Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3968/2024 05.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: qaz təchizatı, istehlakçı, dəymiş zərər) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X6, döngə 6, ünvanda fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə uzun müddətdir ki yaşayır. Binəqədi rayon Qaz İstismar əməkdaşları tərəfindən 29 fevral 2024-ci il tarixində ******* nömrəli akt tərtib edilmiş və akta əsasən mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin adında olan 1402AZ13011458/73 nömrəli sayğacın çıxarılaraq əvəzində digər rayona aid olan 1502AZ1301/5337897 nömrəli sayğacın bağlandığı aşkar edilmişdir. Abonentin mənzilində qeyriqanuni təbii qazdan istifadə olunması və dəymiş ziyanın hesablanması barədə akt tərtib edilmişdir. Lakin 01 mart 2024-cü il tarixində ******* nömrəli aktda isə qaz xəttində sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında yoxlanılması və heç bir sızmanın aşkar edilməməsi, quraşdırılan qaz sayğacının texniki qaydalara cavab verməsi qeyd olunmuşdur. Abonent saldosuna diqqət yetirdikdə görmək olar ki, hər ay üçün qazdan istifadə limiti və sərfiyyat qeyd olunur. Hər ödəniş etdiyində ona qarşı tərtib edilmiş qanunsuz borcdan qazdan istifadə etmədən ondan bütün məbləğ tutulmuşdur. Ona qarşı tartib edilmiş akt əsassız və qanunsuzdur. Bela ki, ortalama həmin qaz sərfiyyatından istifadə etməmiş və bundan əlavə olaraq sözügedən elektron qaz sayğacı çöldə yerləşir və akt tərtib olunan zaman nə o, nədəki, ailə üzvlərindən biri iştirak etməmişdir. Bundan başqa Qaz İstismar sahəsinin əməkdaşları onun qaz sayğacını dəyişdirdikdə özlərinə nə baş verdiyini sual vermişdir. Özləri isə heç bir problemin guya olmadığını gələcəkdə sayğacını məsul şəxs kimi özlərinin dəyişdirilməsini bildirmişlər. Lakin 01 mart 2024-cü il tarixində isə aktda tamamilə əksinə guya bu sayğacın onun tərəfindən dəyişdirilməsi, başqa abonentə məxsus sayğacın guya onun tərəfindən dəyişiklik edilməsi göstərilmiş və 3161 manat qanunsuz olaraq dəymiş ziyan kimi cərimə hesablanmışdır. Özlərinə bu haqda məlumat verdikdə isə bu məsələnin məhkəmə qaydasında həll olunacağını bildirmişlər. Tərtib olunmuş aktlara belə diqqət yetirdikdə görmək olar ki qanunsuz olaraq tərtib edilmiş akt 29 fevral tarixində, qaz sayğacının da isə heç bir problemin olmaması isə 01 mart tarixində tərtib olunmuşdur. Ona qarşı tərtib edilmiş 29 fevral 2024-cü il tarixli aktın surəti ona ilk öncə verilməmiş, daha sonra özü borcunun olması barədə məlumat aldıqdan sonra xəbəri olmuşdur. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, ünvanında olan sayğacda yaranmış nasazlıqla bağlı cavabdehin qaynar xətti ilə əlaqə saxlamış, birliyin əməkdaları tərəfindən sayğac dəyişdirilmişdir. Daha sonra isə borcun hesablandığını öyrənən zaman bu barədə aidiyyatı birliyə müraciət etsə də, ona şifahi qaydada bildirilmişdir ki, sayğacın dəyişdirilməsi idarədə təsdiq edilmədiyindən hesablanmış borcun birlik tərəfindən silinməsi mümkün deyil, məhkəməyə müraciət edilməlidir. Həmin sayğac quraşdırılan zaman özü ünvanda olmamışdır. Həmin ünvanda daimi yaşayış yoxdur. Məhkəmədən iddia tələbinn təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirdmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməsini xahiş etdi. Təqdim edilmiş saldodan da görünür ki, sayğacın quraşdırıldığı müddətdə abonent borc ödənişi etməmişdir. Bununla da təbii qazdan qanunsuz istifadəsini təsdiq edir, həmçinin abonent barədə məsuliyyətə cəlb edilməsi ilə bağlı müvafiq orqanlara məlumat göndərilmiş, lakin hazırda bu barədə yekun qərar mövcud deyil. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Cavabdeh İB-nin sahə nəzarətçisi X3 ifadəsində bildirdi ki, özü Biləcəri qəsəbəsi Y.Y.Massivi döngə 6 ünvanı onun nəzarətinda olan sahə olmasa da, xx.xx.2023-cü il tarixdə birliyin qrup rəhbəri Elnur Ələkbərovun dəvəti əsasında qeyd edilən ünvanda akt olmuş və iştirakı ilə tərtib edilmişdir. Həmin akt tərtibi zamanı müəyyən edilmişdir ki, başqa rayona aid olan sayğac Binəqədi ərazisində olan ünvanda quraşdırılıb. Akt digər qrup üzvləri ilə birlikdə onun tərəfindən imzalanıb. Tam xatırlamasa da, hadisə bu ilin aprel ayında baş vermişdir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış sayğaca baxış keçirilən zamanı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olması aktlaşdırılmışdır. -Dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, sayğacın klapanının və çıxış plastmas borusunun sınmasına görə xx.xx.2024-cü il tarixdə 26352 m3 qaz itkisi hesablanmışdır. -Abonentin saldosundan görünür ki, abonent kodu **********00000 olan İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X6, döngə 6, ünvanda fərdi yaşayış evi ünvanına 2024-cü ilin mart ayına 3161,24 manat məbləğində qalıq borc hesablanmışdır. - xx.xx.2024-cü il tarixli, ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X6, döngə 6, ünvanda fərdi yaşayış evi ünvanına kodu qeyd edilməyən yeni qaz sayğacı quraşdırılmışdır. - xx.xx.2024-cü il tarixli, ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X6, döngə 6, ünvanda fərdi yaşayış evi ünvanına kodu qeyd edilməyən yeni qaz sayğacı **********0000 kodlu qaz sayğacı ilə əvəz edilmişdir. - portaldan çıxarılmış məlumatdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə qaz sayğacının oğurlanması barədə müraciət daxil olmuşdur. - “vətəndaşların qanunsuz hərəkətləri barədə” xx.xx.2024-cü il tarixli 14-2-2- 4/2861/2024 saylı müraciətdən görünür ki, İddiaçı Qabil oğlu barəsində təbii qazdan qanunsuz istifadə ilə bağlı Bakı şəhəri Baş Polis İdarəsinə müraciət edilmişdir. -məhkəmə sorğusu əsasında cavabdeh Azəriqaz İB tərəfindən məhkəməyə təqdim edilmiş ******* nömrəli xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, istehlakçı X1 92 mənzil 109 ünvanında quraşdrırlmış 1502AZİ**********7 nömrəli sayğac istismar müddəti bitditindən növbəti dövlət yoxnaılmasına göndərilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 11.6.). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir (maddə 13.8.). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13-8-1.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.). Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq qeyd edilir ki, cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri və yuxarıda qeyd edilən aktda sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə edildiyi, həmçinin başqa rayona aid sayğacın quraşdırıldığı qeyd edildiyindən, cavabdeh Birlik yuxarıda qeyd edilən maddi hüquq normaların tələblərinə əsasən, istehlakçının (hazırki halda – iddiaçının) təbii qazın talanmasında təqsirli olmasını sübuta yetirməli və cavabdehə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməlidirlər. Lakin cavabdeh iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsini, yəni təbii qazın talanmasını sübuta yetirilmədən yuxarıda qeyd edilən məbləğində zərərin ödənilməsini iddiaçıdan tələb etmişdir. Nəzərə alınsa ki, iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən etiraz ərizəsi ilə, həmçinin məhkəmə iclasları zamanı məhkəməyə təqdim edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış başqa rayona aid qaz sayğacı birliyin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə istehlakçı Qətibə İsmayılovanın yaşadığı ünvandan istismar müddəti bitdiyindən çıxarılmaqla növbəti dövlət yoxnaılmasına göndərilməklə birliyin özünün sərəncamında olmuşdur, həmin sayğacın abonentin ünvanına abonentin özü tərəfindən quraşdırılması öz təsdiqini tapmamışdır, həmçinin bu barədə iddiaçıya ümumiyyətlə məlumat verilməmiş və Akta imza etdirilməmişdir. Beləliklə, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud olmamaqla sayğacın yararsız olması öz təsdiqini tapmışdır. Sayğaca vaxtlı-vaxtında baxış keçirilməsi isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına başqa rayona aid və dövlət nəzarətinə alınmış qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Cavabdeh məhkəməyə abonent barəsində təbii qazdan qanunsuz istifadə ilə bağlı mühafizə orqanına müraciət etsə də, İddiaçı təqsirliliyini sübut edən hər hansı qərar təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli ******* saylı Akta əsasən əsassız hesablanmış 3161 manat məbləğində borc silinməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli ******* saylı Akta əsasən əsassız hesablanmış 3161 (üç min yüz altmış bir) manat məbləğində borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-3968/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3968/2024
05.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver