Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3574/2024 05.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqov Daməd Əli oğlunun katibliyi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1999-cu ildən Azərbaycan Ordusunda zabit kimi xidmət edir. Hazırda polkovnik-leytenant rütbəsindədir. 2023-cü ilin fevral ayından Gəncə Qarnizonunda xidmət edir. X1 2006-cı ildə rəhmətə gedən vaxtdan anası onunla birlikdə yaşayır. Ailənin yeganə övladı olduğu, həmçinin 2 bacısının ailəuşaqlı olduğu üçün anasına baxmaq onun azərinə düşüb. X2 xx.xx.1950-ci il təvəllüdlü Gədəbəy rayonu, Qumru kəndində anadan olub. (AZE №17153435, xx.xx.2017-ci, ASAN 1) Xəstəliyinə görə bir neçə dəfə əməliyyat olunaraq uzun müddətdir ki, 2001-ci ildən 2-ci qrup əlildir. Anası 2023-cü ilin mart ayından ürək nahiyəsində baş verən kəskin ağrılar nəticəsində əməliyyat olunaraq, koronar angioqrafiya icra edilərək tac damarlarında darlıqlar aşkar edildiyi üçün 4 stend qoyulmuşdur. X12 xidmət etdiyi dövrdə anası da onunla qalırdı, yenidən ürək nahiyəsində baş vermiş ağrılar səbəbindən 2023-cü ilin 13 aprel tarixində X3 təcili olaraq açıq ürək cərrahi əməliyyatı olunaraq, ürəyində 4 damarı dəyişilmişdir. Əməliyyatdan sonra və yaşlı olduğundan ümumiyyətlə öz-özünü idarə edə bilmədiyi üçün daim onun nəzarətindədir. Bu günki gün açıq ürək əməliyyatı keçirdiyi üçün və qan-damar təzyiqi yüksək olduğun görə, həmçinin xəstəlik və yaşı ilə əlaqədar olaraq yaddaş pozuntusu səbəbindən sərbəst şəkildə heç bir yerə gedib gələ bilmir. Hazırda anası Hüseynova A.H. qəyyumu təyin edilmədiyi üçün anasının məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmadığı zərurəti yaranmışdır. Yaşlıdır, xəstəliyi ilə əlaqədar olaraq daim qulluğa ehtiyacı var, ona gör o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, xidməti vəzifəsi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcək. Qeyd olunanları nəzərə alaraq, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmiş və bu barədə məhkəməyə ərizə də təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə maraqlı şəxsin nümayəndəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 17153435 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1950-ci il tarixdə, Gədəbəy rayonu, Qumlu kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının DSMF-nin MN005490 nömrəli vəsiqəsinin surətindən görünür ki, X7 315,88 manat məbləğində əmək pensiyası təyin edilmişdir. X10 Mərkəzinin xx.xx.2023-cü il tarixli epikrizindən görünür ki, X9 Ü.İ.X X11. Postinfarkt Kardioskleroz diaqnolzarı qoyulmuş, ona cərrahi müalicə təyin olunmuş, xəstə xx.xx.2023 tarixində ümumi anesteziya altında CPB-nin tədqiqi ilə “Koronar şuntlama x4 (Slima-lad, Ao-Dx-Cx0Mx(VSG ardıcıl), Ao-RCPD(VSG)) cərrahiyyə əməliyyatı icra olunmuş, əməliyyatdan sonrakı dövrün gedişatı normal olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X6 naməlum mənşəli demensiya (ağıl zəifliyi) müəyyən edilir. X9 onda qeyd olunan “naməlum mənşəli demensiya (ağıl zəifliyi)” ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 psixi vəziyyətinə görə onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, X5 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmaması halları məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik ekspertizasının rəyi ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1950-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1950-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-3574/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3574/2024
05.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver