Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3710/2023 18.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X1rşı 2214,45 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı 2214,45 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırırlır ki, ünvan 1 ünvanında iddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. (abonent kodu: **********10000). Azəriqaz İB əməkdaşları tərəfindən qaz sayğacı dəyişdirilib yeni qaz sayğacı quraşdırılarkən sayğacın plombu özləri tərəfindən qırılmışdır. Sonradan akt tərtib olunaraq sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacın mənfiyə işləməsi, hesablama mexanizminin normal sayğacdan keçən qazın həcmini qeyd etməməsi göstərilmişdir. Qaz sayğacı bayırda quraşdırıldığından iddiaçı sayğacı yad müdaxilələrdən qoruya bilməz. Sayğacın plombunu qıran Azəriqaz İB-nin əməkdaşları iddiaçıya müdaxiləyə görə akt tərtib edib 1555,20 manat cərimə və 659,25 manat mənfiyə yazma olmaqla cəmi 2214,45 manat borcu yazmışlar. Ona görə də Azəriqaz İB-yə tərəfindən qanunsuz olaraq hesablanan 1555,20 manat cərimə və 659,25 manat mənfiyə yazma olmaqla cəmi 2214,45 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq izahatında göstərmişdir ki, 2023-cü ilin yanvar ayında sayğacının geriyə işləməsini bilmiş, 2023-cü ilin may ayının ortalarında mənzilində istifadə edilən sayğac geriyə işlədiyindən yenisi ilə əvəz edilərək ona sayğacın mənfiyə işləməsi səbəbindən köhnədən 659 manat borcunun olması Azəriqaz İB-nin əməkdaşı Seyidzadə tərəfindən bildirilmiş və o, bu məbləği cədvəl üzrə hissə-hissə, aya 100-150 manat olmaqla ödəyəcəyini demişdir. Daha sonra ona barəsində onun iştirakı olmadan akt tərtib edilərək 1555,20 manat cərimə hesablanması məlum olmuşdur. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mahkəmə iclasında cavabdeh X3 nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, iddiaçının istifadəsində olan qaz sayğacı yoxlanılarkən sayğaca müdaxilə olunması aşkar olunmuş buna görə iddiaçıya maddi ziyana görə 1555,20 manat hesablanmışdır. Sayğac mənfiyə işlədiyindən iddiaçı sayğacın mexaniki yadddaşına əsasən, sərf etdiyi 659 manat dəyərində qazın dəyərini ödəməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 127. İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İİİ. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. X3 əməkdaşları tərəfindən tərtib olunan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu barədə xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İ.Hüseynovun istifadəsində olan 1005AQ**********3 zavod nömrəli sayğac dövlət yoxlamasına göndərilməsi üçün əvəz edilmişdir. X3 təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı barəsində tərtib olmuş xx.xx.2023-cü il tarixli ******* №-li aktın surətindən müəyyən olunur ki, AKT-MSK- 14-2-2/3-5-3510-1 saylı rəyə əsasən sayğaca baxış keçirilərək sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacın mənfiyə işləməsi, hesablama mexanizminin sərfiyyatdan keçən qazın həcmini qeyd etməməsi müəyyən olunmuşdur. X3 əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən müəyyən olunur ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023cü il tarixli 14-2-2/3-5-3510-1 №-li aktına əsasən G-4 markalı 1805AZ**********040 №-li sayğacın çıxış plasmas plombunun deşilməsi aşkar olunmuş, xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 12960 m3 müəyyən edilmişdir. Azəriqaz İB tərəfindən istehlakçı İddiaçı adına tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, ünvan 1 ünvanı üzrə istehlakçının aktlar üzrə borcu 1555,20 manat, qaz sərfiyyatına görə bocu 659,25 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən, onun barəsində xx.xx.2023-cü il tarixli ******* №-li akt tərtib edərək həmin akta əsasən fiziki şəxs olan istehlakçıya maddi ziyana görə 1555,20 manat ziyan hesablamışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı faktiki istifadə etdiyi təbii qazın dəyərinə görə 659,25 manat borcunu cavabdehə ödəməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçı barədə xx.xx.2023-cü il tarixli ******* №-li akt tərtib etməklə həmin akta əsasən istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 1555,20 manat ziyan hesablamışdır. Ona görə də məhkəmə istehlakçının iddia ərizəsini bu hissədə, yəni 1555,20 manatın silinməsi hissəsində əsaslı hesab edib təmin edir. Məhkəmə araşdırması zamanı iddiaçının silnməsini tələb etdiyi 659,25 manat borcun onun faktiki olaraq istifadə etdiyi və dəyərini ödəmədiyi təbii qaz sərfiyyatı üzrə borc olması müəyyən olunduğundan məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edib təmin etmir. Məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. X3 İddiaçı maddi ziyana görə tələb etdiyi 1555,20 manat silinsin. X2 dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3710/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3710/2023
18.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver