Məhkəmə qərarları › İş №2(001)-3996/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3996/2024

16.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3996/2024 16.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X35 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı Maraqlı şəxs da müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı Maraqlı şəxs da müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, qızının əri, yəni onun yeznəsi X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdir. Məhkəmənin gedişində zərərçəkmiş şəxs olan Maraqlı şəxs bildirmişdir ki, onun 10.000 manat zərərini ödəsinlər, sonuncu da öz növbəsində şikayətini geri çəkəcəkdir. O, isə bildirmişdir ki, onun 10.000 manat pulu yoxdur. Zərərçəkmiş isə cavabında “gedək notariusda borc müqaviləsi imzalayaq. Mən öz 10.000 manat pulumu qoyacam banka, səndə götürüb qaytaracaqsan mənə. Sonra mən ərizə verəcəm ki, yeznənin zərəri ödənilib və onunla barışmışam. Yaranmış “borcu” ayda 1000 manat olmaqla 10 ay müddətində ödəyəcəksən” sözlərini bildirmişdir. Ancaq bu əməliyyatı aparmaq üçün arvadı da notariusda qol çəkməlidir. Onlar notariusa getmişlər, notariusda müqaviləyə qol çəkərək pulu götürmüş və Maraqlı şəxs vermişdir. Hazırda cavabdeh X19 ilə də yenidən 10 dekabr 2022-ci il tarixdə müqavilə imzalamışdır. 1-ci müqavilə ilə 2-ci müqavilə arasında 17 dəqiqə fərq olmuş və müqavilə imzalanmışdır. Yenidən bankdan təkrar həmin pulu qəbul etmiş, təkrar həmin pulu vermiş cavabdeh Səbinənin əri İlhama. Sonra İlham ona zərərin ödənilməsi barədə və qızının əri ilə barışması barədə ərizə vermişdir və yeznəsini həbsdən buraxmışlar. Pulu ödəməyə başlamış, sonra ödəmələrində gecikmələr olduğundan əmək haqqına yönəltmişlər. İcra məmuru ona iki kredit müqaviləsinin olmasını bildirmişdir. O, isə icra məmuruna bildirmişdir ki, tərəflər ər-arvad olduqlarına görə iki ayrı-ayrı müqavilə imzalanmalıdır. İcra məmuru bu yaxında ona dedikdən sonra anlamışdır ki, onu aldatmışlar və ona iki borc müqaviləsi imzalatdırmışlar. O, 10.000 manat pula görə borclanmış, artıq borcunu demək olarki yekunlaşdırır. O, hesab edir ki, cavabdeh onu aldadaraq kredit müqaviləsi bağlamış və bağlanmış müqavilə bağlandığı andan etibarsız sayılmalıdır. Odur ki, onunla cavabdeh X19 arasında bağlanmış 10 dekabr 2022-ci il tarixli 3M-1778 nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 339, 340 və 347-ci maddələri ilə əsaslandıraraq, onunla Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2022-ci il tarixli 3M-1778 nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda bildirmişdir ki, 2024-cü ilin mart ayında icra məmuru ilə əlaqə saxlayaraq borc vəziyyətini dəqiqləşdirmək istədikdə, icra məmuru tərəfindən ona şifahi formada Cavabdeh1 ilə bağlanmış eyni tarixli müqavilənin də mövcud olması bildirilmişdir. Məhkəmə iclasında Cavabdeh1 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, dövlət notariat kontorundan bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsasların mövcud olmamasını əsas gətirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 eyni zamanda məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iddia tələbinin əsassız olduğunu bildirməklə yanaşı, hazırki iş üzrə iddiaçının qızı Aksana Ağayevanın və onun əri Firidun Ağayevin ümumilikdə 32320 manat borclarının olduğunu, məhkəmə tərəfindən mülki iddiaya münasibət bildirilərkən səhvə yol verildiyini əsas gətirərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs həmçinin bildirmişdir ki, iddiaçı tərəfindən notariat kontorunda müqavilə bağlanan zaman 20000 manat məbləğində pul vəsaiti də məhz ona məxsus olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 32 saylı Notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs ilə İddiaçı arasında 10 dekabr 2022-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, borc verən Maraqlı şəxs borc alan İddiaçı 10.000 manat məbləğində pul vəsaitini borca vermiş, borc alan İddiaçı krediti xx.xx.2023-cü il tarixədək hər ay 1000 manat olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan mədaxil orderindən görünür ki, Maraqlı şəxs kredit müqaviləsi üzrə (X-3962 saylı xx.xx.2022-ci il tarixli məktuba əsasən) 10.000 manat AZ39MUGA**********00006AZM03 hesab nömrəsinə mədaxil etmişdir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında 10 dekabr 2022-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki görünür ki, borc verən Cavabdeh1 borc alan İddiaçı 10.000 manat məbləğində pul vəsaitini borca vermiş, borc alan İddiaçı krediti xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan mədaxil orderindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə (X-3963 saylı xx.xx.2022-ci il tarixli məktuba əsasən) 10.000 manat AZ39MUGA**********00006AZM03 hesab nömrəsinə mədaxil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əlyazmanın surətindən görünür ki, həmin tarixdə Maraqlı şəxs tərəfindən yazılmış əlyazmada o, ona 32320 manat borcu olan X1 qaynanası vasitəsilə 10.000 manat pul vəsaitinin alınmasını, qalan 20.000 manatın ödənilməsi üçün qaynanası İddiaçı ilə notarial qaydada borc müqaviləsi bağladığını, ona görə onun X5 şikayət tələbinin olmadığını və gələcəkdə heç bir tələbinin olmayacağını qeyd etmiş və əlyazmanı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 10 fevral 2023-cü il tarixli əlyazmadan görünür ki, həmin tarixdə İddiaçı tərəfindən yazılmış əlyazmada o, borc müqaviləsinə əsasən Ağayev Firidun və Ağayeva Aksananın borcuna görə 800 manat verdiyini, Maraqlı şəxs isə xx.xx.2023-cü il tarixdə 200 manat ödəyəcəyi şərti ilə 800 manatı qəbul etdiyini qeyd etmiş və əlyazmanı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İmişli rayon İcra və probasiya şöbəsi tərəfindən Mil-Muğan Regional Təhsil Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 171108 nömrəli məktubdan görünür ki, İmişli Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-5821 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən İddiaçı cəmi 5225 manat tutularaq Maraqlı şəxs hesabına köçürülməlidir. Borclu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən “İcraata başlamaq haqqında” qərarı və tələbin könüllü icrası barədə bildirişi almasına baxmayaraq icra sənədini könüllü icra müddəti ərzində icra etməmişdir. Görülmüş icra tədbirləri zamanı müəyyən edilmişdir ki, borclu İddiaçı Mil- Muğan Regional Təhsil Şöbəsindən əmək haqqı alır. Odur ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinin tələbinə əsasən İddiaçı əmək haqqından 50% olmaqla, cəmi 5225 manat tutularaq tələbkar Maraqlı şəxs hesabına, habelə borclu icra sənədini könüllü icra müddəti ərzində icra etmədiyinə görə borc məbləğinin 7% miqdarında 365.75 manat icra ödənişini isə İmişli rayon İcra və Probasiya şöbəsinin yerli xəzinə orqanında olan depozit hesabına köçürülməsini xahiş etmişdir. Eyni zamanada icra sənədinin icraata götürülməsi barədə dərhal, tutulmalar barəsində isə hər rübdə İmişli rayon İcra və Probasiya şöbəsinə rəsmi məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərardan görünür ki, İmişli Regional “ASAN xidmət” mərkəzi notariat ofisinin 8İ-5821 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-13/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1 -ci maddəsinə əsasən X10 hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası uşağı - xx.xx.2021-ci il təvəllüdlü X6 14 yaşına çatana qədər təxirə salınması, X15 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, X7 davranışına nəzarətin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmiş, X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəza çəkməsinin əvvəlinin tutulduğu gündən, yəni 05 may 2022-ci il tarixdən hesablanması, X12 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməsi və onun, məhkəmə iclas zalında dərhal həbs edilməsi, X2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması, zərərçəkmiş şəxs (mülki iddiaçı) Maraqlı şəxs iddiasının qismən təmin edilməsi və X3 və X1 müştərək qaydada 17320 manat məbləğində ziyanın və 133 manat dövlət rüsumunun tutularaq, Maraqlı şəxs xeyrinə ödənilməsi və mülki iddianın qalan hissədə təmin edilməməsi hökm edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, X12 və X15 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda dələduzluq etmişlər. Həmin hökmdə qeyd edilmişdir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs X15 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırki iddiaya (mübahisəyə) münasibətdə - 2018-ci ilin avqust ayında tanışı Aşurova Əzimə onu Cavabdeh1 adlı xanımla tanış etmişdir. Belə ki, həmin ərəfədə o, ünvan 1 ünvanında uşaq baxçası açmaq istəyirdi və Əzimədən xahiş etmişdir ki, həmin baxçaya təcrübəli müəllimlər lazımdır. Əzimə də onu Səbinə xanımla tanış etmiş və həmin xanımın ona yaxşı müəllimlər tapmağa köməklik edəcəyini bildirmişdir. Bundan sonra bir neçə dəfə Cavabdeh1 ilə görüşüb söhbət etmişdir. Cavabdeh1 baxçaya ingilis dili müəllimi və aşbaz tapmağına köməklik etmişdir. Bundan sonra onun pula ehtiyacı olduğundan Cavabdeh1 borc pul istəmişdir. O, da 2018-ci ilin sentyabr ayının sonlarında ona Nərimanov metrosunun qarşısında 5000 manat borc pul vermişdir. Onun çətinlikləri olduğu üçün Səbinədən bir neçə dəfə ümumilikdə 31200 manat pul almışdır. O, pulu alarkən bir ay ərzində qaytaracağını bildirmişdir. Lakin sonradan açdığı baxçanın işləri yaxşı getmədiyi üçün bağlanmış və o, Səbinənin pulunu qaytara bilməmişdir və Səbinə ondan təkidlə pulunu qaytarmağını tələb edirmiş. Həyat yoldaşı da Səbinənin həyat yoldaşı Maraqlı şəxsla tanış olub və onunla münasibəti olmuşdur. O, Maraqlı şəxs pul almamışdır. İşləri yaxşı getmədiyi üçün o, Səbinə ilə görüşmüş və orda kağıza yazaraq bildirmişdir ki, ona 8500 manat pul verəcək, əks halda idarə etdiyi avtomobili ona verəcək. Bundan sonra o, pul tapıb Cavabdeh1 yaşadığı evin qarşısında 5000 ABŞ dolları vermişdir. O, sonradan idarə etdiyi Pajero markalı **-PS-*** qeydiyyat nişanlı avtomobili Maraqlı şəxs vermiş və ona olan borcunu tam şəkildə ödədikdən sonra qaytaracağını bildirmişdir. Pulu qaytara bilmədiyindən İlham ona avtomobili onun adına keçirməsini xahiş etmişdir. Həmin avtomobili lizinqlə aldığından banka 11000 manat borcu qalmışdır. İlham da, təklif etmişdir ki, maşını satsınlar və banka olan borc çıxıldıqdan sonra 12000 manat onun ona olan borcundan çıxılsın. O, da İlhamla razılaşmış və alqı-satqı edərək “Əmrah Bank”-in Nəsimi filialının əməkdaşı Elşən adlı şəxsin iştirakı ilə maşını İlhamın qaynı X13 adına keçirtmişdir. İlham özü demişdir ki, avtomobili tanışı Soltan alacaqdır. Çünki, avtomobil lizinqdə olduğuna görə yerdə qalan pulu Soltan verəcəkdir. Bundan sonra o, İlhama olan borcunu ödəmək üçün anasına məxsus olan qızılları İlhama göstərmiş və istərsə satıb pulunu verəcəyini, istərsə sadəcə qızılları dəyərləndirib qızılı verə biləcəyini bildirmişdir. Onlar İlhamla birlikdə onun Memar Əcəmi metrostansiyasının qarşısında tanışı olan şəxslə görüşmüşlər və həmin şəxs onun qızıllarını 5000 manat məbləğində qiymətləndirmişdir. O, da onların İlhama olan borclarından 5000 manat çıxılması şərtilə qızılları Maraqlı şəxs vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, Maraqlı şəxs Əzimədən şikayət etmişdir. Binəqədi RPİ-nin 7-ci PB-də Maraqlı şəxs 5500 manat pul vermiş, bundan sonra İlham ona bildirmişdir ki, onun ona borcu qalmamışdır. O, Cavabdeh1 cəmi 32300 manat pul almışdır və ona 31000 manat pul qaytarmışdır. Hazırda onun İlhama 1300 manata yaxın borcu qalmışdır. İlham iddia edir ki, guya o, və Firidun ondan ümumilikdə 50000 manatdan yuxarı pul almışlar. Pulu guya onu Təhsil Nazirliyində Təchizat şöbəsinin müdiri vəzifəsinə düzəltmək adı ilə ondan almışlar. İlham yalan danışır. İlham avtomobili qaynı Soltan Mehdiyevin adına keçirtmiş, sonra yalandan bildirmişdir ki, guya o, Soltandan işə düzəltmək adı ilə pul almış, işi düzəldə bilmədiyi üçün avtomobili Soltana vermişdir. Halbuki, o, Soltandan heç bir məbləğdə pul almamışdır. Soltanı birinci dəfə avtomobili alanda görmüşdür. Həmin qəbzləri o, və əri Firidun Ağayev ayrı-ayrı vaxtlarda öz xəttləri ilə yazıb İlhama vermişlər. İlham yalan danışır. Onlar o qədər ondan pul almamışlar. Cəmi 32320 manat borc olmuşdur. Firidun onun xahişi ilə İlhamdan pul götürüb. Onun yazdığı qəbzdə 8000 ABŞ dolları və 5000 manat pul 32320 manat pulun içinə daxildir. Əgər daxil olmasa idi İlham ona da, yazdırardı ki, 50000 manat borcu vardır. İlham onu polisə şikayət edəcəyini bildirmişdir. O, İlhama demişdir ki, bir neçə gün ərzində ondan aldığı pulun bir hissəsini verər. İlham təkid etmişdir ki, o, pulun bir hissəsini qaytaracağı barədə qəbz vermişdir. O da fikirləşmişdir ki, qızılları 5000 manat əvəzində verər. 8000 ABŞ dolları pulu da, Samir müəllimdən geri almalı imiş. Ona görə də, İlhama demişdir ki, 8000 ABŞ dolları və 5000 manat pul qaytarar. Bu barədə qəbz yazıb İlhama vermişdir. İlham isə yazdığı qəbzdəki məbləği 32320 manat pulun içinə daxil etmir. 12000 manatın əvəzinə avtomobili İlhama vermiş, 5000 manat qiymətində qızıllarını, 5000 ABŞ dolları İlhamın arvadı Səbinəyə vermişdir. 5500 manatı İlham Aysundan hədə ilə aldığı üçün həmin pulu da, o, Aysuna qaytarmışdır. İlham həmin ərəfələrdə Vüsalə adlı tanışını Asan xidmətə düzəltmək istədiyini ona dediyi üçün o, da bu barədə Samir müəllimə demişdir. Samir müəllim dedi ki, asan xidmətdə sektor müdiri vəzifəsi boşdur və 5000 manat müqabilində düzəldə bilər. O da bu barədə İlhama demişdir. İlham da, Vüsalə adlı qadını Asan xidmətə düzəltməyi üçün 2018-ci ilin oktyabr ayında ona 5000 manat pul vermişdir. O, pulu həmişəki kimi Samir müəllimə iş otağında vermişdir. İlham Vüsalədən başqa daha iki oğlanı Asan xidmətə düzəltməsini xahiş etmişdir. Lakin Elnur və Namiq adlı şəxslər pulu Asan xidmətə düzələndən sonra ona verməli imişlər. Samir müəllimin tapşırığı ilə Vüsalə, Elnur və X20 imtahan verməli imişlər. Buna görə də, orada formal olaraq imtahan keçirmişlər. Samir müəllim Aysel adlı qızı imtahan zalına göndərmişdir. Bir neçə gün sonra o, Vüsalə, Elnur və Namiqi əmək hüququndan 1 aylıq kursa göndərmişdir. Onlar da, bir ay kursa getmişlər. Samir müəllim ona demişdir ki, “ASAN” xidmətə işə girmək üçün əmək hüququndan kurs keçmək lazımdır. Lakin Samir müəllim söz verdiyi işləri düzəltməmiş və pulu da qaytarmamışdır. O, Elnur və Namiqdən pul almamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, özü işləmir. Kimisə işə düzəltməmişdir. Onun özü də işə düzələcəkdir və bununla bağlı Samir müəllim ona söz vermişdir. İlk öncə pulları ona Təyyar özü verirdi və daha sonra Nuriyyə xanımla tanış olduqdan sonra Nuriyyənin özü ilə görüşməyə başlamışdır. Düşünür ki, Təyyar onun adından zərər çəkmiş şəxslərdən daha çox pul alıb. Babayev Şəhriyarı tanımır. Günay Əliyevanı da tanımır. Ondan şəxsən pul almamışdır. Onu Nuriyyənin vasitəsi ilə tanımışdır və pulu Nuriyyə alıb. O, əldə etdiyi bütün pulları Samirə vermişdir. Demək olar ki, hər iş üçün Samir ona 300 və ya 500 manat pul verirdi. 2018-ci ildən insanları işə düzəltməklə bağlı danışıqlara başlamışdır. Onun bu işdə marağı o idi ki, işə düzələn insanlar daha sonrasında ona da pul verəcəkdilər. Həmçinin Samir hər götürdüyü puldan ona ödəniş edirdi. Kimisə işə düzəltmək iqtidarında deyildi. Bu işdə ona Samir müəllim köməklik edəcəkdi. Samir müəllim Azərbaycan Neft və Sənaye Universitetində labotoriya müdiri vəzifəsində çalışırdı və onun köməkçisinin adı isə Sevda idi. 2018-ci ildə Samir Nuriyyənin rəfiqəsini imtahandan keçirmişdi və onda ona qarşı inam yaranmışdır. Həmin iş üçün Samir aldığı puldan ona 300 manat pul vermişdir. Onun həyat yoldaşını da Təyyar işə düzəldəcəkdi. Lakin alınmadı. Samiri Nuriyyə və Təyyarla tanış etməmişdir. Onun vasitəsi ilə işləri özü həll etmişdir. Maraqlı şəxs həyat yoldaşından alınan pul tamamilə geri qaytarılıb. İlhamdan 32320 manat pulu 2018-ci ilin avqustunda almışdır. Həmin hökmdə qeyd edilmişdir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs X12 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Maraqlı şəxs 2018-ci ilin avqust ayında arvadı Aksananın vasitəsilə tanımışdır. Belə ki, həyat yoldaşı X21 həyat yoldaşı Səbinə xanımla münasibəti olmuşdur. Həmin zaman Aksana Nərimanov rayonu ərazisində yer icarəyə götürüb uşaq baxçası açmaq istəyirdi. Səbinə xanım da həmin baxçaya müəllimə və aşbaz tapmağa köməklik göstərəcəkdir. Aksana Səbinədən baxçanın 3-cü mərtəbəsinin təmir olunması üçün borc pul almışdır. Lakin onun pulların alınmasından məlumatı olmamışdır. Pulları Aksana özü Səbinədən onun evində götürmüşdür. Lakin sonradan onun məlumatı olmuşdur ki, Aksananın Səbinəyə 32 320 manat borcu olmuşdur. Həmin zaman baxçanın işləri yaxşı getmədiyindən Səbinənin pulunu ödəyə bilməmişdir. Buna görə də, o, Səbinənin həyat yoldaşı İlhama zəng edərək onunla tanışları Abdulla Aşurov və Kənan Cümşüdovun yanında görüşmüşdür. Söhbət zamanı İlhama 32 320 manat borcu olduğunu bildirmiş və həmin pulu verəcəyini, əks təqdirdə bankda lizinqdə olan “Mitsubishi Pajero” markalı, **-PS-*** qeydiyyat nişanlı avtomobili 11000 manat əvəzində İlhama verəcəyini, qalan pulu isə evini satıb ödəyəcəyəklərini bildirmişdir. İlham da, onunla razılaşmışdır. İlham ona demişdir ki, o, ona 32320 manat pulu qaytaracağı barədə izahat versin. O, da öz xətti ilə yazmışdır ki, Maraqlı şəxs 32320 manat borc almışdır, borcun əvəzinə idarə etdiyi bankda lizinqdə olan “Mitsubishi Pajero” markalı, ** BS *** qeydiyyat nişanlı avtomobili onun adına keçirəcək. Qalan məbləği isə evini girov qoyub bankdan pul çıxarıb ödəyəcək. Əks halda yaşadığı evi İlhamın adına keçirəcək. Doğrudur, o, əlbəəl Səbinədən və İlhamdan pul almasa da, Aksana Səbinədən pul alandan sonra İlhamla söhbət edirdi. Deyirdi ki, borclarını qaytararlar. Sonradan da, borcu ödəyə bilmədiyi üçün avtomobili İlhamın adına keçirtmək qərarına gəlmişlər. Lakin maşının “Amrah Banka” 11 000 manat borcu olduğu üçün həmin pul İlham tərəfindən banka ödənilmişdir. Bankda Aksananın verdiyi etibarnamə əsasında yol polisində avtomobil İlhamın xahişi ilə qaynı Soltan Mehdiyevin adına keçirilmişdir. O, və Aksana avtomobil İlhamın qaynı Soltanın adına keçiriləndə yol polisində iştirak etməmişlər. Bundan əlavə İlhama bir dəfə 5000 ABŞ dolları borc əvəzinə vermişdir. Həmçinin 5000 manatlıq da qızıl vermişdir. Bundan başqa Binəqədi RPİ-nin 7-ci PB də aparılan araşdırma zamanı 5500 manat da pul vermişdir. Halhazırda Maraqlı şəxs cuzi borcları qalmışdır. Sonradan İlham istintaqda bildirmişdir ki, guya Aksana onun qaynı Soltandan iş düzəltmək adı ilə 8000 manat pul alıb buna görə də, avtomobili Soltana vermişdir. Halbuki, Aksana və o, Soltanı tanımırlar və onunla heç bir söhbəti olmamışdır. İlham bu cür yalanı ona görə uydurmuşdur ki, ona verdiyi avtomobili onların borcundan silməsin. İlham Aksanadan pulunu tələb etdikdə Aksana maşını sürüb İlhamgilə getmişdir. Həmin zaman İlham Aksanaya avtomobili saxlamasını tələb etmişdir. Aksana da ağlayaraq ona vaxt verməsini xahiş etmişdir. Həmin zaman İlham Aksanaya kağız verərək, dilindən iltizam yazmasını istəmişdir. Aksanada İlhamdan aldığı pul deyil, sadəcə nə qədər verə biləcəyi barədə, yəni 5-ci günə qədər 8000 ABŞ dolları və 5000 manat verəcəyini, verə bilməsə avtomobili qoyacağını bildirmişdir. Bundan sonra o, İlhamla əlaqə saxlayıb onunla görüşmüş və qeyd olunan izahatı yazmışdır, yəni Aksananın yazdığı 8000 ABŞ dolları və 5000 manat da 32320 manata daxildir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Maraqlı şəxs alınan pul ona geri qaytarılıb. Öz əmlaklarını sataraq pulu geri qaytarmışlar. Pulu Maraqlı şəxs həyat yoldaşından Aksana alıb və ona verib. Həmin hökmdə qeyd edilmişdir ki, məhkəmə iclasında zərər çəkmiş şəxs Maraqlı şəxs ifadəsində göstərmişdir ki, hazırda “Rahat ANC” marketlər şəbəkəsində müdir müavini işləyir. 2018-ci ilin yay aylarında o, işsiz imiş. İş axtarırmış. Aksana Ağayevanı 2018-ci ildən yay aylarından tanıyır. Belə ki, qonşuluqda Aysun Aşurova adlı qadın yaşayırmış, onunla normal qonşuluq münasibəti olmuşdur. 2018-ci ilin sentyabr ayında Əzimə ona demişdir ki, o, Asan xidmətdə işləyir. Onun dediyinə görə Asan 1 xidmət mərkəzində B sektorunda işləyir. Çünki o, onun qonşusu imiş və ona etibar edirmiş. Onu həmişə Asan xidmətin işçilərinin formasında görürmüş. Aysun ona bildirmişdir ki, Hacı Təyyar onu vəzifədə işləyən bir qadının vasitəsilə düzəldib. O, Əzimədən xahiş etmişdir ki, onu Hacı Təyyarla görüşdürsün. O, arvadı Səbinə ilə Təyyarla görüşmüşlər. Təyyara inanmadığı üçün Əzimə demişdir ki, onları birbaşa vəzifədə işləyən Aksana adlı qadınla görüşdürəcək, Aksana istədiyi işə onu düzəldə bilər. Lakin bunun müqabilində Əzimə, yəni Aysun ondan 5500 manat pul istəmişdir. Əzimə demişdir ki, X27 adlı xalası qızı Asan xidmət mərkəzinin kadrlar şöbəsində işləyir və onun vasitəsi ilə həmin xidmətə şəxsləri qəbul etdirə bilər. Həmçinin həmin xidmət sahəsində onun sahəsi üzrə yəni, təchizat sahəsi üzrə onu işə düzəldə biləcəyini də bildirmişdir. Əzimə demişdir ki, Asan 1 xidmət mərkəzində B sektorunda işləyir. Əzimə demişdir ki, o, Aksana vasitəsi ilə işə düzəlmişdir, hətta onun qardaşını da, Aksana mühafizə polisinə işə düzəltmişdir. Aysun ondan həmin 5500 manat pulu onu Aksana adlı şəxslə tanış etdiyinə görə özünə götürəcəyini bildirmişdir. O, 2018-ci ilin sentyabr ayının əvvəllərində Aysuna yaşadığı Binəqədi rayonu, M.Cəlal küçəsi ev 143 B saylı binanın qarşısında arvadı Səbinənin şahidliyi ilə 5500 manat pulu əlbəəl vermişdir. Həmin günü Aysun onu və arvadını Aksana Ağayeva və Aksananın əri Firidun Ağayev ilə tanış etmişdir. Danışıq zamanı Askana və onun əri Aysunun ona verdiyi vədləri təsdiq etmişdir. Bildirmişdir ki, çox əlaqəli adamdır, xalası qızı Röya Asan xidmətdə işləyir, özü isə Təhsil Nazirliyində mülki universitetlərlə bağlı şöbədə məsul vəzifədə işləyir. Aksananın əri Firidun isə özünü Gömrük Komitəsinin işçisi kimi təqdim etmişdir. Aksana ona əlinin hər yerə çatdığını, onu istəsə Asan xidmətə, istəsə də, Təhsil Nazirliyinin Təchizat şöbəsinə müdir vəzifəsinə düzəldə biləcəyini bildirmişdir. Aksana ona özünün Təhsil Nazirliyində işlədiyinə görə Təhsil Nazirliyinin Təchizat şöbəsinə rəis vəzifəsinə düzəltməyinin daha rahat olduğunu bildirmişdir. Aksana bildirmişdir ki, Aysuna verdiyi 5500 manat pul daxil olmaqla o, onlara vəd etdikləri işə düzəlmək üçün ümumilikdə 50.000 manata qədər pul verməlidir. Onlar hər biri ona və arvadına vəd vermişlər ki, o, 1500 manat əmək haqqı alacaqdır. Hətta danışıq zamanı Aksana onun işi düzələndən sonra arvadını məktəb direktoru vəzifəsinə təyin etdirə biləcəyini də demişdir. Üstəlik demişdir ki, şöbə rəisi kimi paket də verərlər, əlavə dolanışığı da olacaqdır. Ona görə də, fikirləşmişdir ki, bu işə görə 50000 manat verməyə dəyər. Əsas onu inandıran faktor Əzimə imiş. O, Aksanaya zəng vurub hələlik 20000 manat pul düzəldə bildiyini demişdir. Razılığa görə o, işə təyin olunandan sonra qalan pulu verməli idi. 2018-ci ilin sentyabr ayının əvvəlində Aksana ona zəng vurub demişdir ki, nazirlikdə işdən çıxa bilmir, ərini göndərir, pulu Firiduna versin, 20000 manat pulu yaşadığı evin həyətində Firidun Ağayevə vermişdir. Aksana 2018-ci ilin oktyabr ayının əvvəlində yaşadığı evin həyətində 12320 manat pulu Firiduna vermişdir. Aksana özü zəng vurub ona demişdir ki, pulu Firiduna versin. Firidun onu əmin etmişdir ki, narahat olmasın Aksana onu işə düzəldər. Aksana bildirirmiş ki, noyabr ayının birinci 10 günlüyündə işə başlayacaqdır. 2018-ci ilin noyabr ayının əvvəlində 5000 manat Nərimanov metrostansiyasının qarşısında Aksanaya vermişdir. Aksana tək gəlmişdir. 12 noyabr 2018-ci il tarixdə işəçıxacağını bildirmişdir. Lakin həmin tarixdə iş düzəldən adamın pulu tam alınmayacağı təqdirdə işi düzəltməyəcəyini bildirdi. O, da buna görə 2018-ci ilin noyabr ayının əvvəllərində yaşadığı evin həyətində Aksanaya 8000 ABŞ dolları pul vermişdir. Aksana ona iki gün ərzində işə başlayacağını bildirmişdir. Bundan sonra görmüşdür ki, Aksana hər dəfə müxtəlif bəhanələr gətirərək onun işə düzəltmə məsələsini yubadır. Bundan sonra o, Firidun ilə Binəqədi rayonu ərazisində yerləşən “Qala Qapısı” restoranında görüşmüşlər və orada Firidun taksi sürücüsü Kənan Cümşüdov və Əzimənin atası Aşurov Abdullanın iştirakı ilə öz dilindən izahat yazaraq bildirmişdir ki, ondan 32320 manat pul almışdır və həmin kağızı ona vermişdir. Bundan əlavə Aksana da ondan aldığı 8000 ABŞ dolları və 5000 manat pulu ona geri qaytarmağı barədə kağız yazaraq vermişdir. 32320 manat pulu Firidun ondan əlbəl aldığı üçün şəxsən öz xətti ilə borclu olmağı barədə yazıb vermişdir. Aksana şəxsən 8000 ABŞ dolları və 5000 manat pulu ondan aldığı üçün ona görə də, özü aldığı pulu geri qaytarmağı boynuna götürmüşdür. Təxminən 2018-ci ilin sentyabr ayının sonlarında qaynı X14 işsiz olduğu üçün işə düzəltmək istəyirmiş. O, Aksanaya demişdir ki, qaynı işsizdir, onu harasa düzəltmək olar. Aksana demişdir ki, “SOCAR” qaz idarəsində operator vəzifəsinə düzəldə bilər. Soltanı Aksana ilə görüşdürmüş, Aksana Soltana demişdir ki, 8000 manat müqabilində onu həmin vəzifəyə düzəldər. Soltan da, onlar Aksanaya inandığı üçün Aksanaya inanmış və Aksanaya onların iştirakları olmadan 8000 manat pul vermişdir. 1 ay ərzində Soltan işə çıxmalı imiş. X8 20 ilə yaxındır ki, tanıyır. Vüsalənin onun evinə gediş-gəlişi var imiş. Vüsalə onun pul müqabilində Təhsil Nazirliyinin Təchizat şöbəsinin rəisi vəzifəsinə düzəltmək istədiyini eşidəndə kimin vasitəsilə düzəlmək istədiyini soruşmuşdur. O, da, demişdir ki, Təhsil Nazirliyində işləyən Aksana adlı qadının vasitəsilə vəzifəyə düzəlir. Vüsalə demişdir ki, o, da işə düzəlmək istəyir. O, Aksanaya demişdir ki, Vüsalə adlı tanışı işə düzəlmək istəyir. Aksana demişdir ki, xalası qızı Röya Asan xidmətdə işləyir, Vüsaləni Asan xidmətdə sektor müdiri vəzifəsinə düzəldə bilər. Aksana bunun üçün 8000 manat pul lazım olduğunu demişdir. O, da Vüsaləyə bu barədə demişdir. Vüsalə də, razılaşmışdır. Vüsalə ilkin olaraq 5000 manat pulu bacısı Xuramanın vasitəsilə 2018-ci ilin oktyabr ayının əvvəllərində onun üçün göndərmişdir. O, da, 5000 manat pulu Neft Akademiyasının qarşısında Aksanaya vermişdir. Aksana deyirdi ki, X18 imtahan verməlidir, Vüsalə suallara cavab verə bilməsə özü cavablarını yazacaqdır. Razılığa görə 3000 manatı Aksana Vüsaləni işə düzələndən sonra alacaqdır. Həmin ərəfələrdə Namiq Eyvazov adlı tanışı da, iş axtarırdı. Ondan xahiş etmişdir ki, iş olanda ona desin. O, da, Aksanaya demişdir ki, Namiq adlı tanışı işə düzəlmək istəyir. Aksana demişdir ki, Namiqi Asan xidmətdə işə düzəldə bilər. O, Namiqə bu barədə demişdir. Namiqi Aksana ilə əlaqələndirmişdir Vüsalə tanışı Elnur adlı şəxsi Asan xidmətə düzəltdirmək istəyirdi. Bu barədə ona demişdir. O, da, Aksanaya bu barədə demişdir. Aksana demişdiri ki, problem yoxdu. Elnuru da, asan xidmətə işə düzəldər. Aksana Elnurdan 8000 manat pul istəmişdir. X28 pul verib-vermədiyini dəqiq bilməmişdir. Həmin ərəfədə X4rşısında Aksana ilə tanış etmişdir. Namiq və Elnur da, Aksana ilə orada görüşmüşlər. Hər üçü orada imtahan verməli idi. Aksana onları Neft Akademiyasının inzibati binasına daxil etmişdir. O, orada gözləməmişdir. Bir neçə gün keçdikdən sonra Aksana ona zəng vurub demişdir ki, Namiq, Elnur və Vüsaləyə desin ki, imtahandan keçiblər, sertifikatları gəlib götürsünlər, sonra isə onlara “Caspian Plaza”-da əmək məcəlləsindən kurs keçilməlidir. Onları Bakı şəhəri 1 saylı Asan xidmətin qarşısına çağırmışdır. Hamısı ora getmişlər. Asan xidmətin birinci mərtəbəsində Aksana sertifikatları Vüsalə, Elnur və Namiqə vermişdir. Aksana ona demişdir ki, Namiqi 10000 manat müqabilində işə düzətdirəcəkdir. O, da, Namiqə demişdir ki, Aksana 10000 manata onu işə düzələcəkdir. Aksana deyirdi ki, aldığı pulları dövlət müşaviri işləyən məllim kimi müraciət etdiyi şəxsə verəcəkdir, həmin vəzifəli şəxs də, işləri düzəldəcəkdir. Aksana Vüsalə, Elnur və Namiqi Nizami metrosunun yaxınlığında yerləşən “caspian plaza”-ya 1 aylıq kursa göndərmişdir. Kursun pulunu Aksana vermişdir. Kursun aylığı 100 manat olmalı idi. Kurs bitdikdən sonra onlara sertifikat verməmişlər. Namiq Aksanaya inanmadığı üçün pul verməmişdir. Vüsalə də, qalan 3000 manatı Aksanaya verməmişdir. Aksananın onları aldatdığını başa düşmüşlər. Aksana heç kəsi işə düzəltməmişdir. O, Aksanaya verdiyi pulları tələb etmişdir. Aksana pulları Samir məllim adlı şəxsə verdiyini deyirdi. O, da, Aksanaya demişdir ki, pulları kimə veribsə gedək ondan alsınlar. Hər dəfə də, Aksana və Firidun onlara yalan vədlər verirdilər. Onların dediyinə görə guya onları da, aldadıblar, pul verdikləri şəxsin harada yaşadığını və mobil nömrəsini bilmirlər. Aksananın dediyinə görə müəllim deyə müraciət etdiyi Samir adlı şəxsin Neft Akademiyasında otağı vardır, orada da, işləyir, Samirlə orada görüşür. Dediyinə görə Samir oradan qaçıb, işləmir. O, Aksananı və Firidunu polisə şikayət etməklə hədələdiyi üçün Firidun 9-cu mikrorayonda yerləşən “Qala qapısı” restoranında ona onlardan başqa iki nəfər, yəni Abdulla Aşurov və Firidunla birikdə gələn taksi sürücüsü Kənan Cümşüdovun iştirakı ilə ondan şəxsən aldığı 32330 manat pulun 11000 manatın əvəzində idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobili onun adına keçirəcək, qalan 21320 manal pulu isə evini bankda girov qoyub götürəcəyi kreditlə verəcəyi barədə izahat yazmışdır. 2 gün sonra Aksana onun təkidi ilə evində ona öz xətti ilə şəxsən əlbəl aldığı 8000 ABŞ dolları və 5000 manatı həftənin 5-ci günü ona verəcəyi barədə, verə bilməsə ona avtomobili verəcəyini bildirmişdir. Lakin o, Aksanaya yenə inanmırdı. Qaynı Soltan da, Aksanaya verdiyi pulu tələb edirdi. Firidunun idarə etdiyi avtomobil “Amrah bank”-da lizinqdə olduğu üçün və aylıq ödənişlərini ödəyə bilmədiyi üçün bank avtomobili Firidundan almaq istəyirdi. Buna görə də, Aksana və Firidun razılaşmışdır ki, Soltan banka olan avtomobilin borcunu ödəsin, avtomobili özünə götürsün. Soltan da, avtomobilə görə 12000 manat ödəmiş, avtomobilin cəriməsi olduğu üçün cərimələrini də, ödəmişdir. Aksana iddia edir ki, guya qaynından pul almayıb, avtomobili aldığı pulun əvəzinə guya ona verib, o, isə öz istəyi ilə avtomobili qaynının adına keçirtmişdir. Aksana bu yolla məsuliyyətdən yaxa qurtarmaq istəyir. Onsuz da, bank avtomobili müsadirə edirmiş. Çünki, banka 12000 manatdan artıq borcu olduğu üçün bank 13000 manat qiymətində avtomobili dəyərləndirirdi. Ondan aldığı puldan Firidun və Aksana heç bir məbləğ qaytarmamışdır. Aksana iddia edir ki, Vüsalənin verdiyi 5000 manat pul, Əziməyə verdiyi 5500 manat pul onun dediyi 50900 manat pulun içinə daxildir. Bundan başqa Aksana iddia edir ki, guya o, 5000 manat qiymətində qızıllarını verib, bu barədə yalan danışır. Ona qızıl verməmişdir. Aksana Aysunun ona verdiyi 5500 manat pulu öz hesabına hesablayır, bildirir ki, Əziməyə ona vermək üçün 5500 manat pulu o verib. Belə ki, Aksananın ona qarşı dələduzluq etdiyini bildikdən sonra Əzimdən tələb etmişdir ki, ona verdiyi 5500 manat pulu geri qaytarsın. Əzimə, yəni indiki adı ilə Aysun ondan aldığı pulu geri qaytarmadığı üçün o, pul verdiyi 7-ci polis bölməsinə şikayət etmişdir. Aysun ondan aldığı 5500 manat pulu qaytarmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2018-ci ilin yayında onu Təhsil Nazirliyində işə düzəltməsi ilə bağlı ona 10000 manat pul vermişdir. Birinci və ikinci dəfə o 10000 manat, cəmi 20000 manat pul vermişdir. 12320 manat bir götürüb. Axırda da 18600 manat pul götürüb. Axırıncı verdiyi pulu tək özü götürüb. Qalan hamısını ər-arvad birlikdə götürüblər. 5500 manat pulu Əziməyə vermişdir. Onları tanış edən Əzimə olub. Onlara dedi ki, bu işdə birinci adam Aksanadır. Onu da ASAN Xidmətə Aksana düzəldib. 5500 manatı şəxsən Əzimə xanımın özünə vermişdir. Pul özündə qaldı. Ümumilikdə 3000 ABŞ dolları deyilmişdi. Aksana və Firiduna vermişdir. Namiq Eyvazovu görüşdürmüşdür. Öz aralarında həll ediblər. Ona dəyən ziyan ödənilməyib. İkisini bir tanımışdır. Əzimə xanım deməsə o, onları tanımayacaqdı. Şikayətçidir. Avtomobil onun adına keçməmişdir. Qaynı Soltanın adına keçib. Eyni zamanda vermiş olduğu mülki iddia ərizəsinin tam şəkildə təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1269/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs X12, onun müdafiəçisi X16, zərərçəkmiş şəxslər Maraqlı şəxs və X17 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılmış, zərərçəkmiş şəxs Maraqlı şəxs apellyasiya şikayətindən imtina etdiyinə görə həmin şikayətə münasibətdə apellyasiya icraatına xitam verilməsi, zərərçəkmiş şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, məhkum edilmiş şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair 05 may 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs X5 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, X5 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə yüngülləşdirilməsi, AR CM-nin 69.3-cü maddəsinə əsasən X2 həbsdə saxlanıldığı 07 (bir) ay 08 (səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesablanmaqla 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 03 (üç) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, X2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulması, X2 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata kecirilməsinin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, X2 dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, qərarın icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Həmin qərara əsasən müəyyən edilir ki, zərərçəkmiş şəxs Maraqlı şəxs məhkəməyə ərizə təqdim edərək, ona olan 32300 manat məbləğində borcdan 10.000 manat ödənildiyini və qalan borcun hissə-hissə ona ödəniləcəyini bildirərək verdiyi apellyasiya şikayətindən imtina etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 139/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs X12, zərərçəkmiş şəxslər Maraqlı şəxs və X17 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılmış, zərərçəkmiş şəxslər Maraqlı şəxs və X17 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, məhkum edilmiş şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmünün məhkum edilmiş şəxs X5 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməsi, X5 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı qərar ilə əvəz edilmiş 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(012)- 595/2020 saylı hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 5000 manat cərimə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(003)-587/2020 saylı qərarı ilə əvəz edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının amnistiya tətbiq edilən tarixə qədər olan 1 (bir) il 3 (üç) ay 14 (on dörd) gün hissəsi ilə qismən toplanmaqla, ona qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(012)-595/2020 saylı hökmü ilə təyin edilmiş cərimə cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(003)-587/2020 saylı qərarı ilə əvəz edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 1 (bir) il 3 (üç) ay 14 (on dörd) gün hissəsi, həmçinin hazırki qərarla əvəz edilmiş 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 (bir) il 01 (bir) ay 21 (iyirmi bir) gün hissəsi və X2 həbsdə saxlanıldığı 07 (bir) ay 08 (səkkiz) gün müddət Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün müddət, ümumilikdə 3 (üç) il 7 (yeddi) ay 21 (iyirmi bir) gün X5 təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanması və onun cəzasını çəkmiş hesab edilməsi, əvvəlki apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Maraqlı şəxs mülki iddia üzrə ödənilmiş 10000 manat məbləğin hökmün icrası zamanı nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1780/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərara əsasən müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs Maraqlı şəxs izahatında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 17320 manat pulun və 133 manat dövlət rüsumunun ona verilməsinin qərar alındığını, hal-hazırki vaxta qədər 10000 manat pulun ona ödənildiyini, qalıq olaraq 7320 manat pul və 133 manat dövlət rüsumu olmaqla, cəmi 7453 manat borcun qaldığını qeyd edərək, ona olan borcunun tam ödənilməsini tələb edərək, borcu ödəməkdən qəsdən yayındığını göstərərək, borcun ödənilməsinə köməklik göstərilməsini və X12 barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən məhkəməyə üvanlanmış etiraz ərizəsindən görünür ki, Cavabdeh1 ona qarşı irəli sürülmüş iddia ərizəsinə etiraz edərək, etiraz ərizəsində göstərmişdir ki, o, hesab edir ki, İddiaçı ona qarşı aralarında bağlanılmış “xx.xx.2022-ci il tarixli, 3M-1778 nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbi qanunsuz və əsassızdır, bu səbəbdən də rədd edilməlidir. Belə ki, İddiaçı lazım olan pul vəsaitini iddiaçı ona xahiş etməklə ondan notariat qaydada faizsiz 10000 (on min) manat miqdarında pul vəsaitini almış və aldığı pul vəsaitini xx.xx.2024-cü il tarixdə qaytaracağına notariat qaydada söz vermişdir. Əgər şəxsdə vicdan adında bir məhfum varsa, notarial qaydada razılaşdığını məhkəməyə bildirsin. Axı, qeyd edilən məbləğin yalnız ona xeyirli olması bağlanmış müqavilədən də görünür. xx.xx.2022ci il tarixdə onunla İddiaçı arasında (anlaqlı vəziyyətdə) notariat qaydasında bağlanmış müqavilədən 18 aylıq bir müddət keçdikdən sonra indi müqavilənin etibarsız olması barədə müraciət absurddur və gülüncdür. O, bildirmişdir ki, 18 ay keçməsinə baxmayaraq bu günə qədər ona bir manat olsun belə pul ödənilməmişdir. İddiaçı ona müraciət edərək müəllimə olduğunu, sözünə sadiq qalacağına and içdikdən sonra ona iddiaçıya hörmət edərək, 10000 manat pul vəsaitindən heç bir fayda götürmədən ona iki il müddətinə kreditə vermişdir ki, vəziyyətini yaxşılaşdırsın. Onun yaxşılığının əvəzinə şəxs, İddiaçı ona qarşı dələduzluq etmək niyyətindədir. İddiaçı ailə üzvlərinin əksəriyyətinin dələduzluq əməlləri etməklə hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən cəzalandırılmaları davam etdirilir. Hal-hazırda İddiaçı kürəkəni X12 və qızı X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən azadlıqdan məhrumetmə cəzası ilə azadlıqdan məhrum olunmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur ki, onu da onlar etmişlər. Etiraz ərizəsində İddiaçı ona qarşı aralarında bağlanmış “xx.xx.2022-ci il tarixli, 3M-1778 nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qanunsuz və əsassız olduğu üçün rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. İlk növbədə məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında olan mövqeyinə əsaslanaraq iddianın hüquqi əsasını təşkil edən xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin etibarlılığı məsələsinə münasibət bildilrməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsi müəyyən edir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirlməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (Maddə 337.2) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Maddə 337.4) Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (Maddə 339.2) Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (Maddə 339.3) Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. (Maddə 347.1) Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: (Maddə 347.2) 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Bununla yanaşı, qeyd edilməlidir ki, etibarsızlıq, özlüyündə əqdin etibarlılıq şərtlərinə bağlı bir anlayışdır. Etibarlılıq şərtləri, bir müqavilənin hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun məcburi hüquq qaydalarına zidd olmaması, müvafiq formada bağlanması, iradə ifadələrinin zədələnməmiş olması, müvafiq razılığın olması və s.). Odur ki, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Bu baxımdan etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən (müddətin keçməsindən, mübahisələndirmədən, məhkəmə qərarından) asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Mübahisə edilən əqdlərdə isə əqdin tərəfinin iradəsi zədələnmiş olur. İradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s). Mülki Məcəllənin 354.2-ci maddəsi isə etibarsızlığın yuxarıda sadalanan növlərindən yalnız birində - mübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutur. Məlum olduğu kimi, bu növ etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə yanılma halında şəxsin yanıldığını bildiyi andan bir ay, digər hallarda isə müvafiq olaraq, aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir (Mülki Məcəllə, maddə 354.2). Tərəf bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını birdəfəlik itirdiyi üçün həmin müddətlər kəsici müddətlər hesab edilir. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının yuxarıda qeyd olunan qərarında vurğulanmışdır ki, əqdlərin etibarsızlığı ilə bağlı qaydalar çərçivəsində (maddi hüquqi mənada) “əqdi mübahisələndirmək” məhkəmədə iddia qaldırmaq deyil, iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə bildirmək hüququdur (Mülki Məcəllə, maddə 337.2). Başqa sözlə, etibarsızlığın digər növlərində əqdin etibarsız hesab edilməsi (məsələn, səlahiyyətsiz təmsilçinin bağladığı əqdin etibarsız sayılması və s.) haqqında iddianın qaldırılması, onların mübahisə edilən əqdlər olması mənasına gəlmir. Bu baxımdan, maddi hüquqi mənada bir əqdin mübahisə edilən (mübahisələndirilən) sayılması üçün meyar onun etibarsızlığına dair iddianın qaldırılması deyil, etibarsızlığın yuxarıda sadalanan iradə zədələnməsi hallarından irəli gəlib-gəlməməsidir. Odur ki, əqdin tərəfi yalnız bu hallara istinad edərək Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan müddətlərdə məhkəmədə iddia qaldırdıqda əqdi mübahisələndirmiş sayılır. Göstərilənlərə əsasən, əhəmiyyətsiz, müvafiq razılığın olmamasına görə etibarsız olan və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər üzrə qaldırılmış iddialara məhkəmələr tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətlərin tətbiqi yolverilməzdir. O da nəzərə alınmalıdır ki, növündən asılı olmayaraq, əqdin etibarsızlığını iddia edən tərəf bunu sübut etməlidir. Bu hal sübuta yetirilmədikdə (məhkəmə işdəki sübutlar əsasında əqdin etibarsızlığını təsbit etmədikdə) Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddətlərin müzakirə və tətbiq edilməsinə hüquqi əsas yaranmır. Beləliklə, Mülki Məcəllənin 354-cü maddəsinə ümumi şəkildə və formal mülahizələrlə istinad etməməli, əvvəlcə əqdin etibarsız sayılmasına əsas verən faktiki hallarını dəqiq müəyyən etməli, bu hallara uyğun gələn (etibarsızlıq şərtini nəzərdə tutan) qanun normasını, eləcə də etibarsızlığın növünü təsbit etməli, əgər tərəf mübahisə edilən əqdə istinad edirsə, mübahisələndirmənin Mülki Məcəllənin 337.2-ci və 354.2-ci maddələrinə uyğun şəkildə və kəsici müddətlərdə edilibedilmədiyinə qiymət verməli, etibarsızlığın digər növləri üzrə 354.2-ci maddəni ümumiyyətlə müzakirə və tətbiq etməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı prinsipini müəyyən edən 390.1-ci maddə bəyan edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda Plenum qeyd etmişdir ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Məhkəmə ilkin olaraq tərəflər arasında münasibətlərin müəyyənləşdirilməsini zəruri hesab edir. Belə ki, hazırki iş üzrə Cavabdeh1 ilə üçüncü şəxs Maraqlı şəxs ər-arvaddırlar. Tərəflər arasında mübahisənin yaranmasına səbəb isə hazırki iş üzrə İddiaçı qızı X15 ilə onun əri X2 müxtəlif tarixlərdə müxtəlif şəxslərə qarşı Maraqlı şəxs da daxil olmaqla, şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda dələduzluq cinayətinin törədilməsi nəticəsində, həmin şəxslərin cəzalarının təyini zamanı yüngülləşdirici hal kimi zərərçəkənə dəyən zərərin ödənilməsi ilə bağlı iki borc müqavilələrinin bağlanması olmuşdur. Mülki işdə olan sübutlarla müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri, X10 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsi barədə ittiham irəli sürülmüş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-13/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1 -ci maddəsinə əsasən X10 hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası uşağı - xx.xx.2021-ci il təvəllüdlü X6 14 yaşına çatana qədər təxirə salınması, X15 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, X7 davranışına nəzarətin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmiş, X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəza çəkməsinin əvvəlinin tutulduğu gündən, yəni 05 may 2022ci il tarixdən hesablanması, X12 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməsi və onun, məhkəmə iclas zalında dərhal həbs edilməsi, X2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və sair hökm edilmişdir. Həmin iş üzrə zərər çəkmiş şəxs qismində Maraqlı şəxs (hazırki iş üzrə üçüncü şəxs) cəlb edilmiş, İlham Şirinov mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin hökmə əsasən zərərçəkmiş şəxs (mülki iddiaçı) Maraqlı şəxs iddiasının qismən təmin edilməsi, X3 və X1 müştərək qaydada 17320 manat məbləğində ziyanın və 133 manat dövlət rüsumunun tutularaq, Maraqlı şəxs xeyrinə ödənilməsi və mülki iddianın qalan hissədə təmin edilməməsi hökm edilmişdir. Beləliklə də, həmin hökmlə təsdiq edilmişdir ki, təqsirləndirilən şəxslərə Maraqlı şəxs şikayəti əsasında 32320 manat məbləğində maddi ziyanın dəyməsi ilə əlaqədar ittiham irəli sürülmüş, eyni zamanda zərər çəkmiş şəxs tərəfindən həmin cinayət işinə baxılarkən mülki iddia ərizəsi ilə müraciət olunmuş, məhkəmə tərəfindən mülki iddiaya hüquqi qiymət verilərək, iddia tələbi qismən təmin edilmiş, 17320 manat məbləğində dəymiş ziyanın X3 və X1 müştərək qaydada 17320 manat məbləğində ziyanın və 133 manat dövlət rüsumunun tutularaq, Maraqlı şəxs xeyrinə ödənilməsi müəyyən edilmişdir. Daha sonra həmin hökmdən zərərçəkmiş şəxs Maraqlı şəxs tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq aktlarla təsdiq edilmişdir ki, işə baxılarkən 10000 manat məbləğində dəymiş ziyan ödənilmiş, məhz bu səbəbdən də, Maraqlı şəxs şikayətindən imtina etmiş, imtina məhkəmə tərəfindən qəbul edilməklə apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir. Bununla da təsdiq edilir ki, iddiaçının qızı və kürəkəni ilə Maraqlı şəxs arasında borc münasibətlərinin mövcud olmadığı, onların hərəkətlərində məhz dələduzluq əlamətləri sübut edildiyi, bu hərəkətləri nəticəsində iddiaçının qızı və kürəkəni tərəfindən Maraqlı şəxs maddi zərərin vurulması qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edilmişdir. Tərəflərin izahatları, həmçinin iş materiallarında olan sənədlərlə təsdiq edilir ki, Maraqlı şəxs vurulan maddi zərərin bir qisminin, yəni 10000 manatın Maraqlı şəxs ödənilməsi və bunun nəticəsində onun tərəfindən verilmiş şikayətdən imtina edilməsi məqsədilə hazırki iş üzrə İddiaçı ilə eyni tarixdə 17 dəqiqə fərqlə iki kredit müqaviləsi Bakı şəhəri 32 saylı dövlət notariat kontorunda bağlanmışdır. Bu müqavilələrdən biri Maraqlı şəxs ilə İddiaçı arasında, digər müqavilə isə onun yoldaşı, hazırki iş üzrə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmışdır və hər iki müqavilənin predmetini 10000 manat məbləğində pul vəsaitinin borc olaraq verilməsi təşkil etmişdir. Maraqlı şəxs izahatında bildirmişdir ki, 32 saylı notariat ofisində bağlanmış kredit müqaviləsi məhz cinayət nəticəsində vurulmuş maddi ziyanla bağlı olmuş, müqavilələrin predmeti olan 20000 manat məbləğində pul vəsaiti məhz onun tərəfindən notariat ofisinə təqdim edilmiş, bununla da bir daha təsdiq edilmişdir ki, sözügedən müqavilə formal olaraq bağlanılmışdır. Hazırda İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Səbinə Mustafayeva və Maraqlı şəxs tərəfindən aldadıldığına istinad edərək, onunla Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2022-ci il tarixli 3M-1778 nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara əsaslanaraq, işin bütün faktiki hallarını təhlil edərək, belə qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2022-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində 3M-1778 nömrə ilə qeyd edilmiş kredit müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında faktiki borc münasibətləri mövcud olmamış, İddiaçı Cavabdeh1 tərəfindən hər hansı pul vəsaiti verilməmiş, həmin müqavilə iddiaçının qızı və kürəkıni tərəfindən Maraqlı şəxs vurulmuş maddi zərərin hissə-hissə ödənilməsi ilə bağlı bağlanmış, nəticə etibarı ilə tərəflərin həqiqi iradə ifadəsi borc münasibətləri olmamışdır. Məhkəmə iclasında Cavabdeh1 iddiaçı ilə arasında borc münasibətlərinin real mövcud olmasını təsdiq edə bilməmiş, sübut kimi formal olaraq bağlanmış kredit müqaviləsinin notariat orqanı tərəfindən təsdiq edilməsinə iddianın rədd edilməsi üçün yeganə əsas kimi istinad etmişdir. Məhkəmə mübahisəli borc müqaviləsinin bağlanması ərəfəsində mövcud olan faktiki halları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının qızı və kürəkəni tərəfindən Cavabdeh1 əri Maraqlı şəxs maddi zərər vurulduqdan sonra onun tərəfindən həmin şəxslərin anasına (qayınanasına) yenidən borcun verilməsi ağlabatan deyil, həmin müqavilənin bağlanması məhz iddiaçının qızı və kürəkəni tərəfindən törədilmiş dələduzluq cinayəti nəticəsində cavabdehin ərinə vurulmuş maddi ziyanla bağlı olmuş, ümumiyyətlə Cavabdeh1 iddiaçının qızı və kürəkəni tərəfindən hər hansı bir maddi ziyan dəymədiyi təqdirdə məhz onun adına kredit müqaviləsinin bağlanmasına zərurətin və həqiqi iradə ifadəsinin mövcud olması məhkəmə baxışında sübuta yetirilməmişdir. Cavabdeh tərəfin etiraz ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərmiş olduğu iddia ərizəsinin müqavilə bağlandığı müddətdən 18 ay keçdikdən sonra qaldırılması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qızı ilə kürəkəni tərəfindən 10000 manat məbləğində vurulmuş ziyanın ödənilməsi üçün müqavilənin bağlanmasına razılıq vermiş, həmin 10000 manatı hər ay müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə ödənişlər etməklə, eyni zamanda görülmüş icra tədbirləri nəticəsində ödəmiş, həmin məbləğ tam icra edildikdən sonra icra məmuru tərəfindən 17 oktyabr 2024-cü il tarixdə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmiş, bundan sonra icra məmuru tərəfindən çağırılaraq əlavə olaraq 10000 manat məbləğində Cavabdeh1 ilə kredit müqaviləsinin də mövcud olması barədə məlumatlandırıldıqdan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfin borc müqaviləsinin bağlanması ilə bağlı həqiqi iradə ifadəsinin mövcud olmaması, mübahisəli müqavilənin real olaraq bağlanmamasını və icra edilməməsini təsdiq edən kifayət qədər sübutlar iş materiallarında mövcud olduğundan, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı Maraqlı şəxs da müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunsun. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2022-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində 3M-1778 nömrə ilə qeyd edilmiş kredit müqaviləsi etibarsız hesab edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar