Məhkəmə qərarları › İş №2(001)-3834/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3834/2023

01.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3834/2023 01.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız yazılmış 345,60 manat məbləğində borcun silinməsi və qanunsuz olaraq tutulmuş 184,70 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında araşdırıb, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız yazılmış 345,60 manat məbləğində borcun silinməsi və qanunsuz olaraq tutulmuş 184,70 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizə tələbin məhkəmədə baxılmalı olmaması əsası ilə yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3006/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız yazılmış 345,60 manat məbləğində borcun silinməsi və sayğaca balansdan tutulmuş ümumi məbləğdə pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmiş və iddia ərizəsi məhkəmə tərəfindən təmin edilmişdir. Hal-hazırda iddiaçı faktiki olaraq eyni tələblə məhkəməyə müraciət edərək ona istinad edir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3006/2019 saylı qətnaməsinin olmasına baxmayaraq, 2018ci ilin iyun ayından onun adına əsassız yazılmış 345,60 manat məbləğində borc silinməmiş və ondan qanunsuz olaraq 184,70 manat məbləğində pul tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ... olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən hesab edirəm ki, hal-hazırda eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qətnaməsi mövcud olduğundan ərizə yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Eyni zamanda İddiaçı izah edilməlidir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(001)-824/2019 saylı qətnaməsi cavabdeh tərəfindən icra edilmədiyi təqdirdə, onun bu barədə icra qaydasında şikayətlə müraciət etmək hüququ var. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız yazılmış 345,60 manat məbləğində borcun silinməsi və qanunsuz olaraq tutulmuş 184,70 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar