Məhkəmə qərarları › İş №2(001)-3774/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3774/2021

15.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3774/2021 15.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı Qaz İxrac İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diametrli Hövsan-Digah-Qaradağ yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi döngə 6 ünvanından keçən hissəsində, qaz kəmərin mühafizə zonasında qeyri-qanuni inşa etdiyi daş hasarın və fərdi yaşayış evinin onun hesabına sökülməsinə, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılmasına, ödənilmiş dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Cavabdeh qarşı Qaz İxrac İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diametrli Hövsan-Digah-Qaradağ yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi döngə 6 ünvanından keçən hissəsində, qaz kəmərin mühafizə zonasında qeyri-qanuni inşa etdiyi daş hasarın və fərdi yaşayış evinin onun hesabına sökülməsinə, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılmasına, ödənilmiş dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələbləri pozularaq Qaz ixrac İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diametrli Hövsan-Digah-Qaradağ yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi döngə 6 ünvanından keçən hissəsində qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə qaz kəmərindən 9 metr məsafədə qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikilinin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün 19.06.2020-ci il tarixli SOCAR **********30490075X00187 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinin başçısına və 19.06.2020-ci il tarixli SOCAR **********30490075X00186 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti öz növbəsində 29.07.2020-ci il tarixli 02/12-11-31/1243 nömrəli cavab məktubunda məsələyə dair münasibət bildirərək göstərmişdir ki, qeyd olunan fakt öz təsdiqini tapmışdır. Qeyri-qanuni aparılmış tikinti işləri ilə əlaqədar vətəndaşa aidiyyəti qurumlardan müvafiq rəyin alınmasının, qaz kəmərinin mühafizə zonasının bərpasının və qanunsuz tikintinin sökülməsinin təmin edilməsi barədə ciddi xəbərdarlıq edilmiş və gələcəkdə bu kimi halların baş verməməsi üçün ərazi nəzarətə götürülmüşdür. Binəqədi Rayon İcra Hakimiyyətinin cavab məktubunda qeyd edilir ki, eyni zamanda sözügedən tikili ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə məhkəməyə və ya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 13.07.2020-ci il tarixli **********61 saylı cavab məktubunda bildirilir ki, qeyd olunan məsələ Bakı ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılmış, Cavabdeh tərəfindən sözügedən ərazidə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işlərinin aparılması faktı təsdiqini tapmışdır. 12.06.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi döngə 6 ünvanında 720 mm diametrli Hövsan-Digah-Qaradağ yüksək təzyiqli (12 atm.) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən, qaz kəmərindən 9 metr məsafədə daş hasar və qanunsuz olaraq fərdi yaşayış evinin inşa edilməsi barədə 4 saylı Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi- Xırdalan şossesi döngə 6 ünvanında qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edən Cavabdeh onun tərəfindən inşa edilən tikilinin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilsə də o, xəbərdarlıq məktubunu qəbul etməmişdir. Beləliklə, yuxarıda sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdeh mühafizə zonasında inşa etdiyi tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qeyri-qanuni istifadəsindədir. Buradan da müəyyən olunur ki, cavabdehin buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili onun öz hesabına sökülməlidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qaz İxrac idarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diametrli Hövsan-Digah- Qaradağ yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi döngə 6 ünvanından keçən hissəsində qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı Qaz İxrac İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Abşeron rayon MQKS-nin 4 saylı Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən 12.06.2020-ci il tarixdə tərtib olunmuş aktdan müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi döngə 6 ünvanında, (Vulkan dağının yanında) 720 mm diametrli Hövsan-Digah-Qaradağ yüksək təzyiqli (12 atm.) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən, qaz kəmərindən 9 metr məsafə aralığında qanunsuz olaraq yeni tikili daş ev, hasar inşa edilmiş, tikililərə dair heç bir hüquqtanıdıcı sənəd təqdim edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 29.07.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, Qaz İxrac İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diametrli Digah QPS-Qaradağ QPS magistral qaz kəmərinin Binəqədi rayonu 6 və 7 ünvanlarından keçən hissəsində vətəndaşlar tərəfindən aparılan tikinti işlərinə Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı bir icazə sənədləri verilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 təşkili üzrə Dövlət Agentliyinin 13.07.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində aparılmış araşdırma zamanı Cavabdeh tərəfindən Binəqədi rayonu Binəqədi şossesi döngə 6 ünvanında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan tikinti işlərinin aparılması faktı təsdiqini tapdığından bu barədə Azərbaycan Respublikası DİN-nəmüvafiq məktub göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 01.10.2021-ci il tarixli 10/3855 saylı rəyindən müəyyən olunur ki, baxış zamanı Qaz İxrac İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diametrli Hövsan-Digah- Qaradağ yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi döngə 6 ünvanından (vulkan dağının yanında) keçən hissəsində fərdi yaşayış evinin inşa edilməsi müəyyən edilmişdir. Qeyd olunan fərdi yaşayış evinin divarı ilə Qaz İxrac İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diametrili Hövsan-Digah-Qaradağ yüksək təzyiqli yerüstü magistral qaz kəməri arasında olan məsafə 9 metr təşkil edir. Həmin fərdi yaşayış evinin magistral qaz kəmərindən 9 metr ara məsafədə yerləşdiyini nəzərə alaraq Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.7-ci bəndinə əsasən həmin fərdi yaşayış evinin 720 mm diametrli Hövsan-Digah-Qaradağ yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilir. Təqdim edilmiş mülki iş materiallarında mübahisə predmeti olan tikili ilə bağlı hər hansı hüquqmüəyyənedici və texniki sənədlər olmadığından, həmin tikilinin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Həmin Qanunun 22-ci maddəsinə əsasən bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh E.Ə.X8 İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diametrli Hövsan-Digah-Qaradağ yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi döngə 6 ünvanından keçən hissəsində, qaz kəmərindən 9 metr məsafədə fərdi yaşayış evi və daş hasarı inşa etməklə Qaz İxrac İdarəsinə məxsus qaz kəmərinin mühafizə zonasına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi döngə 6 ünvanında lazımı icazələr almadan apardığı tikinti işləri nəticəsində Qaz İxrac İdarəsinin mühafizə zonasında özbaşına daş hasarı və fərdi yaşayış evi inşa etməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia ərizəsi əsaslıdır və buna görə tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diametrli Hövsan-Digah-Qaradağ yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi- Xırdalan şossesi döngə 6 ünvanından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında qeyri-qanuni inşa etdiyi daş hasarı və fərdi yaşayış evi Cavabdeh hesabına sökülməklə tikinti mal-materialları qaz kəmərinin mühafizə zonasından çıxarılsın. Cavabdeh dövlət rüsumuna görə 10 manat Qaz İxrac İdarəsinin xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 102 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar