Məhkəmə qərarları › İş №2(001)-4028/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4028/2023

16.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4028/2023 16.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X1rşı 86,4 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı 86,4 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında quraşdırılmış elektron tipli qaz sayğacının yivində sızma hiss edərək dərhal qaynar xəttə zəng vuraraq nasazlıq barədə məlumat vermiş, həmin gün axşam saat 20-30 radələrində cavabdehin əməkdaşları sayğacı mexaniki sayğacla əvəz etmiş, eyni zamanda sayğacın plombunun qaydasında olması, heç bir kənar müdaxilənin olmaması təsdiqlənmişdir. İddiaçı tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Ona görə də İddiaçı akta görə hesablanan 720 m3 qazın dəyəri olan 86,4 manat borcun silinməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X3 iddia ərizəsinə qarşı məhkəməyə təqdim etdiyi etirazından müəyyən olunur ki, İddiaçı təbii qazdan istifadə edərək (720 m2 x 0,12=86,40) debitor borcunu ödəmədiyindən 86,40 manat borcu yaranmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsi xahiş olunur. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh X3 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh X3 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 127. İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İİİ. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. X3 əməkdaşları tərəfindən tərtib olunan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu barədə xx.xx.2023-cü il tarixli ******* saylı aktdan müəyyən olunur ki, İddiaçı istifadəsində olan 1702AZ**********73 zavod nömrəli sayğac yenisi ilə əvəz edilmişdir. X3 əməkdaşları tərəfindən qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı adına tərtib olunan xx.xx.2023-ci il tarixli ******* №-li aktın surətindən müəyyən olunur ki, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ünvanında istifadə olunan qaz sayğacına ümumi baxış keçirilmiş, AKT MSK 14-2-2/3-5-3657-1 saylı rəyə əsasən sayğacın klapanının işlək olmadığı, yivli birləşmələrinin korroziyaya uğraması, hesablayıcı mexanizminin keçən qazı qeyd etmədiyi, sayğacda işlədiyi müddətdə alarm-1 rejiminin aşkar olunmaması, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Azəriqaz İB-nin Metrologiya Departamentinin xx.xx.2023-cü il tarixli AKT MKS 14-2- 2/3-5-3657-1 saylı rəyindən müəyyən olunur ki, G-4 markalı 1702AZ**********73 nömrəli qaz sayğacının klapanının işləmədiyi, yivli birləşmələrinin korroziyaya uğradığı, hesablayıcı mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın klapanının üzərindəki kipləşdirici təbəqənin aşkar olunmadığı, sayğacın yaddaş arxivinin oxunmadığı, sayğacda istismar müddətində alarm-1 rejiminin aşkar olunmadığı, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. X3 xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı istifadəsində olan G-4 markalı 1702AZ**********73 nömrəli qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilməsi üçün xx.xx.2023-cü il tarixdə yeni qaz sayğacı ilə əvəzləşdirilmiş, Azəriqaz İB-nin Metrologiya Departamentinin xx.xx.2023-cü il tarixli AKT MKS 14-2-2/3-5-3657-1 saylı aktına əsasən sayğaca baxış zamanı sayğacın klapanının işləmədiyi, yivli birləşmələrinin korroziyaya uğradığı, hesablayıcı mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın klapanının üzərindəki kipləşdirici təbəqənin aşkar olunmadığı, sayğacın yaddaş arxivinin oxunmadığı, sayğacda istismar müddətində alarm-1 rejiminin aşkar olunmadığı, sayğacın istismara yararsız olması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən qaz sayğacının qeydə almadığı təbii qaz 720 m3 müəyyənləşdirilərək istehlakçının hesabına daxil edilmişdir. Azəriqaz İB tərəfindən istehlakçı İddiaçı adına tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, istehlakçının aktlar üzrə borcu 86,40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən, fiziki şəxs olan istehlakçıya qaz sərfiyyatına görə 86,40 manat ziyan hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 86,40 manat ziyan hesablamışdır. Ona görə də məhkəmə istehlakçının iddia ərizəsini əsaslı hesab edib təmin edir. Məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. X3 İddiaçı maddi ziyana görə tələb etdiyi 86,40 manat silinsin. X2 dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar