Məhkəmə qərarları › İş №2(001)-376/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-376/2024

21.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-376/2024 21.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı şirkətinin Cavabdeh qarşı özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı şirkətinin Cavabdeh qarşı özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək, təmikn edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması yekunlaşdırıldıqdan sonra yekun məhkəmə aktının qəbul edilməsi üçün hakim müşavirə otağında olarkən müəyyən edilmişdir ki, hazırki iddia tələbində inşa olunduğu iddia edilən tikilinin yerləşdiyi torpaq sahəsi hazırki iş üzrə cavabdeh X4 yox, X1 istifadəsindədir. Belə ki, X4 (vəkil) Vəkil elektron kabineti vasitəsi ilə “Elektron məhkəmə” informasiya sisteminə ərizə yükləyərək hazırki iş üzrə məhkəmədə iddia qaldırılmasına baxmayaraq iddiaçı tərəfindən heç bir sənəd əlavə edilməmiş və onlara aid olmayan iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, həmin yaşayış evi X2 məxsusdur. Məhkəmə araşdırmaları aparılmadığından, işin uzanması rəy alınması məqsədi ilə uzadıldığından tərəflərindən sübut təqdim edilə bilməmişdir. Hazırda tərəfindən Xətai rayon məhkəməsinin qətnaməsi, AKT, tələbnamə e-məhkəmə sisteminə əlavə edilməklə məhkəmədən xahiş edir ki, nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılsın. Həmçinin ərizəyə əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara verilməsi haqqında ******* nömrəli akta və dəymiş ziyanın bərpasına dair 31 mart 2023-cü il tarixli tələbnamədə istehlakçı kimi X1 olduğu qeyd edilmişdir. Göründüyü kimi müəyyən edilmişdir ki, hazırki iddia tələbində inşa olunduğu iddia edilən tikilinin yerləşdiyi torpaq sahəsi hazırki iş üzrə cavabdeh X4 yox, X1 istifadəsindədir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Hazırkı mərhələdə cavabdehin əsl cavabdehlə əvəz edilməsinə iddiaçının razılığının olub olmadığını müəyyən etmək mümkün olmadığından işə mahiyyəti üzrə baxılması da mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə, hazırki iddia tələbində əsl cavabdeh X5 olmadığından və onun əsl cavabdehlə əvəz edilməsi hazırkı mərhələdə mümkün olmadığından hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı şirkətinin Cavabdeh qarşı özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar