Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3529/2022 20.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X1rşı xx.xx.2022-ci il tarixli aktın etibarsız hesab edilməsinə və 5180 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı xx.xx.2022-ci il tarixli aktın etibarsız hesab edilməsinə və 5180 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ailəsi ilə birgə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xırdalan-Binəqədi yolu ünvanında nömrəsiz evdə yaşayır və fərdi evinə dair borcları, eləcə də qaz sərfiyyatına görə borclarını da vaxtı-vaxtında ödəmiş, ödəniş qəbzləri də vardır. Hətta **********00000 nömrəli abonentin saldosunda ödənişlərin hər ay fərqli olması əksini tapmışdır. Qaz idarəsinin işçiləri ümumi istifadədə olan küçədə quraşdırılmış qaz sayğacına nəzarət edərkən qaz sayğacının yenilənməsini qərara alınmış, lakin bu barədə abonentə məlumat vermədən tez tələsik sayğac dəyişdirilmişdir. Qaz sayğacına baxış keçirilərkən nə iddiaçının, nə də onun ailə üzvlərinin xəbəri olmamışdır. İddiaçının iştirakı olmadan akt tərtib edilmiş, aktda iddiaçının imzadan imtina etməsi kimi qeyd yazılmışdır. Halbuki, həmin akt iddiaçının iştirakı ilə imzalanıb təsdiq edilməli idi, yəni onun iştirakı ilə qaz sayğacı çıxarılmalı və həmin sayğaca kənar qeyriqanuni müdaxilə olunması və təbii qazdan istifadə edilməsi aşkarlanması iddiaçıya göstərilməli idi. Lakin iddiaçının iştirakı təmin edilmədən qaz sayğacı çıxarılmış, yerindəcə akt tərtib olunaraq qaz sayğacına müdaxilə edilməsi bəhanə edilərək iddiaçı 5180 manat cərimə edilmişdir. Qaz sayğacı çöldə quraşdırılmış, iddiaçı tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Cavabdehin iddiaçıya təqdim etdiyi **********00000 nömrəli abonentin saldosundan aydındır ki, Bakı şəhəri Binəqədi rayonu DYP-nin üstü ünvanında yerləşən iddiaçının evində qaz sərfiyyatına görə hal-hazırki illərədək aylıq ödənişlərində heç bir dəyişiklik olmamış, yəni sayğaca hər hansı müdaxilə olunsaydı, əvvəlki və bugünkü aylıq ödənişlərdə kəskin fərqlər olardı. Bundan başqa iddiaçı sayğacın laboratoriya rəyini tələb etsə də, həmin rəy ona verilməmişdir. Cavabdehin iddiaçıdan 5180 manat tələb etməsi əsassızdır, bu onun bir istehlakçı kimi hüqüqlarını pozmuş olur. Belə ki, küçədə nəzarətsiz olan qaz sayğacına iddiaçı tərəfindən heç bir müdaxilə olmamış, əgər sayğaca zədə yetirilibsə iddiaçının iştirakı olmadan özbaşına olaraq xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt tərtib edilərək qaz sayğacı çıxarılmış, sayğacın hansı vəziyyətdə olmasından, zədəsinin nədən ibarət olmasından iddiaçının xəbəri olmamışdır. Ona görə də, cavabdeh Azəriqaz İB-nin X9 Sahəsinin xx.xx.2022-ci il tarixli aktının etibarsız hesab edilərək həmin akt əsasında Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xirdalan-Binəqədi yolu ünvanında yerləşən nömrəsiz evə hesablanmış əsassız 5180 manat cərimənin silinməsinə dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak edən cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X8 işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmiş, məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi X7 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, X6 ilə abonent İddiaçı arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmış və həmin müqavilə əsasında Azəriqaz İB abonent İddiaçı fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Azəriqaz İB-nın Bakı X10 Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. İstehlakçı müqavilənin 2.3.2-ci yarımbəndinin və Qazdan istifadə Qaydalarının 6.5-ci bəndinin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Azəriqaz İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə iddiaçının fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən iddiaçının tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında müvafiq aktlar tərtib edilmişdir. Belə ki, iddiaçının qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 16 akt əsasında cəmi 5027,04 manat məbləğində Azəriqaz İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. 2022-ci ilin aprel ayı üzrə, iddiaçının saldosuna uçotu pozulmuş qaz sərfiyyatının bərpası olaraq 13,50 manat məbləğ daxil edilmişdir. xx.xx.2020-ci il tarixdə quraşdırılmış **********5 saylı mexaniki sayğac üzrə borc məbləği 3,10+206,76+249,44=459,30 manat, limitdən artıq istifadəyə görə 12/2022-ci il tarixdən 05/2022-ci il tarixədək hesablanmış məbləğ 49,68+36,16=85,84 manat, istehlakçının ödənişi 98,20 manat təşkil etmişdir. İddiaçı tərəfindən Azəriqaz İB-yə ödənilməli borc məbləği hazırda xx.xx.2022-ci il tarixinə ümumi olaraq 5027,04 manat (aktlar üzrə borc) + 13,50 manat (sərfiyyatın bərpası məbləği) + 459,30 manat (sərfiyyat)+ 85,84 manat (limitdən artıq istifadə) – 98,20 manat (ödəniş) =5487,48 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Azəriqaz İB-yə vurulmuş maddi zərərlə bağlı iddiaçı tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün müvafiq tədbirlərin görülməsi üçün Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısına və Bakı şəhəri Binəqədi rayon prokuroruna xx.xx.2021-ci il tarixli SOCAR**********30490075X00521 saylı məktubla müraciət edilmişdir. Tərəflər arasında imzalanmış, Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri və hərəkətsizliyi, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydalarına əsasən müəyyən edilmişdir. İddiaçı tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən Qazdan istifadə qaydalarının 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Ona görə də İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı borcun silinməsinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. X5 Birliyi ilə istehlakçı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 07-3688 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən müəyyən olur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. X3 əməkdaşları tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, istehlakçı İddiaçı mənzilinə baxış zamanı abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkarlanmış və istehlakçı aktı imzalamaqdan imtina etmişdir. X3 xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0,6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq hesablanmış 2088 m3 qaz sərfiyyatının (0,6x24x30=432 m3; 1,5x24x30=1080 m3; 0,8x24x30=576 m3 olmaqla cəmi 2088 m3) dəyərinin ödənilməsi qərara alınmışdır. Azəriqaz İB tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı borcu 4737,26 manat təşkil edir. Azəriqaz İB tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı borcu 5422,78 manat təşkil edir. Bakı şəhəri X10 Departamentinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Binəqədi rayon prokuroruna ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, 2021-ci ilin iyun ayında təbii qazdan istifadə qaydalarını pozduğuna görə Binəqədi rayonu ərazisində yaşayan 122 istehlakçı tərəfindən sayğacdan kənar qaz xətti vasitəsi ilə qazdan qeyri-qanuni istifadə, oğurluq nəticəsində 35046,90 manat, fərdi yaşayış evlərini təbii qazla təchiz edən qaz xətlərinin üzərində quraşdırılmış 19 ədəd qaz sayğacına istehlakçılar tərəfindən müdaxilə edilməsi nəticəsində 4212 manat Azəriqaz İByə maddi ziyan dəyməsi, həmin istehlakçıların əksəriyyətinin texniki təhlükəsizlik qaydalarına riayət etmədən təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etmələri bildirilərək qeyri-qanuni əməllərin qarşısını almaq məqsədi ilə siyahıda adları qeyd olunan istehlakçılara qarşı təsirli tədbirlərin görülməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6129; 9/6757 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xırdalan-Binəqədi yolu ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, ekspertin iştirakı ilə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xırdalan-Binəqədi yolu ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, paylayıcı qaz xətti qarşısından torpaq örtüyün üzəri ilə çəkilmiş, paylayıcı qaz xəttindən evə ötürülən qazın hesabatı üçün qaz sayğacı quraşdırılmış və evə qazın ötürülməsi həmin sayğac vasitəsilə təmin edilir. Sayğac açıq şəraitdə quraşdırılmış, üzərində sınma, dağılma izləri yoxdur, plombu tam olaraq yerindədir. Baxış zamanı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xırdalan-Binəqədi yolu ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xırdalan-Binəqədi yolu ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı hər hansı kənar qoulma faktı aşkar olunmadığına və əlavə sənədlərin təqdim olunması barədə vəsatət təmin edilmədiyinə görə qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının qaz xəttinə qanunsuz qoşulması barədə akt tərtib edərək bu hərəkətinə görə istehlakçıya maddi ziyan hesablasa da, qanunsuz qoşulmanın mövcud olmasını sübuta yetirə bilməmişdir. Belə ki, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xırdalan-Binəqədi yolu ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, cavabdeh tərtib etdiyi aktda qeyd olunan faktın baş verməsini sübuta yetirə bilmədiyindən, məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə məxsus qaz xəttinə qeyri-qanuni qoşulması, təbii qazı talaması öz təsdiqini tapmadığından iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli dövlət rüsumu və iş üzrə ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. X3 xx.xx.2022-ci il tarixli ******* saylı aktı etibarsız hesab edilsin. X3 İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 5180 manat silinsin. X2 dövlət rüsumuna görə 71,8 manat, ekspertiza tədqiqatının dəyərinə görə 100 manat olmaqla cəmi 171,8 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3529/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3529/2022
20.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver