Məhkəmə qərarları › İş №2(001)-3980/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3980/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3980/2020 26.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin və lizinq müqaviləsinin ləğvi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin və lizinq müqaviləsinin ləğvi”nə dair ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3136 manat vurulmuş ziyanın əvəzi, 30 manat ödənilmiş dövlət rüsumu tutulması və tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli lizinq müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehla İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən, Cavabdeh “Lada Granta” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin lizinq dəyəri 20.880 manat müəyyən edilməklə 48 ay müddətinə lizinqlə icarəyə götürmüşdür. Cavabdeh həmin avtomobili xx.xx.2019-cu il tarixdə qəzaya uğradaraq onu yarasız hala salmışdır. “xxxx” ASC sığorta müqaviləsinin şərtlərinə əsasən avtomobilin təmiri üçün 11.400 manat sığorta haqqı ödəmişdir. Bu məbləğ avtomobilin tam təmirinə kifayət etmədiyinə görə lizinq alandan avtomobilin tam təmirinin başa çatdırılması tələb edilmişdir. Lakin Cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi pozaraq, avtomobilin təmirindən boyun qaçırmışdır. Bu səbəbdən lizinq verən 4600 manat əlavə vəsait sərf edərək avtomobili tam təmir etmişdir. Cavabdeh cəmi 1744 manat ödəniş etmiş, qəzadan sonra sığorta təşkilatı 11.400 manat ödəmiş, lizinq verən isə 4600 manat vəsait sərf etmişdir. Bundan sonra avtomobilin qalıq dəyəri üzrə İddiaçı ASC 3136 manat ziyana düçar olmuşdur. xx.xx.2020-ci il tarixdə Cavabdeh İddiaçı ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-dən 6240 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli, 53 nömrəli daxili lizinq müqaviləsinə əsasən “Lada Qranta” markalı **-PU-*** dövlət nömrə nişanlı minik avtomobili ona uzunmüddətli icarəyə verilmişdir. İlkin ödəniş olaraq 4500 manat və ödəniş cədvəlinə əsasən hər ay vaxtı-vaxtında ödəniş edilərək, cəmi 1740 manat ödəniş etmişdir. xx.xx.2019-cu il tarixdə avtomobil qəzaya uğrayaraq yarasız vəziyyətə düşmüşdür. Avtomobilin dəyəri sığota şirkəti tərəfindən tam ödənilmişdir. Cavabdeh tərəfindən isə cəmi 4500 manat ilkin ödəniş və aylar üzrə 1740 manat olmaqla, cəmi 6240 manat İddiaçı ASCyə ödəniş etmişdir. O, İddiaçı ASC-dən maşını və yaxud ilkin ödənişi tələb etsə də, onlar onu məhkəməyə verəcəklərini bildirmiş və avtomobili geri qaytarmamışlar. Bu səbəbdən də Cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili F.Hüseynbəyli ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı (nümayəndəsi) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun (nümayəndəsinin) iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan -maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən **-PU-*** dövlət qeydiyyat nişanlı “Lada Qranta” markalı avtomobil 435 manatdan 48 ay müddətinə icarəyə verilmiş və avtomobilin lizinq üzrə qalıq dəyəri 3136 manat hesablanmışdır. -xx.xx.2019-cu il tarixli, 1 nömrəli uzun müddətli icarə (daxili lizinq) müqaviləsinə, 1 nömrəli əlavəyə və 2 nömrəli qəbul aktına əsasən, Cavabdeh 48 ay müddətinə 20.8xx xxxxxx 2019-cu il buraxılışlı **-PU-*** dövlət qeydiyyat nişanlı “Lada Qranta” markalı avtomobil satılmış, sonuncu isə həmin avtomobili təhvil almışdır. -borc tələbi və lizinq müqaviləsinin ləvğ edilməsinə dair xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 10 gün ərzində 3136 manat borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. -avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışdan görünür ki, İnzibati xətalar haqqında işlərə və ya cinayət işlərinə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs Cavabdehdur. -sığorta hadisəsi nəticəsində tam itkiyə uğramış avtonəqliyyat vasitəsinin qalıq hissə dəyərinin məbləğinin qarşılıqlı razılaşdırılmasına dair AKT-dan görünür ki, xx.xx.2019-cu il tarixdə qəzaya məruz qalmış **-PU-*** dövlət qeydiyyat nişanlı Lada Granta markalı avtomobil tam itkiyə məruz qalmış və avtomobilin hadisədən sonrakı qalıq hissə dəyəri 4.600 manat, bazar dəyəri isə 16.000 manat məbləğində müəyyənləşdirilmişdir. -xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, avtomobilin real bazar dəyərindən 4600 manat qalıq hissə dəyəri çıxılmaqla 11.400 manat məbləğində sığorta ödənişi “xxxx” ASC tərəfindən “xxxx” ASC-yə ödənilmişdir. -zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, **-PU-*** dövlət qeydiyyat nişanlı Lada Granta markalı avtomobil təmiri üçün ehtiyyat hissələrinə 10.040 manat, zəhmət haqqına 3.050 manat olmaqla, cəmi 13.090 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə almaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Adı çəkilən Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi lizinq müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Belə ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin mahiyyəti əşyanı dəyəri ödənilməklə müəyyən müddətdə istifadəyə götürməkdən ibarətdir. Lizinq verən əşyanı geri alarsa və ya həmin əşya məhv olarsa əşyaya görə haqq ödənilməsi həmin vaxtdan dayanır. Çünki lizinq mükafatı əmlakdan istifadəyə görə edilən ödənişdir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğvi tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan, həmçinin müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin vurulmuş ziyanın ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, ilkin iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, lizinq alan lizinq verənə müqavilənin şərtlərinə görə 48 ay müddətində, yəni müqavilə müddətinin sonuna hər ay 435 manat ödəməklə, cəmi 20880 manat pul məbləği ödəməli idi. İşdə olan sənədlərdən aydın olur ki, avtomobilin real bazar dəyərindən 4600 manat qalıq hissə dəyəri çıxılmaqla 11.400 manat məbləğində sığorta ödənişi “xxxx” ASC tərəfindən “xxxx” ASC-yə ödənilmişdir. Beləliklə, müəyyən olur ki, lizinq verən müqavilə müddətinin sonuna 20880 manat əldə etməli olduğu halda bu günə 22244 manat pul vəsaiti əldə etmişdir (4500+1744+11.400+4600=22 244 manat )halbuki, müqavilənin müddəti hələ bitməmişdir. Burdan belə nəticəyə gəlmək olar ki, hal-hazırda Cavabdeh heç bir borcu qalmamışdır.Ona görə də ilkin iddia tələbi vurulmuş ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia tələbi ödənilmiş pulun geri qaytarılması hissəsində qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, avtomobilin tam dəyəri sığorta şirkəti tərəfindən lizinq verənə ödənilmişdir. Həmçinin lizinq alan Cavabdeh lizinq verənə 4500 manat (işin mübahisəsiz halıdır) ilkin ödəniş və əlavə olaraq avtomobilin istismarına görə(icarə haqqı)1744 manat pul məbləği ödəmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı lizinq müqaviləsinin 1.8-ci maddəsinə görə hazırki lizinqin məqsədi:sonda mülkiyyət hüququnun lizinq alana keçməsidir. Bu isə ona dəlalət edir ki, ilkin ödəniş avtomobilin gələcəkdə Cavabdeh mülkiyyətinə keçməsi üçün ödənilmişdir. Həmçinin ilkin ödənişə bəzi məsrəflər və xərclərdə daxildir (sığorta haqqı, DYP rəsmiləşdirilməsi və s.). Məhkəmə hesab edir ki, tərəflər arasındakı lizinq müqaviləsi faktiki olaraq xx.xx.2019-cu il tarixdə ləğv olunmuşdur, belə ki, lizinqin predmeti olan avtomobil tam yararsız vəziyyətə düşməklə mülki dövriyyədən çıxmışdır və həmin avtomobilin gələcəkdə Cavabdeh mülkiyyətinə keçməsi mümkünsüz olmuşdur. Göründüyü kimi hər şeydən əvvəl lizinqin obyekti olması üçün əşya sərbəst dövriyyə qabiliyyətinə malik olmalıdır. İqtisadi mənada istehsalat vəsaitlərinin bir hissəsi olan əsas vəsaitlərə istehsalat (xidmət) prosesində tam mənada iştirak edən, öz dəyərini amortizasiya dərəcəsinə müvafiq olaraq hissə-hissə məhsulun (xidmətin) dəyərinə keçirən, istehsal (xidmət) prosesində öz natural formasını saxlayan vəsaitlər aiddir. Mülki Məcəllənin 748.7.1-ci maddəsinə əsasən, lizinq obyektinin məhv edilməsi, itirilməsi, korlanması, vaxtından əvvəl sıradan çıxması ilə bağlı məsuliyyəti, bir qayda olaraq, lizinq obyektini faktiki qəbul etdiyi andan lizinq alan daşıyır. Şərh olunan maddədə lizinq alanın günahından yuxarıdakı halların baş verməsinin hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki maddəyə əsasən lizinq müqaviləsində başqa qayda nəzərdə tutulmadıqda, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarını itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. Belə hal baş verdikdə lizinq alanın öhdəlikləri sırasında, hər şeydən əvvəl, onun lizinq obyektinin qaytarılması ilə bağlı borcunu göstərmək lazımdır. Belə ki, lizinq obyektinin itirilməsi və ya öz funksiyalarını itirməsi. şübhəsiz ki, lizinq müqaviləsinin ləğvinə səbəb olur. Belə ki, öz predmetindən məhrum olmuş müqavilə qüvvədə qala bilməz. Lizinq müqaviləsi ləğv edildikdə isə lizinq alan Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq obyektini normal köhnəlmə(amortizasiya) və ya müqavilə ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə qaytarılmalıdır. Lizinq obyekti itirildikdə və ya öz funksiyasını itirdikdə, lizinq alan ya həmin obyekti yenisi ilə əvəzləməli, ya da onun dəyərini ödəməlidir. Bu halda lizinq obyektinin köhnəlmə dərəcəsi nəzərə alınmalıdır. Lizinq obyekti yeni istismarda olmamış eyni əşya ilə əvəzləndikdə, köhnəlmə dərəcəsinin dəyərini lizinq verən lizinq alana ödəməlidir. İtirilmiş və ya öz funksiyasını itirmiş lizinq obyektinin dəyəri köhnəlmə dərəcəsinin dəyəri məbləğində azaldılmaqla ödənilməlidir. Göründüyü kimi, əşya lizinq alana müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə verilir. Lizinq müqaviləsinin spesifik xüsusiyyətlərindən biri ondadır ki, müqavilədə şərt kimi lizinq alana, isttifadəsinə qəbul etdiyi əşyanı satın alma hüququ verilməsi də nəzərdə tutula bilər. Müqaviləyə görə lizinq alana müqavilə müddəti bitdikdən sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər. Göründüyü kimi, müqavilə ilə lizinq alanın üzərinə imperativ qaydada icrası məcburi olan vəzifə qoyulur. Buna görə də müqavilənin müddəti bitdikdə lizinq alan lizinq predmetini almağa borcludur. Bundan fərqli olaraq, müqavilədə lizinq alana müqavilə müddəti bitdikdən sonra lizinq predmetini satın almaq hüququ verilə bilər. Belə halda lizinq alan həmin əşyanı alıb-almamaq məsələsini müstəqil həll edir. Lizinq müqaviləsində lizinq alan tərəfindən lizinq predmetini əldə etmək vəzifəsi və ya hüququ o zaman şərtləşdirilə bilər ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə ləğv olmasın. Belə ki, tam amortizasiyaya uğramış əşyanın mövcudluğuna son qoyulur və o heç bir müqavilənin predmeti ola bilməz. Müqavilə üzrə qəti dəyər hesablanarkən bütün hallarda əşyanın amortizasiyası faktı nəzərə alınması və onun dərəcəsinə mütanəsib olaraq dəyər azaldılmalıdır. Müqavilədə lizinq alanın lizinq müddəti bitdikdən sonra lizinq predmetini əldə etmək vəzifəsi və ya hüququ nəzərdə tutulmazsa, lizinq alan onu əldə etməyə ixtiyarlıdır. Belə ki, həmin əşya məhz lizinq alanın iradəsinə müvafiq olaraq əldə edilmişdir və onun tələbatına daha uyğundur. Məhkəmə iclas zalında iddiaçının nümayəndəsi-vəkili ilkin ödənişin tam şəkildə xərc və məsrəflərə yönəldilməsini və ilkin ödənişin heç bir halda geri qaytarılmamasını bildirsə də, həmin məbləğdə çəkilmiş xərclərlə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, yalnız sığorta haqqı və qeydiyyat nişanının alınması üçün rüsum müəyyən olunduğundan, həmin xərclər ilkin ödənişdən çıxılmalıdır. Ona görə də əlavə məsrəflər və xərclər üçün ödənilmiş 994 manat (972manat sığorta haqqı+22 manat qeydiyyat nişanının alınması üçün rüsum=994 manat) və avtomobilin istismarına görə ödənilmiş 1744 manat lizinq alanın lizinq verənə ödədiyi ümumi məbləğdən çıxılmaqla, qalan 3506 manat pul məbləği lizinq alan Cavabdeh geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. -1092.2.-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə qarşılıqlı iddia tələbinin əldə çıxmış faydanın ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, Cavabdeh bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin illik faiz dərəcəsi ilə hesablama aparmaqla iddiaçıdan 405,6 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən sonra məhkəməyə müraciət etmək hüququ olmuşdur, lakin o, bu hüquqdan istifadə etməmiş, yalnız məhkəmədə ona qarşı iddia qaldırıldıqdan sonra qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Bu da ona dəlalət edir ki, cavabdeh hüquqdan sui-istifadə etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Cavabdeh iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı ASCyə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli, İddiaçı ASC-dən 3506 (üç min beş yüz altı) manat pul məbləği tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı” ASC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin və lizinq müqaviləsinin ləğvi” tələbinə dair ilkin iddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi ləğv edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İlkin iddia tələbi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı” ASC-yə aid edilsin. Cavabdeh İddiaçı ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı ASC-dən 3506 (üç min beş yüz altı) manat pul məbləği tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar