Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-25/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın tutulması) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X9 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının qanuni təmsilçisi Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş maddi ziyanın tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(060)- 4010/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli borc müqaviləsinin uydurma əqd olduğundan etibarsız hesab edilməsi, Cavabdeh1 tərəfindən iddia qaldırılması və iddia təmin tədbirləri tətbiq olunması nəticəsində dəymiş 948.000 manat birbaşa ziyanın və 25.000.000 manat əldən çıxmış faydanın, ümumilikdə 25.948.000 manatın Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra İddiaçı iddia tələbinə maddi ziyanın tutulması hissədə dəqiqləşmə verərək, Cavabdeh1 tərəfindən iddia qaldırılması və iddia təmin tədbirləri tətbiq olunması nəticəsində dəymiş 948.000 manat bir başa ziyanın və 25.000.000 manat əldən çıxmış faydanın, habelə 1.186.186,60 manat məbləğin əsassız olaraq ləğv edilmiş Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsinin icrası qaydasında iddiaçı Cavabdeh1 hesabına köçürülmüş məbləğin, ümumilikdə 27.134.186,60 manatın Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC, "xxxx" MMC-nin təsisçisi olmaqla sonuncu hüquqi şəxsin nizamnamə kapitalı 100% miqdarında ona məxsusdur. Azərbaycan Respublikası MM-nin 349-cu maddəsinə əsasən "Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər". Başqa sözlə, “El.SƏ.Nİ" MMC-nin təsisçisi olan "xxxx" MMC-nin hüququ vardır ki, "xxxx" MMC-nin adından qanunsuz bağlanmış əqdi miibahisələndirsin. Belə ki, xx.xx.2009cu il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinin giriş hissəsindən görünür ki, borc verən Rusiya Federasiyası vətəndaşı fiziki şəxs Cavabdeh1dur, borc alan isə Cavabdeh2dur. Sonuncu şəxsin müqavilədə iştirakı "xxxx" MMC-nin təsisçisi kimi qeyd olunur. Borc müqaviləsinin 1-ci bəndində qeyd olunur ki, borc verən borc alanın mülkiyyətinə, ənıəli idarəçiliyinə müəyyən məbləğdə pul verir, borcalan isə xx.xx.2010-cıı il tarixədək həmin məbləği qaytarmağı öz öhdəsinə götürür. Başqa sözlə, müqavilənin mətni tərtib olunarkən çalışılmışdır ki, müqavilə üzrə öhdəlik məhz "xxxx" MMC-niıı üzərinə qoyulsun. Lakin borc müqaviləsinin təsdiq olunmasına dair notariat işinə Cavabdeh2 "xxxx" MMC-nin qanuni təmsilçisi kimi çıxış etməsinə dair müvafiq sənədlər əlavə edilməmiş, habelə borc müqaviləsi notarius tərəfindən təsdiq edilərkən təsdiq qeydi fiziki şəxslərin bağladığı müqavilədə təsdiq qeydi formasında təsdiq edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 2000-ci il tarixli, 148 nömrəli qərarı ilə təsdiq edilmiş 20 nömrəli formaya uyğun olaraq hüquqi şəxslərin iştirakı ilə müqavilədə təsdiq qeydi fərqlidir. Başqa sözlə, mübahisəli borc müqaviləsini təsdiq edilərkən qeyd olunan 20 nömrəli formaya uyğun olaraq hüquqi şəxsin nümayəndəsinin səlahiyyətinin yoxlanılması barədə qeydiyyat aparılmamış, notariat işinə müvafiq sənədlərin surəti əlavə olunmamışdır. Bundan başqa, mübahisəli borc müqaviləsində hüquqi əsaslandırma kimi Azərbaycan Respublikası MMnin 413, 742-745-ci maddələrinin məzmununun tərəflərə izah olunması qeyd edilmişdir. Lakin qeyd olunan 413-cü maddə müqavilənin təsdiq olunma tarixinə artıq Məcəllədən çıxarılmış, 742-745-ci maddələr isə borcun qaytarılmasını nizama salan normalardır. Göründüyü kimi, Cavabdeh2 "xxxx" MMC-nin adından əqd bağlamaq səlahiyyəti olmayıb, onun hüquqi şəxsin qanuni təmsilçisi olması barədə reyestr məlumatı notariat işinə əlavə olunmamışdır. Notariat işinə əlavə edilmiş "xxxx" MMC-nin nizamnaməsində isə təsisçiyə belə bir əqd bağlamaq hüququnun verilməsi barədə heç bir göstəriş aşkar olunmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikası MM-nin 49.1-ci maddəsinə əsasən "Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir" (həmin vaxt qüvvədə olan redaksiyada). Lakin "xxxx" MMC-nin nizamnaməsində Cavabdeh2 "xxxx" MMC-nin qanuni təmsilçisi olması və ya hüquqi şəxsin hər hansı orqanını təmsil etmək hüququ barədə qeyd yoxdur. Azərbaycan Respublikası MM-nin 350ci maddəsinə əsasən "Əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər." "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 35-ci bəndinə əsasən "Notarius, əgər notariat hərəkətlərinin aparılması qanuna ziddirsə, ..., hüquqi şəxsin adından bağlanan əqd onun nizamnaməsində və ya əsasnaməsində göstərilən məqsədlərə ziddirsə, qanunun tələblərinə uyğun olmayan əqd bağlanmışsa, ..., əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun gəlmirsə, notariat hərəkətlərini aparmaqdan imtina edir. Təlimatın 40-cı bəndinə əsasən "Əqddə hüquqi şəxslər iştirak edirlərsə, notariuslar əqddə iştirak edən hüquqi şəxslərin hüquq qabiliyyətini yoxlamalıdırlar. Əqddə iştirak edən hüquqi şəxslərin hüquq qabiliyyətini yoxlayarkən notariuslar hüquqi şəxslərin onun nizamnaməsi ilə və ya əsasnaməsi ilə tanış olmağa və aparılan notariat hərəkətlərinin hüquqi şəxsə onun nizamnaməsi və ya əsasnaməsi ilə verilmiş hüquqlara müvafiq olub-olmadığını yoxlamağa borcludurlar." Bundan əlavə, iş materiallarında kifayət qədər sübut var ki, faktiki olaraq iddiaçı Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə heç bir məbləğdə pul verilməmişdir. İş materiallarına əlavə edilmiş 1 iyun 2009-cu il tarixli əlyazma sənədin tərtibatında iştirak etmiş İsayev Yusif bildirmişdir ki, əlyazma tərtib olunsa da Cavabdeh1 tərəfindən Cavabdeh2 heç bir pul məbləği verilməmişdir. Həmçinin, keçirilmiş audit rəyindən görünür ki, mübahisəli borc müqaviləsində qeyd olunan məbləğdə pul vəsaitinin "xxxx" MMC-nin hesabına mədaxil edilməsi, tikintiyə sərf olunması təsdiqini tapmamışdır. Göründüyü kimi, mübahisəli borc müqaviləsinin notarius tərəfindən təsdiq edildiyi zaman yol verilmiş qanun pozuntularının məcmusu ona dəlalət edir ki, həmin müqavilə uydurma əqddir. Azərbaycan Respublikası MM-nin 340.1-ci maddəsinə əsasən "Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçünı bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. "Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən "Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır ". Bundan başqa, Cavabdeh1 tərəfindən irəli sürülmüş iddianın təmin tədbirləri (əmlaka həbs qoyulması) nəticəsində "xxxx" MMC-nin təsisçisi olduğu "xxxx" MMC-yə kiilli miqdarda maddi ziyan dəymişdir. Belə ki, iddianın təmin tədbiri qaydasında "xxxx" MMCnin bütün hesablarına həbs qoyulmuş və şirkət iflic vəziyyətinə salınaraq fəaliyyəti dayandırılmışdır. Bu zaman şirkət tərəfindən hələ xx.xx.2009-cu il tarixdə götürdüyü kreditə görə hər ay 15 min avro məbləğində vəsait ödənilməsini bu günə kimi davam etdirməkdədir. Bu isə xx.xx.2019-cu il tarixdən bu günə kimi davam etməklə 25 ay edir ki, pul ekvivalentində 375.000 avro (15.000x25) və ya hazır ki, kursa uyğun manatla 750000 manat edir. Bundan başqa, boşdayanma nəticəsində "xxxx" MMC-yə məxsus obyektin saxlanması üçün xərclər hər aya 7.000 manat (işçilərin əmək haqqısı, kommunal xərclər) təşkil edir ki, bu da 25 ay ərzində edər (7.000x25) 175.000 manat. Həmçinin, audit keçirilməsi üçün rəsmi olaraq 10.000 manat, qiymətləndirmə keçirilməsi 3.000 manat, vəkillərin hüquqi yardım göstərilməsi ilə əlaqədar 10.000 manat pul vəsaitləri ödənilmişdir ki, bu da edər 23.000 manat. Bundan əlavə, tikintinin dayandırılması nəticəsində 50 min kvadrat metr sahəsi olan mənzil fondu dövriyyədən kənar qalmışdır ki, həmin mənzil fondunun lıər kv metrinin satışı nəticəsində (1 kv.nıetr sahənin 1500 manat dəyərində, bundan 33%-i mənfəət kimi nəzərə alınsa hər kv.nıetr iiçiin 500 maııat) qəbul etsək, nəticədə əldən çıxmış fayda 25.000.000 manat təşkil etmiş olar. Beləliklə, Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində birbaşa dəymiş maddi ziyanın məbləği (750.000+175.000+23.000) 948.000 manatdır. Habelə, əldən çıxmış fayda 25.000.000 manat təşkil edir ki, ümumi ziyan 25.948.000 manatdır.
4. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
5. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 80-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hesab edir ki, hazırkı iş üzrə iddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda qeyd edilmiş hüquqi mövqeyə görə iddia qaldırmaqda, tələb etməkdə subyektiv hüququ yoxdur. Belə ki, "xxxx" MMC və Cavabdeh2 ilə Cavabdeh1 arasında arasında borc müqavilələri 2009-cu ildə bağlanmış, həmin zaman Cavabdeh2 "xxxx" MMC-nin həm təsisçisi, həm də direktoru olmuşdur. İddiaçı MMC "xxxx" MMC-nin 100% həcmdə paylarını xx.xx.2014-cü il tarixdə almışdır. Başqa sözlə, "xxxx" MMC və Cavabdeh2 ilə Cavabdeh1 arasında mülki hüquqi münasibətlər yarananda, İddiaçı MMC ilə "xxxx" MMC-nin heç bir mülki hüquqi münasibətləri, bağlılığı olmamışdır. Hətta, "xxxx" MMC və Cavabdeh2 ilə Cavabdeh1 arasında arasında borc müqavilələri 2009-cu ildə bağlanan zaman İddiaçı MMC adlanan hüquqi şəxs nə təsis olunmuş, nə də reystrdə qeydə alınmamışdır. Buna görə də İddiaçı MMC onun təsis olunmasından illər öncə bağlanmış və ona aidiyyəti olmayan (nəzərə almalıdır ki, mülki qanunvericiliyin tələblərinə görə təsisçi heç bir halda hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyət daşımır) əqdin etirbarlılığnı mübahisələndirə bilməz. Digər tərəfdən bağlanmış əqdin guya ki, uydurma əqd olması, görünüş üçün bağlanması absurddur, çünki həmin əqd kifayət qədər ciddi hüquqi nəticələr yaratmış, həmin əqdin icrası ilə bağlı müqavilə tərəfləri arasında onlarla məhkəmə mübahisələri olmuşdur. Eləcə də hazırki iddia tələbi üzrə iddia müddəti keçmişdir. Belə ki, İddiaçı MMC "xxxx" MMC-nin 100% həcmdə paylarını xx.xx.2014-cü il tarixdə almamışdan öncə MMC-nin səhmləri Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı 10 fevral 2014-cü il tarixli qətnaməsi üzrə ilk iddiaçı Cavabdeh1 məxsus olmuş və Cavabdeh1 etibarnaməsindən istifadə edilərək, onun xəbəri olmadan ona məxsus təsis payları Cavabdeh2 satıldığından Cavabdeh1 bu alqı-satqı müqaviləsini etibarsızlığını Sumqayıt Şəhər Məhkəməsində mübahisələndirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1801/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası təmin edilmiş və xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verən İddiaçı MMC apellyasiya şikayətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)- 208/2014 saylı 10 fevral 2014-cü il tarixli qətnaməsindəki müəyyən edilmiş hallara istinad edərək həmin qətnamənin qanuni qüvvəyə mindiyini və MPM-in 82-ci maddəsinə əsasən preyudesial xarakter daşıdığını bildirmişdir. Həm Sumqayıt Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə Cavabdeh1 əqdin etibarsızlığı ilə bağlı iddiasının rədd edərkən İddiaçı MMC-nin istinadı kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı 10 fevral 2014-cü il tarixli qətnaməsindəki müəyyən edilmiş hallara preyudesial xarakterli hal kimi yanaşmışlar, həmin qətnaməyə istinad etmişlər. Əqdin etibarsız hesab edilməsinə dair iddialar bir il ərzində irəli sürülə bilər. Qeyd edilən müddət keçdikdə, bu kəsici müddət hesab edilməklə, məhkəmənin özü tərəfindən tətbiq edilməli və iddia rədd edilməlidir. Hazırkı halda isə, nəinki kəsici müddət keçmiş, eyni zamanda mülki qanunvericiliyin müəyyən etdiyi ümumi iddia müddəti də ötürülmüşdür. Hazırkı halda İddiaçı MMC "xxxx" MMC-nin 100% həcmdə paylarını xx.xx.2014-cü il tarixdə alarkən "xxxx" MMC-nin passivlərinin (borc öhdəliklərinin olmasını) olmasını bilməli idi. Müqavilə bağlandıqdan 11- 12 il sonra həmin müqavilənin aidiyyəti olmayan şəxs tərəfindən mübahisələndirilməsi absurddur. Göstərilənləri nəzərə alaraq, İddiaçı MMC-nin Cavabdeh1 və qeyrisinə qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi, maddi ziyanın tutulması” tələbinə dair iddiasını əsassız olması ilə yanaşı, həmçinin iddia müddətinin keçməsi ilə əlaqədar təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmədə şahid X11 bildirmişdir ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində təhcizatçı vəzifəsində işləyir. 02 iyul 2009-cu il tarixli borc müqaviləsinə əsasən 6650.000 Evro borcun alınmasına dair qəbz onun iştirakı yazılsada həmin vaxt Cavabdeh2 pul verilməmişdir. Hər iki nəfər arasında bağlanmış yəni razılaşmış adı kağıza tərtib olunmuş pul verilməsinə dair sənəd idi, həmin sənəddə qeyd olunur ki, Cavabdeh1 oğlu 665000 Avro pulu Cavabdeh2 verdi, ancaq həmin vaxt qeyd etdiyi kimi Cavabdeh2 heç bir pul verilməmişdir. Həmin kağız ancaq iş görmək məqsədi ilə imzalanmışdır.
7. Cavabdeh1 (Borc verən) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Cavabdeh2 (Borc alan) arasında bağlanmış xx.xx.2009-cu il tarixli “borc müqaviləsi”ndən müəyyən edilir ki, müqavilənin 1-ci bəndinə əsasən borc verən borc alanın mülkiyyətinə, əməli idarəçiliyinə-6.650.000 (altı milyon altı yüz əlli min) avro manat kurs üzrə 7.547.750 (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində borc pul verir, borc alan - xx.xx.2010-cu il (bir iyun iki min onuncu) tarixədək həmin məbləği qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən müqavilədə göstərilə məbləği, borc pulu alanın arzusu ilə xx.xx.2010-cu il (bir iyun iki min onuncu) il tarixədək qaytarıla bilər. Lakin həmin məbləğinin axırıncı qalığını - xx.xx.2010-cu il tarixdən gec olmayaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qaytarmalıdır. Müqavilənin 3-cü bəndinə əsasən borc alan borcun ödənilməsini gecikdirdiyi halda ödənişin gecikdirdiyi hər gün üçün əlavə göstərilən məbləğin 0,1% həcmində dəbbə pulu ödəyəcəyi barədə öhdəlik götürür.
8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsisçisi Cavabdeh2dur.
9. xx.xx.2019-cu il tarixli “Akt”dan görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 23 dekabr 2016-ci il tarixli AT/094 N-li İcazə ilə fəaliyyət göstərən “KERMUR AUDİT və Konsalting” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, auditor X12 “EL.SƏ.Nİ“ MMC-nin 2009-2011- ci illər ərzində hesablaşma hesabına və kassaya daxil olan pul vəsaitlərinin yoxlanmasına dair audit yoxlamasını aparmışdır. Audit yoxlaması 01 sentyabr 2019-cu il tarixdə başlandı və 01 noyabr 2019-cu il il tarixdə başa çatmışdır. Audit yoxlaması “EL.SƏ.Nİ“ MMC-nin direktoru (çıxarış üzrə qanuni təmsilçi) Cavabdeh2 və Cəmiyyətin baş mühasibi X2 iştirakı ilə aparılmışdır. Audit yoxlaması “EL.SƏ.Nİ“ MMC tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri əsasında aparılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən Çıxarışa əsasən “EL.SƏ.Nİ“ Məhdud Məsuliyyətli Cəmiyyət xx.xx.2005-ci il tarixdə qeydiyyata almışdır.Əvvəlki Dövlət qeydiyyatı- 0205- S18-3068, Dövlət qeydiyyat N-si (VÖEN) – **********, Hüquqi ünvan: AZ 509, ünvan 1 manat (Bank tərəfindən xx.xx.2010-cu il tarix və 1000/1104 nömrəli qərara əsasən 200.0 manat və 100 faizə yüklülük müəyyən edilmişdir) Qanuni təmsilçi İsayev X6 verildiyi tarix 27.01,2016-cı il, **********535000 Dövlət Reyestrindən Çıxarış əlavə olunur. Aparılan audit yoxlaması nəticəsində təqdim olunan ilkin sənədlərdən və araşdırmalardan məlum olur ki, bir tərəfdən Rusiya Federassiyası vətəndaşı, Tyumen vilayəti, Vaqays kəndi, Sovet küçəsi, ev 15, mənzil 1 -də qeydiyyatda olan xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh1 Tanrı verdi oğlu (pasport 63 N 2230609, 488 FMXİ xx.xx.2007, verilmiş) - “borc verən” və digər tərəfdən xx.xx.2005-ci ildə 0205-S18-3068 şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş ünvan 2 ünvanda qeydiyyatda olan “EL.SƏ.Nİ“ Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi şəxsində ünvan 3 ünvanda qeydiyyatda olan xx.xx.1955ci il təvəllüdlü Cavabdeh2 (ş/v N 0*******, Sumqayıt ŞPİ QŞVB tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş) - “borc alan” arasında xx.xx.2009-cu il tarixində Bakı şəhərində aşağıdakı məzmunda “Borc müqaviləsi” bağlanmışdır: Belə ki, “Borc verən” tərəfindən “Borc alan” ın mülkiyyətinə, əməli idarəçiliyinə - ******* (altı milyon altı yüz əlli min) AVRO, manatla kurs üzrə 7 547 750 (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğdə borc pul verilir, “Borc alan” xx.xx.2010-cu il tarixədək həmin məbləği qaytarmağı öhdəsinə götürür. Bu müqavilədə göstərilən məbləğ, borc pulu alanın arzusu ilə xx.xx.2010-cu il tarixədək qaytarıla bilər. Lakin həmin məbləğin axırıncı qalığı xx.xx.2010-cu il tarixdən gec olmayaraq “EL,SƏ.Nİ" MMC tərəfindən qaytarılmalıdır. Həmin müqavilə xx.xx.2009-cu il tarixdə Bakı şəhəri 9 saylı dövlət notariat kontorunun notariusu Sadıqov R.F tərəfindən təsdiq edilmişdir və reyestrdə 3-M-5/750 nömrə ilə qeyd olunmuşdur. Lakin aparılmış audit yoxlaması nəticəsində və ilkin sənədlər əsasında aparılmış araşdırmalara əsasən “EL.SƏ.Nİ“ MMC-nin istər kassa sənədlərində və istərsə də banklarda olan hesablaşma hesablarında qeyd olunan 6 650 000 AVRO və ya bu məbləğin manat ekvivalenti ******* manat pul vəsaitinin cəmiyyətə mədaxil olunmadığı və bununla da həmin vəsaitdən hər hansı bir təyinat üzrə İstifadə olunmadığı aşkarlanaraq müəyyən edilmişdir. Belə ki, auditor xidməti göstərilməsi barədə 19/70 saylı xx.xx.2019-cıı il tarixli müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdə sözü gedən borc müqaviləsi üzrə aparılan audit yoxlaması ilə əlaqədar olaraq “EL.SƏ.Nİ“ MMC-nin ofisində MMC-nin direktor müavini R.M.Muradovun iştirakı ilə mühasibat sənədləri saxlanılan otaqda baxış keçirilmişdir. Baxış nəticəsində mühasibat sənədləri saxlanılan otaqda 2009-cu ilə dair kassa sənədləri və digər sənədlər aşkar edilmədi. Bundan əlavə “EL.SƏ.Nİ“ MMC-nin təqdim etdiyi xx.xx.2019- cu il tarixli 12 saylı məktubun məzmunundan məlum olur ki, “EL.SƏ.Nİ“ MMC-nin 2009-cu ildən 2010-cu ilə qədər heç bir fəaliyyəti göstərilməmişdir. Audit yoxlaması ilə əlaqədar olaraq "xxxx" MMC-nin hesablaşma hesabından 2009-2011-ci illər ərzində bank çıxarışları haqqında məlumat almaq məqsədi ilə “Nikoil” İKB-nin Sumqayıt filialına, "xxxx" ASC-yə və "xxxx" ASC-nin “Həyat” filialına müraciət edilmişdir. Qeyd olunan banklardan müvafiq cavablar alınmışdır. Banklardan alınan cavabların araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2009-cu il tarixli “Borc müqaviləsi’nə əsasən istər borc verən tərəf Cavabdeh1 və istərsə də borc alan tərəf Cavabdeh2 tərəfindən "EL.SƏ.Nİ“ MMC-nin kassasına və ya hesablaşma hesabına heç bir pul vəsaiti istər nağd şəkildə və istərsə də köçürmə yolu ilə mədaxil olunmamışdır. Qeyd olunanlarla əlaqədar olaraq Cavabdeh2 faktla əlaqədar izahatı alınmışdır. O, öz izahatında göstərmişdir ki, Cavabdeh1 ilə aralarında borc söhbəti olsada, eləcə də borc müqaviləsi bağlansa da faktiki olaraq o, İsayev Nərmandan heç bir borc almamışdır. Borc barədə Cavabdeh1lə aralarındakı sənədlər isə yalnız Rusiya Federasiyasının banklarından kredit almaq məqsədi ilə hazırlanmışdır. Lakin nəticədə Rusiya banklarından kredit almaq mümkün olmamışdır. Audit yoxlamasının gedişində "xxxx" MMC-də təchizatçısı vəzifəsində çalışan X4 da faktla əlaqədar izahat alınmışdır. İsayev Yusif öz izahatında göstərmişdir ki, həqiqətən Cavabdeh1, Cavabdeh2 6 650 000 Avro borc verməsinə dair adi kağızda qəbz yazılmış və o da şahid kimi həmin qəbzi imzalamışdır. Lakin həmin vaxt, yəni qəbz yazılan zaman Cavabdeh1 tərəfindən faktiki olaraq Cavabdeh2 pul verilməmiş və bu sənədlər ancaq formal xarakter daşımışdır. Audit yoxlaması gedişində Cavabdeh1 faktla əlaqədar olaraq izahatını almaq mümkün olmamışdır. Belə ki, tərəflərindən onun qeydiyyatda olduğu RF, Tyumen vil. Vaqays kəndi, Sovet küçəsi, ev 15, mənzil 1 ünvanına poçt vasitəsilə xx.xx.2019-cu il tarixində 914782 saylı ödəniş qəbzi ilə teleqram verilmiş və oktyabr 2019-cu il tarixində mərkəzi poçt vasitəsi ilə məktublaşdırılmışdır.
10. Cavabdeh1 iddia tələbinə əsasən çıxarılmış məhkəmə qətnaməsinin icrası nəticəsində "xxxx" MMC-yə və onun inşa etdiyi lahiyəyə dəymiş ziyan haqda xx.xx.2020-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin təsisçisi olan İddiaçı MMC-nin direktoru Nümayəndə, ‘'El.Sə.Ni'’ MMC-nin direktoru Cavabdeh2, mühasib X10 bu Aktı ondan ötrü tərtib etdilər ki, Rusiya vətəndaşı Cavabdeh1 iddia tələbinə əsasən cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada iddiaçı Cavabdeh1 xeyrinə əsas borc üzrə ******* manat və dəbbə pulu üzrə 1.000.000 manat olmaqla cəmi 8.547.750 manat pulun tutulması barədə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)-208/2014 saylı qətnaməsi qəbul edilərək icraya yönəldilmişdir. İcra tədbirləri nəticəsində 2018-ci ilin sonunda "xxxx" MMC-nin daşınmaz əmlakına və 2019-cu ilin fevral ayında bank hesablarına həbs qoyulmuşdur. Hesabların bağlanması nəticəsində 2019-ci ilin fevral ayında ünvan 4 ünvanda yerləşən və X7 Bankı ilə bağlanmış 880/M/AZE/ll saylı 21 noyabr 2009-ctı il tarixli kredit müqaviləsinə əsasən maliyyələşən və "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın tikintisi dayandırılmışdır. "xxxx" MMC ilə kredit ayıran Bank arasında xx.xx.2019-cu il tarixində imzalanmış 2019/01 saylı üzləşmə aktına əsasən kreditin vaxtında qaytarılmaması nəticəsində hər gecikən günə görə 14.890.95 (on dörd min səkkiz yüz doxsan min avro 95 sent) avro məbləğində dəbbə pulu hesablanır və həmin məbləğ alınan kreditin faizinin üzərinə gəlir. Bu məqamı nəzərə alsaq tikinti işlərinin 2019-cu ilin fevralından etibarən dayanmasından 16 ay keçmişdir. Aylıq iş günü 20 gün nəzərə alınsa 320 gün boşdayanma hər günə 14.890.95 avro dəbbə pulu nəzərə almanda ******* (dörd milyon yeddi yüz altmış beş min səksək səkkiz) avro məbləği təşkil edir. Digər tərəfdən "xxxx" MMC - nin hesablarına və daşınmaz əmlakı üzərinə həbsin qoyulması nəticəsində bütün inşaat işləri dayandırılmış, heç bir tikinti işi aparmaq mümkün olmamış və nəticədə cəmiyyətin strukturu dağılmış, işçilər ixtisara salınmış, podratçılarla bağlanmış bütün müqavilələrin icrası donmuş vəziyyətdə qalmışdır. Əgər işlər qaydasında və qrafıkə uyğun davam etdirilsəydi o zaman bu müddət ərzində tikinti işləri başa çatardı, satışdan cəmiyyətin əldə edəcəyi gəlir hesabına alınan kredit müəyyən qədər geri qaytarılardı və Cəmiyyət zərər çəkməzdi. Qeyd olunan məqamları nəzərə alaraq, yalnız kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında icra edilməməsi nəticəsində 2019-cu ilin fevralından bu günə qədər "xxxx" MMC-yə ******* (dörd milyon yeddi yüz altmış beş min səksək səkkiz) avro ziyan dəymişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1801/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, "xxxx" MMC-nin nizamnamə kapitalında Cavabdeh1 məxsus olmuş 95% payın Cavabdeh2 satılması barədə Bakı şəhəri, 19 saylı Notariat Kontorunda bağlanılmış 03 noyabr 2009-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və Cavabdeh1 "xxxx" MMC-nin nizamnamə kapitalındakı 95% paya hüquqları tanınaraq, bu hüququn reyestrdə qeydə alınması 2 saylı Ərazi vergilər İdarəsinə həvalə edilməsi qət edilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-2384\2015 saylı qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2015-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 6(009)- 11/2020 saylı qərarının surətindən görünür ki, İddiaçı MMC-nin direktoru Nümayəndə şikayət ərizəsi təmin edilərək, İddiaçı MMC-nin direktoru Nümayəndə tərəfindən verilmiş cinayət haqqında məlumatla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırmanın aparılmaması və araşdırmanın nəticəsindən asılı olaraq cinayət işinin başlanılması və ya cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın qəbul edilməməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəisi müavini, İİ dərəcəli hüquqşünas Toğrul Əhmədovun hərəkətləri qanunsuz hesab edilməklə cinayət haqqında məlumata baxılaraq müvafiq qərar qəbul edilməsi qərara alınmışdır. Qərarın icrası Azərbaycan Respublikası Baş Prokurorluğuna tapşırılmışdır.
14. xx.xx.2020-ci il tarixli “cinayət işi baxılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” qərarın surətindən görünür ki, İddiaçı MMC-nin direktoru X5 şikayət ərizəsi əsasında toplanmış 703/20 saylı material üzrə Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi Elşən Bədəlzadənin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir.
15. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 6(006)- 95/2020 saylı, qərarın surətindən görünür ki, Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 01 noyabr 2020-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilməsi qərara alınmışdır.
16. "xxxx" MMC-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal Rayon İcra və Probasiya şöbəsinə xx.xx.2020-ci il tarixli, №2020- 16 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10-01(102)-01 saylı və xx.xx.2013-cü il tarixli icra sənədi üzrə tələb olunan borc məbləği arasında yaranmış fərq yəni 1.186.186,60 manat pul vəsaiti Yasamal rayon icra şöbəsinin depozit hesabına köçürülmüşdür. "xxxx" MMC-yə məxsus həmin vəsait Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(103)-774\2019 saylı qərardadına əsasən Nəsimi rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli, 2(006)- 208/2014 saylı icra sənədi üzrə borclu "xxxx" MMC-dən tutularaq Cavabdeh1 Tanverdi oğluna ödənilmişdir. Tələbkar Cavabdeh1 ödənilmiş və "xxxx" MMC məxsus 1.186.186,60 manat pul vəsaitinin tələbkara hansı tarixdə və hansı qaydada ödənilməsi barədə onlara rəsmi məlumat verilməsini xahiş etmişlər.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-1077/1-19238 saylı məktubun surətindən görünür ki,sözügedən məbləğ xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 8(103)-774/19 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi əsasında Cavabdeh1 hesabına köçürülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
18. Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(060)-4010/2021 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddianın rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.
19. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-2384/2015 saylı qərarının, habelə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2015-ci il tarixli, 2(105)-135,2015 saylı qətnaməsinin surətindən görünür ki, həmin məhkəmə proseslərində İddiaçı MMC iştirak etmiş, onu hazırkı iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə təmsil etmiş, həm onun izahatında, həm də apellyasiya şikayətində "xxxx" MMC və Cavabdeh2 ilə Cavabdeh1 arasında arasında borc müqavilələrinin mövcudluğuna istinad edilmiş, başqa sözlə İddiaçı MMCnin hazırda mübahisələndirdiyi əqdin mövcudluğundan ən pis halda hələ 2014-2015-ci illərdə məlumatı olmuşdur. Odur ki, hazırkı iş üzrə iddiaçı qeyd edilən müqaviləni, həmin müqavilənin mövcudluğu ona məlum olduğu vaxtdan bir il müddətinə mübahisələndirməli idi. Əlavə olaraq məhkəmə hesab etmişdir ki, iddia tələbinin borc müqaviləsinin etibarsız hesab edilməsi hissəsi əsassız hesab edildiyi üçün Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində birbaşa dəymiş maddi ziyan tələbi hissəsində də iddia tələbinin təmin edilməməsi məqbuldur.
20. Məhkəmə iddianın hüquqi əsası olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 342.4, 342.5, 337.1, 337.2, 338, 337.3, 337.4, 337.5, 339.2, 339.3, 354.2, 21.1, 21.2 və 21.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2, 80, 106.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
21. Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(060)-4010/2021 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Odur ki, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli borc müqaviləsinin uydurma əqd olduğundan etibarsız hesab edilməsi, Cavabdeh1 tərəfindən iddia qaldırılması və iddia təmin tədbirləri tətbiq olunması nəticəsində dəymiş 948.000 manat birbaşa ziyanın və 25.000.000 manat əldən çıxmış faydanın, habelə 1.186.186,60 manat məbləğin ləğv edilmiş Nəsimi Rayon məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsinin icrası qaydasında əsassız olaraq Cavabdeh1 hesabına köçürülmüş məbləğin Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbini rədd edərkən əsassız olaraq iki mövcud olmayan halları əsas götürərək mübahisəli qətnaməni qəbul etmişdir. Bu hallardan birincisi kimi "xxxx" MMC-nin belə bir iddia qaldırmağa dair subyektiv hüququnun olmaması, ikincisi qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinin keçməsi qeyd olunmuşdur. Məhkəmənin gəldiyi nəticəyə dair hər iki hallar əsassızdır, qanuna söykənmir. Belə ki, qeyd olunan hallardan birincisi olan subyektiv hüququn olmaması nəticəsinə gələn məhkəmə mübahisəli qətnamədə qeyd edir ki, İddiaçı MMC 2013-cü ildə təsis olunub, 2014-cü ildə "xxxx" MMC-nin paylarını alaraq nizamnamə kapitalı 100% təşkil etmişdir. "xxxx" MMC-nin təsisçisi şəxsində (eyni zamanda direktoru) Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2009-cıı il tarixdə borc müqaviləsi bağlanmışdır. İddiaçı MMC 2014-cü ildə "xxxx" MMC-nin paylarını alan zaman artıq bu müqavilə mövcud olmuşdur. Məhkəmə hesab etmişdir ki, İddiaçı MMC 2014-cü ildə "xxxx" MMC-nin paylarını alaraq nizamnamə kapitalı 100% təşkil etməklə artıq "xxxx" MMC-nin bütün öhdəliklərini (baxmayaraq ki, həmin öhdəliklərə görə məsuliyyət daşımır) qəbul etmişdir (qətnamənin 12-ci vərəqi). Başqa sözlə, məhkəmə hesab edir ki, İddiaçı MMC 2014-cü ildə "xxxx" MMC-nin paylarını almaqla artıq "xxxx" MMC-nin bütün öhdəliklərini qəbul etmişdir. Hətta, mötərizədə qeyd olunmuşdur, ki həmin öhdəliklərə görə İddiaçı MMC məsuliyyət daşımır. Hesab edir ki, bununla məhkəmə absurd nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 49.1-ci maddəsinə əsasən "Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir" (həmin vaxt qüvvədə olan redaksiyada). Lakin "xxxx" MMC-nin nizamnaməsində Cavabdeh2 "xxxx" MMC-nin qanuni təmsilçisi olması və ya hüquqi şəxsin hər hansı orqanını təmsil etmək hüququ barədə qeyd yoxdur. Azərbaycan Respublikası MM-nin 350-ci maddəsinə əsasən “Əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər”. Başqa sözlə, Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixdə borc müqaviləsi bağlanarkən Cavabdeh2 MMC-nin qanuni təmsilçisi (direktoru) olması faktı notariat işində əksini tapmamışdır. Həmin müqavilə bağlanarkən Cavabdeh2 "xxxx" MMC-nin təsisçisi kimi göstərilmişdir. Təsisçi isə, yuxarıda qeyd edildiyi kimi, MMC-nin adından əqd bağlayıb öhdəlik götürə bilməz, habelə MMC-nin öhdəliyinə görə məsuliyyət daşıya bilməz. Hətta Nazirlər Kabinetinin 23 avqust 2000-ci il tarixli, 148 nömrəli qərarı ilə təsdiq edilmiş 20 nömrəli formaya uyğun olaraq hüquqi şəxslərin iştirakı ilə müqavilədə təsdiq qeydi fərqli olmasına baxmayaraq, mübahisəli borc müqaviləsi təsdiq edilərkən qeyd olunan 20 nömrəli formaya uyğun olaraq hüquqi şəxsin nümayəndəsinin səlahiyyətinin yoxlanılması barədə qeydiyyat aparılmamış, notariat işinə müvafiq sənədlərin surəti əlavə olunmamışdır. Nəticədə, Cavabdeh2 ilə Cavabdeh1 Tanrıverıli oğlu arasında xx.xx.2009cu il tarixdə uydurma borc müqaviləsi bağlandıqdan və bununla əlaqədar Cavabdeh1 tərəfindən məhkəməyə müraciət edildikdən sonra hüquqi şəxs olan "xxxx" MMC-yə külli miqdarda maddi ziyan dəymişdir. İddiaçı MMC isə hazırda "xxxx" MMC-nin təsisçisi olduğundan həmin maddi ziyan məhz İddiaçı MMC-nin üzərinə düşür. Bu səbəbdən də İddiaçı MMC-nin subyektiv hüququ yaranmış və İddiaçı MMC tərəfindən müvafiq olaraq hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına istinad etməsi ümumiyyətlə məqbul hesab edilə bilməz. Belə ki, adı çəkilən qərarda vərəsəlik hüququndan irəli gələn fiziki şəxsin iddia tələbi araşdırılmış, bu məsələnin hazırkı işə uyğunuğu yoxdur, bu məsələdə presedent hüququ yaranmamışdır. Məhkəmə tərəfindən iddia tələbi rədd edilərkən məhkəmənin istinad etdiyi hallardan ikinci isə iddia tələbinin iddia müddətinin ötürülməsi ilə verilməsi qeyd olunur. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə də əsassızdır və qanuna söykənmir. Belə ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı MMC, Cavabdeh2 ilə Cavabdeh1 arasında olan mübahisədə tərəf olmamışdır, halbuki, qeyd olunan şəxslər arasında olan mübahisə hal-hazıra kimi davam edir, 2018-ci ilin dekabr ayında Cavabdeh1 ərizələri əsasında İddiaçı MMC-nin təsisçisi olduğu "xxxx" MMC-nin əmlakı üzərinə həbs qoyulmuş, nəticədə "xxxx" MMC-nin əmlakı 2019-cu ildə hərraca çıxarılır. Bu səbəbdən "xxxx" MMC-nin fəaliyyəti iflic vəziyyətinə düşərək tam dayandırıldığından, İddiaçı MMC külli miqdarda ziyan çəkir. Bu zaman məlum olur ki, hələ 2009-cu ildə Cavabdeh1 ilə Cavabdeh2 arasında borc müqaviləsi bağlanmış, Cavabdeh1 tələbi əsasında Nəsimi Rayon Məhkəməsi tərəfindən 10 fevral 2014-cü il tarixdə qətnamə qəbul olunur, həmin qətnamə yalnız 2018-ci ilin sonunda icraya yönəldilərək "xxxx" MMCnin əmlakı üzərinə həbs qoyulur və icra hərəkətləri hərrac keçirilməsi şəklində 2019-cu ildə davam etdirilir. Bununla da İddiaçı MMC-nin hüquqları əhəmiyyətli dərəcədə pozulur, bu səbəbdən də İddiaçı MMC, qeyd olunan 10 fevral 2014-cil il tarixli qətnaməni əldə etmək məqsədilə əvvəlcə Nəsimi Rayon Məhkəməsinə, daha sonra isə milli arxiv idarəsinə müraciət edərək yalnız 2019-ci ilin sonlarında həmin qətnaməni əldə edib, onu mübahisələndirmək mümkün olmuşdur. Lakin bu vaxtlar da Cavabdeh1 bütün vasitələrlə İddiaçı MMC-yə maneəçilik törətmiş, nəticədə İddiaçı MMC iş üzrə tərəf kimi yalnız 2020-ci ildə tanınmış, onun tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsi ləğv edilmişdir. Həmçinin, İddiaçı MMC tərəfindən Cavabdeh1 əsassız iddialarla məhkəmədə çıxış etməsi nəticəsində Sumqayıt Şəhər Məhkəməsinə hazırkı iddia ərizə ilə müraciət edilmişdir. Belə olan halda, aşkar olunur ki, İddiaçı MMC-niıı hüquqlarının pozulması yalnız mübahisəli Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsinin həmin MMC-yə verildiyi andan məlum olmuşdur. Bundan sonra, Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Yəni, Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bundan başqa, Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Lakin iş materiallarından görünür ki, qarşı tərəf ayrıca ərizə formasında iddia müddətinin tətbiq olunması barədə ərizə verməmişdir. Bu barədə ümumi formada iddia ərizəsinə etirazda bildirmişdir. Hesab edir ki, məhkəməyə bu formada müraciət iddia müddətinin tətbiq olunması tələbi kimi qiymətləndirilə bilməz. Buradan belə qənaətə gəlmək olur ki, iddia müddətinin tətbiq olunması məhkəmənin təşəbbüsü ilə həyata keçirilmişdir. Bundan başqa, iş materialları ilə sübut olunur ki, xx.xx.2009-cu il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında uydurma borc müqaviləsi bağlanmış, həmin müqavilə əsasında heç bir öhdəlik yaranmamış, müqavilədə qeyd olunan məbləğdə pul vəsaiti Cavabdeh2 verilməmiş, habelə "xxxx" MMC-nin hesabına köçürülməmiş, tikintidə istifadə olunmamışdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli “Akt”da qeyd olunur ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş İcazə əsasında fəaliyyət göstərən “KERMUR AUDİT və Konsalting” MMC-nin direktoru, auditor X12 “EL.SƏ.Nİ“ MMC-nin 2009-2011-ci illər ərzində hesablaşma hesabına və kassaya daxil olan pul vəsaitlərinin yoxlanmasına dair audit yoxlaması aparmış, audit yoxlaması 01 sentyabr 2019-cu il - 01 noyabr 2019-cu il tarixlərdə, "xxxx" MMC tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri əsasında aparılmışdır. Aparılan audit yoxlaması nəticəsində təqdim olunan ilkin sənədlərdən və araşdırmalardan məlum olur ki, bir tərəfdən Rusiya Federassiyası vətəndaşı Cavabdeh1 - “borc verən” və digər tərəfdən Cavabdeh2 - “borc alan” arasında xx.xx.2009-cu il tarixində Bakı şəhərində aşağıdakı məzmunda “Borc müqaviləsi” bağlanmışdır: “Borc verən” tərəfindən “Borc alan”ın mülkiyyətinə, əməli idarəçiliyinə - ******* (altı milyon altı yüz əlli min) AVRO, manatla kurs üzrə 7 547 750 (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğdə borc pul verilir, “Borc alan” xx.xx.2010-cu il tarixədək həmin məbləği qaytarmağı öhdəsinə götürür. Bu müqavilədə göstərilən məbləğ, borc pulu alanın arzusu ilə xx.xx.2010-cu il tarixədək qaytarıla bilər. Lakin həmin məbləğin axırıncı qalığı xx.xx.2010-cu il tarixdən gec olmayaraq “EL.SƏ.Nİ" MMC tərəfindən qaytarılmalıdır. Həmin müqavilə xx.xx.2009-cu il tarixdə Bakı şəhəri 9 saylı dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq edilmişdir və reyestrdə 3M-5/750 nömrə ilə qeyd olunmuşdur. Lakin aparılmış audit yoxlaması nəticəsində və ilkin sənədlər əsasında aparılmış araşdırmalara əsasən “EL.SƏ.Nİ“ MMCnin istər kassa sənədlərində və istərsə də banklarda olan hesablaşma hesablarında qeyd olunan 6 650 000 AVRO və ya bu məbləğin manat ekvivalenti ******* manat pul vəsaitinin cəmiyyətə mədaxil olunmadığı və bununla da həmin vəsaitdən hər hansı bir təyinat üzrə istifadə olunmadığı aşkarlanaraq müəyyən edilmişdir. Audit yoxlaması ilə əlaqədar olaraq "xxxx" MMC-nin hesablaşma hesabından 2009-2011-ci illər ərzində bank çıxarışları haqqında məlumat almaq məqsədi ilə “Nikoil” İKB-nin Sumqayıt filialına, "xxxx" ASC-yə və "xxxx" ASC-nin “Həyat” filialına müraciət edilmişdir. Qeyd olunan banklardan müvafiq cavablar alınmışdır. Banklardan alınan cavabların araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2009-cu il tarixli “Borc müqaviləsinə əsasən istər borc verən tərəf Cavabdeh1 və istərsə də borc alan tərəf Cavabdeh2 tərəfindən "EL.SƏ.Nİ“ MMC-nin kassasına və ya hesablaşma hesabına heç bir pul vəsaiti istər nağd şəkildə və istərsə də köçürmə yolu ilə mədaxil olunmamışdır. Qeyd olunanlarla əlaqədar olaraq Cavabdeh2 faktla əlaqədar izahatı alınmışdır. O, öz izahatında göstərmişdir ki, Cavabdeh1 ilə aralarında borc söhbəti olsa da, eləcə də borc müqaviləsi bağlansa da, faktiki olaraq o, Cavabdeh1 heç bir borc almamışdır. Borc barədə Cavabdeh1lə aralarındakı sənədlər isə yalnız Rusiya Federasiyasının banklarından kredit almaq məqsədi ilə hazırlanmışdır. Lakin nəticədə Rusiya banklarından kredit almaq mümkün olmamışdır. Audit yoxlamasının gedişində "xxxx" MMC-də təchizatçısı vəzifəsində çalışan X4 da faktla əlaqədar izahat alınmışdır. İsayev Yusif öz izahatında göstərmişdir ki, həqiqətən Cavabdeh1, Cavabdeh2 6 650 000 Avro borc verməsinə dair adi kağızda qəbz yazılmış və o da şahid kimi həmin qəbzi imzalamışdır. Lakin həmin vaxt, yəni qəbz yazılan zaman Cavabdeh1 tərəfindən faktiki olaraq Cavabdeh2 pul verilməmiş və bu sənədlər ancaq formal xarakter daşımışdır. Audit yoxlaması gedişində Cavabdeh1 faktla əlaqədar olaraq izahatını almaq mümkün olmamışdır. Belə ki, tərəflərindən onun qeydiyyatda olduğu RF, Tyumen vil., Vaqays kəndi, Sovet küçəsi, ev 15, mənzil 1 ünvanına poçt vasitəsilə xx.xx.2019-cu il tarixində 914782 saytı ödəniş qəbzi ilə teleqram verilmişdir və oktyabr 2019-cu il tarixində mərkəzi poçt vasitəsi ilə məktublaşdırılmışdır. İş materiallarında olan Cavabdeh1 iddia tələbinə əsasən çıxarılmış məhkəmə qətnaməsinin icrası nəticəsində "xxxx" MMC-yə və onun inşa etdiyi lahiyəyə dəymiş ziyan haqda xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Rusiya vətəndaşı Cavabdeh1 iddia tələbinə əsasən cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada iddiaçı Cavabdeh1 xeyrinə əsas borc üzrə 7.547.750 manat və dəbbə pulu üzrə 1.000.000 manat olmaqla cəmi 8.547.750 manat pulun tutulması barədə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi qəbul edilərək icraya yönəldilmişdir. İcra tədbirləri nəticəsində 2018-ci ilin sonunda "xxxx" MMC-nin daşınmaz əmlakına və 2019-cu ilin fevral ayında bank hesablarına həbs qoyulmuşdur. Cöründüyii kimi, aparılmış audit yoxlaması ilə adı çəkilən borc müqaviləsinin uydurma əqd olduğu təsdiqini tapmışdır. Lakin məhkəmə yuxarıda göstərilən hallara diizgün hüquqi qiymət verməmişdir. Buradan belə qənaətə gəlmək olur ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara qeyri-obyektiv və qərəzli yanaşmışdır. Həmçinin, birinci instansiyası məhkəməsi qətnaməsində işdə olan sübutları sadalamaqla kifayətlənmiş lakin onları qiymətləndirməmiş, hansının nə üçün qəbul edilib- edilməməsini göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Həmçinin, məhkəmə məzmunca bir-birindən fərqli normaları tətbiq etməklə ziddiyyətli nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarını pozmuşdur. Göründüyü kimi, iş üzrə qəbul edilmiş qətnamə maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Həmçinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdyi nəticələr işin hallarına uyğun deyildir. Bu hallar da, Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsinin tələblərinə əsasən məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
23. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsində Cavabdeh1 "xxxx" MMC-yə və Cavabdeh2 qarşı borcun, ona hesablanmış faizlərin qaytarılması və tələbin borclunun əmlakına yönəldilməsi barədə ilk iddiasına, "xxxx" MMC-nin və Cavabdeh2 Cavabdeh1 qarşı müqavinin etibarsız sayılması barədə qarşılıqlı iddiasına dair hakim Rəşad Qoşqarlının icraatında 2(060)-5525/2021 nömrəli mülki işə baxılır.
24. İddiaçı vəkili Vəkil2 bildirmişdir ki, hazırda Sumqayıt Şəhər Məhkəməsində baxılan mülki işlə hazırkı iş bir-biri ilə sıx bağlıdır. Qeyd edilən mülki işə baxılıb qurtarana kimi hazırkı mübahisəyə baxılması mümkün deyildir. Buna görə də həmin mübahisəyə baxılıb qurtarana kimi hazırkı mülki iş üzrə icraat dayandırılmalıdır.
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş maddi ziyanın tutulması tələbinə dair mülki iş üzrə icraatın, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan Cavabdeh1 "xxxx" MMC-yə və Cavabdeh2 qarşı borcun, ona hesablanmış faizlərin qaytarılması və tələbin borclunun əmlakına yönəldilməsi barədə ilk iddiasına, "xxxx" MMC-nin və Cavabdeh2 Cavabdeh1 qarşı müqavinin etibarsız sayılması barədə qarşılıqlı iddiasına dair dair mübahisəyə baxılıb qurtaranadək dayandırılması qərara alınmışdır.
26. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə vəsatət ilə müraciət edərək göstərmişdir ki, hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan Cavabdeh1 "xxxx" MMC-yə və Cavabdeh2 qarşı borcun, ona hesablanmış faizlərin qaytarılması və tələbin borclunun əmlakına yönəldilməsi barədə ilk iddiasına, "xxxx" MMC-nin və Cavabdeh2 Cavabdeh1 qarşı müqaviniıı etibarsız sayılması barədə qarşılıqlı iddiasına dair mübahisəyə baxılıb qurtarmış və yekun məhkəmə aktı qəbul olunmuşdur. odur ki, hazırkı iş üzrə icraatın dayandırılmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3108/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilərək iş üzrə icraatın təzələnməsinə dair müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir.
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2023-cü il tarixli, 2(105)-62/2023 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş vəsatətin qismən təmin olunması, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "borc müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş maddi ziyanın tutulması" tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılmasının təyin edilməsi qərara alınmışdır.
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 mart 2024-cü il tarixli, 2(105)-25/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(060)-4010/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(060)-4010/2021 nömrəli qətnaməsinin qismən – borc müqaviləsinin etibarsız hesab edilməsinə dair iddianın rədd edilməsi hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
30. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
31. İddiaçının qanuni təmsilçisi Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
32. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.
34. Bu mövqe həm də Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci tarixli qərarında ifadə olunan hüquqi mövqeyə uyğundur.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi ziyanın tutulması ilə bağlı hissədə iddianı rədd etməkdə haqlı olmuş, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
39. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh1 tərəfindən iddia qaldırılması nəticəsində "xxxx" MMC-nin təsisçisi olduğu "xxxx" MMC-yə külli miqdarda maddi ziyan dəydiyini iddia edərək araşdırılan iddia tələbi ilə çıxış etmişdir.
40. Birinci instansiya məhkəməsi maddi ziyanın tutulması tələbini əsassız hesab etmişdir.
41. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir.
42. Kollegiya apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırıraq iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, Cavabdeh1 tərəfindən iddia edilən maddi zərərin vurulması iş materialları ilə öz təsdiqini tapmır. İddiaçının istinad etdiyi Cavabdeh1 iddiası əsasında qəbul edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir, məhkəmə aktı qüvvədədir.
43. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
44. Kollegiya iddiaçı tərəfin Cavabdeh1 və Cavabdeh2 əməllərində cinayət xarakterli əməllərin aşkar olunduğu halda xüsusi qərardad çıxarılmasını və prokurorluğa bu barədə məlumat verilməsi barədə xahişinə münasibətdə qeyd edir ki, MPM-nin 265.4cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkar çıxararsa, o bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Kollegiya hesab edir ki, hazırki halda cinayət əlamətləri aşkar edilməmişdir, odur ki, xüsusi qərardad çıxarılması barədə iddiaçı tərəfin xahişi təmin oluna bilməz.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(060)-4010/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.