Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3682/2020 22.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Bakı Asan xidmət mərkəzi notariat ofisinə qarşı xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Bakı Asan xidmət mərkəzi notariat ofisinə qarşı xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0. maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-2381\2020 saylı qətnaməsindən çıxarışdan müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Bakı Asan xidmət mərkəzi notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə, mənzilə istifadə hüququnun tanınmasına və mənzilə köçürmə tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla mülki iş olduğundan, həmin işə baxılaraq yekun məhkəmə aktı qəbul edildiyindən hazırkı iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.4, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Bakı Asan xidmət mərkəzi notariat ofisinə qarşı xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3682/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3682/2020
22.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver