Məhkəmə qərarları › İş №2(001)-397/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-397/2025

28.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-397/2025 28.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və İİ qrup Əfqanıstan müharibəsi əlilidir. Göstərilən ünvanda 5 nəfər ailə tərkibi ilə yaşayır. 2024-cü ilin təxminən may ayında ona məlum olmuşdur ki, qaz borusuna sayğacdan kənar müdaxilə edilməsi səbəb göstərilərək 2023-cü ilin fevral ayında Cavabdeh əməkdaşları tərəfindən ona cərimə yazılmışdır. Bu barədə ona qaz işçiləri tərəfindən məlumat verilməmişdir. Yazılmış cərimənin məbləği və səbəbi barədə məlumat almaq məqsədilə 04 iyun 2024-cü il tarixdə ərizə ilə Cavabdeh Bakı X3 Departamentinə müraciət etmişdir. Ərizəsinə cavab olaraq təqdim edilən 03 fevral 2023-cü il tarixdə tərtib edilmiş ******* saylı aktdan da göründüyü kimi həmin aktın tərtib edilməsindən onun xəbəri olmamışdır. Çünki, həmin aktda onun imzası yoxdur və eyni zamanda aktı imza etməkdən imtina etməsi də qeyd edilməmişdir. Bakı X3 Departamentinin itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair 28 fevral 2023-cü il tarixli tələbnamədən ona aydın olmuşdur ki, son bir ilə (360 gün) 34560 kub/m qaz sərfi hesablanmış və ona 4147.20 manat məbləğində cərimə yazılmışdır. Cavabdeh Bakı X3 Departamentinin əməkdaşları tərəfindən qaz boru xəttinə qanunsuz qoşulmanın nə vaxt baş verməsi və qanunsuz qoşulmanın aradan qaldırılması barədə akt tərtib etmədən dəymiş ziyanı qaz sayğacının normal qaz sərfi 4 kub/m orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apararaq 4x24x360=34560 kub/m qaz sərfi hesablamaları ağlabatan deyil. Güya o, 360 gün ərzində gücə-gündüz qazdan fasiləsiz istifadə etmişdir. Əvvəla Cavabdeh Bakı X3 Departamentinin əməkdaşları tərəfindən qaz boru xəttinə qanunsuz qoşulmanın nə vaxt baş verməsi müəyyən edilməli idi. Onu müəyyən etmək üçün qaz nəzarətçisinin axırıncı dəfə nə vaxt qaz sayğacına baxış keçirməsi aydınlaşdırılmalı idi. Ola bilməz ki, 360 gün ərzində qaz nəzarətçisi qaz sayğacına baxış keçirtməsin. Onun evinə quraşdırılmış sayğac mexaniki sayğac olduğundan hər ayın əvvəlində qaz nəzarətçisi tərəfindən sayğacın son göstəricisi qeyd edilməklə baxış keçirilir. Necə olur ki, nəzarətçi 360 gün ərzində qaz borusuna qanunsuz qoşulmanı görmür. Cavabdeh Bakı X3 Departamenti tərəfindən təqdim edilmiş abonent saldosundan da göründüyü kimi, son bir ildə sayğac üzrə istifadə etdiyi qazın pulunu ödəmişdir. İkincisi, yay-qış mövsümünü nəzərə almadan hər günə 96 kub/m qaz sərfi hesablamaqla Cavabdeh Bakı X3 Departamentinin əməkdaşları tərəfindən çox böyük səhvə yol verilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh Bakı X3 Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 4147.20 manat məbləğində cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı və onun vəkili Nümayəndə1 hər biri ayrıayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bununla yanaşı, iddiaçının vəkili Nümayəndə1 iddiaçının İİİ qrup əlil olduğunu, həmin mənzildə 6 nəfərlə birlikdə yaşadıqlarını, onların xəbərləri olmadan sayğaclarının dəyişdirildiyini və iddiaçıya hər hansı aktın təqdim edilmədiyini, eyni zamanda iddiaçı tərəfindən sayğacdan kənar qaz xəttindən istifadə edilmədiyini bildirmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh nümayəndəsi X2 cavabdehə irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda nümayəndə Z.Alıeva bildirmişdir ki, iddiaçı tərəfindən sayğaca qeyri-qanuni müdaxilə edilmiş, bu səbəbdən cərimə olunmuşdur. Məhkəmə iddiaçının, onun vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2023-cü il üçün 4147.20 manat məbləğində borcu vardır. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, X6 sahəsi, C.Cabbarlı küçəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkar edilmiş və dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, İddiaçı istifadəsində olan ünvana baxış keçirilmiş, baxış zamanı fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Dəymiş ziyanın həcminin hesablanması qrafasında isə “4 x 24 x 360 = 34560 kub metr” cəmi: 34560 kub metr göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3/1676 saylı, 03 dekabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, X6 sahəsi, C.Cabbarlı küçəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda (yəni 5000 manatdan yuxarı olmayan məbləğdə) ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 03 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın surətində “abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkarlandı” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı fərdi yaşayış evinə dair hesablanmış 4147.20 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1676 saylı, 03 dekabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, X6 sahəsi, C.Cabbarlı küçəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş girişçıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, X6 sahəsi, C.Cabbarlı küçəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00000) dair hesablanmış 4147.20 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə də qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı da dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 61.47 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, X6 sahəsi, C.Cabbarlı küçəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********00000) əsassız hesablanmış 4147.20 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 61.47 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar