Məhkəmə qərarları › İş №2(001)-406/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-406/2024

30.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-406/2024 30.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5358/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Mülki iş xx.xx.2024-cü il tarixdə rəylə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-406/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Göstərilən tarixdə tərəflər məhkəmənin hazırlıq iclasında iştirak etməmiş, məhkəmə işin məhkəmə baxışına təyin edilməsini və məhkəmə baxış iclasının xx.xx.2024-cü il tarixə təyin edilməsini qərara almışdır. Tərəflərə qanunamüvafiq qaydada məhkəmə iclasının yeri və vaxtı ilə əlaqədar bildiriş göndərilmiş, həmçinin müvafiq məlumat iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Buna baxmayaraq, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında təəflər iştirak etməmiş, etməmələrinin səbəbləri barədə hər hansı üzrlü halı bildirməmişlər. Məhkəmə təkrarən iclası tərəflərin iştirakını təmin etmək məqsədilə təxirə salmış və növbəti məhkəmə baxışını xx.xx.2024-cü il tarixə təyin etmiş, qanunamüvafiq məlumatlandırma aparılmışdır. Qeyd olunan tarixdə də tərəflər təkrarən məhkəmə baxışında iştirak etməyərək, bunun hər hansı səbəbləini məhkəməyə nə əyani, nə də ki, elektron qaydada bildirməmişlər. Yuxarıda sadalanan hallara əsaslanaraq, məhkəmə belə hesab edir ki, mülki prosessual qanunvericiliyin ona verdiyi səlahiyyət çərçivəsində işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlməməsi səbəbindən hazırki mülki işin baxılmamış saxlanılması qanunamüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. 260.1-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (qəbz **********) iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim : Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar