Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-387/2023 09.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi Oktyabr rayon XDS İK-nin 17/1 saylı, xx.xx.1988-ci il tarixli qərarının X6 və Maraqlı şəxs4 aid olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi Cavadov X9 rayon XDS İK-nin 17/1 saylı, xx.xx.1988-ci il tarixli qərarının X6 və Maraqlı şəxs4 aid olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Ərizəçi Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 5 saylı evin 20 saylı mənzilində yaşayır, həmin mənzil üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Bununla bağlı ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmiş, qeyd edilən qurumun xx.xx.2022-ci il tarixli məktubu ilə mənzil üzərində hüquqlarının reyestrdə qeydiyyata alınmasından imtina edilmiş, səbəb kimi sözügedən mənzilə dair hüquqmüəyyənedici sənəd olan Oktyabr (Yasamal) rayon XDS İK-nın 17/1 saylı, xx.xx.1988-ci il tarixli qərarında ərizəçinin ata adının Seyidəhməd deyil, yanlış olaraq Seid kimi qeyd olunması göstərilmiş, yalnız bu uyğunsuzluq aradan qaldırıldıqdan sonra ərizəçinin müraciətinə yenidən baxılacağı bildirilmişdir. Ərizəçi adla bağlı uyğunsuzluğu aradan qaldıraraq yenidən daşınmaz əmlakın reyestri xidmətinə müraciət edə bilmək üçün Oktyabr (Yasamal) rayon XDS İK-nın 17/1 saylı, xx.xx.1988-ci il tarixli qərarına əlavə edilmiş zəruri sənədlərin həmin sənədlərdə adın düzgün yazılacağı ehtimalını nəzərə alaraq təsdiq olunmuş kserosurətini əldə etmək üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciət etmiş, lakin, qurumun xx.xx.2022-ci il tarixli cavab məktubu ilə qərara heç bir sənədin əlavə edilmədiyi bildirilmişdir. Bu səbəbdən həmin orqanda uyğunsuzluğun aradan qaldırılması mümkün olmamışdır. Bundan sonra ərizəçi yanlışlığın düzəldilməsi üçün qərarı təqdim etmiş orqanı əvəz edən Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmiş, sonuncunun xx.xx.2022-ci il tarixli məktubu ilə mənzilin Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşdiyi üçün ərizəçiyə Binəqədi RİH-yə müraciət etməsi tövsiyyə olunmuşdur. Daha sonra məsələ ilə bağlı ərizəçi Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubu ilə sözügedən qərarda düzəliş etməyin icra hakimiyyətinin səlahiyyətləri xaricində olduğu ərizəçiyə bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçinin atasına məxsus olan xx.xx.1959-cu il tarixli, İ-İE № 835372 saylı doğum haqqında şəhadətnamədən görünür ki, atasının adı, soyadı, ata adı Maraqlı şəxs4dur. Bundan başqa ərizəçiyə məxsus olan xx.xx.1978-ci il tarixli, V-5KT №406978 saylı doğum haqqında şəhadətnamədən görünür ki, atasının adı, soyadı, ata adı Maraqlı şəxs4dur. Ərizəçinin atasına məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən AZE №0******* saylı vəsiqədən məlum olur ki, atasın adı, soyadı, ata adı Maraqlı şəxs4dur. Həmçinin, ərizəçiyə məxsus AZE №******** saylı şəxsiyyət vəsiqəsindən də eyni xüsusat öz təsdiqini tapır. Müvafiq dövlət orqanlar tərəfindən verilmiş rəsmi sənədlər əsasında ərizəçinin adı, soyadı və ata adının Ərizəçi Seyidəhməd oğlu olduğu müəyyən edilir. Eyni zamanda uyğunsuzluğun aradan qaldırılması üçün bütün tədbirlərin görülməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Hazırda ərizəçinin yaşadığı mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün bu uyğunsuzluğun aradan qaldırılması zəruridir, bu uyğunsuzluğun məhkəmədən kənar qaydada aradan qaldırılması mümkün olmadığından ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hüquq haqqında ərizəçinin qohumları ilə bağlı heç bir mübahisəsi yoxdur. Ona görə də hüquqmüəyyənedici sənəd olan Oktyabr rayon XDS İK-nın 17/1 saylı, xx.xx.1988-ci il tarixli qərarının ərizəçinin babası X3 və atası Maraqlı şəxs4 aid olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs4 ərizə ilə razılaşaraq izahatında göstərmişdir ki, Ərizəçi onun doğma oğludur. Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 5 saylı evin 20 saylı mənzili 1988-ci ildə Oktyabr rayon XDS İK-nın 17/1 saylı, xx.xx.1988-ci il tarixli qərarına onun atası X6 7 nəfərdən ibaraət ailə üzvü ilə birlikdə verilmişdir. Həmin mənzilə o, valideynləri, həyat yoldaşı və uşaqları ilə birlikdə köçmüşdür. Həmin qərarda, qərarın əsasınada verilmiş orderdə onun atasının və onun adı səhv yazılmışdır. Belə ki, atasının adı Əfsər əvəzinə Əlövsər, onun adı Seyidəhməd əvəzinə Seid olaraq göstərilmişdir. Onun atası Əfsər Cavadov 1994-cü ildə, anası Cavadova Pərizad isə 1999cu ildə vəfat etmişdir. İşdə olan digər maraqlı şəxslər olan qızları Maraqlı şəxs2 və Maraqlı şəxs3 nikaha daxil olduqdan sonra həmin mənzildən köçmüşlər. Mənzilin verildiyi tarixdən o, həyat yoldaşı, oğlu Ərizəçi həyat yoldaşı və uşaqları ilə birlikdə həmin mənzildə yaşayırlar. Hüquqmüəyyənedici sənəd olan Oktyabr rayon XDS İK-nın 17/1 saylı, xx.xx.1988-ci il tarixli qərarında atasının və onun adı yanlış göstərildiyindən mənzilə dair oğlunun mülkiyyət hüquqlarının qeydə alınması mümkün deyildir. Bununla bağlı onlar Milli Arxiv İdarəsinə və yerli icra hakimiyyəti orqanlarına öz və oğlunun adından müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. Hazırda evin oğlu Ərizəçi adına sənədləşdirlməsini istəsələr də, qərardakı yanlışlığa görə bu mümkün olmamışdır. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs X32 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Ərizəçi onun doğma oğludur. Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçivani küçəsi 5 saylı evin 20 saylı mənzili 1988-ci ildə Oktyabr rayon XDS İK-nın 17/1 saylı, xx.xx.1988-ci il tarixli qərarına əsasən onun mərhum qaynatası X6 təqdim edilmişdir. Həmin mənzilə o, həyat yoldaşı, uşaqları, həyat yoldaşının valideynləri ilə birlikdə köçmüşdür. X33 1994-cü ildə, qaynanası Cavadova Pərizad isə 1999-cu ildə vəfat etmişlər. İşdə olan digər maraqlı şəxslər olan qızları Maraqlı şəxs2 və Maraqlı şəxs3 nikaha daxil olduqdan sonra həmin mənzildən köçmüşlər. Mənzilin verildiyi tarixdən o və həyat yoldaşı həmin məzildə yaşayıb, o cümlədən oğlu Ərizəçi da həyat yoldaşı və uşaqları ilə birlikdə həmin mənzildə yaşayırlar. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs2 notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, doğma qardaşı Ərizəçi ərizəsi əsasında Bakı şəhəri Binəqədi Rayonu Məhkəməsində xüsusi icraat qaydasında baxılan işin mahiyyəti haqqında məlumatlıdır, ərizənin məzmununa və təmin olunmasına heç bir etirazı yoxdur, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs3 Azərbaycan Respublikasının AFR-dəki Səfirliyinin konsulu R.A.Salayev tərfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, doğma qardaşı Ərizəçi ərizəsi əsasında Bakı şəhəri Binəqədi Rayonu Məhkəməsində xüsusi icraat qaydasında baxılan işin mahiyyəti haqqında məlumatlıdır, ərizənin məzmununa və təmin olunmasına heç bir etirazı yoxdur, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2 və Əmlak Məsələləri Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfələrin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Oktyabr XDS İK-nin xx.xx.1988-ci il tarixli №17/1 saylı qərarından müəyyən olunur ki, M.D. Hüseynov küçəsi ev №53 ünvanında yaşayan, 7 nəfərlik ailə tərkibi olan vətəndaş X4 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 76,19 olan 5 otaqlı mənzilin verilməsi, orderə özü vətəndaş X2, həyat yoldaşı Cavadova Pərizadın, oğlu X22, gəlini X18, nəvəsi Ərizəçi Seid oğlunun, nəvəsi X13, nəvəsi X19 daxil edilməsi, Ə.M.Cavadovun əvvəl yaşadığı yaşayış sahəsini təhvil verdiyi andan mənzil qeydiyyatından çıxarılması qərara alınmışdır. xx.xx.1959-cu il tarixli İ-İE №835372 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs4 xx.xx.1949-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 110 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavadov Əfsər, anası Cavadova Pərizaddır. AZE seriyalı 0******* saylı xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Maraqlı şəxs4 xx.xx.1949-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçivani küçəsi 5 saylı evin 20 saylı mənzilində qeydiyyatdadır. Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli V-JQ № 406978 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 898 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Maraqlı şəxs4, anası X23r. AZE seriyalı ******** saylı xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçivani küçəsi 5 saylı evin 20 saylı mənzilində qeydiyyatdadır. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 102 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 5 saylı evin 20 saylı mənzilində aşağıda qeyd olunan ailə 1988-ci ildən etibaran qeydiyyatda olmaqla yaşayırlar: Cavadov Əfsər 1994-cü ildə vəfat etmişdir. Cavadova Pərizad 1999-cu ildə vəfat etmişdir. X1 2001-ci ildən mənzildə yaşamır, lakin qeydiyyatdadır. X11 2005-ci ildə ailə həyatı qurduğu üçün qeydiyyatdan çıxmışdır. Hal-hazırda Ə.Naxçıvani küçəsi 5 saylı evin 20 saylı mənzilində Maraqlı şəxs4, Cavadova Səkinə, Ərizəçi, Cavadova Pərvin (ailənin gəlinidir qeydiyyatsız yaşayır), X12, X20 qeydiyyatda olmaqla yaşayırlar. Binəqədi rayonu Leyla nikah evi tərəfindən verilmiş AZ № 018470 saylı xx.xx.1999cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavadova Pərizad xx.xx.1999-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 540 nömrəsi ilə ölüm akt qeydi tərtib edilmişdir. Binəqədi rayonu Leyla nikah evi tərəfindən verilmiş İİ-JQ № 475600 saylı xx.xx.1994cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.1994cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 158 nömrəsi ilə ölüm akt qeydi tərtib edilmişdir. Maraqlı şəxs3 notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 5 saylı evin 20 saylı mənzilinin Ərizəçi adına özəlləşdirilməsinə və çıxarış alınmasına etiraz etmədiyini bildirmişdir. Maraqlı şəxs2 notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 5 saylı evin 20 saylı mənzilinin Ərizəçi adına özəlləşdirilməsinə və çıxarış alınmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 5 saylı evin 20 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciəti ilə bağlı Ərizəçi qeyd olunan mənzilə dair Oktyabr (Yasamal) rayon XDS İK-nın 17/1 saylı, xx.xx.1988-ci il tarixli qərarında atasının adı Seyid (Ərizəçi Seyid oğlu) kimi qeyd olunmasına dair uyğunsuzluq aradan qaldırıldıqdan sonra müraciətinə yenidən baxılmasının mümkün olması, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalı olması və bu səbəbdən ərizənin icrasından imtina edilməsi bildirilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli C-46-091 saylı məktubundan müəyyən olunur ki, Maraqlı şəxs4 Yasamal RİH-nin rayonun inzibati ərazisi vahidində yerləşən və Yasamal RİH tərəfindən xidməti order verilmiş mənzillərlə bağlı sərəncam vermək səlahiyyətinin olması, istifadəsində olan mənzil Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşdiyindən qərarda düzəliş olunması ilə bağlı xahişin yerinə yetirilməsinin mümkün olmadığı bildirilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 02\09-11-11\C- 46-164 saylı məktubundan müəyyən olunur ki, Maraqlı şəxs4 Yasamal Rayon İcra Hakimiyyətinin (keçmiş Oktyabr XDS İK-nin) xx.xx.1988-ci il tarixli 17/1 saylı qərarında adının düzəlişi ilə bağlı müraciətinə baxılaraq Yasamal Rayon İcra Hakimiyyəti (keçmiş Oktyabr XDS İK-nin) tərəfindən verilmiş qərara düzəliş olunmasının Binəqədi RİH-nin səlahiyyətləri xaricində olması bildirilərək, müraciətində qeyd olunan məsələnin həlli ilə bağlı məhkəməyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 02\09-11-11\0- 57-164 saylı məktubndan müəyyən olunur ki, Ərizəçi Seyidəhməd oğluna Yasamal Rayon İcra Hakimiyyətinin (keçmiş Oktyabr XDS İK-nin) xx.xx.1988-ci il tarixli 17/1 saylı qərarında düzəliş olunması Binəqədi RİH-nin səlahiyyətləri xaricində olması bildirilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli C-61-091 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi Seyidəhməd oğluna istifadəsində olan mənzil Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşdiyindən qərara düzəliş olunması ilə bağlı xahişin yerinə yetirilməsinin mümkün olmadığı bildirilmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında qeyd olunmuşdur ki, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Həmin Qərardan daha sonra müəyyən olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Ərizəçi babası olan X6 Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 5 saylı evin 20 saylı mənzilinin ayrılmasına dair Oktyabr XDS İK-nin xx.xx.1988-ci il tarixli №17/1 saylı qərarında ərizəçinin babası olan X5 adı “X7”, ərizəçinin atasının adı isə “Seyid Əhməd” əvəzinə “Seid” yazılmaqla yanlışlığa yol verilmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, ərizəçi Oktyabr XDS İK-nin xx.xx.1988-ci il tarixli №17/1 saylı qərarında atasının və babasının adlarının yazılmasında yol verilən yanlışlıqların aradan qaldırılması üçün müraciət etsə də, məhkəmədən kənar qaydada qərarda yol verilən yanlışlıqların aradan qaldırılması mümkün olmamış, nəticədə ərizəçinin mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Oktyabr XDS İK-nin xx.xx.1988-ci il tarixli №17/1 saylı qərarının ərizəçinin babası olan X6 aid olması araşdırma zamanı öz təsdiqini tapdığından, həmin qərarda Ərizəçi kimi ərizəçinin atası olan Maraqlı şəxs4 da X5 ailə üzvü kimi qeyd olunduğundan ərizə qismən təmin edilərək Oktyabr XDS İK-nin xx.xx.1988-ci il tarixli №17/1 saylı qərarının ərizəçinin babası olan X6 aid olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə qismən təmin edilsin. Oktyabr XDS İK-nin xx.xx.1988-ci il tarixli №17/1 saylı qərarının Ərizəçi babası olan X6 aid olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-387/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-387/2023
09.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver