Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3655/2020 21.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə Ərizəçi oğlu xx.xx.2001-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi oğlu xx.xx.2001-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, oğlu X8 xx.xx.2001-ci il tarixdə doğulmuş və anadangəlmə ruhi xəstədir. X8 Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 saylı X5 tərəfindən qoyulmuş ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları diaqnozuna görə özünü normal idarə edə bilmir. Buna görə də o, oğluna qulluq və nəzarət edir. Oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olmadığından oğlunun əməllərinə görə qəyyumu kimi onun adından çıxış edə bilmir. Qəyyum təyin olunması ilə bağlı o, Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etsə də, imtina cavabı almışdır. Ona görə də X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 229300 saylı xx.xx.2002-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X8 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X9, anası Ərizəçidır. Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 saylı X2 xx.xx.2019-cu il tarixli TQS 027 saylı ambulator kitabçadan çıxarışdan müəyyən olunur ki, X3 qoyulmuş ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları diaqnozu ilə kənar şəxslərin himayəsinə ehtiyacı vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, X7 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq, kəskin imbesillik dərəcəsində kobud nitq və davranış pozuntusu ilə hiperkinetik davranış pozğunluğu, ekspressiv nitq pozğunluğu diaqnozu ilə birinci dərəcəli əlil təyin edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 04/09-11-11/K-21-099 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi oğlu X3 üzərində himayəçi təyin olunmasına dair K-21- 099 saylı xx.xx.2020-ci il tarixli müraciətinə baxılaraq ona Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.6-cı maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.1-ci maddəsinə əsasən X3 fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə məhkəmə qətnaməsi Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra məsələyə müraciəti əsasında yenidən baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli 1876 saylı rəyindən müəyyən olunur ki, X1 imbesillik dərəcəsində oliqofreniya, nitq və davranış pozuntuları ilə müəyyən edilir. X8 onda qeyd olunan kəskin imbesillik dərəcəsində oliqofreniya, nitq və davranış pozuntuları ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir.X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X3 onda müəyyən edilən imbesillik dərəcəsində oliqofreniya, nitq və davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını tam dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı araşdırma zamanı təsdiq olunduğundan ərizə təmin edilərək xx.xx.2001-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.2001-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3655/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3655/2020
21.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver