Məhkəmə qərarları › İş №2(001)-35/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-35/2025

07.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-35/2025 07.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk mülki iş üzrə iddiaçı, birləşdirilən mülki iş üzrə Cavabdeh1, İlk mülki iş üzrə cavabdeh, birləşdirilən mülki iş üzrə İddiaçı nümayəndəsi X6, nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bir icraatda birləşdirilmiş İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin və artırmaların onların hesabına sökülməsi və bağ sahəsindən çıxarılması” tələbinə və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işlərə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixdə cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada torpaq sahəsinə görə ödənilmiş 67000 manat məbləğində pulun və maddi ziyana görə (əsassız varlanmaya görə) 129426 manat, cəmi 196426 (yüz doxsan altı min dörd yüz iyirmi altı) manat məbləğində pulun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 486,42 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-3275/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər X31, X7, X22, Cavabdeh1 və X23 (yetkinlik yaşına çatmayan uşaqları, xx.xx.2012-ci il təvəllüdlü Paşazadə Ramiz Famiz oğlu, xx.xx.2014-cü il təvəllüdlü X24 və xx.xx.2016-cı il təvəllüdlü X25 ilə birlikdə) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsindən çıxarılmasına, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın əsli Cavabdeh2 alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Bildirir ki, həmin bağ sahəsini uzun müddət əvvəl cavabdeh İddiaçı Cavabdeh2 verdiyi etibarnamə əsasında 67.000 (atmış yeddi min) manat məbləğində pul ödəməklə almış və xx.xx.2014cü il tarixdən ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Qeyd olunan bağ sahəsini almağını təsdiq edən ünvan ntoru tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AR-İ № 343808 saylı etibarnamə də mövcuddur. Torpaq sahəsini alarkən Cavabdeh2, torpaq sahəsinə dair sənədləri tam qaydasında olmadığını, eyni zamanda notariat orqanına gedib alğı-satqını rəsmiləşdirməyə vaxtının olmadığını səbəb gətirərək, həmin əmlakı sonradan öz adına rəsmiləşdirə biləcəyi ümumi etibarnamə verməyi təkidlə təklif etmişdir. ünvan ntoru tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AR-İ № 343808 saylı etibarnaməyə əsasən cavabdeh İddiaçı adından cavabadeh Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Göradil ərazisində yerləşən 0,12 ha ölçüdə 1362V saylı bağ sahəsini idarə etməyi, tikinti aparmağı, üzərində olan tikilini özəlləşdirməyi, sənədləşmə işlərini aparmağı, torpağa kadastr planı almağı, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, ipotekaya qoymağı, satmağı, bağışlamağı, dəyişməyi, pulunu almağı, adından ərizə verməyi və bununla əlaqədar bütün hərəkətləri etməyi xx.xx.2038-ci il tarixədək ona etibar etmişdir. Qeyd olunmalıdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001 )-3275/2021 saylı qətnaməsində bağ sahəsinin cavabdeh tərəfindən ona satılması faktı öz təsdiqini tapmışdır və aralarında belə bir münasibətlərin olması işin mübahsəsiz halıdır. MPM-nin 82.3-cü və 233.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 3275/2021 saylı məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial əhəmiyyətə malikdir və hazırkı işə baxılarkən məcburidir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı evinə görə o, cavabdehə 67000 manat məbləğində pul ödəmişdir. Bağ sahəsi faktiki olaraq məhkəmənin qətnaməsinə əsasən ondan alınaraq cavabdehə verildiyi üçün, onun torpaq sahəsini almaq üçün ödədiyi 67000 manat pul məbləği də cavabdehlərdən alınıb ona qaytarılmalı idi. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, aralarında bağlanmış alqı-satqı müqaviləsi etibarnamə verilməsi yolu ilə pərdələndiyi üçün həmin əqd etibarsız əqddir. Digər tərəfdən daşınmaz əmlakın alqı-satqı müqaviləsi yalnız notariusda təsdiq edilməli olduğu üçün, lakin belə müqavilə bağlanmadığı üçün, etibarnamə ilə aldığı bağ ondan alınmışdır. Qanunun bu tələbinə əsasən onunla bağlanmış və etibarnamə verilməsi yolu ilə pərdələnmiş alqı-satqı müqaviləsi etibarsız əqd hesab olunduğu üçün, həmin əqd üzrə hər bir tərəf aldıqlarını geri qaytarmalı idi. Məhkəmə qətnaməsi ilə onun ailə üzvləri ilə birlikdə evdən çıxarılmağı, yəni faktiki olaraq əqd üzrə aldığı bağın (torpaq sahəsinin) qaytarılması qət edildiyi üçün, etibarsız əqd üzrə alınmışlar da, yəni 67000 manat pul eyni zamanda ona geri qaytarılmalı idi. Lakin, məhkəmə qətnaməsi ilə bu məsələ həll olunmamışdır. Bu səbəbdən hazırda həmin tələblə məhkəməyə müraciət edir və hesab edir ki, bağ sahəsinin alınması ilə əlaqədar ödənilmiş 67000 manat pul cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Digər tərəfdən hesab edir ki, cavabdehlər eyni zamanda heç bir əsas olmadan varlanmışlar və nəticədə ona ziyan dəymişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-3275/2021 saylı qətnaməsi ilə faktiki olaraq onun vəsaiti hesabına inşa edilmiş yaşayış evi, həmin həyətdə aparılmış yaxşılaşdırmalar cavabdehlərə qalmışdır və cavabdehlər əsassız olaraq varlanmışlar. Yəni cavabdehlər onun hesabına əsassız olaraq əmlak əldə etmişlər və varlanmışlar. Bu işlərin, yəni evin tikilməsi və həyətyanı sahənin yaxşılaşdırılması üçün xeyli miqdarda pul xərcləmişdir. Lakin, cavabdehlər onun torpaq sahəsini öz adına rəsmiləşdirməməsindən sui-istifadə edərək onun adına verilmiş etibarnaməni ləğv etdirmişlər ki, o, həmin əmlakın özgəninkiləşdirilməsini həyata keçirə bilməsin. Nəticədə cavabdehlər həm torpağa görə ödənilmiş pulu, həm də həm torpağın üzərində inşa edilmiş evi əsassız olaraq əldə etmişlər. Belə ki, onun şəxsi vəsaiti hesabına tikilmiş ev, həyətdə aparılmış təmir-tikinti işləri və yaxşılaşdırmalar torpaq sahəsindən ayrılıb ona verilə bilməz. Ona görə də hesab edir ki, həmin evin tikintisi üçün sərf olunan pul və həyətyanı sahədə yaxşılaşdırma işlərinin aparılması üçün sərf olunan pul maddi ziyanın əvəzi olaraq cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Belə ki, “Azərkurortlayihə” Azərbaycan Kurortları Lahiyələşdirmə İnstitutu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1362V saylı bağ sahəsində yerləşən fərdi yaşayış evinin hal-hazırdakı tikinti vəziyyətinin smetası 129 426.7 ( bir yüz iyirmi doqquz min dörd yüz iyirmi altı manat, yetmiş qəpik) manat məbləğində qiymətləndirilmişdir. Bu səbəbdən hesab edir ki, evin tikintisi və torpaqda aparılmış yaxşılaşdırma işləri üçün xərclənmiş 129426,7 manat məbləğində pul da cavabdehlərdən müətərək qaydada onun xeyrinə tutulmalıdır. İddiaçı da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz inşa edilmiş tikililərin və artırmaların onların hesabına sökülərək bağ sahəsindən çıxarılması ilə yanaşı, ona vurduqları 35.000 (otuz beş min) manat maddi ziyanın onlardan müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia belə əsaslandırılmışdır ki, X3 və X1 təsdiq edilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 143 № li sərəncamına əsasən Göradil bağlar massivində 12 sotdan ibarət 1362V nömrəli bağ sahəsi xx.xx.2007-ci il tarixli, 02 saylı Protokolla onun adına sənədləşdirilmişdir. Qeyd etdiyi bağ sahəsi onun adına sənədləşdirildikdən sonra, tərəfindən hasarlanmış və orada mişar daşından 80 kv.metr yaşayış sahəsi olan kürsülü bağ evinin tikintisinə başlanmışdır. Evin kürsünün hündürlüyü 80 sm. olub, eni və hündürlüyü 40 sm, uzunluğu isə 2,5 metr olan beton bloklarla, üzərindən isə 2-cərgə qoşa mişar daşı ilə hörülmüşdür. Evin xaricindən uzunluğu 12 metr, eni isə 10 metrdir. Evin giriş qapısı darvaza tərəfdən qoyulmuşdur. Evə girişdə 5x5 metr həcmində mətbəx, ardınca sanitar qovşaq yerləşirdi. Evin digər sahəsini dəhliz və 4x4 metr həcmində 3 otaq təşkil edir. Evin üstünü beton panellərlə basdırmışdır. Lakin dam örtüyü yox idi. Bununla belə, evin fasadı suvanmamışdı, daxildə isə suvaq işləri görülərək bir otaq tam yaşayış üçün hazırlanmışdı. Mətbəx və sanitar qovşaq da istifadə üçün hazır vəziyyətə gətirilmişdi. Evin tikintisi qeyd etdiyi vəziyyətə çatdırıldıqdan sonra müddətli hərbi xidmətə çağırılmışdır. Müddətli hərbi xidmətdə olduğu dövrdə atası X14 etibarnamə vermişdir ki, onun adımdan evə aid işləri görsün və bağa dair adına mülkiyyət sənədi alsın. Hərbi xidmətə çağırıldıqdan sonra atası bağda 3x10 metr həcmində, yəni 30 kv.metrlik Tamet daşları istehsal etmək üçün sex tikmiş, çoxsaylı daş qəlibləri, Daş qıran, beton qarışdıran və lazım olan sair qurğu və avadanlıqlar alaraq tamet daşları istehsal etməyə başlamışdır. Bundan başqa atası Balağa Qədirov bağın onun adına özəlləşdirilməsi ilə bağlı makler kimi tanıdığı X26 müraciət etmiş, Əliyev Rəşad isə ona bu işlərlə makler tanışı Cavabdeh2 məşğul olduğunu, Cavabdeh2 daşınmaz əmlak alqısatqısı və özəlləşdirilməsi işlərinə baxdığını, ehtiyac olarsa, Cavabdeh2 bağ sahəsini özəlləşdirib sərfəli qiymətə sata biləcəyini bildirmiş və bu işləri yerinə yetirmək üçün Cavabdeh2 etibarnamə verməyi təklif etmişdir. Lakin, atası Cavabdeh2 şəxsən görməmiş və onu tanımamışdır. Bir-neçə gündən sora X43 Nuriyevin şəxsiyyət vəsiqəsinin ksero surətini gətirərək, atası ilə bərabər notariat kontoruna gedib, onun adından Cavabdeh2 adına notariat kontorunda təsdiqlənmiş etibarnamə almışdır. X33 Cavabdeh2lə əlaqəsi olmadığından, Rəşad Əliyevlə əlaqə saxlayaraq bağın özəlləşdirilməsinin gedişatı ilə maraqlanmışdır. X43 Nuriyevin bağı almaq istədiyini və bağa görə 32.000 ABŞ dolları təklif etdiyini bildirmişdir. Rəşad atasının razılığını aldıqdan sonra, Cavabdeh2 ona göndərdiyi 8.000 ABŞ dollarını beh kimi atasına vermiş, qalan 24.000 ABŞ dollarının da qısa müddətdə Adilin verəcəyini bildirmişdir. Lakin atası 8000 ABŞ dolları behi aldıqdan sonra pulun ödənilməmiş 24.000 ABŞ dolları atasına verilməmişdir. Atası Cavabdeh2 tanımadığından, onunla heç vaxt görüşmədiyindən və onun telefon nömrəsini, habelə yaşadığı ünvanı bilmədiyindən Cavabdeh2lə əlaqə yarada bilməmiş və bu səbəbdən pulun ödənilməmiş 24.000 dollarını Rəşaddan tələb etmişdir. Rəşad isə hər dəfə bir bəhanə gətirib nəticədə atasına heç bir məbləğdə ödəniş etməmişdir. Təxminən bir ildən sonra isə Rəşad Əliyev öldürülmüşdür. Cavabdeh2 atasının telefon nömrəsini bilsə də, Rəşad Əliyevin ölümündən istifadə edərək bağın ödənilməmiş dəyərini ödəməmiş, atası ilə ümumiyyətlə əlaqə saxlamamışdır. Atası isə Cavabdeh2 tapa və ya onunla hər-hansı formada əlaqə yarada bilməmişdir. Eyni zamanda Cavabdeh2 adına elibarnaməni rəsmiləşdirmiş notariat kontorunun yerini unutduğundan uzun müddət etibarnaməni də ləğv etdirə bilməmişdir. Bağ sahəsinin taleyi ilə bağlı, yəni Cavabdeh2 tərəfindən bağ sahəsinin özəlləşdirilib-özəlləşdirilməməsini və ya kiməsə satılıb-satılmamasını aydınlaşdırmaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə etdiyi yazılı müraciətlərə cavab verilməsindən imtina edilmişdir. Buna baxmayaraq Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciətlərini davam etdirmişlər. Müraciətlərindən birinə bağ sahəsinin ilkin torpaqayırma sənədlərinin surətlərini əlavə edib Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə göndərərək, bağın onun adına dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Etdiyi müraciətə sənədlərin əslinin təqdim edilməməsi əsası ilə imtina cavabı verilmişdir. İlkin torpaqayırma sənədlərinin əsli isə Cavabdeh2 olduğundan DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə etdim etmək mümkün olmamışdır. Ən nəhayət, xx.xx.2020-ci il tarixdə təkrarən Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə etdiyi yazılı müraciətdən sonra onun ünvanına göndərilmiş xx.xx.2020-ci il tarixli, **********64 nömrəli məktubda Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağları massivində yerləşən 12 ha torpaqdan ibarət 1362V nömrəli bağ sahəsinin hələ xx.xx.2011-ci il tarixdə onun adına DƏDRX-də qeydiyyata alındığı və onun mülkiyyətində olduğu göstərilmişdir. Bundan sonra atası X27 ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat Baş idarəsinə gedib, Cavabdeh2 adına etibarnamənin 26 saylı notariat ofisində verildiyini öyrənmiş və 26 saylı notariat ofisinə gəlib onun adından Cavabdeh2 xx.xx.2009-cu il tarixdə verilmiş etibarnaməyə xitam verilməsi barədə ərizə ilə notariusa müraciət etmişdir. Yalnız bu müraciətdən sonra xx.xx.2020-ci il tarixdə həmin etbarnaməyə xitam verilmişdir. Mülkiyyətində olan 1362V nömrəli bağ sahəsinə baxmağa dəfələrlə cəhd etsələr də, hər dəfə darvaza bağlı olmuşdur. Cavabdeh2 isə tanımadıqlarından onunla görüşmək və ya onunla hər-hansı formada əlaqə yaratmaq mümükün olmamışdır. Binəqədi Bələdiyyəsinə bağ sahəsində kimin yaşadığını, kimin adından bələdiyəyə ödəniş edildiyini öyrənməyə cəhd etsə də, bələdiyyə hər dəfə onları aldadaraq, bu barədə nə yazılı, nə də şifahi məlumat verməmişdir. Odur ki, o, Cavabdeh2 qarşı “cavabdehin qanunsuz sahibliyindən bağ sahəsinin və ona aid sənədlərin geri alınması, inşa ediyi tikililərin onun hesabına sökülərək bağ sahəsindən çıxarılması” təiəbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 29 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 nümayəndəsinin məhkəməyə təqdim etdiyi, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, BRB/45 5 nömrəli arayışda mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Binəqədİ rayonu Göradil bağ massivi ünvanda yerləşən 1362V nömrəli bağ evində Cavabdeh1, X15, X8, X9, X2, Paşazadə Ramiz Famiz oğlunun, X10 və X11 xx.xx.2014-cü il tarixdən 24 il müddətinə verilmiş etibarnamə əsasında yaşadıqları göstərilmişdir. Bununla bağlı vəsatətlə Binəqədi rayon məhkəməsinə müraciət edib Cavabdeh1, X15, X8, X9, X2, Paşazadə Ramiz Famiz oğlunun, X10 və X11 iş üzrə cavabdeh qismində cəlb edilməsi və onların mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu Göradil bağ massivi ünvanda yerləşən 1362V nömrəli bağ evindən (bağın bütün ərazisindən) məcburi qaydada çıxarılması, 1362V nömrəli bağ sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən ********** qeydiyyat nömrəli Çıxarışın, torpaq sahəsinin plan-ölçüsünün, habelə texniki pasportunun cavabdehlərdən alınıb ona təhvil verilməsi” barədə qənamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 3275/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər X31, X7, X28, Cavabdeh1 və X23 (yetkinlik yaşına çatmayan uşaqları, xx.xx.2012-ci il təvəllüdlü Paşazadə Ramiz Famiz oğlunun, xx.xx.2014-cü il təvəllüdlü X24 və xx.xx.2016-cı il təvəllüdlü X25 ilə birlikdə) onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsindən məcburi qaydada çıxarılması, Bakı şəhəri, Bİnəqədi rayonu Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsinə dair X12 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli Çıxarışın əslinin Cavabdeh2 alınaraq ona verilməsi qət edilmişdir. Cavabdehlərin Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-3275/2021 saylı qətnaməsindən verdikləri apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə əsassız hesab edilərək təmin edilməmişdir. Lakin, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, bağ sahəsində yaşadığı dövrdə ev tikmiş, təmir işləri aparmış, mövcud tikiliyə artırmalar edərək xərc çəkmiş və çəkdiyi məsrəflərin iddiaçı tərəfindən ona ödənilməsini tələb etmişdir. Lakin, cavabdehlər qeyd etdikləri təmir-tikinti və artırma işlərini Azərbaycan Respublikası Şəhərsalma və Tikinti məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmaqla qanunsuz apardıqlarından, həmin tikinti-təmir və artırmalar onların öz hesabına sökülərək bağ sahəsindən çıxarılmalıdır. Bundan başqa, bağ sahəsi onun adına sənədləşdirildikdən sonra, bağ sahəsinin dörd bir tərəfinə mişarlanmış əhəng daşından hasar çəkdirmiş və orada 80 kv.metirlik bağ evinin tikintisinə başlanmışdır. Bağ evinin tikintisi ilə eyni zamanda bağ sahəsində “Tamet Daşları”nın istehsalı üçün sex inşa etdirərək, bir ədəd 1500 ABŞ dolları dəyərində beton qarışdıran, bir ədəd 3000 ABŞ dolları dəyərində daş qıran və titrəyiş qurğusu, 1200 manat dəyərində bir Elevator, hər biri 150 manat dəyərində olan 15 ədəd mühərrik, hər biri 1500 manat dəyərində 4 ədəd quruducu qurğu, 120 ədəd müxtəlif ölçüdə və dəyərdə qəlib və sair avadanlıq və qurğular alınmış və istehsala başlanmışdır. Ümumilikdə avadanlıq və qurğulara, eləcə də sexin inşasına təxminən 35.000 (otuz beş min) manat xərc çəkmişdir. Bununla belə sexdə xeyli miqdarda xammal və hazır məhsul olmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bütün avadanlıq və qurğuları, malmaterialı və hazır məhsulu, eləcə də sexin dəmir qapısını çıxarıb satmış, sexi isə bünövrədən sökmüşlər. Bununla cavabdehlər ümumilikdə ona 35.000 manat məbləğində maddi ziyan vurmuşdur. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vurduqları maddi ziyanın əvəzi olaraq 35.000 manat müştərək qaydada tutulub ona ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5881/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsi əsasında başlanılmış mülki iş (iş № e-2(001)- 5881/2022) Cavabdeh1 iddiası əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsində başlanılmış mülki işlə birlikdə birləşdirilib baxılması üçün həmin məhkəməyə göndərilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1737/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən isə sözügedən mülki işlərin birləşdirilərək 2(004)-1737/2022 nömrə altında bir icraatda baxılması, habelə mülki işin ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-7748/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İlk iddia və birləşdirilmiş iş üzrə Cavabdeh2 etiraz ərizəsi təqdim edərək, ilk və birləşdirilmiş iş üzrə iddia ərizələrinin ona aid hissədə qanunsuz və əsassız olduğundan təmin olunmamasını xahiş etmiş və həmin etiraz ərizəsini belə əsaslandırmışdır ki, iddiaçılar tərəfindən verilmiş iddia tələbləri tamamilə əsassız olduğundan və həmin iddia tələbləri ilə onun hüquqları kobud şəkildə pozulduğundan hazırda həmin mülki iş üzrə tərəfindən etiraz verilməsi zərurəti yaranmışdır. Belə ki, hər iki iddia ərizəsində göstərilmiş xüsusatların heç bir hüquqi əsası yoxdur, qeyd edilmiş xüsusatlar tamamilə formal faktlardan ibarətdir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsini İddiaçı 35000 (otuz beş min) ABŞ dolları məbləğində vəsait ödəyərək almış və bütün məbləği tam şəkildə ödəmişdir. Bu səbəbdən də, İddiaçı 30 may 2009-cu il tarixdə ona 29 iyul 2038-ci ilədək qüvvədə olan baş etibarnamə verərək, bu əmlakla bağlı bütün hərəkətləri etmək, o cümlədən həmin bağ sahəsi üzərində sərəncam vermək səlahiyyətini etibar etmişdir. Həmin etibarnamə əsasında da sözügedən bağ sahəsinə çıxarış əldə etmişdir. Lakin, əlavə xərci çıxmasın deyə çıxarışı elə İddiaçı öz adına çıxartdırmışdır. Bundan sonra ona təcili olaraq pul lazım olduğuna görə həmin əmlakı aldığından da 2 dəfə ucuz qiymətə 13260 (on üç min iki yüz altmış) manata Cavabdeh1 satmışdır. Həmin bağ sahəsinə görə Famizin atası Ramiz ona əlbəəl 13260 (on üç min iki yüz altmış) manat pul vermişdir. Həmin bağ sahəsini Cavabdeh1 satan zaman bağ sahəsinin İddiaçı adına olan çıxarışı ona təqdim edərək gələcəkdə həmin bağ sahəsi üzərində hər hansı bir mübahisənin çıxmaması üçün sözügedən bağ sahəsini öz adına rəsmiləşdirməsini ona izah etmiş, hətta bir müddət sonra Cavabdeh1 sözügedən bağ sahəsini öz adına rəsmiləşdiribrəsmiləşdirmədiyini soruşduqda ona artıq bağ sahəsini öz adına rəsmiləşdirdiyini bildirmişdir. Əslində Cavabdeh1 öz işinə məsuliyyətsiz və laqeyd yanaşaraq sözügedən bağ sahəsini öz adına rəsmiləşdirməmişdir. Həmçinin Cavabdeh1 həmin bağ sahəsini ondan satın aldıqdan sonra orada təmir-tikinti, bərpa işləri həyata keçirmiş və uzun müddət ailə üzvləri ilə birlikdə həmin bağ sahəsində yaşamışdır. Qeyd edir ki, İddiaçı ona satdığı 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsinin plana düşdüyünü və söküləcəyinin gözləndiyindən xəbər tutduqda bu yolla əlavə qazanc əldə edərək əsassız varlanmaq niyyəti ilə bağ sahəsini satdıqdan düz 12 il sonra - 19 oktyabr 2020-ci il tarixdə ona verdiyi etibarnaməni ləğv edərək, ona və digər cavabdehlərə qarşı “bağ sahəsindən çıxarılma və sənədlərin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Uzun müddət davam edən məhkəmə çəkişməsindən sonra İddiaçı iddia tələbi təmin edilmişdir. Hazırda isə İddiaçı həmin bağ sahəsində qanunsuz inşa edilmiş tikililərin və artırmalarının onun və digər Cavabdeh1 hesabına sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bildirir ki, həmin bağ sahəsində inşa edilmiş tikililər və artırmaların onun hesabına sökülməsi tələbi tamamilə qanunsuz və əsassızdır. Çünki ona pul ehtiyac olduğundan həmin bağ sahəsini Cavabdeh1 satmış və sözügedən tikililər də onun tərəfimdən yox, Cavabdeh1 tərəfindən inşa edilmişdir. Belə ki, həmin bağ sahəsində o, nəinki qanunsuz tikili, ümumiyyətlə heç bir tikinti və ya təmir-bərpa işləri aparmamışdır. Həmin bağ sahəsini İddiaçı satın alanda hansı mövcud quruluşda idisə, Cavabdeh1 satanda da eyni mövcud quruluşda satmışdır. Sözügedən bağ sahəsindəki tikinti və təmirbərpa işlərini Cavabdeh1 satın aldıqdan sonra özü həyata keçirmişdir. Belə olduğu halda nəyə görə sözügedən tikililər onun hesabına sökülməlidir?! Hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia tələbi əsassız olduğundan “qanunsuz tikililərin və artırmaların Cavabdeh2 hesabına sökülməsi” hissəsində rədd edilməlidir. Bundan başqa, digər iddiaçı Cavabdeh1 İddiaçı və ona qarşı “maddi zərərin ödənilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinə görə ödənilmiş 67000 (altmış yeddi min) manat, maddi ziyana görə 129426 (yüz iyirmi doqquz min dörd yüz iyirmi altı) manat və dövlət rüsumunun ödənilməsinə görə 486,42 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəla, iddiaçının bu iddianı vermək üçün subyektiv hüququ yoxdur. Çünki, Binəqədi Rayon Məhkəməsinin çıxardığı qətnamə ilə də sübuta yetirilmişdir ki, alqı-satqı müqaviləsi olmadan yalnız baş etibarnamə ilə sözügedən bağ sahəsinin satışı etibarlı əqd hesab olunmur. Yəni, bağ sahəsinə dair iddiaçı ilə aralarında alqı-satqı müqaviləsi olmadığı üçün bağ sahəsinin X16 mülkiyyətində olduğunu sübut edən etibarlı əqd yoxdur. Dolayısıyla, AR MPM ilə etibarsız əqdlər istinad mənbəyi hesab edilmədiyi üçün, yəni bağ sahəsinin tərəfindən verilməsinin konkret hüquqi tərəfi müəyyən edilmədiyindən 67.000 manat məğləğində borcun cavabdehlərdən biri qismində göstərilərək ondan tələb edilməsi heç bir hüquqi əhəmiyyət kəsb etməməkdədir. Eyni zamanda, məhkəmə qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın əsli ondan alınaraq bağ sahəsinin əvvəlki sahibi İddiaçı verilmişdir. Beləliklə, bağ sahəsinin hüquqi sahibi qismində İddiaçı sonra məhkəmə onu bağ sahəsinin mülkiyyətçisi qismində tanımadığından hazırda iddiaçı tərəfindən qaldırılmış iddia tamamilə əsassızdır. Bundan başqa qeyd edilməlidir ki, həmin bağ sahəsini 67.000 manata deyil, 13260 (on üç min iki yüz altmış) manata Cavabdeh1 satmışdır. Belə ki, əslində onun həmin bağ sahəsini satmaq niyyəti yox idi, sadəcə həyat yoldaşının müayinə və müalicəsi üçün təcili pul lazım olduğu üçün həmin bağ sahəsini etibarnamə ilə el arasında deyildiyi kimi “dəyərdəyməzinə”, “əlimyandıda” Cavabdeh1 satmışdır. Həmçinin bildirir ki, iddianın tamamilə əsassız olduğunu göstərən başlıca amillərdən biri də iddiaçının uzun illər sözügedən bağ evində yaşaması, lakin bağ sahəsini öz adına rəsmiləşdirməməsidir. Belə ki, həmin bağ sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışını şəxsən Cavabdeh1 vermiş və ona tezliklə həmin bağ sahəsinin öz adına rəsmiləşdirilməsi bildirmişdir. Bir müddət sonra isə yuxarıda da qeyd etdiyi kimi, Cavabdeh1 ona həmin bağ sahəsini öz adına rəsmiləşdirdiyini bildirmişdir. Lakin göründüyü kimi, Cavabdeh1 öz işinə laqeyd və məsuliyyətsiz yanaşaraq həmin bağ sahəsini öz adına rəsmiləşdirməmişdir. Hazırda da həmin bağ sahəsində inşa etdiyi tikililərə görə əsassız varlanma tələbi ilə onu cavabdeh kimi göstərməsi gülünc olmaqla yanaşı qanunsuzdur. Belə ki, həmin bağ sahəsi məhkəmə qətnaməsi ilə İddiaçı qaytarıldığından bu hissədə əsassız varlanan o yox, məhz elə İddiaçı olmuşdur. Buna görə də hesab edir ki, verilmiş iddia tələbi üzrə torpaq sahəsinə görə ödənilmiş 67000 (altmış yeddi min) manat, maddi ziyana və əsassız varlanmaya görə 129426 (yüz iyirmi doqquz min dörd yüz iyirmi altı) manat pul tələbi ona aid hissədə əsassız olduğundan rədd edilməlidir. Sonda təkrar qeyd edir ki, icraatda olan hazırki mülki iş üzrə onun heç bir məsuliyyəti yoxdur. Pulunu tam ödəyib aldığı bağ sahəsini ona verilmiş baş etibarnamə əsasında Cavabdeh1 satmışdır. Cavabdeh1 məsuliyyətsizlik edib bağ sahəsini öz adına rəsmiləşdirməyibsə, bunda onun təqsiri nədir?! Yuxarıda qeyd etdiyi xüsusatlardan dolayı hesab edir ki, iddiaçılar tərəfindən verilmiş iddia tələbləri əsassız olduğundan ona aid olan hissədə rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı Cavabdeh1 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, ilk iddianın təmin edilməsini, birləşdirilmiş iddianın isə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş iş üzrə İddiaçı nümayəndəsi X27 və nümayəndəsi (vəkili) Vəkil2 təmsil etdikləri şəxsin iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmin iddianın təmin edilməsini, ilk iddianın isə təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ilk iddia və birləşdirilmiş iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən ilk iddia tələbi qismən təmin edilməli, birləşdirilmiş iş üzrə iddia ərizəsi isə təmin olunmamalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, İddiaçı Cavabdeh2, X21, X5, X17, Cavabdeh1, X18, Paşazadə Ramiz Famiz oğluna, X19 və X20 qarşı “mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 1362V nömrəli bağ evindən (bağın bütün ərazisindən) məcburi qaydada çıxarılması, 1362V nömrəli bağın və həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən onun adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün, habelə texniki pasportun cavabdehlərdən alınaraq ona təhvil verilməsi” barədə iddiasına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış, həmin məhkəmənin 2(001)-3275/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə “cavabdehlər Paşazadə Ramiz Famiz oğlunun, X10 və X11 bağ sahəsindən çıxarılması və sənədlərin təhvil verilməsi” hissəsində mülki iş üzrə icraata xitam verilmiş, eyni nömrəli və tarixli qətnamə ilə isə iddianın qismən təmin edilməsi, X31, X7, X22, Cavabdeh1 və X8 (yetkinlik yaşına çatmayan uşaqları, xx.xx.2012-ci il təvəllüdlü Paşazadə Ramiz Famiz oğlu, xx.xx.2014-cü il təvəllüdlü X24 və xx.xx.2016-cı il təvəllüdlü X25 ilə birlikdə) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsindən çıxarılması, həmin bağ sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın əslinin Cavabdeh2 alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4172/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 3275/2021 saylı qətnaməsi mübahisələndirilən – iddianın Cavabdeh1 qarşı təmin edimiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5507/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(103)- 4172/2022 saylı qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2200/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3190/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2200/2023 nömrəli mülki iş üzrə 17 aprel 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsi xx.xx.2007ci il tarixli, 40335 nömrəli müqavilə əsasında İddiaçı istifadəsinə verilmiş, o, Cavabdeh2 ilə həmin bağ sahəsinin ilk olaraq özünün adına rəsmiləşdirilib, sonradan Cavabdeh2 satılması barədə razılıq əldə etmiş və bu məqsədlə xx.xx.2009-cu il tarixdə Cavabdeh2 mübahisəli əmlakla bağlı xx.xx.2038-ci il tarixədək etibarnamə vermiş, xx.xx.2011-ci il tarixdə İddiaçı həmin əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 319 nömrəli reyestr kitabının 30133 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin Cavabdeh2 və Cavabdeh1 arasında da həmin bağ sahəsinin alğı-satqısı barədə razılıq əldə edilmiş və bağ sahəsi sonuncuya təhvil verilmişdir. Bununla belə, sonradan İddiaçı bağın dəyərinin natamam ödənildiyini əsas gətirərək Cavabdeh2 adına verdiyi etibarnaməni xx.xx.2020-ci il tarixdə ləğv etdirmiş, habelə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamənin aid olduğu mülki işin başlanmasına əsas olan iddia ərizəsini həmin məhkəməyə təqdim etmişdir. İşin mübahisəsiz digər halına görə, Cavabdeh1 mübahisəli bağ evinə dair 24 il müddətinə xx.xx.2014-cü il tarixli etibarnamə verilmiş və o, həmin tarixdən ailəsi ilə birlikdə orada yaşamaqdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2230 saylı 08 avqust 2022-ci il tarixli ekspert rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1362V saylı bağ sahəsi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 75866,2 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/100000-9/10125 saylı 29 yanvar 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1362V saylı bağ sahəsi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 75866,2 manat məbləğində müəyyən edilmişdir. Lakin aparılmış tikinti-təmir işlərinin kim tərəfindən yerinə yetirilməsinin müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlərə aid deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/10125 saylı 12 mart 2024-cü il tarixli ekspert rəyində isə qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən ağacların və dekarativ bitkilərin bitkilərin orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: - 40 ədəd hündürlüyü təxminən 2,5-3 metr aralığında şam ağacları (limon ətirli kiparis) – 4000,00 (40 x 100 man); - 60 p/metr (bəzi hissədə 2 cərgə əkilib) ölçüdə əkilmiş şümşad kolları – 1800,00 (60 x 30 man); - müxtəlif adda (təxmini 5 illik) ümumilikdə 36 ədəd zəif inkişaf etmiş meyvə ağacı – 1080,00 (36 x 30 man). Beləliklə, ekspertiza tədqiqatına təqdim edilən ağacların və dekorativ bitkilərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 6880,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/3815 saylı 22 iyul 2024-cü il tarixli ekspert rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki, “1-ci sual üzrə: Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1362 V saylı bağ sahəsi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 75866,2 manat məbləğində müəyyən edilmişdir. Lakin aparılmış tikinti-təmir işlərinin kim tərəfindən yerinə yetirilməsinin müəyyən edilməsi tikintitexniki ekspertinin həll etdiyi məsələlərə aid deyildir. 2-ci sual üzrə: Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1362V saylı bağ sahəsində xarici divarlarının qalınlığı 0,4 m olan, daxili arakəsmə divarlarının qalınlığı 0,2 m olan mişar daşından, dam hissəsi taxta konstruksiyalardan yığılaraq şiferlə (ondolin) üzlənmiş fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir. İnşa edilmiş fərdi yaşayış evinin qarşısında sahələri 20,2 kv.m., 3,23 kv.m. və 19,8 kv.m olan əlavə tikilillər inşa edildiyi müəyyən edilmişdir. Qeyd olunur ki, fərdi yaşayış evinin bünövrəsi və kürsüsü gözlə görünən hissədə olmadığından hansı materialdan inşa edilməsini müəyyən etmək mümkün olmamışdır. 3-cü sual üzrə: Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1362 V saylı bağ sahəsində yerdə düzülmüş mişar daşlarının altına qum və çınqıl döşəndiyi, mişar daşının bir ədədinin dəyəri bazar qiymətinə uyğun dəyərinin 0,5 manat təşkil etdiyi müəyyən edilmişdir”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9033 saylı 08 yanvar 2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1362V saylı bağ sahəsində yerləşən tikililərin içərisində aparılmış təmir və bərpa işlərinin bazar qiymətinə uyğun ümumi dəyəri təqribən 4682 manat məbləğində müəyyən olunmuşdur. “Azərkurortlayihə” SC-nin “Binəqədi rayonu, Goradil kəndi, 1362V saylı bağ sahəsində yerləşən fərdi yaşayış evinin hal-hazırdakı tikinti vəziyyətinin smetası”nın surətindən görünür ki, sözügedən bağ sahəsində yerləşən fərdi yaşayış evinin tikintisinə cəmi 129426 manat xərc çəkilmişdir. İddiaçı sifarişi əsasında əldə edilmiş “X13” MMC-nin 274 saylı, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus ünvanda yerləşən tikinti işlərinin aparılması nəticəsində İddiaçı məxsus bağ evinə çəkilmiş xərclərin məbləği 6014 (altı min on dörd) manat müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1320/2024 saylı xx.xx.2024-cü il saylı qətnaməsindən görünür ki, Cavabdeh2 İddiaçı qarşı "cavabdehdən vurulmuş maddi zərərin qarşılığı olaraq 59500 manat (35000 ABŞ dollarının hazırki məzənnə ilə qarşılığı – 35000 ABŞ dolları x 1,70 manat = 59500 manat) məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 270 manat məbləğində rüsumun, ümumilikdə 59770 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi” barədə iddiası qismən təmin edilərək, İddiaçı 8000 ABŞ dolları (ödəniş gününə olan manat məzənnəsi ilə) məbləğində pulun və 61 (altmış bir) manat 69 (altmış doqquz) qəpik dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4720/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1320/2024 saylı, 24 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1320/2024 saylı xx.xx.2024-cü il saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 və İddiaçı Goradil bağ massivində yerləşən 1362 V nömrəli bağ evinin etibarnamə əsasında alqı-satqısına dair razılığa gəlmiş, sonradan aralarında narazılıq yarandığından İddiaçı məhkəməyə müraciət edərək həmin bağ sahəsini Cavabdeh2 və digər şəxslərdən geri tələb etmiş, məhkəmə qətnaməsi ilə həmin iddia təmin edilərək adı çəkilən bağ sahəsi İddiaçı geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, ilk iddiaçı tərəflər arasında daha əvvəl olmuş məhkəmə mübahisəsi üzrə çıxarılmış məhkəmə aktlarına istinadən cavabdehlərdən Cavabdeh2lə bağ sahəsinin 67000 manata alğı-satqısı barədə razılıq əldə etdiyini, sonuncunun həmin bağ sahəsinə dair onun adına etibar edilmişi etibaretmə qaydasında etibarnamə verdiyini, bağ sahəsini faktiki istifadəsinə keçirtdikdən sonra orada tikinti-təmir işləri apardığını və bunun üçün 129426 manat xərc çəkdiyini, 28.06 2014-cü il tarixdən ailəsi ilə birlikdə həmin ünvanda yaşadığını, bununla belə sonradan İddiaçı Cavabdeh2 adına verilən xx.xx.2009-cu il tarixli etibarnaməni ləğv edərək onlara qarşı iddia qaldırdığını, beləliklə onun və ailəsinin bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul edildiyini və belə olan halda cavabdehlərin onun hesabına əsassız olaraq əmlak əldə edərək varlandıqlarını, buna görə də bağ sahəsində evin tikintisi və həyətyanı sahədə aparılmış yaxşılaşdırma işləri üçün sərf olunan pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmalı olduğunu iddia edərək hazırkı iddia tələblərini irəli sürmüşdür. İlk iddia üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçının mövqeyinə görə isə, mülkiyyətində olan bağ sahəsindəki tikinti-təmir işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmaqla qanunsuz aparıldığından, həmin tikinti-təmir və artırmalar cavabdehlərin hesabına sökülərək bağ sahəsindən çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin obyektv həlli üçün ilk növbədə birləşdirilmiş iş üzrə iddia tələbinə hüquqi qiymət verilməlidir. Belə ki, həmin iddia tələbin əsaslı olduğu nəticəsinə gəlinməsi ilk iddianın dispozitiv şərtlərini istisna etməklə, həmin tələb üzrə hüquqi araşdırma aparılması zərurətini ümumiyyətlə aradan qaldıracaqdır. İşin mübahisəsiz hallarından da göründüyü kimi, mübahisəli bağ sahəsi xx.xx.2007-ci il tarixdə müqavilə əsasında birləşdirilmiş iş üzrə iddiaçının istifadəsinə verilmiş, onunla Cavabdeh2 arasında xx.xx.2009-cu il tarixdə, daha sonra isə (xx.xx.2014-cü il tarixdə) sonuncu ilə ilk iddiaçı arasında həmin bağ sahəsinin etibarnamə əsasında alqı-satqısına dair razılıqlar əldə edilmiş, bağ sahəsi ilk iddiaçıya təhvil verilmiş, o, orada tikinti-təmir işləri aparmış, bununla belə sonradan birləşdirilmiş iş üzrə iddiaçı ilə Cavabdeh2 arasında bağın dəyəri ilə bağlı mübahisə yarandığından birləşdirilmiş iş üzrə iddiaçı məhkəməyə müraciət edərək həmin bağ sahəsini geri tələb etmiş və onun iddiası təmin edilmişdir. İşin hallarından həmçinin görünür ki, bağ sahəsinin qaytarılması ilə bağlı məhkəmə mübahisəsi yekunlaşdıqdan sonra ilk iddiaçı, Cavabdeh2 əvəzli qaydada aldığı bağ sahəsi üçün ödədiyi pulun, habelə orada həyata keçirdiyi yaxşılaşdırmaların dəyərinin qaytarılmasına dair iddia qaldırmışdır. O da müəyyən edilir ki, birləşdirilmiş iş üzrə iddiaçı bağ sahəsini geri tələb edən zaman orada aparılan tikinti-təmir işlərinin qanunsuzluğunu irəli sürməmiş, aparılan işlərin sökülməsini istəyini bildirməmişdir və yalnız ona qarşı hazırkı iddia tələbinin irəli sürülməsindən sonra, əvvəlcə iddianı qəbul etməyərək ona etiraz etmiş, bir müddət sonra isə hazırkı mülki işdə baxılan iddia tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu mənada məhkəmə hesab edir ki, bağ sahəsində aparılan yaxşılaşdırmaların onun dəyərini əhəmiyyətli dərəcədə qaldırdığı nəzərə alınaraq, ilk iddia üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçının əvvəldən bu cür iddia vermək niyyətinin olmadığı, lakin sonradan sırf ilk iddiaçının tələb hüququnu aradan qaldırmaq (iddiasının rəddinə nail olmaq) məqsədilə hazırkı iddia tələbini irəli sürmək qərarını verdiyi qənaətinə gəlinməsi hazırki işin faktiki halları baxımından daha məntiqlidir. Başqa sözlə, məhkəmənin qənaətinə görə, birləşdirilmiş iş üzrə iddiaçının mülkiyyətçi kimi bu cür tələb irəli sürmək hüququ olsa da, o, bu hüququndan ilk iddiaçının tələb hüququnu aradan qaldırmaq məqsədilə, başqa sözlə ona ziyan vurmaq məqsədi ilə istifadə etmişdir. Eyni zamanda onun, bağ sahəsini etibarnamə əsasında satdığı, uzun müddət torpaq sahəsi ilə maraqlanmadığı, orada aparılan tikinti-təmir işlərinə etiraz etmədiyi halda, illər sonra orada ilk iddiaçının xeyli pul vəsaiti və zaman sərf etməklə ərsəyə gətirdiyi yaxşılaşdırmaların sökülməsini tələb etməsi yönündəki hərəkətləri bağ sahəsinə vaxtilə etibarnamələr əsasında faktiki yiyələnmiş cavabdehlərin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara da zidd olmuşdur. Göstərilənlərə əsasən, xüsusilə ilk iddiaçının hazırkı iddia ərizə ilə məhkəməyə müraciət etməsindən sonra birləşdirilmiş iş üzrə iddiaçının da müvafiq iddianı qaldırmasını ağlabatan mühakimə əsasında nəzərdən keçirən məhkəmə belə qənaətdədir ki, birləşdirilmiş iş üzrə iddiaçı mülki qanunvericiliyin “hüquqdan sui-istifadə qadağası”na dair tələbini pozmuşdur və buna görə də o, hər nə qədər mülkiyyətçi olsa da, hazırkı iddianı irəli sürməkdə haqlı olmamışdır. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Bir şəxsin öz üzərinə düşən vəzifəni kobudcasına pozduğu halda hüququnu həyata keçirməsi və ya öz davranışı ilə qarşı tərəfdə qorunmağa layiq və əsaslı bir güvən oyandırdıqdan sonra bu davranışa və oyandırdığı güvənə zidd davranması hüquqdan suiistifadə sayılır və qanunla qorunmur. Yəni, sui-istifadə edilən hüquqa söykənən tələblər müdafiə oluna bilməz. Dolayısı ilə, hər hansı iddia irəli sürülərkən bu, hüquqdan suiistifadə təşkil edirsə həmin tələb nəzərə alınmır. Odur ki, məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur. MM-in 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci, 560.2-ci, 560.3.2-ci və 560.3.4-cü maddələrinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi və ya digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X30 Məhkəməsi tərəfindən ifadə edilmişdir. Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Məhkəmənin 9 Mart 1999-cu il tarixli qərarında Romanalman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada həyata keçirilən səlahiyyətlərə qoyulmuş məhdudiyyətin ölçüsü olan hüquqdan sui-istifadənin qadağan olunmasının ümumi prinsipi mütənasiblik (tarazlıq) prinsipi ilə oxşar cəhətlərə malikdir. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “tikililərin sökülməsi” tələbi əsassızdır və buna görə də, təmin edilə bilməz. İlk iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, yuxarıda da qeyd edilənlərdən də göründüyü kimi, bağ sahəsi xx.xx.2014-cü il tarixdə etibarnamə əsasında ilk iddiaçıya satılmış, bağ sahəsi ona təhvil verilmiş, o, orada tikinti-təmir işləri aparmışdır. O, hazırki iddiasında: 1. Bağ sahəsinə görə ödənilmiş 67000 manat məbləğində pulun cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulmasını; 2. Maddi ziyana görə 129426 manat pulun cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulmasını tələb edir. İlk iddianın birinci hissəsindən görünür ki, həmin hissədə tələb iddiaçının mübahisəli bağa görə ödəmiş olduğu pulun cavabdehlərdən tutularaq özünə (ilk iddiaçıya) qaytarılması barəsindədir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, ilk iddiaçının qeyd edilən iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla belə məhkəmə, ilk iddia tələbinin bu hissədə qismən əsaslı olduğunu vurğulayır; belə ki, əvvəla mübahisəli bağ sahəsinin etibarnamə əsasında alğı-satqısının ilk iddiaçı ilə Cavabdeh2 arasında baş tutduğu müəyyən edilir. Bu o deməkdir ki, bu hissədə iddia cavabdeh İddiaçı münasibətdə ümumiyyətlə əsaslı deyildir. Digər tərəfdən ilk iddiaçı bağ sahəsini 67000 manata aldığını iddia etsə də, Cavabdeh2 məhz həmin məbləğdə pul vermiş olduğunu sübut edə bilməmiş, Cavabdeh2 isə bağı həmin məbləğə deyil, 13260 (on üç min iki yüz altmış) manata satdığını bildirmişdir (etiraf etmişdir). Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh2 13260 (on üç min iki yüz altmış) manat məbləği tutularaq ilk iddiaçıya ödənilməlidir. İlk iddianın “maddi ziyana görə 129426 manat pulun cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada tutulub ona ödənilməsi” hissəsinə münasibətdə isə məhkəmə ilk növbədə qeyd edir ki, bu hissədə tələb edilən pul bağ sahəsinə edilən yaxşılaşdırmaların dəyərinə dairdir. Müvafiq məhkəmə aktları ilə bağ sahəsinin İddiaçı verilməsinin qərara alındığı müəyyən edilmişdir. İşin qeyd edilən bu halı həmin yaxşılaşdırmalardan məhz İddiaçı faydalanacağını göstərməklə yanaşı, iddianın Cavabdeh2 münasibətdə əsassız olduğu qənaətinə gəlməyə əsas verir. Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər; yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. İşin məhkəmə araşdırması zamanı təyin edilən ekspertiza rəyləri ilə, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1362V saylı bağ sahəsi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyərinin təqribən 75866,2 manat məbləğində olduğu, o cümlədən tikililərin içərisində 4682 manat məbləğində təmir və bərpa işlərinin aparıldığı müəyyən edilmişdir. Həmin yaxşılaşdırmaların əmlaka zərər yetirmədən ondan ayrılması da mümkün deyildir. Odur ki, məhkəmənin qənaətinə görə, bağ sahəsində həyata keçirilən yaxşılaşdırmaların əvəzi kimi cəmi 80 548,22 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutulub ilk iddiaçı Cavabdeh1 ödənilməlidir. Bağ sahəsində əkilmiş ağac və kollara gəldikdə isə, məhkəmənin qənaətinə görə, onların əmlaka zərər yetirmədən ondan ayrılması mümkündür. Bu mənada məhkəmə hesab edir ki, həmin yaxşılaşdırmaları bağ sahəsindən ayıraraq özün saxlamaq hüququnun olduğu ilk iddiaçı Cavabdeh1 izah edilməlidir. Bu qənaətə gələrkən məhkəmə, cavabdeh İddiaçı “bağ sahəsində aparılan yaxşılaşdırmaların bir qisminin onun tərəfindən həyata keçirilmiş olması” dəlillərini də əsassız hesab etmişdir. Əvvəla o, həmin halları biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Digər tərəfdən İddiaçı bağ sahəsini xx.xx.2009-cu il tarixdə etibarnamə əsasında Cavabdeh2 satmış, xx.xx.2011-ci il tarixdə həmin bağa aid torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin çıxarışdan torpaq sahəsinin üzərində hər hansı tikilinin mövcudluğu müəyyən edilmir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə xüsusilə vurğulayır ki, iş üzrə gəlinən nəticə mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, ilk iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 486,42 manat dövlət rüsumunun 232,30 manat hissəsi cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada alınaraq ona ödənilməli, birləşdirilmiş iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilməli, ekspert tədqiqatının dəyəri olan 360 manat məbləğin 180 manatı İddiaçı və 180 manatı isə Cavabdeh1 alınaraq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 13260 (on üç min iki yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq ilk iddiaçı Cavabdeh1 ödənilsin. Cavabdeh İddiaçı 80 548,22 manat (səksən min beş yüz qırx səkkiz manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq ilk iddiaçı Cavabdeh1 ödənilsin. İlk iddia qalan hissədə təmin olunmasın. İlk iddiaçı Cavabdeh1 iddia ərizəsinin verilməsi üçün ödədiyi 486,42(dörd yüz səksən altı manat 42 qəpik) manat dövlət rüsumunun 232,30(iki yüz otuz iki manat 30 qəpik) manat hissəsi cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada alınaraq ilk iddiaçı Cavabdeh1 ödənilsin. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 360(üç yüz altmış) manat məbləğində pul vəsaitinin 180( bir yüz səksən) manat hissəsi İddiaçı, 180( bir yüz səksən) manat hissəsi isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X4, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “tikililərin sökülməsi” tələblərinə dair iddiası təmin olunmasın. Birləşdirilmiş iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar