Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2235/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçın Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-25/2024-saylı, 19 mart 2024-cü il tarixli qərardadından İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli 2(006)208/2014 saylı qətnaməsi ilə Cavabdeh1 Tanriverdi oğlunun "xxxx" MMC-nə və Cavabdeh2 qarşı “borcun, ona hesablanmış faizlərin qaytarılması və tutmanın borclunun əmlakına yönəldilməsi” barədə ilk iddiası qismən təmin edilərək, "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada Cavabdeh1 xeyrinə 7.547.750 manat əsas, dəbbə pulu üzrə 1.000.000 manat olmaqla, cəmi 8.547.750 manat pulun tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, habelə "xxxx" MMC və Cavabdeh2 Cavabdeh1 qarşı “müqavilənin etibarsız sayılması” barədə qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Həmin qətnamənin məzmununa əsasən ilkin iddia tələbinin əsasını Cavabdeh1 Tanriverdi oğlu ilə "xxxx" M MC-nin təsisçisi Cavabdeh2 arasında bağlanılmış xx.xx.2009-cu il tarixli borc müqaviləsi təşkil etmişdir.
2. Cavabdeh1 (borc verən) ilə "xxxx" MMC-nin təsisçisi Cavabdeh2 (borc alan) arasında bağlanmış xx.xx.2009-cu il tarixli “borc müqaviləsi”-nə əsasən müqavilənin 1ci bəndinə əsasən borc verən borc alanın mülkiyyətinə, əməli idarəçiliyinə 6.650.000 avro manat kurs üzrə 7.547.750 manat borc pul verir, borc alan - xx.xx.2010-cu il tarixədək həmin məbləği qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən müqavilədə göstərilə məbləği, borc pulu alanın arzusu ilə xx.xx.2010-cu il il tarixədək qaytarıla bilər. Lakin həmin məbləğin axırıncı qalığını - xx.xx.2010-cu il tarixdən gec olmayaraq "xxxx" MMC qaytarmalıdır. Müqavilənin 3-cü bəndinə əsasən borc alan borcun ödənilməsini gecikd irdiyi halda ödənişin gecikdirdiyi hər gün üçün əlavə göstərilən məbləğin 0,1% həcmində dəbbə pulu ödəyəcəyi barədə öhdəlik götürür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC-nin direktoru Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli borc müqaviləsinin uydurma əqd olduğundan etibarsız hesab edilməsi, Cavabdeh1 tərəfindən iddia qaldırılması və iddianın təmin tədbirləri tətbiq olunması nəticəsində dəymiş 948.000 manat birbaşa ziyanın və 25.000.000 manat əldən çıxmış faydanın, ümumilikdə 25.948.000 manat pulun Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək Cavabdeh1 tərəfindən iddia qaldırılması və iddia təmin tədbirləri tətbiq olunması nəticəsində dəymiş 948.000 manat birbaşa ziyanın və 25.000.000 manat əldən çıxmış faydanın, habelə 1.186.186,60 manat məbləğin əsassız olaraq ləğv edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsinin icrası qaydasında Cavabdeh1 hesabını köçürülmüş məbləğin, ümumilikdə 27.134.186,60 manat pulun Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə qarşı etiraz verərək göstərmişdir ki, iddia ərizəsi əsassız olması ilə yanaşı həmçinin iddia müddətinin keçməsi ilə əlaqədar olaraq təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 iyun 2021-ci il tarixli, 2(060)-4010/2021 saylı qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia təmin edilməmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda qeyd edilmiş hüquqi mövqeyə görə hazırki tələblə iddia qaldırmaqda, tələb etməkdə subyektiv hüququ yoxdur. Belə ki, "xxxx" MMC və Cavabdeh2 ilə Cavabdeh1 Tanriverdi oğlu arasında borc müqavilələri 2009-cu ildə bağlanan zaman İddiaçı MMC adlanan hüquqi şəxs təsis olunmamış, İddiaçı MMC yalnız 2013-cü ildə reyestrdə qeydə alınmışdır. Buna görə də İddiaçı MMC onun təsis olunmasından illər öncə bağlanmış və ona aidiyyəti olmayan əqdin etirbarlılığını mübahisələndirə bilməz.
8. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, əqdin etibarsız hesa b edilməsi tələbi üzrə müddətlər də ötürülmüşdür. Belə ki, qanunvericiliyin tələblərinə görə əqdin etibarsız hesab edilməsinə dair iddialar bir il ərzində irəli sürülə bilər.
9. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, iddia tələbinin borc müqaviləsinin etibarsız hesab edilməsi hissəsi əsassız hesab edildiyi üçün Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində birbaşa dəymiş maddi ziyan tələbi də əsassız olduğundan rədd edilməlidir.
10. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.3, 337.4, 338, 339.2, 339.3, 347.1, 354.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 80, 106.1, 124.2, 216-220, 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci insta nsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə nəticələnmiş və işin bütün faktiki halları araşdırılmamışdır.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-25/2024-saylı mülki iş üzrə 19 mart 2024-cü il tarixli qərardadı ilə (hakimlər A.Süleymanova (sədrlik edən və məruzəçi), G.Cabbarova və Z.Məmmədov) iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(060)-4010/2021 saylı qətnaməsi qismən borc müqaviləsinin etibarsız hesab edilməsinə dair iddianın rədd edilməsi hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam v erilməsi qərara alınmışdır.
14. Eyni zamanda həmin məhkəmənin 2(105)-25/2024 saylı, 19 mart 2024-cü il tarixli qətnaməsi ilə iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(106)-4010/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsışdır.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, araşdırılan iddianın predmetini təşkil edən Cavabdeh1 Tanriverdi oğlu ilə "xxxx" MMC-nin təsisçisi Cavabdeh2 arasında bağlanılmış xx.xx.2009-cu il tarixli borc müqaviləsi məhkəmə çəkişməsinin predmeti olmaqla, həmin müqavilə münasibətlərinə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə qiymət verilmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qan unvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və sair aid edilə bilər. İddianın əsası ad ətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Bu baxımdan, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq 8 olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibə tləri baxımından kompleks şəkildə qiymət verilməlidir.
18. Məhkəmə kollegiyası MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edildiyini qeyd etmişdir. Digər tərəfdən əqdə əsaslanan tələb üzrə işin icraatda olduğu və ya məhkəmə aktının qəbul edildiyi nəzərə alınmadan həmin əqdin etibarsız hesab edilməsinə dair tələblərin icraata qəbul edilməsi və baxılması hüquqi müəyyənlik prinsipinə də zidd olduğunu bildirmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərar larında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Adı çəkilən Plenum Qərarında göstərilmişdir ki, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
20. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 261.0.2, 384.0.5. 402.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti üzrə” 13 fevral 2007ci il və “G.İsmayılzadənin şikayəti üzrə” 29 noyabr 201 6-cı il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkil – Vəkil2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətində qeyd olunmuşdur ki, аdı çəkilən “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında qeyd еdilmişdir ki, eyni tərəflər arasında hər hаnsı bir iddiаnın əsаsını təşkil etmiş əqdin etibarsız hesab edilməsi bar ədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Lаkin hаzırkı iddiа tələbinin tərəfləri hеç də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli, 2(006)-208/2014 saylı qətnaməsində çıхış еdən şəхsləri əhаtə еtmir. Bеlə ki, həmin işdə iddiaçılar "xxxx" MMC və Cavabdeh2 Cavabdeh1 qarşı “müqavilənin etibarsız saylıması” barədə tələb irəli sürmüşlər. Hаzırkı iş üzrə tərəflər isə fərqlidir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 261.0.2. Hakim iş üzrə icraata xitam verir: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa.
25. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə;iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəz ərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
26. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 417.1.5.Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində İddiaçı MMC apellyasiya instansiyası məhkəməsinin qərardadını tam mübahisələndirdiyindən qərardadın əsaslılığı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələbl ərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmiş və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. Belə ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə icraata xitam verilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
34. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, araşdırılan iddianın predmetini təşkil edən Cavabdeh1 Tanriverdi oğlu ilə "xxxx" MMC-nin təsisçisi Cavabdeh2 arasında bağlanılmış xx.xx.2009-cu il tarixli borc müqaviləsi məhkəmə çə kişməsinin predmeti olmaqla, həmin müqavilə münasibətlərinə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə artıq hüquqi qiymət verilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.
36. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və sair aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ- hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Bu baxımdan, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq 8 olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblə rinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir.
37. Apellyasiya instansiyası məhkəməsi MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edildiyini qeyd etmişdir. Digər tərəfdən əqdə əsaslanan tələb üzrə işin icraatda olduğu və ya məhkəmə aktının qəbul edildiyi n əzərə alınmadan həmin əqdin etibarsız hesab edilməsinə dair tələblərin icraata qəbul edilməsi və baxılması hüquqi müəyyənlik prinsipinə də zidd olduğunu bildirmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvv əyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Adı çəkilən Plenum Qərarında göstərilmişdir ki, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhv ən məhkəmənin icraatına qəbul edildiyi halda isə MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
39. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iş üzrə icraata xitam verərkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan mülki prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkə məsi Qərara aldı: İddiaçın kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 mart 2024-cü il tarixli, 2(105)-25/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.