Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-365/2022 28.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X1rşı 30.10.2020-ci il tarixli və 26.02.2021-ci il tarixli aktların etibarsız hesab edilməsinə, hesablanmış 1039,50 manat maddi ziyanın silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı 30.10.2020-ci il tarixli və 26.02.2021-ci il tarixli aktların etibarsız hesab edilməsinə, hesablanmış 1039,50 manat maddi ziyanın silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Cavabdehin əməkdaşları 24.06.2020-ci ildə onun yaşadığı ünvanda qaz sayğacı quraşdırılıb, ona **********00020 saylı kod vermişlər. Həmin tarixdən bu günədək o, sayğac üzrə ödənişləri aparmışdır. 26.02.2021-ci il tarixdə o, ailə üzvləri ilə birlikdə evdə olmayan zaman X4 Bakı Regional Qazın Satışı Departamentinin Binəqədi rayon üzrə qrup rəhbəri Elbrus Tağıyev və çilingər-mühəndisi Eldəniz Seyfəddinov qanunsuz olaraq onun həyətinə girib güya onun sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyini aşkar edərək 26.02.2021-ci il tarixli ******* saylı akt tərtib etmişlər. O, məhkəməyə müraciət etməzdən bir həftə əvvəl sonuncu aktın surətini ona əlavə olunmuş sənədləri alan zaman görmüşdür ki, aktda onun güya aktı imza etməkdən imtina etməsi də qeyd olunmuşdur. Aktda qeyd olunan şlanq onun oğlunun evindən hamama çəkilib birləşdirilmiş, onun sayğacına quraşdırılmışdır. Maddi imkanı olmadığından o, şlanqı dəmir boru ilə əvəz edə bilmir. Məhkəmə iclasında isə cavabdehin onun barəsində 20.10.2020-ci il tarixli akt tərtib edərək ziyan hesablaması ona məlum olmuşdur. Cavabdeh onun barəsində qanunsuz aktlar tərtib edib onun qaz xəttinə qanunsuz qoşulmasını iddia etsə də, iş üzrə keçirilən ekspertizalar ilə onun cavabdehə məxsus qaz xəttinə qanunsuz qoşulması faktı öz təsdiqini tapmamışdır. Belə ki, ekspert iki dəfə onun yaşadığı ünvanda olmuş, qanunsuz qoşulmanın izini belə aşkar etməmişdir. Ona görə də X4 əməkdaşları tərəfindən onun barəsində tərtib olunan 30.10.2020-ci il tarixli ******* saylı və 26.02.2021-ci il tarixli ******* saylı aktların etibarsız hesab edilməsinə və aktlar əsasında hesablanmış 1039,50 manat maddi ziyanın silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X4 nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 26.02.2021-ci il tarixli ******* saylı akt əsasında hesablanmış ziyanın məbləği 1039,50 manat deyil, 799,20 manat təşkil edir. Ziyan sayğacdankənar qeyri-qanuni qoşulma yolu ilə təbii qazın istehlakçı tərəfindən talanması faktına görə hesablanmışdır. Bu faktı sübut edən sənədlər akt, fotoşəkil, saldolar işə əlavə edilmişdir. Saldodan müəyyən olunur ki, qeyri-qanuni qoşulmadan əvvəl və sonrakı tarixlərdə istehlakçının sərfıyyatı arasında fərq dəfələrlə böyük olmuşdur. Bu isə öz növbəsində qeyri-qanuni qoşulmanın mövcud olmasını sübut edən hallardan biridir. 2020-ci ilin sentyabr-noyabr ayına qədər olan dövrdə mexaniki sayğacın göstəricisi 457 m3 olduğu halda, qeyri-qanuni qoşulma aradan qaldırıldığı dövrdən sonrakı ilin eyni dövrdə 2021-ci ilin sentyabr-noyabr ayarında 1222 m3 olmuşdur. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. İddiaçı barəsində tərtib olunan 29.10.2020-ci il tarixli MSK-29/1710-02139-1 saylı aktdan da göründüyü kimi 1402AZ**********87 saylı smart tipli sayğacın plastmast borusunda deşiyin olması müqəyyən edilmiş, müdaxilə nəticəsində qaz itkisi yaranmışdır. Məişət tipli qaz sayğaclarmm yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə Azəriqaz İBnin direktoru tərəfindən 18.10.2018-ci il tarixdə təsdiq edilmiş Təlimatın 30-cu hissəsində yuxarıda qeyd edilən qüsur sayğaca müdaxilə kimi qiymətləndirilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş ******* nömrəli, 20.10.2020-ci il tarixli akta əsasən dəymiş ziyan 2160 m3 x 0,10 manat = 216 manat dəyərində hesablanmış və saldoya daxıl edilmişdir. Saldoya baxış zamanı müəyyən edilir ki, müdaxilənin edildiyi il ilə müqayisədə əvvəlki illərdə sərfiyyat iki dəfəyə yaxın miqdarda az olmuşdur. 2020-ci ilin yanvar-mart ayları üzrə 280 m3, 2021-ci ilin yanvar-mart ayları ərzində 943 m3 olmuşdur. Bu isə abonent tərəfindən qaz qurğularma müfaxilə olunmasının yanakı sübutlarından biridir. Ona görə də, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh X4 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. X4 əməkdaşları tərəfindən tərtib olunmuş 20.06.2020-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus evdən İtron tipli markası 64 olan, 1402AZ**********87 nömrəli qaz sayğacı çıxarılmış, markası 64 olan **********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz X7 sayğacının yoxlanılması barədə 29.10.2020-ci il tarixli MSK-29/1710-02139-1 saylı aktdan müəyyən olunur ki, 1402AZ**********87 nömrəli sayğaca baxış keçirilərək sayğacın klapanının işlək olmadığı, yivli birləşmələrinin deformasiyaya uğraması, çıxış plastmas borusunun deşilməsi müəyyən edilmişdir. X4 əməkdaşları tərəfindən tərtib olunmuş 30.10.2020-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı istifadəsində olan 1402AZ**********87 nömrəli sayğacın çıxış plasmas borusu deşildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının dəymiş ziyanın bərpasına dair 31.10.2020-ci il tarixli tələbnaməsindən müəyyən olunur ki, sayğacın çıxış plastmas borusu deşildiyindən mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası üçün istehlakçı İddiaçı 2160 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. X4 əməkdaşları tərəfindən tərtib olunmuş 26.02.2021-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində qaz sayğacına baxış keçirilmiş, sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar edilərək dəymiş ziyanın hesablanması qərara alınmış, İddiaçı aktı imzalamaqdan imtina etmişdir. X4 əməkdaşları tərəfindən tərtib olunmuş 26.02.2021-ci il tarixli 287 saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. Bakı Regional Qazın Satışı Departamentinin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının dəymiş ziyanın bərpasına dair 26.02.2021-ci il tarixli tələbnaməsindən müəyyən olunur ki, 26.02.2021-ci il tarixli ******* saylı akta əsasən, sayğacdan kənar qeyri-qanuni qoşulmaya görə istehlakçı İddiaçı 7992 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. X4 tərtib etdiyi abonentin saldosundan müəyyən olunur ki, İddiaçı aktlar üzrə 799,20 manat maddi ziyan hesablanmışdır. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, o, Azəriqaz İB-nin əməkdaşları ilə birlikdə İddiaçı yaşadığı ünvanda istifadə etdiyi qaz sayğacı yoxlamış və onlar istehlakçının qaz xəttinə qanunsuz qoşulmasını aşkar edərək 26.02.2021-ci il tarixli akt tərtib etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 22.11.2021-ci il tarixli 10/5516 saylı rəyindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xətti evin küçəyə tərəf divarının yaxınlığından keçir. Xəttin diametri 57 mm-lik olmaqla torpaqdan 0,5 metr hündürlükdə qapı keçidlərində isə 3 metr hündürlükdə çəkilmişdir. Fərdi yaşayış evinin qaz sayğacı evin küçəyə tərəf divarının üzərinə yerdən 1,6 metr hündürlükdə bərkidilmişdir. Sayğaca qaz xətti 15 mm-lik polad qaz borusu vasitəsi ilə 57 mm-lik polad qaz borusundan çəkilmişdir. Baxış zamanı evin qaz sayğacına daxil olan giriş xəttinin həmçinin, Azəriqaz İB-yə məxsus 57 mm-lik ümumi paylayıcı xəttin üzərində kənar qoşulmalar aşkar edilməmişdir. Beləliklə, baxış zamanı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hisəsində hər hansı müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hisəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədiyinə görə, Azəriqaz İB-yə vurulmuş ziyan müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparılmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 06.04.2022-ci il tarixli 10/1015 saylı rəyindən müəyyən olunur ki, fotoşəkillərin hər hansı əraziyə aid olubolmaması məsələsi hazırkı ekspertizanın predmetinə aid deyildir. Baxış zamanı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları, qaynaq yeri, əlavə qoşulmalar müəyyən edilməmişdir. Fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hisəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədiyinə görə, Azəriqaz İB-yə vurulmuş ziyan müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparılmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X4 əməkdaşları İddiaçı barəsində 30.10.2020-ci il tarixli ******* saylı akt tərtib edərək qaz sayğacının çıxış plasmas borusunun deşilməsinə görə 2160 m3 itirilmiş qazın, 26.02.2021ci il tarixli ******* saylı akt tərtib edərək sayğacdan kənar qeyri-qanuni birləşməyə görə 7992 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışlar. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının qaz sayğacının çıxış plasmas borusunun deşiməsini, qaz xəttinə qanunsuz qoşulmasını müəyyən edən aktlar tərtib edib istehlakçıdan maddi ziyana görə pul tələb etsə də, bu faktları təsdiq edən hər hansı bir mötəbər sübuta malik deyildir. İş üzrə cavabdehin vəsatətləri əsasında keçirilən ekspertizaların rəyləri ilə istehlakçının fərdi yaşayış evinin təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hisəsində hər hansı qeyri-leqal müdaxilə hallarının, qaynaq yerinin, əlavə qoşulmaların mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçı barəsində yarasız sayğaca görə qaz sərfiyyatının hesablanmasını müəyyən edən 30.10.2020-ci il tarixli ******* saylı akt tərtib edib ondan maddi ziyana görə 216 manat, daha sonra iddiaçının qaz xəttinə qanunsuz qoşulması faktı mövcud olmadığı halda istehlakçı barəsində qaz xəttinə qeyri-qanuni qoşulduğu üçün maddi ziyan hesablamasını müəyyən edən 26.02.2021-ci il tarixli ******* saylı akt tərtib edərək ondan maddi ziyan görə 799,2 manat tələb etdiyinə görə, iddia tələbləri bu aktların etibarsız hesab edilməklə maddi ziyana görə iddiaçıdan tələb olunan 1015,2 mantın (216+799,2=1015,2) silinməsi hissəsində əsaslıdır, ona görə də iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatlarının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. X4 30.10.2020-ci il tarixli ******* saylı və 26.02.2021-ci il tarixli ******* saylı aktları etibarsız hesab edilsin. X4 maddi ziyana görə İddiaçı tələb olunan 1015,2 manat silinsin. X3 dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. X3 ekspertiza tədqiqatının dəyərinə görə 204 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-365/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-365/2022
28.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver