Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3753/2021 08.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizəsi zonasında inşa olunmuş tikilinin sökülməsi barədə iddia ərizəsinə dair mülki işə 08 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Magistral X7 balans və istismarında olan 720 mm diametrli “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Bakı şəhəri Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 6 ünvanından keçən hissəsində kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsi, mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmədə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və Az DTN 2.9-2 X6 Lahiyələndirmə Normalarının tələbləri pozularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, «Qaz İxrac» İdarəsinin Abşeron Magistral X7 balans və istismarında olan 720 mm diametrli “Hövsan- Digah-Qaradağ” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 6 ünvandan keçən hissəsində kəmərin mühafizə zonasında, kəmərdən 4 metr məsafədə daş hasar və 14 metr məsafədə fərdi yaşayış evi inşa edilmişdir. Tikintilərin qarşısının alınması və mühafizə zonasında yerləşən tikililərin ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün Binəqədi rayon İcra Hakimiyyətinə, Binəqədi rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 X5 Agentliyinə müraciətlər edilmişdir. Qeyd edilən tikinti birbaşa mühafizə zonasında yerləşir və magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdeh səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikilinin sökülməsi zəruridir. Sonda iddiaçının nümayəndəsi C.N.Dosiyev məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, «Qaz İxrac» İdarəsi tərəfindən tərtib olunmuş 10.07.2020-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və Azərbaycan Dövlət Tikinti Normativləri 2.9.-2 X6 Lahiyələndirmə Normalarının tələbləri pozularaq, 720 mm diametrli “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli (12 atmosfer) magistral qaz kəmərinin Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi, döngə 6 ünvanından keçən hissəsində kəmərin mühafizə zonasında kəmərdən 4 metr məsafədə daş hasar və 14 metr məsafədə fərdi yaşayış evi inşa olunmuşdur. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 19 avqust 2020-ci il tarixli məktubunun surətindən görünür ki, Abşeron MQKS-in balansında olan təyiqi 12 atm olan “Hövsan-Digah-Qaradağ” Ds-700 mm-lik magistral qaz kəmərinin mühafizə zonasında olan tikililər barədə Agentliyə ünvanlandığı 16.07.2020-ci il tarixli müraciətə əsasən Agentliyin nümayəndələri ilə birlikdə baxış keçirilmiş və qaz kəmərinin mühafizə zonasında texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulması faktı təsdiqlənmişdir. Cavabdeh tərəfindən Binəqədi rayonu, Binəqədi şossesi, döngə 6 ünvanından keçən hissəsində inşa olunmuş tikilinin mühafizə zonasında yerləşib – yerləşməməsinin müəyyən olunması məqsədilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(001)-3753/2021 saylı qərardadına əsasən məhkəmə tikinti – texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın 27 avqust 2021-ci il tarixli, 10/3122 saylı rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 6 ünvanından keçən hissəsində inşa olunmuş daş hasar və yaşayış evi X10 Kəmərləti sahəsinin balans və istismarında olan 720 mm. Diametrli “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli (12 atm.) yerüstü magistral qaz kəməri arasında olan məsafə uyğun olaraq 15 metr və 4 metrdir. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən, Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evi Abşeron Magistral X7 balans və istismarında olan 720 mm. Diametrli “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli (12 atm.) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında yerləşir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh qanunsuz olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, «Qaz İxrac» İdarəsinin Binəqədi Qaz İstismarı Sahəsinin balansında və istismarında olan yerüstü qaz kəmərinin mühafizə zonası daxilində tikinti aparmışdır. Azərbaycan Respublikası Prezidentinin 30.06.1998-ci il tarixdə tədiq etdiyi “Qaz təchizatı haqqında” Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. O cümlədən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömərli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası təyin edilir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 6, yerləşən torpaq sahəsində inşa edilmiş daş hasar və fərdi yaşayış evi Cavabdeh tərəfindən öz hesabına sökülməli və mühafizə zonasından çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 102 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş daş hasar və fərdi yaşayış evi sökülməsi barədə iddiası təmin edilsin. Abşeron Magistral X7 balans və istismarında olan 720 mm diametrli “Hövsan- Digah-Qaradağ” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Bakı şəhəri Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 6 ünvanından keçən hissəsində kəmərin mühafizə zonasında inşa edilmiş daş hasar və fərdi yaşayış evi Cavabdeh tərəfindən öz hesabına sökülsün və mühafizə zonasından çıxarılsın. 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinə ödənilsin. Məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 102 (yüz iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3753/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3753/2021
08.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver