Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3790/2024 08.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması” tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı Şirkətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair qarşıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şirkəti Cavabdeh qarşı “cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 1 saylı mədənin 6-cı sahəsində yerləşən 160172, 160257 saylı neft quyularının, texniki su xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları (1. 394338.121 4475596.682; 2. 394337.346 4475611.852; 3. 394355.744 4475612.175; 4. 394355.486 4475596.424 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş üzrə İddiaçı şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarının həyata keçirməsinə ciddi maneə yaratdığından, “X13” şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh 1 saylı mədənin 6-cı sahəsində yerləşən 160172, 160257 saylı neft quyularının, texniki su xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalıdır. Cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixdə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı "X14” Şirkəti ona qarşı “Cavabdehin neft quyularının, texniki su xəttinin və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaylarılması tələbinə dair" iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən “X14" Şirkətinin saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində 1 saylı mədənin 6-ci sahəsində yerləşən 160172, 160257 saylı neft quyularının, texniki su xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr almadan şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa etdiyindən Məhkəmədən onun 1 saylı mədənin 6-cı sahəsində yerləşən 160172, 160257 saylı neft quyularının, texniki su xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları (1. 394338.121 4475596.682; 2. 394337.346 4475611.852; 3. 394355.744 4475612.175; 4. 394355.486 4475596.424 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin onun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun ondan Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X14” Şirkətinin ona qarşı iddia tələbini qanunsuz və əsassız hesab edərək iddia tələbinə etiraz edir. Belə ki, hazırki vəziyyətdə yaşadığı həyətyanı fərdi yaşayış evinin ətrafında və ərazisində heç bir mədən və ya neft çıxarma sahəsi mövcud deyildir. Yaşadığı fərdi yaşayış evi həmin ərazidə tək mövcud deyildir, ətrafında və qonşuluqda saylarla evlər mövcuddur ki, artıq ərazi faktiki olaraq yaşayış evlərindən, məhəllələrdən və kompleks yaşayış sahəsindən ibarətdir. Onun faktiki yaşadığı fərdi yaşayış evi 2 ha torpaq sahəsindən və 110 kv.m tikilidən ibarət fərdi yaşayış evidir ki, həmin fərdi yaşayış evi 2003-cü il tarixdən etibarən tərəfindən inşa edilmiş və bu günə kimi faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Bu günə kimi faktiki sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə dair heç bir dövlət orqanı və ya hər hansı bir qurum tikiliyə dair etiraz bildirməmişdr. Qeyd olunan fərdi yaşayış evinə bütün kommunal qaz, işıq, su, telefon xəttləri çəkilmiş, istifadə üçün tam yararlı vəziyyətə gətirilərək həmin tarixdən etibarən qeyd olunan fərdi yaşayış evində ailəsi və övladları ilə birlikdə yaşayır. Fərdi yaşayış evinin torpaq sahəsinə və tikiliyə görə əmlak vergisı tərəfindən hər il qanunvericiliyin müəyyən etdiyi qaydada vergi ödəyir ki, bu günə kimi ödəmələrlə bağlı heç bir etiraz və pritenziya qəbul etməmişdir. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. Göstərilən tələblər üzrə onun tərəfindən qeyd olunan ərazidə torpaq sahəsi alınıb fərdi yaşayış evi tikilərkən müvafiq qaydada hu prosesdən müvafiq icra hakimiyyəti orqanının, bələdiyyənin və neft idarəsi qurumunun xəbəri olmuş, tikinti biləvasitə onların hər hansı bir qaydada verdiyi razılıqları üzərində və əsasında tikilmişdir. İddiaçının mövcud iddiası insan vətəndaş hüquq və azadlıqlarının tapdalanmasına və məhdudlaşdırılmasına yönəlmiş bir iddiadır. Bu da əsas yaradır ki, tərəfindən inşa edilmiş fərdi yaşayış evi dövlət və ya aidiyyatı orqanların biləvasitə iddia tərəfinin müvafiq razılığı ilə inşa edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 188/2016 saylı Qərardadı ilə iddiaçı "X12” Şirkətinin cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı 3-cü şəxs X9 oglu işə cəlb edilməklə sərəncamın etibarsız hesab edilməsi tələbinə dair Binəqədi qəsəbə X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 1417/1 saylı, xx.xx.2004-cü il tarixli sərəncamının Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsinə dair iddia tələbi mümkün sayılmamışdır. Həmin Qərardaddan İddiaçı Şirkəti narazı qalaraq apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianın mümkün hesab edilərək icraata götürülməsi və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş elmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(103)-342/17 saylı Qərardadı ilə İddiaçı Şirkətinin apellyasiya şikavəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-188/2016 saylı Qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə iş üzrə Qərar qəbul etdiyi zaman qərarda qeyd etmişdir ki, xx.xx.2011-ci tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirməsı üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət müddəti xx.xx.2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni müdafiə imkanı yaratmır. Bütün qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçı “X14” Şirkəti ona qarşı “1 saylı mədənin 6-cı sahəsində yerləşən 160172, 160257 saylı neft quyularının, texniki su xəttinin mühafizə zolağı və Şirkətin saziş hüdudları (1. 394338.121 4475596.682; 2. 394337.346 4475611.852; 3. 394355.744 4475612.175; 4. 394355.486 4475596.424 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin onun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair“ iddia ərizəsi əsassız və qanunsuz olduğundan rədd olunmalıdır. Daha sonra Cavabdeh İddiaçı Şirkətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda faktiki yaşadığı fərdi yaşayış evinin 3 ha torpaq sahəsinə və 110 kv.m tikilidən ibarət fərdi yaşayış evinə dair zərərə görə qarşılıqlı cavabdeh “X15” Şirkətindən 50000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “X14” Şirkəti ona qarşı “Cavabdehin 1 saylı mədənin 6-cı sahəsində yerləşən 160172, 160257 saylı neft quyularının, texniki su xəttinin mühafizə zolağı və Şirkətin saziş hüdudları (1. 394338.121 4475596.682; 2. 394337.346 4475611.852; 3. 394355.744 4475612.175; 4. 394355.486 4475596.424 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək,onun 1 saylı mədənin 6-cı sahəsində yerləşən 160172, 160257 saylı neft quyularının, texniki su xəttinin mühafizə zolağı və Şirkətin saziş hüdudları (1. 394338.121 4475596.682; 2. 394337.346 4475611.852; 3. 394355.744 4475612.175; 4. 394355.486 4475596.424 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin onun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və 100 manat dövlət rüsumunun ondan şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X14” Şirkətinin iddia ərizəsinə qarşı məhkəməyə tərəfindən etiraz təqdim edilmiş, hazırkı işlə əlaqədar olaraq tərəfindən məhkəməyə iddiaçıya qarşı “zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçıya qarşı qarşılıqlı iddia təqdim edərək, ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş edir. ünvan 2 ünvanda faktiki yaşadığı fərdi yaşayış evi 3 ha torpaq sahəsindən və 110 kv.m tikilidən ibarət fərdi yaşayış evidir ki, həmin fərdi yaşayış evi 2003-cü il tarixdən etibarən tərəfindən inşa edilmiş və bu günə kimi faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Belə ki, hazırki vəziyyətdə yaşadığı həyətyanı fərdi yaşayış evinin ətrafında və ərazisində heç bir mədən və ya neft çıxarma sahəsi mövcud deyildir. Yaşadığı fərdi yaşayış evi həmin ərazidə tək mövcud deyildir, ətrafında və qonşuluqda saylarla evlər mövcuddur ki, artıq ərazi yaşayış evlərindən, məhəllələrdən və kompleks yaşayış sahəsindən ibarətdir. Bu günə kimi faktiki sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə dair heç bir dövlət orqanı və ya hər hansı bir qurum tikiliyə dair etiraz bildirməmişdr. Qeyd olunan fərdi yaşayış evinə bütün kommunal qaz, işıq, su, telefon xəttləri çəkilmiş, istifadə üçün tam yararlı vəziyyətə gətirilərək həmin tarixdən etibarən qeyd olunan fərdi yaşayış evində yaşayır. Fərdi yaşayış evinin torpaq sahəsinə və tikiliyə görə əmlak vergisı tərəfindən hər il qanunvericiliyin müəyyən etdiyi qaydada vergi ödəyir ki, bu günə kimi ödəmələrlə bağlı heç bir etiraz və pritenziya qəbul etməmişdir. Göstərilən tələblər üzrə onun tərəfindən qeyd olunan ərazidə torpaq sahəsi alınıb fərdi yaşayış evi tikilərkən müvafiq qaydada hu prosesdən müvafiq icra hakimiyyəti orqanının, bələdiyyənin və neft idarəsi qurumunun xəbəri olmuş, tikinti biləvasitə onların hər hansı bir qaydada verdiyi razılıqları üzərində və əsasında tikilmişdir. Fərdi yaşayış evi 2003-cü il tarixdən etibarən 21 ildir onun faktiki sahibliyində və istifadəsindədir. Fərdi yaşayış evinə tərəfindən 50000 manat məbləğində pul vəsaiti xərclənmişdir. Hazırki iş üzrə iddiaçı “X14” Şirkətinin iddiası məhkəmədə təmin olunduğu zaman hesab edir ki, iş üzrə qarşılıqlı iddiası təmin olunmaqla iddiaçı “X14” Şirkətindən onun xeyrinə zərərin əvəzi kimi 50000 manat məbləğində pul alınaraq onun xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın isə təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında qarşılıqlı iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddianın isə rədd olunmasını məhkəmədə xahiş etdi. Həmçinin, o bildirdi ki, həmin ərazinin neft şirkətiniə aid olmasını bilir, lakin ilkin iddianı yalnız zərərin əvəzi ödənilərsə qəbul edər. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmuş xəritədən görünür ki, mübahisələndirilən tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yaşayış evlərinin sökülməsi ilə bağlı iddialara xüsusi həssaslıqla yanaşılmalıdır. Çünki bir çox hallarda insanlar ömür boyu işləyib çalışmaqla yalnız bir yaşayış evinə malik olur, özünün istirahət, ailə, sağlamlıq, yaradıcılıq və sair hüquqlarını həyata keçirmək üçün özünə məxsus olan yaşayış evindən istifadə edirlər. Yaşayış evinin tikintisi, təmiri uzun vaxt və vəsait tələb etdiyinə, ailə üzvlərinin hər birinin əməyindən istifadə olunduğuna, həm də ailə üzvlərinin ömürlərinin əksər hissəsini - şad, firəvan, kədərli günlərini yaşayış evində keçirdiklərinə görə yaşayış evi ailə üzvləri üçün həm də mənəvi bağlılıqla səciyyələnir. İnsanın yaşayış evi ilə bağlı yaratdığı iqtisadi mühit də mülkiyyət kimi dəyərləndirilir. Bununla belə insan üçün onun həyat, yaşamaq, sağlamlıq hüququ daha önəmli hüquqlardır. Həyat, yaşamaq yoxdursa, digər hüquqlar, o cümlədən mülkiyyət hüququ da öz əhəmiyyətini itirir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Potensial təhlükəli ərazidə yaşayış evinin mövcudluğu, həmin evdə yaşayanlar üçün daim yaşamaq hüququnun pozulması ilə bağlı riski şərtləndirir. Dövlət vətəndaşların həyat və sağlamlıq hüququnun mühafizəsinə görə məsuliyyət daşıyır. Ona görə də, vətəndaşların həyat üçün təhlükəli ərazidə yaşamasının qarşısını almalıdır. “X8rşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 2ci maddəsinin (yaşamaq hüququ) 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həyata qarşı ehtimal olunan hər bir təhlükə Konvensiya üzrə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir (müvafiq dəyişiklərlə X5rşı məhkəmə işi üzrə xx.xx.1998-ci il tarixli qərar, Rezorts 1998-Vİİİ s.3159.b.116). “Kalvelli və Çiqlio İtaliyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 1-8-5/2-1837/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azerbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər. İcra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmələr qətnamənin nəticə hissəsində “Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin" məzmununda bənd əlavə edə bilərlər. Məhkəmə aparılmış araşdırma zamanı müəyyən etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi iddiaçının ərazisində yerləşir və hazırda yaşayış üçün təhlükəli deyil. Məhkəmə Cavabdeh İddiaçı Şirkətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair qarşıqlı iddiasının araşdıraraq hesab edir ki, qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki iş materiallarından görünür ki, hazırki halda Cavabdeh İddiaçı Şirkətindən zərərin əvəzinin ödənilməsini tələb etməyi əsassızdır. Belə ki, İddiaçı Şirkəti tərəfindən Cavabdeh heç bir zərər vurulmamışdır, əksinə iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmuş xəritədən görünür ki, mübahisələndirilən tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Bu halda da, həmin əmlakın İddiaçı Şirkətinin ərazi hüdudlarında yerləşdiyi təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi təmin edilməli, Cavabdeh 1 saylı mədənin 6-cı sahəsində yerləşən 160172, 160257 saylı neft quyularının, texniki su xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları (1. 394338.121 4475596.682; 2. 394337.346 4475611.852; 3. 394355.744 4475612.175; 4. 394355.486 4475596.424 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalı, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia təmin edildiyindən, İddiaçı Şirkəti tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutulmalı, qarşılıqlı iddia rədd olunduğundan ödənilmiş dövlət rüsumu isə Cavabdeh özünə adi edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1 saylı mədənin 6-cı sahəsində yerləşən 160172, 160257 saylı neft quyularının, texniki su xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları (1. 394338.121 4475596.682; 2. 394337.346 4475611.852; 3. 394355.744 4475612.175; 4. 394355.486 4475596.424 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılsını, özbaşına tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin istifadəsinə qaytarılsın. Qətnamə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Şirkətinə ödənilsin. Cavabdeh İddiaçı Şirkətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair qarşıqlı iddiası rədd edilsin. Qarşlıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-3790/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3790/2024
08.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver