Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3994/2025 01.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin təmin edilməsi və ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.2007-ci il təvəllüdlü qızı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildə əri X11 ilə boşanmış, tənha qadındır. Himayəsinə dörd uşağı vardır, övladları ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Övladlarından xx.xx.2007-ci il təvəllüdlü qızı X9 anadangəlmə xəstədir, “uşaq serebral iflici psixotrop inkişaf geriliyi" xəstəsidir, 1-ci qrup ömürlük əlildir, öz hərəkətlərinin mənasını anlaya bilmir, öz hərəkətlərini idarə edə bilmir, uzun illərdir ki, o, faktiki olaraq qızına qəyyumluq və himayəçilik edir, ev şəraitində qızına qulluq edir, bütün gündəlik tələbatlarını ödəyir. Bu yaxınlarda qızının 18 yaşı tamam olub. O, qızına qəyyum təyin olunmağı barədə Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə müraciət etmiş, oradan ona bildirmişlər ki, qızına qəyyum təyin olunmaq üçün qızının həqiqətən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi tələb olunur. Ona görə də hesab edir ki, qızı məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və qızına qəyyum təyin edilməlidir. Bununla yanaşı məhkəmənin nəzərinə çatdırır ki, o, bir ana kimi daima qızının qayğısına qalır, qızının davranışlarına nəzarət edir, qızını idarə edir, qızına himayəçilik göstərir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ seriyalı 421366 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X3 atası X11, anası isə X5r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Binəqədi 6 saylı Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışın surətindən görünür ki, X6 formalaşan uşaq serebral iflici, psixotrop inkişaf geriliyi diaqnozları qoyulmuşdur. AZ-İ seriyalı 095835 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X10 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 226 nömrə ilə qeyd edilməklə, sonuncuya “Zeynalova” soyadı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X4 “uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə” müəyyən edilir. X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənası dərk etmək və onları süurlu idarə etmək iqtidarına malik deyil. X7 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, X3 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmaması halları məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik ekspertizasının rəyi ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-3994/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3994/2025
01.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver