Məhkəmə qərarları › İş №2(001)-3579/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3579/2023

22.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3579/2023 22.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində 1 saylı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu Papravənd kəndi icra nümayəndəliyində aparılmış xx.xx.1961-ci il tarixli 54 nömrəli doğum akt qeydinin xx.xx.2000-ci il tarixdə ölmüş X12 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X8 arvadıdır. Yaqub Nəsibov İ qrup müharibə əlili olmuşdur. İ qrup müharibə əlilləri üçün nəzərdə tutulmuş sosial müavinətin əldə edilməsi üçün sənədlər toplayarkən məlum olmuşdur ki, mövcud sənədlərdə uyğunsuzluq var. Belə ki, X3 17 sentyabr 1961-ci ildə Ağdam rayonu, Qarapirim kəndində doğulmuşdur. Yaqub Nəsibovun doğumu barədə Ağdam rayonu Papravənd kəndi icra nümayəndəliyində xx.xx.1961-ci il tarixli 54 nömrəli doğum akt qeydi aparılmışdır. Doğum akt qeydində soyadı Əhmədov olaraq qeyd edilmişdir. Belə ki, Yaqub Nəsibovun anasının soyadı Əhmədova, atasının soyadı isə Nəsibov olmuşdur. Valideynləri həmin vaxt nikahda olmamışdır. Ona görə də, doğum akt qeydində Yaqub Nəsibovun soyadı anasının soyadına uyğun olaraq Əhmədov olaraq qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə soyadı Nəsibov olaraq qeyd edilmişdir. Ona görə də, şəxsiyyət vəsiqəsi daxil olmaqla bütün digər sənədlərində soyadı Nəsibov olaraq qeyd edilmişdir. Qeyd etmək zəruridir ki, Yaqub Nəsibovun nikah şəhadətnaməsində, əlillik vəsiqəsində, uşaqlarının doğum şəhadətnaməsində, hərbi biletində, MN Mərkəzi Hərbi Poliklinikası xx.xx.1992-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə və bütün digər sənədlərdə soyadı Nəsibov olaraq qeyd edilmişdir. O, maraqlı şəxs 1 saylı Bakı ASAN xidmət mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda da qeyd edilmişdir ki, Yaqub Nəsibovun soyadının “Əhmədov”dan “Nəsibov”a dəyişilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, o, ərizəçinin baldızıdır. X3 onun qardaşı olmuşdur. Onun soyadı “Nəsibov” olmuş, sənədlərdə səhv olaraq Əhmədov yazılmışdır. Qardaşı 2000-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X17 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qayınıdır. X3 onun qardaşı olmuşdur. Onun soyadı “Nəsibov” olmuş, sənədlərdə səhv olaraq Əhmədov yazılmışdır. Qardaşı 2000-ci ildə vəfat etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, anasının qızdıq soyadı Əhmədova olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Ərizəçi xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı « ASAN xidmət » mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X8 doğum haqqında akt qeydində soyadının “Əhmədov” soyadından “Nəsibov” soyadına dəyişiklik edilməsinə əsas verən zəruri sənədlər təqdim edə bilmədiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq birbaşa səlahiyyətlərinə aid deyil. İİİ ЖГ 300150 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X4 xx.xx.1983-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Nəsibova” soyadı verilmişdir. İİİ ЖГ 289861 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 atası X19, anası X7r. 032802 nömrəli vəsiqənin surətindən görünür ki, X16 1 qrup əlildir. Azərbaycan Respublikası “Qarabağ Əlillər Cəmiyyəti” vəsiqəsinin surətindən görünür ki, X2 və Sərhədyanı rayonlarda gedən döyüşlərdə iştirak etmiş və İİ qrup əlil olmuşdur. AZ-İ 941916 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2000-ci il tarixdə ölmüşdür. Х-ЖГ 445234 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 atası X16, anası Ərizəçidır. ХVİİ-ЖГ 411220 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 atası X16, anası Ərizəçidır. Х-ЖГ 445235 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 atası X16, anası Ərizəçidır. 4588 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1992-ci il tarixdə Poprovet kəndi yaxınlığından Ağdam rayonunda gedən döyüşlərdə sağ baldırın sümüyünün qəlpəli sınıqları ilə nəticələnən iki güllə yaralanması, sol bazunun və sol budun yumşaq toxumalarının dəlib keçən güllə yaralamaları almışdır. Abşeron Rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bina 16, mənzil 33 ünvanda yerləşən Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhəri məcburi köçkün qəsəbəsində qeydiyyatsız müvəqqəti məskunlaşmışdır. xx.xx.1961-ci il tarixli 54 nömrəli doğum aktı qeydindən görünür ki, X18 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi X8 arvadıdır. Belə ki, İİİ ЖГ 300150 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X4 xx.xx.1983-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Nəsibova” soyadı verilmişdir. Lakin xx.xx.1961-ci il tarixli 54 nömrəli doğum aktı qeydində X1 həmin tarixdə anası və atasının nikah bağlamaması səbəbindən “Əhmədov” olaraq qeyd edilmişdir. Ərizəçi yanlışılığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı « ASAN xidmət » mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciətinə cavab olaraq bildirilmişdir ki, X8 doğum haqqında akt qeydində soyadının “Əhmədov” soyadından “Nəsibov” soyadına dəyişiklik edilməsinə əsas verən zəruri sənədlər təqdim edə bilmədiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq birbaşa səlahiyyətlərinə aid deyil. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1961-ci il tarixli 54 nömrəli doğum aktı qeydinin X12 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ağdam rayonu Papravən kəndi icra nümayəndəliyində aparılmış xx.xx.1961-ci il tarixli 54 nömrəli doğum akt qeydinin xx.xx.2000-ci il tarixdə vəfat etmiş X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar