Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-402/2020 10.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 660,2 m2 olan 2 mərtəbəli qeyri-yaşayış sahəsi barədə verilmiş daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4072 nömrəli vərəqində qeydiyyata alınmış MA № ******* saylı çıxarışın etibarsız hesab edilməsinə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 660,2 m2 olan 2 mərtəbəli qeyri-yaşayış sahəsini sökdürməsi nəticəsində MMC-yə vurmuş olduğu maddi ziyana görə 1 200 000 manatın Azaco MMC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçıCavabdeh qarşı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 660,2 m2 olan 2 mərtəbəli qeyriyaşayış sahəsi barədə verilmiş daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4072 nömrəli vərəqində qeydiyyata alınmış MA № ******* saylı çıxarışın etibarsız hesab edilməsinə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 660,2 m2 olan 2 mərtəbəli qeyri-yaşayış sahəsini sökdürməsi nəticəsində MMC-yə vurmuş olduğu maddi ziyana görə 1 200 000 manatın Azaco MMC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh iddiaçının təsisçisi olduğu Azaco MMC-nin direktoru vəzifəsində çalışmışdır. Cavabdeh Azaco MMC-nin direktoru olduğu zaman təsisçilərin ocümlədən də iddiaçının xəbəri və icazəsi olmadan, onunla razılaşdırılmadan, Azaco MMC-nin xüsusi mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4072 (çıxarış-seriya MA № 0254858) nömrəli vərəqində qeydiyyata alınmış, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 660,2 m2 olan 2 mərtəbəli qeyri-yaşayış sahəsini sökdürmüşdür. Nəticədə Cavabdeh Azaco MMC-yə külli miqdarda ziyan vurmuşdur. Həmin ərazidə yerləşən qeyri-yaşayış sahələrinin hər bir kvadrat metrinin orta satış qiyməti 2000-2500 manat təşkil edir. Bununla bağlı iddiaçı cavabdehə iradlarını bildirmiş və vurduğu ziyanın əvəzinin ödənilməsini ondan dəfələrlə tələb etmişdir. Lakin edilmiş çoxsaylı irad və müraciətlərə baxmayaraq Cavabdeh bu günə kimi Azaco MMC-yə vurduğu ziyanın əvəzini ödəməkdən müxtəlif bəhanələrlə yayınır.ünvan 1 saylı ünvanda yerləşən ümumi sahəsi 660,2 m2 təşkil edən qeyri-yaşayış sahəsi söküldüyündən həmin sahəyə dair verilən çıxarış da etibarsız hesab edilməlidir. Ona görə də Azaco MMC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 660,2 m2 olan 2 mərtəbəli qeyri-yaşayış sahəsi barədə verilmiş daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4072 nömrəli vərəqində qeydiyyata alınmış MA № ******* saylı çıxarışın etibarsız hesab edilməsinə və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 660,2 m2 olan 2 mərtəbəli qeyriyaşayış sahəsini sökdürməsi nəticəsində MMC-yə vurmuş olduğu maddi ziyana görə 1 200 000 manatın Cavabdeh alınaraq Azaco MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə məlum ünvanı üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA seriyalı № ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında ümumi sahəsi 660,2 m2 olan qeyri-yaşayış sahəsi Azaco MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 43 saylı reyestr kitabının 4072 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019cu il tarixli məktubundan müəyyən olunur ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 qeydiyyatda olan Azaco MMC-nin dövlət büdcəsinə olan vergi borcunun alınması məqsədilə vergi ödəyicisinə məxsus əmlaklar siyahıya alınmış, siyahıya alınmış əmlakların açıq hərracda satılması tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(81)-2531/2014 saylı qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamənin qəbul edilməsinə və qanuni qüvvəyə minməsinə eləcə də icra vərəqəsinin icraya yönəldiyi vaxtdan xeyli müüdət keçməsinə baxmayaraq müvafiq məhkəmə qətnaməsi üzrə dövlət büdcəsinə olan vergi borcu ödənilməmişdir. Vergi borcunun ödənilməsi məqsədilə vergi orqanı tərəfindən siyahıya alınmış və məsul saxlamaq üçün vergi ödəyicisinə təhvil verilmiş əmlakların mövcudluğunun, tamlığının və israf edilmədiyinin yoxlanılması məqsədilə xx.xx.2019-cu il tarixdə siyahıya almanın aparıldığı ünvan 2 ünvanı üzrə baxış keçirilmiş, baxış zamanı qeyd edilən ünvan üzrə vergi ödəyicisini və siyahıya alınmış əmlakları müəyyən etmək mümkün olmamış və bu hal xx.xx.2019-cu il tarixli aktla rəsmiləşdirilmişdir. Məsul saxlamaya qoyulmaq üçün onlara təhvil verilmiş siyahıya alınmış əmlakların israf edilməsinə yol verdikləri üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilmə ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materialların Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyini nəzərə alaraq məhkəmə qətnaməsi ilə təmin edilmiş vergi borcunun araşdırılması məqsədilə xx.xx.2019-cu il tarixdə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə dəvət olunmaları barədə Azaco MMC-yə məlumat verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********88 saylı məktubundan müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-6972/2019 saylı sorğusuna baxılaraq Azaco MMC-nin mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən ümumi sahəsi 660,2 m2 təşkil edən qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsi haqqında məlumatın (sənədin) idarənin arxivində aşkar edilmədiyi bildirilmişdir. Legal Prime MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli LP- 043/20 saylı rəyindən müəyyən olunur ki, Azaco MMC-nin xüsusi mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış dəyəri 1 550 000 manat müəyyən edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X4 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 660,2 m2 olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən sökülməsini, nəticədə Azaco MMC-yə 1 200 000 manat ziyan vurulmasını iddia etsə də, qeyri-yaşayış sahəsinin məhz cavabdeh tərəfindən sökülməsini və ya sökdürülməsini təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iddiaçının bu tələbini sübuta yetirilməməsinə görə əsassız hesab edir. Məhkəmə İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 660,2 m2 olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin sökdürməsi səbəbindən həmin əmlaka dair mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan çıxarışın etibarsız hesab edilməsi tələbini də əsassız hesab edir. Belə ki, mülkiyyət hüquqlarının qeydiyyatı, bu barədə çıxarışın verilməsi cavabdehin vəzifəsi olmadığından bu tələbin cavabdehə qarşı irəli sürülməsi əhəmiyyətsizdir. Bundan başqa daşınmaz əmlakın məhv olması nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb etmək hüququna malikdir. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. (MM 150-ci mad.) Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddia tələbində istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyan iddiaçı öz tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu onun özünəaid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçıCavabdeh qarşı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 660,2 m2 olan 2 mərtəbəli qeyriyaşayış sahəsi barədə verilmiş daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4072 nömrəli vərəqində qeydiyyata alınmış MA № ******* saylı çıxarışın etibarsız hesab edilməsinə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 660,2 m2 olan 2 mərtəbəli qeyri-yaşayış sahəsini sökdürməsi nəticəsində MMC-yə vurmuş olduğu maddi ziyana görə 1 200 000 manatın Azaco MMC-nin xeyrinə tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-402/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-402/2020
10.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver