Məhkəmə qərarları › İş №2(001)-397/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-397/2023

18.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-397/2023 18.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X1rşı 1935,36 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı 1935,36 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yaşayır. Azəriqaz İB tərəfindən iddiaçıya xx.xx.2022-ci ildə akt tərtib edilərək sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə 1036,80 manat borc yazılmışdır. Məhkəməyə müraciət etdikdən sonra iddiaçıya 2022-ci ilin dekabr ayında barəsində tərtib olunan akta əsasən 898,56 manat cərimə yazılması məlum olmuşdur. Çəkilən şəkillər iddiaçının həyətinə və evinə aid deyildir. Ona görə də, Azəriqaz İB tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı ilə bağlı əsassız hesablanmış 1935,36 manat borcun silinməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib göstərmişdir ki, hesablanmış borc onun evinə aid deyildir. Yerli baxışda iştirak edən Azəriqazın nümayəndələri ekspertə sayğaca qoşulmanı göstərə bilməmişlər. Ekspert iki dəfə yerli baxış keçirmiş, qazdan qeyri-qanuni istifadə halını aşkar edə bilməmişdir. Azəriqazın əməkdaşları onun barəsində iki akt tərtib etmiş, lakin, onun iştirakı təmin edilməmişdir. Ona görə də, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X3 nümayəndəsi Nümayəndə2 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən İddiaçı təbii qazdan qeyri-qanuni istifadə halı müəyyən edilmişdir. Qeyd olunan fakt barəsində xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında və xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmiş və fotoşəkilləri çəkilmişdir. Tərtib olunmuş aktlara əsasən 1036,80 manat və 898,56 manat məbləğində dəyiş ziyan hesablanmışdır. Ona görə də iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh X3 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh X3 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 127. İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İİİ. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. X3 əməkdaşları tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* №-li aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 3126-cı məhəllə ünvanında sayğaca ümumi baxış keçirilmiş, sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmiş, sayğacdan kənar xəttin ləğv olunaraq dəymiş ziyanın ödənilməsi tələb olunmuş, istehlakçı İddiaçı bu aktı imzalamaqdan imtina etmişdir. X3 əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli ******* №-li akta əsasən G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4 m3/saat günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 8640 m3 müəyyən edilmişdir. Azəriqaz İB tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, aktlar üzrə İddiaçı borcu 1036,80 manat təşkil edir. X3 əməkdaşları tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* №-li aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 3126-cı məhəllə ünvanında yerləşən mənzilin qaz təchizatına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmiş və dəymiş ziyanın ödənilməsi tələb olunmuş, istehlakçı İddiaçı tərəfindən bu akt imzalanmamışdır. X3 əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli ******* №-li akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 120 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 7488 m3 müəyyən edilmişdir. Azəriqaz İB tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, aktlar üzrə İddiaçı borcu 1935,36 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 3/1517 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 64 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7045 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 3126-cı məhəllə ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Azəriqaz İB-yə məxsus 76 mm-lik polad qaz borusunun üzərində sayğacdan kənar əlavə qoşulmalar müəyyən edilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, 76 mm-lik polad qaz borusunun üzərində sayğacdan kənar əlavə qoşulmalar müəyyən edilmədiyinə görə Azəriqaz İB-nə vurulmuş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparılmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının qaz xəttinə qanunsuz qoşulması barədə aktlar tərtib edərək bu hərəkətə görə istehlakçıya maddi ziyan hesablasa da, qanunsuz qoşulmanın mövcud olmasını sübuta yetirə bilməmişdir. Belə ki, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, cavabdeh özünün tərtib etdiyi xx.xx.2022-ci il tarixli ******* №-li və xx.xx.2022-ci il tarixli ******* №-li aktlarda qeyd olunan faktın, yəni qanunsuz qoşulmanın baş verməsini sübuta yetirə bilmədiyindən, iddia ərizəsi təmin edilərək bu aktlara əsasən hesablanaraq maddi ziyana görə iddiaçıdan tələb olunan cəmi 1935,36 manat silinməli, iddia ərizəsi təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. X3 İddiaçı maddi ziyana görə tələb etdiyi 1935,36 manat silinsin. X2 dövlət rüsumuna görə 39,35 manat və ekspertiza tədqiqatının dəyərinə görə 166 manat olmaqla cəmi 205,35 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar