Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3601/2023 20.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30 dekabr 1990-cı il təvəllüdlü ünvan 1 ünvanda qeydiyyatda olan Əzizov Mir-Cavad Mirhəbib oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu 30 dekabr 1990-cı il təvəllüdlü Əzizov Mir-Cavad Mirhəbib oğlu uşaqlıqdan xəstədir, anadan gəlmə ağıl zəifliyi və qıcolma xəstəliyindən əziyyət çəkir. Ona “MSS-nin üzvi xəstəliyi, qalıq əlamətləri, dərin ağıl zəifliyi və qıcolma tutulmaları ilə” diaqnozu qoyulmuşdur və dəfələrlə müalicələrdə olsa da yaxınlaşma halı baş verməmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona müddətsiz İ dərəcəli əlillik verilmişdir. Poliklinikaya onun qeydiyyatda olması və hansı diaqnoz qoyulması barədə ərizə ilə müraciət etmiş, lakin cavab verilməmişdir. Əzizov Mir- Cavad Mirhəbib oğlu öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanına malik deyildir. O, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyil, hərəkətlərinin mənasını anlaya bilmir. Kənar şəxsin köməyi olmadan sərbəst qərarlar qəbul etmək imkanları yoxdur, əqli çatışmazlıq nəticəsində öz hərəkətlərini idarə edə bilmir, danışıq qabiliyyəti yoxdur. Əzizov Mir-Cavad Mirhəbib oğluna qəyyum təyin edilməsi barədə o, Binəqədi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş və ona şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Əzizov Mir-Cavad Mirhəbib oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. O, sərbəst şəkildə hüquqlarını həyata keçirmək qabiliyyətinə malik deyildir. O, əmək qabiliyyətsizdir və kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanlı yoxdur. Əzizov Mir-Cavad Mirhəbib oğluna o baxır, qulluq edir, onunla birlikdə yaşayır, onun fəaliyyət qabiliyyətsiz hesab edilməsi gələcəkdə onun qəyyum təyin edilməsi və onun hüquqlarının sərbəst şəkildə həyata keçirilməsi üçün vacibdir. Onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 Ərizəçi 30 dekabr 1990-cı il təvəllüdlü oğlu Əzizov Mir-Cavad Mirhəbib oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinin təmin edilib-edilməsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan XV-ЖГ seriyalı, 470611 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 30 dekabr 1990-cı il təvəllüdlü Əzizov Mir-Cavad Mirhəbib oğlunun atası X2, anası Ərizəçidır. İş materiallarında olan ərizəçi tərəfindən elektron qaydada əldə edilmiş Forma-88dən görünür ki, 30 dekabr 1990-cı il təvəllüdlü Əzizov Mir-Cavad Mirhəbib oğlu müddətsiz birinci dərəcəli əlildir və xəstəliyin diaqnozu “ MSS-nin üzvi xəstəliyi, qalıq əlamətləri, dərin ağıl zəifliyi və qıcolma tutulmaları” dır. Kənar şəxsin qulluğuna ehtiyacı var. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 26 iyul 2023-cü il tarixli 2058 saylı rəyindən görünür ki, Əzizov Mir-Cavad Mirhəbib oğlunda “dərin əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya)” müəyyən olunur. Əzizov Mir-Cavad Mirhəbib oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Əzizov Mir-Cavad Mirhəbib oğlunın psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, Əzizov Mir-Cavad Mirhəbib oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etməyən və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, 30 dekabr 1990-cı il təvəllüdlü Əzizov Mir-Cavad Mirhəbib oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 30 dekabr 1990-cı il təvəllüdlü Əzizov Mir-Cavad Mirhəbib oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3601/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3601/2023
20.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver