Məhkəmə qərarları › İş №2(001)-3700/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3700/2020

22.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3700/2020 22.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, ”Cavabdeh3” MMC və Cavabdeh4 qarşı (Binəqədi rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak bölgüsü” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 4 saylı ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv metr 46 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 4 saylı ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv metr 46 saylı mənzildə 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 4 saylı ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 kv metr 47 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 4 saylı ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 kv metr 47 saylı mənzilə mənzildə 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, “Kia Sportage” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, “Kia Sportage” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobildə 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, məhkəmə qətnamələrinə əsasən Cavabdeh3 MMC-dən Cavabdeh1 xeyrinə tutulmuş və hazırki vaxtadək ödənilməmiş 142.320 manat məbləğində pulda 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı alğı-satqı müqavilələrinin etibarsızlığı tələbini irəli sürməklə, hüquqi nəticə etibarı ilə bu müqavilələrin predmetini təşkil edən daşınmaz əmlaka mülkiyyət hüququnun tanınmasını tələb edir. Bu da öz növbəsində hazırki iddiaya müstəsna aidiyyət qaydalarına riayət edilməklə baxılmasını şərtləndirir. Lakin həmin əmlak Bakı şəhəri Binəqədi rayonunun ərazisində deyil, Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 151.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, mübahisə predmetini təşkil edən əmlakların Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşdiyini nəzərə alıb, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya hazırki iddia ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, ”xxxxxxxxx” MMC və Cavabdeh4 qarşı (Binəqədi rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı hazırki iddia ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar