Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-403/2024 14.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Cavabdeh Əliabbas qızına qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əliabbas qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əliabbas qızı tərəfindən ünvan 1 ünvanında (koordinatlar: 40.426663; 49.836198), İddiaçı balans və istismarında olan 325 mm diametrli, orta təzyiqli, Alatava QPS-indən ayrılan daşıyıcı yerüstü qaz xəttinin 08 p/metr hissəsini qapalı şəraitə salmaqla qaz xəttinin mühafizə zonasında özbaşına tikilmiş fərdi yaşayış evi və daş hasar cavabdehin vəsaiti hesabına əvəzi ödənilmədən sökülsün və qaz xəttinin mühafizə zonası bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması, qanunsuz tikilinin sökülməsi və ödənilmiş 100,40 manat (bir yüz manat qırx qəpik) dövlət rüsumunun əvəzi Cavabdeh Əliabbas qızından tutularaq İddiaçı İB-nə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Əliabbas qızı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq ünvan 2 ünvanında qanunsuz olaraq fərdi yaşayış evi və daş hasar inşa edilmiş (koordinatlar: 40.426663; 49.836198), İddiaçı balans və istismarında olan 325 mm diametrli, orta təzyiqli, Alatava QPS-indən ayrılan daşıyıcı yerüstü qaz xəttinin 08 p/metr hissəsi fərdi yaşayış evinin həyətinin daxilində qapalı şəraitə salınmışdır. Aşkar olunmuş fakt İddiaçı İB-nın əməkdaşları tərəfindən aktlaşdırılmış, cavabdehin ünvanına yazılı xəbərdarlıq təqdim edilərək qaz xəttinin normal istismarına şərait yaradılması və bu məqsədlə də həmin özbaşına tikilinin sökülməsi tələb edilmişdir. Belə ki, cavabdeh tərəfindən həmin ünvanda qanunsuz inşa edilmiş özbaşına tikili qaz xəttinin İddiaçı İB əməkdaşları tərəfindən normal istismarını pozur, fiziki nəzarət üsulları ilə yoxlanılmasına mane olur, qaz xəttinin həmin hissəsinə texniki xidmət göstərilməsinin qarşısını alır və bu kimi texniki xidmət qaydalarının tərəflərindən lazımi səviyyədə vaxtında görülə bilinməsinə cavabdeh tərəfindən suni maneənin yaradılmış olması gələcəkdə də qaz xəttinin vaxtından əvvəl zədələnməsinə (sıradan çıxmasına) gətirib çıxarır. Qeyd olunanlardan əlavə, cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin daxilində qapalı şəraitə salınmış müvafiq qaz xəttinə qarşı cavabdeh və ya digər şəxslər tərəfindən törədiləcək hər hansı bir ehtiyyatsız davranış, həmçinin qaz xəttinin zədələnməs nəticəsində baş verə biləcək kiçik bir qaz sızması gələcəkdə həmin ünvanda və ətrafda cavabdehin ailəsi və ya digər sakinlər üçün arzuolunmaz hadisələrə, ölümlə nəticələnə biləcək partlayışa, yanğına və sair növ bədbəxt hadisələrə yol aça bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, sözügedən ünvanda cavabdeh tərəfindən qanunsuz inşa edilmiş həmin özbaşına tikili cavabdehin vəsaiti hesabına əvəzi ödənilmədən sökülməli və İddiaçı İB-yə məxsus qaz xəttinin mühafizə zonası bərpa edilərək əvvəlki vəziyyətə qaytarılmalıdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Əliabbas qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: TİX-nin rəisi Ramiz Qafarov, TİX-nin rəis müavini Ziya Qasımov və TİX-nin mühəndisi Anar Səlimov tərəfindən imzalanmış Qaz xəttinin mühafizə zonasının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ZO53 nömrəli aktdan görünür ki, Cavabdeh Əliabbas qızı ünvan 3 ünvanında (koordinat: 40,42663, 49,836198) yerləşən və BRDİQnin balansında olan D-325 mm diametrli, orta təyziqli Alatava QPS daşıyıcı qaz kəmərinin 8m hissəsi yerüstü qaz xəttinin 08 p/metr hissəsində qanunsuz olaraq fərdi yaşayış evi və daş hasar inşa etmişdir. İddiaçı Bakı X3 Departamenti tərəfindən Cavabdeh Əliabbas qızına ünvanlanmış xx.xx.2021-ci il tarixli mühafizə zonasının pozulması haqqında Xəbərdarlıqdan görünür ki, ünvan 3 ünvan və koordinatlar üzrə yerləşən tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qəran ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları" ilə müəyyən olunmuş qaz kəmərlərinin binalara və tikinlilərə qədər olan məsafə tələbi pozulmaqla inşa edilmişdir. Bununla əlaqədar xəbərdar olunursuz:
1. Mühafizə zonasının pozulması insan həyatı və sağlamlığı, eləcə də əmlakı üçün həqiqi və ya potensial qəza, təhlükə mənbəyidir;
2. Mühafizə zonasının pozulması ilə əlaqədar baş verə biləcək bədbəxt hadisə, qəza hallarının nəticəsinə (insan həyatının, sağlamlığının, əmlakının itirilməsi təhlükəsi) gorə İddiaçı İB heç bir məsuliyyət daşımır;
3. Tikinti obyektinin sahibi tərəfindən qaz kəmərinin mühafizə zonası təxirə salınmadan bərpa olunmalıdır;
4. Təhlükəsizlik tələblərinin pozulması ilə alaqədar təqsirli şəxs(lər)in məsuliyyətə cəlb olunması barədə müvafiq icra hakimiyyəti, hüquq mühafizə orqanlarına müraciət olunacaqdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən İddiaçınə ünvanlanmış 28 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, müraciətlə əlaqədar qeyd olunan ünvanda aparılan tikinti işlərinə əməkdaşlar tərəfindən texniki baxış keçirilmiş, qaldırılmış məsələ yerində araşdırılmış və qeyd olunan faktlar öz təsdiqini tapmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən tikililərə hər hansı bir icazə verilməmişdir. Qaz kəmərlərinin mühafizə zonasında tikinti işlərinin yolverilməzliyi və aidiyyəti qurumlardan müvafiq rəylərin alınması barədə vətəndaşa ciddi xəbərdarlıq edilmiş və gələcəkdə bu kimi halların baş verməməsi üçün ərazilər nəzarətə götürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və İddiaçınə ünvanlanmış məktubdan görünür ki, müraciətlə əlaqədar qeyd olunan ünvanda aparılan tikinti işlərinə əməkdaşlar tərəfindən texniki baxış keçirilmiş, qaldırılmış məsələ yerində araşdırılmış və qeyd olunan faktlar öz təsdiqini tapmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən tikililərə hər hansı bir icazə verilməmişdir. Qaz kəmərlərinin mühafizə zonasında tikinti işlərinin yolverilməzliyi və aidiyyəti qurumlardan müvafiq rəylərin alınması barədə vətəndaşa ciddi xəbərdarlıq edilmiş və gələcəkdə bu kimi halların baş verməməsi üçün ərazilər nəzarətə götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/1291 saylı rəyindən görünür ki, qərardadın birinci sualı üzrə - rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, İddiaçı balans və istismarında olan 325 mm. diametrli, orta təzyiqli, yerüstü qaz xəttinin 9,7 metr hissəsinin Cavabdeh Əliabbas qızının faktiki istifadəsində olan torpaq sahəsinin daxilindən keçdiyi müəyyən edildi. Həmçinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarının 2.7. bəndinin tələblərinə əsasən torpaq sahəsinin daxilində olan köməkçi tikilinin bütövlükdə, fərdi yaşayış evinin isə bir hissəsinin Dş-325 mm-lik orta təzyiqli qaz xəttinin mühafizə zolağına düşdüyü müəyyən olunmuşdur. Fərdi yaşayış evinin qaz xəttinin mühafizə zolağına düşən hissəsinin vahid əmlakın bir hissəsi olduğunu nəzərə alaraq, fərdi yaşayış evinin bütün hissələrinin sökülmədən yalnız müəyyən hissənin sökülməsinin mümkün olmadığı müəyyən edildi. Qərardadın ikinci sualı üzrə - cavabdeh tərəfindən inşa olunmuş tikililərə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim olunmadığına görə qərardadın hmin sualı üzrə tədqiqat aparılmamışdır. İşə əlavə edilmiş 12 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/1291 nömrəli ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən qanunsuz inşa olunmuş fərdi yaşayış evinin bir hissəsinin Dş-325 mm-lik orta təzyiqli qaz xəttinin mühafizə zolağına düşdüyü müəyyən olunmuşdur. Yəni Cavabdeh Əliabbas qızı qanunsuz olaraq İddiaçı balans və istismarında olan 325 mm diametrli, orta təzyiqli, Alatava QPSindən ayrılan daşıyıcı yerüstü qaz xəttinin 08 p/metr hissəsində qanunsuz olaraq fərdi yaşayış evi və daş hasar inşa etmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunan normaların tələblərinə görə iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması müvafiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə cavab verməlidir. Həmin maddənin 7-ci əndinə əsasən istehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən qaz qurğularında hər hansı nəzərdə tutulmamış dəyişmələr baş verərsə, bu Qanunun 4-cü və 5-ci maddələrində göstərilən şərtlərin yerinə yetirilməsi məcburidir. Həmin Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir «Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 saylı Fərmanının 9 və 10-cu bəndlərində tapşırılmışdır ki, “ “Azərenerji” və İddiaçı səhmdar cəmiyyətləri elektrik enerjisi və təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alsınlar, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər. Şəhər (rayon) icra hakimiyyəti orqanlarına, xüsusilə Bakı, Gəncə və Sumqayıt şəhərlərinin icra hakimiyyətlərinə tapşırılsın ki, elektrik xətləri və kabelləri, qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikintilər aparılması hallarının qarşısını qəti şəkildə alsınlar.”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın: 2.1. Bu Qaydalar, mədən və mədəndaxili boru kəmərləri və kollektorlar da daxil olmaqla, təbii süni karbohidrogenli qazları, kondensat, sıxılmış karbohidrogenli və mayeləşdirilmiş qazları, digər sıxılmış karbohidrogenləri nəql edən magistral boru kəmərlərinin mühafizəsini təmin edir. 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların taya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geoloji-seysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən Dövlət Neft Şirkətinin yerli orqanları tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir. 2.13. Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. 2.27. Bu Qaydaların tələblərinin pozulmasında təqsirkar olan vəzifəli şəxslər və vətəndaşlar respublikanın qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunurlar. 5 nömrəli Əlavə. Dayaqlar üzərində çəkilmiş yerüstü qaz kəmərlərindən binalara və tikintilərə qədər olan horizontal üzrə:
Binalar və tikintilər Qazın təzyiqi, kqq/sm2 0,5-ə 0,05-dən 3-dən 6-dan qədər 3-ə qədər 6-ya 12-yə qədər qədər Yaşayış və ictimai binalar 2 5 5 — İşin müəyyən edilən hallarına əsasən cavabdeh tərəfindən «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq ünvan 2 ünvanında qanunsuz olaraq fərdi yaşayış evi və daş hasar inşa edilmiş (koordinatlar: 40.426663; 49.836198), İddiaçı balans və istismarında olan 325 mm diametrli, orta təzyiqli, Alatava QPS-indən ayrılan daşıyıcı yerüstü qaz xəttinin 08 p/metr hissəsi fərdi yaşayış evinin həyətinin daxilində qapalı şəraitə salınmışdır və bu zaman qanunvericiliklə müəyyən olunmuş qaydada boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına yazılı şəkildə icazə alınmamışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Əliabbas qızı tərəfindən ünvan 1 ünvanında (koordinatlar: 40.426663; 49.836198), İddiaçı balans və istismarında olan 325 mm diametrli, orta təzyiqli, Alatava QPS-indən ayrılan daşıyıcı yerüstü qaz xəttinin 08 p/metr hissəsini qapalı şəraitə salmaqla qaz xəttinin mühafizə zonasında özbaşına tikilmiş fərdi yaşayış evi və daş hasar cavabdehin vəsaiti hesabına əvəzi ödənilmədən sökülməli və qaz xəttinin mühafizə zonası bərpa edilərək əvvəlki vəziyyətə qaytarılmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100,40 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Habelə, 50 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh Əliabbas qızı tərəfindən ünvan 1 ünvanında (koordinatlar: 40.426663; 49.836198), İddiaçı balans və istismarında olan 325 mm diametrli, orta təzyiqli, Alatava QPS-indən ayrılan daşıyıcı yerüstü qaz xəttinin 08 p/metr hissəsini qapalı şəraitə salmaqla qaz xəttinin mühafizə zonasında özbaşına tikilmiş fərdi yaşayış evi və daş hasar cavabdehin vəsaiti hesabına əvəzi ödənilmədən sökülsün və qaz xəttinin mühafizə zonası bərpa edilərək əvvəlki vəziyyətə qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100,40 manat məbləğində pul Cavabdeh Əliabbas qızından tutularaq İddiaçı hesabına (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) köçürülsün. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat Cavabdeh Əliabbas qızından tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev