Məhkəmə qərarları › İş №2(001)-36/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(001)-36/2022

15.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-36/2022 15.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmədən xahiş etmişdir ki, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə Cavabdeh, yetkinlik yaşına çatmayan uşaqları 20.11.2002-ci il təvəllüdlü X4 və 18.04.2004-cü il təvəllüdlü X5 ilə birlikdə 8000 manat məbləğində kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini artıraq Cavabdeh, onun yetkinlik yaşına çatmayan X1 və yetkinlik yaşına çatdığına görə başqa cavabdeh qismində işə cəlb etməklə X2 Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 31 saylı evin 39 saylı mənzilinə olan istifadə hüquqlarına 11000 manat kompensasiya verilməklə xitam verilməsini və mənzildən çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2000-ci ildə mərhum xalasının övladlığa götürdüyü X6 ilə faktiki nikaha daxil olaraq evlənmişdir, birgə yaşadıqları dövrdə 20.11.2002-ci ildə Nəzrin və 18.04.2004-cü ildə Nərmin adlı iki uşaqları doğulmuşdur. Məmmədov Elçin 23.06.2009-cu ildə vəfat etmiş və Ruhəngiz əri öləndən sonra mülkiyyətçi olan X7 ilə yola getməyərək 2011-ci ilin fevral ayında uşaqları ilə birlikdə mənzili tərk etmişdir. X7 12.10.2011-ci il tarixdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili ona vəsiyyət etmişdir və bu barədə ünvan 2torunda vəsiyyətnamə vermişdir. Xalası Ş.Məmmədova 29.10.2016-cı ildə vəfat etmişdir. Həmin vəsiyyətnamə əsasında mənzilə 13.09.2018-ci il tarixdə mülkiyyət hüququ ona keçmişdir. Cavabdeh ona və ünvan 2toruna qarşı iddia qaldıraraq miras əmlakdan məcburi payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddiası təmin edilməyərək qanuni qüvvəsini almışdır. Bundan sonra Cavabdeh yenidən ona və ünvan 2toruna qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin edilməyərək qanuni qüvvəsini almışdır. Daha sonra Cavabdeh yenidən evə köçürülmə ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 17.04.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh yetkinlik yaşına çatmayan övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Lakin onların arasında uzun müddət məhkəmə mübahisələri olduğuna, ev darısqal olduğuna görə həmin şəxslərin ona məxsus mənzildə köçüb yaşaması mümkün deyildir. Bu səbəbdən istifadə hüquqlarına xitam verilməklə cavabdehlərin və yetkinlik yaşına çatmayan uşağın evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2(001)-36/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh və X3 11000 manat kompensasiya ödənilməklə ünvan 3 ünvanında yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, iddianın qalan hissədə, yəni mənzildən çıxarılma tələbi hissəsində təmin edilməməsi qət edilmişdir. Lakin qətnamənin nəticə hissəsi elan edildikdən və əsaslandırılmış qətnamə tərtib edildikdən sonra müəyyən edilmişdir ki, iddia tələblərindən biri ilə bağlı sübutların təqdim edilməsinə və izahatların verilməsinə baxmayaraq, həmin tələb barədə qətnamə çıxarılmamışdır. Belə ki, iddiaçının irəli sürdüyü tələb cavabdehlər Cavabdeh, onun yetkinlik yaşına çatmayan qızı X1 və digər cavabdeh X2 Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, Mir Cəlal küçəsi 31 saylı evin 39 saylı mənzilinə olan istifadə hüquqlarına 11000 manat kompensasiya verilməklə xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları barədə olmuşdur. Lakin irəli sürülmüş tələbdə Cavabdeh istifadə hüququna onun himayəsində olan qızı X5 ilə birlikdə xitam verilməsi tələb olunsa da, məhkəmə bu barədə izahatların alınmasına və sübutların təqdim edilməsinə baxmayaraq, bu barədə qətnamə çıxarmamışdır. Bu səbəbdən əlavə qətnamənin qəbul edilməsinə zərurət yaranmış və məhkəmə iclası barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. İşin hallarından müəyyən edilmişdir ki, X5 yetkinlik yaşına çatmamışdır və Cavabdeh övladı olmaqla onun himayəsindədir və bir yerdə yaşayırlar. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yetkinlik yaşına çatmayan X1 istifadə hüququ tanınmışdır. Bu baxımdan Cavabdeh kompensasiya verilməklə istifadə hüququna xitam verilərkən, onun himayəsində olan və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmayan X1 da istifadə hüququna xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində qeyd edilmişdir ki, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Bundan başqa Mülki-Prosessual Məcəllənin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 229.1-ci maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; 229.1.2-ci maddəsinə əsasən hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3-cü maddəsinə əsasən məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. 229.3-cü maddəsinə əsasən əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalı, cavabdehlərə kompensasiya verilməklə ünvan 3 ünvanında yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilərkən, həmçinin 18.04.2004-cü il təvəllüdlü X1 da istifadə hüququna xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdehlərə kompensasiya ödənilməklə ünvan 3 ünvanında yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilərkən, həmçinin 18.04.2004-cü il təvəllüdlü X1 da istifadə hüququna xitam verilsin. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar