Məhkəmə qərarları › İş №2(001)-3683/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3683/2020

20.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3683/2020 20.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı X3 nümayəndəsi və vəkili Vəkil Babalı oğlununiştirakı ilə, İddiaçı X3 cavabdeh Bakı şəhəri 32 saylı notariat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh Bakı şəhəri 32 saylı notariat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2017-ci il tarixdə ölmüş X1r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə iddiaçıya rəsmi sənəd verilərək bildirilmişdir ki, anası X10 adına ünvan 1 ünvanı xx.xx.1995-ci il tarixdə ilkin qeydiyyata alınmışdır və hazırda adındadır. İddiaçının anasından miras qalmış ünvan 2 ünvanda yerləşən əmlaka dair qanun üzrə vərəsəlik hüququ var və bununla əlaqədar o, cavabdehə lazım olan bütün sənədləri təqdim etmişdir. Lakin cavabdeh xx xxxx 2020-ci il tarixdə X-375 saylı məktubla vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə məhkəmə xüsusi icraat qaydasında baxır müddəası” (maddə 305.1.8) olsa da, məhkəmə hüquq haqqında mübahisənin olmasını ehtimal edib, prosessual qənaət prinsipini əsas götürərək, iddiaçı X3 cavabdeh Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə iddia ərizəsinin məhkəmə icraatını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil Babalı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü X3 atası X7, anası isə X11. İş materiallarında olan olüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ərizədən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat kontoruna müraciət edərək, xx.xx.2017-ci il tarixdə vəfat etmiş anası X4mış miras əmlakı qəbul etmiş və ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün hüquqmüəyyənedici sənədin (çıxarışın) təqdim edilməsinin zəruri olması X5 bildirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, X3 nümayəndəsi çıxarışın təqdim edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanı X10 adına keçmiş Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 29/12 sərəncamına, ... 3M-2-26 reyestr nömrəli, xx.xx.1994-cü il tarixli müqaviləyə əsasən, xx.xx.1995-ci il tarixdə ilkin qeydiyyata alınmış və hal-hazırda adınadır. İş materiallarında olan Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli cavabından görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X12 miras qalmış ünvan 2 ünvanında yerləşən miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi üçün mümkün deyildir. İş materiallarında olan X12 miras qalmış əmlaka dair açılmış vərəsəlik işi ilə bağlı notariat işinin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə anası X4mış miras əmlakın qəbul edilməsi və ona həmin əmlakdan çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair ərizə ilə Bakı şəhəri 32 saylı notariat kontoruna müraciət etmişdir. Vərəsəlik işi ilə bağlı notariat işinin surətində eyni zamanda Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı X2 surəti mövcuddur və həmin Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 2 xx.xx.1995-ci il tarixdən X9 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 95-ci bəndinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “...mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “...mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə “...1/3 hissə, yaxud ...2/3 hissə” kimi ifadə olunmalıdır. Təlimatın 96-cı bəndinə görə, vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. Təlimatın 99-cu bəndinə müvafiq olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Təlimatın 102-ci bəndinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Təlimatın 107-ci bəndinə görə, miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir. Məhkəmə X12 miras qalmış əmlaka dair açılmış vərəsəlik işi ilə bağlı notariat işində Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı X2 surətinin mövcudluğunu nəzərə alaraq, Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2017-ci il tarixdə ölmüş X12 miras qalmış ünvan 2 ünvanında yerləşən miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi səbəbindən imtinasını əsaslı hesab etmir. Belə ki, notariat işində qeydiyyat vəsiqəsi, ölüm və doğum haqqında şəhadətnamələr olduğu haqlda, notariat ofisinin imtinasından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün hansı hüquqmüəyyənedici sənədin çatışmaması anlaşılmır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçı X5 anası X12 miras qalmış ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı X5 anası X12 miras qalmış ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar