Məhkəmə qərarları › İş №2(3-6)-1591/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1591/2026

12.05.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1591/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi və pul tələbi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli əqdin etibarsız hesab edilməsi, cavabdehin aldatması nəticəsində ona vurulmuş 950 manat maddi ziyanın və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu ərazisində telefon mağazası işlədir. ##.##.2025-ci il tarixdə mağazaya yaxınlaşan xanım müştəri (cavabdeh Cavabdeh) “Samsung Galaxy S24 ultura” mobil telefonunu ona göstərərək Dubay şəhərindən aldığını Azərbaycan Respublikasına gətirilərkən qanuni sürətdə bəyan edilmədiyini bildirərək telefonu satmaq istədiyini bildirdi. Cavabdehlə telefonun dəyərini 950 manat razılaşaraq telefonu ondan almışdır. Aralarında baş tutmuş bu alqı-satqı hərəkəti ilə bağlı cavabdehlə qeyri-rəsmi formada əqd bağlamışlar. Həmin əqdə cavabdehin şəxsiyyət vəsiqəsinin surəti və cavabdeh tərəfindən alqı-satqının aparıldığı tarix, mobil telefon haqda məlumat, cavabdehin əlaqə nömrəsi qeyd edilərək imzası ilə təsdiq edilmişdir. Lakin sonradan telefonu yoxlayan zaman həmin məhsulun orginal olmadığı və orginala bənzəyən replikası olduğu məlum olmuşdur. Bundan sonra o, cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək ona dəymiş ziyanı ödəməkdən boyun qaçırmışdır. Bakı şəhəri Nəsimi rayonu 22-ci Polis Şöbəsində faktla bağlı araşdırma aparılmış və iş üzrə cavabdeh və onun telefonu aldığını iddia etdiyi Nərgiz adlı şəxs bölməyə çağırılaraq izahatları alınmışdır. Cavabdehin əməlində dələduzluq cinayətinin tərkibi aşkar edilmədiyi üçün mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hazırda cavabdehin bu əməli nəticəsində ona 950 manat ziyan vurulmuşdur.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ona satdığı “Samsung Galaxy S24 Ultra” telefonun özünə qaytarılmasını, ona ödədiyi 950 manat pulun isə cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

4. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun tərəfindən ekspertiza xərci olaraq ödənilmiş 200 manat məbləğində pulun cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim – Aydan Oruclu) ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı tərəfindən “Samsung Galaxy S24 Ultra” markalı mobil telefon cavabdeh Cavabdeh qaytarılmaqla, cavabdeh Cavabdeh 950 (doqquz yüz əlli) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı “X2 Mərkəzi” MMC-nin hesabına ödənilmiş 200 (iki yüz) manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qərara alınmışdır.

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, qeyd etmişdir ki, rayon məhkəməsi mübahisə predmeti olan telefonun X3 tərəfindən borcun əvəzi kimi ona verilməsini nəzərə almamışdır. Belə ki, Nərgiz borcunu qaytaracağı halda o da telefonu ona verəcəkdi. Nərgiz vaxtında borcunu qaytarmadığından, onun isə pulu ehtiyacı olduğundan məcbur olub telefonu satmışdır. Bundan başqa, o Nərgizin mülki iş üzrə cavabdeh kimi cəlb olunması üçün vəsatət vermiş, lakin rayon məhkəməsi tərəfindən həmin vəsatətə münasibət bildirilməmiş, təmin və ya rədd edilməsi əsaslandırılmamışdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi.

9. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

11. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Nəsimi rayon Polis Idarəsinin Fətəliyev Amid Balaxan oğluna ünvanladığı ##.##.2025-ci il tarixli, F-**** nömrəli müraciətə cavab məktubuna əsasən ##.##.2025-ci il tarixdə X1 aldığı mobil telefonun saxta olması barədə müraciət polisin səlahiyyətlərinə aid olmayan mülki xarakter daşıyan iddia olduğundan, həmin iddia ilə bağlı gələcəkdə məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu izah edilmişdir.

12. Nəsimi RPI-nin 22-ci Polis Şöbəsində alınmış ##.##.2025-ci il tarixli Fətəliyev Amid Balaxan oğlunun izahatına əsasən səhəri gün telefon satan xanıma zəng vurub telefonun saxta olduğunu, mağazaya yaxınlaşıb pulu ödəyib telefonu götürməsini dediyini, xanımın ondan vaxt istədiyini gətirib pulu verib telefonu götürəcəyini bildirdiyini, lakin keçən ayın 10-dan bugünə kimi gətirib pulu qaytarmayıb sabah-sabah deyib vaxtı uzatdığını bildirmişdir.

13. Nəsimi RPI-nin 22-ci Polis Şöbəsində alınmış ##.##.2025-ci il tarixli Cavabdeh izahatına əsasən ##.##.2025-ci il tarixdə Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 106 ünvanında yerləşən “Infiniks Alpitel” telefon mağazasında təzə işlətmədiyi 1500 manat borc əvəzində X3 aldığı “Samsung S24 Ultra” markalı telefonu Fətəliyev Amid Balaxan oğluna 950 manata, Amid və orada olan digər işçi tərəfindən 2 saata yaxın olaraq dəqiq yoxlanıldıqdan sonra razılaşıb satdığını, ##.##.2025-ci il tarixdə Amidin ona zəng vurub telefonun original olmadığını və pulu qaytarmasını dediyini bildirmişdir.

14. “X2 Mərkəzi” MMC-nin ##.##.2025-ci il tarixli, ***-***/**** nömrəli ekspert rəyinə əsasən aparılmış araşdırma və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, mübahisə predmeti olan və ekspertə təqdim edilən “Samsung Galaxy S24 Ultra” markalı mobil telefonun dublikat versiyasının 2025-ci ilin fevral ayı üçün real bazar dəyəri (yuvarlaqlaşdırılaraq) 250 (iki yüz əlli) manat təşkil edir. Qiymət analoqların müqayisə təhlili və bazar araşdırmaları əsasında müəyyən edilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, mübahisə predmeti olan və ekspertə təqdim edilən “Samsung Galaxy S24 Ultra” markalı mobil telefon Çin Respublikasında istehsal edilmiş original olmayan dublikat versiyadır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. Maddə 419.1. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Maddə 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər,

21. onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.

22. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

23. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;

24. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

25. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır;

26. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

29. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

30. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

32. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

33. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

35. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

36. Maddə 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur.

37. Maddə 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır.

38. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.

39. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

40. Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər.

41. Maddə 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

42. Maddə 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin.

43. Maddə 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

48. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

49. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

50. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

54. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

56. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

57. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

58. Belə ki, mülki işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında alqı-satqı münasibətləri yaranmış, cavabdeh iddiaçıya “Samsung Galaxy S24 Ultra” markalı mobil telefonu 950 manata satmışdır. Tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi sadə yazılı formada rəsmiləşdirilmiş, sənəddə mobil telefonun markası, satış tarixi və məbləğ göstərilmiş və cavabdeh tərəfindən imzalanmışdır. Daha sonra iddiaçı telefonu əldə etdikdən sonra onun texniki xüsusiyyətlərini yoxlayarkən məhsulun orijinal olmadığı, orijinala bənzər dublikat versiya olduğu məlum olmuşdur. Bununla əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh ödənilmiş pulun qaytarılmasından imtina etmişdir. Həmin faktla bağlı iddiaçı hüquq-mühafizə orqanına müraciət etmiş, lakin aparılmış araşdırma nəticəsində əməlində cinayət tərkibi müəyyən edilmədiyindən mübahisənin mülki xarakterli olması göstərilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

59. Iddiaçı hazırda cavabdeh tərəfindən ona satılmış “Samsung Galaxy S24 Ultra” markalı mobil telefonun cavabdehə qaytarılmasını və həmin telefonun müqabilində ödədiyi 950 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

60. Cavabdeh apellyasiya şikayətində mobil telefonun Nərgiz adlı xanım tərəfindən borcun əvəzində girov kimi ona verildiyini, mobil telefonu iddiaçıya satarkən iddiaçı tərəfindən 2 saata yaxın ətraflı yoxlandığını, telefonun saxta olduğunu bilmədiyini qeyd etmişdir.

61. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, “Samsung Galaxy S24 Ultra” markalı mobil telefonun alqı-satqısı barədə razılaşmada satıcı hazırkı iş üzrə cavabdeh olduğundan iddiaçı ona qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehin şikayətinin mobil telefonun iddiaçı tərəfindən yoxlandıqdan sonra alınmasına dair dəlili üzrə qeyd edir ki, mülki qanunvericiliyə əsasən satıcı alıcıya keyfiyyəti alqısatqı 62. müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda alıcının alqı-satqı müqaviləsinin icrasından imtina etmək və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək ixtiyarı vardır.

63. Mülki Məcəllənin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər.

64. Mülki iş materiallarında olan tərəflərin polis bölməsində olan izahatlarından isə müəyyən olur ki, cavabdeh mobil telefonu ##.##.2025-ci il tarixdə iddiaçıya satmış, iddiaçı isə 1 gün sonra – ##.##.2025-ci il tarixdə mobil telefonun orijinal olmaması barədə cavabdehə məlumat vermişdir. Göründüyü kimi alıcı qanunvericliklə müəyyən edilmiş müddət ərzində verilmiş əşyanın qüsurunu aşkar etmişdir.

65. Eyni zamanda mülki iş materiallarında olan “X2 Mərkəzi” MMC-nin ##.##.2025-ci il tarixli ekspert rəyindən müəyyən olur ki, ekspertə təqdim edilən mübahisə predmeti olan mobil telefon Çin Respublikasında istehsal edilmiş orijinal olmayan dublikat versiyadır və 2025-ci ilin fevral ayı üçün real bazar dəyəri 250 (iki yüz əlli) manat təşkil edir.

66. Beləliklə də, iddiaçının iddia tələbinin əsaslı olması öz təsdiqini tapır.

67. Məhkəmə cavabdehin vəsatətlərinə rayon məhkəməsi tərəfindən münasibət bildirilməməsi ilə bağlı dəlilinə dair qeyd edir ki, rayon məhkəməsinin ##.##.2026-cı il tarixli məhkəmə baxış iclasının protokolundan (i\v səh. 80,81) müəyyən olduğu kimi vəsatətlər məhkəmə baxışı zamanı verildiyindən təmin edilməməsi qərara alınmışdır. Beləliklə də, müəyyən olur ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyinin əksinə, cavabdehin özünün də iştirak etdiyi məhkəmə iclasında onun vəsatətlərinə münasibət bildirilmiş, rədd edilməsi əsaslandırılmışdır.

68. Məhkəmə onu da qeyd edir ki, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli məhkəmə hazırlıq iclasları barədə məhkəmə bildirişləri cavabdehə məxsus mobil telefon nömrəsinə (cavabdeh vəsatətində də həmin əlaqə nömrəsini qeyd etmişdir) sms vasitəsilə (i\v səh, 13, 16) göndərilmiş, lakin cavabdeh həmin iclaslarda iştirak etməmişdir. Belə olan halda isə müəyyən olur ki, mülki işin məhkəmədə baxılması yekunlaşanadək, yəni işin məhkəmə baxışına təyin olunmasınadək cavabdehin başqa cavabdehin işə cəlb edilməsi barədə vəsatətlərini təqdim etmək imkanı olmuşdur.

69. Qeyd edilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, rayon məhkəməsi iddia tələbini təmin edərək düzgün nəticəyə gəlmişdir, qətnamə qanuni və əsaslı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

70. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

71. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

73. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

74. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

75. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, cavabdehə vəsatətdə qeyd olunanlarla bağlı ayrıca iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır.

76. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

77. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

78. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

80. MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

81. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

82. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar