Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4042/2023 19.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X9 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdllü, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 62 ünvanda yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu, xx.xx.2005-ci il təvəllüdlü X10 uşaqlıqdan xəstədir, anadan gəlmə uşaq autizmi (Kanner sindromu), ağır kəmağıllılıq, ciddi nitq və davranış pozuntusu xəstəliyindən əziyyət çəkir. Qeyd olunmalıdır ki, X8 uşaq autizmi (Kanner sindromu), ağır kəmağıllılıq, ciddi nitq və davranış pozuntusu diaqnozu qoyulmuşdur və poliklinikada dispanser qeydiyyatındadır. 11 saylı uşaq Poliklinikası tərəfindən verilmiş arayışda X6 psixiatriya kabinetində qeydiyyatda olması qeyd edilmişdir. Həmçinin, 1/2758 saylı, xx.xx.2022-ci il tarixli 2 nömrəli X2 3220 nömrəli komissiya rəyində və Psixi Sağlamlıq Mərkəzinin 2706 saylı, xx.xx.2019 tarixli məktubunda da həmin diaqnozun qoyulması qeyd edilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən X8 1-ci qrup əlillik dərəcəsi verilmişdir. X10 öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanlarına malik deyildir. X10 öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəyinə malik deyil, hərəkətlərinin mənasını anlaya bilmir. Kənar şəxsin köməyi olmadan sərbəst qərarlar qəbul etmək imkanları yoxdur, əqli çatışmamazlıq nəticəsində öz hərəkətlərini idarə edə bilmir, danışıq qabiliyyəti yoxdur. X8 qəyyum təyin edilməsi barədə o, Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməyi bildirmişlər. X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. X1 şəkildə hüquqlarını həyata keçirmək qabiliyyətinə malik deyildir. X10 əmək qabiliyyətsizdir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur. X8 o baxır, qulluq edir, onunla birlikdə yaşayır, X6 fəaliyyət qabiliyyətsiz hesab edilməsi gələcəkdə onun X8 qəyyum edilməyi və onun hüquqlarının tərəfindən sərbəst şəkildə həyata keçirilməsi üçün vacibdir. X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 661758 nömrəli doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X6 atası X11, anası isə Ərizəçidır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 Həkim Psixiatr Komissiyasının 3220 nömrəli rəyindən görünür ki, X8 uşaq autizmi, kanner sindromu, ağır kəmağıllıq, qulluq və və müalicə tələb edən ciddi psixi və davranış pozuntusu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X8 uşaq autizmi (Kanner sindromu) F 84.0. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli tibbi arayışdan görünür ki, X8 uşaq autizmi, kanner sindromu, ağır kəmağıllıq, qulluq və və müalicə tələb edən ciddi psixi və davranış pozuntusu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X7 autizm nəticəsində yaranan ağır dərəcəli əqli gerilik, nitq və davranış pozuntuları ilə müəyyən edilir. xx.xx.2005-ci il təvəllüdlü X10 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. xx.xx.2005-ci il təvəllüdlü X10 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, X6 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmaması halları məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik ekspertizasının rəyi ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-4042/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4042/2023
19.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver