmədov”, onun adı yanlış olaraq “Səidə” “qızı” kimi göstərilmişdir. Həmçinin iş materiallarında olan saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən 20 aprel 2021-ci il tarixli , 05/Q-1153/69 saylı arayışdan göründüyü kimi Ərizəçi X15 adlı bacısı belə olmamışdır. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilən 24 oktyabr 2020-ci il tarixli, 3/790 saylı arayışdan görünür ki, Ərizəçi əvvəlki “Əhmədov” soyadını “Əhməd” kimi düzəliş edilməsi üçün 07.04.2015-ci il tarixdə Kürdəmir rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin 02.02.1993-cü il tarixli 495 saylı qərarına uyğun olaraq Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən vətəndaşın doğum haqqında akt qeydində soyadı “Əhməd” kimi düzəliş edilərək, ona AZ-İİİ seriyalı, 504072 saylı yeni şəhadətnamə verilmişdir. Ərizəçi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, lakin idarə tərəfindən sənədlərdə olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ərizəyə baxılmasının mümkün olması qeyd edilmişdir. Göründüyü kimi, ərizəçinin 06 sentyabr 1999-cu il tarixli, JN – 0009, Kod 90600038 Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddəki adı və soyadı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçi müvafiq dövlət qurumuna sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) əmlaka dair dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanmasını xahiş etsə də, dövlət qurumu tərəfindən imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 06 sentyabr 1999-cu il tarixli, Dövlət aktı qeydiyyat kitabında 08 nömrə ilə qeydiyyata alınmış JN – 0009, Kod 90600038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 06 sentyabr 1999-cu il tarixli, Dövlət aktı qeydiyyat kitabında 08 nömrə ilə qeydiyyata alınmış JN – 0009, Kod 90600038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar