Məhkəmə qərarları › İş №2(001)-380/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-380/2022

25.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-380/2022 25.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı X1 İdarəsinin Cavabdeh qarşı X1 İdarəsinin istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 120.4-cü km-də kəmərdən 30 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Binəqədi rayonu Biləcəri qəsəbəsindəki M.S.ünvan 1 ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş iaşə obyekti, hasar və çardaq tikililərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X1 İdarəsi Cavabdeh qarşı X1 İdarəsinin istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 120.4-cü km-də kəmərdən 30 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Binəqədi rayonu Biləcəri qəsəbəsindəki M.S.ünvan 1 ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş iaşə obyekti, hasar və çardaq tikililərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı X1 İdarəsi nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0. maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Məhkəmə mülki işin sənədlərini araşdırıb, iddiaçının iddia ərizəsinin geri qaytarılmasını tələb etməsini, cavabdehin məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı X1 İdarəsinin Cavabdeh qarşı X1 İdarəsinin istismarında olan Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 120.4-cü km-də kəmərdən 30 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Binəqədi rayonu Biləcəri qəsəbəsindəki M.S.ünvan 1 ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş iaşə obyekti, hasar və çardaq tikililərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına dair iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar