Məhkəmə qərarları › İş №2(001)-4063/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4063/2023

09.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4063/2023 09.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X1rşı 1036,80 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı 1036,80 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi evi tərəflər arasında bağlanmış müqavilə əsasında uzun müddətdir cavabdeh tərəfindən qazla təmin edilir. Həmin müqaviləyə əsasən cavabdeh küçədə smart kart tipli qaz sayğacı quraşdırmış, iddiaçı qaz təchizatı üçün xidmət haqqını smart kart vasitəsilə ödəmişdir. 2022-ci ilin iyul ayında özünü cavabdehin əməkdaşları kimi təqdim edən şəxslər iddiaçının istifadəsində olan smart kart tipli qaz sayğacını iddiaçıya məlum olmayan səbəbdən çıxararaq mexaniki sayğacla əvəz etmişlər. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. İddiaçı bir müddət normal şəkildə istifadə etdiyi qaza görə ödənişləri etsə də, 2022-ci ilin sentyabr ayında iddiaçıya xx.xx.2022-ci il tarixdə çıxarılmış qaz sayğacının laborotoriyada yoxlanıldıqdan sonra G-4 markalı, 1002AQ**********2 nömrəli sayğacda alarm-1 rejiminin, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plombunun yuvasının ətrafında zədələrin aşkar olunması nəticəsində ona 1036 manat dəymiş ziyanın hesablanması, bu barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilməsi məlum olmuşdur. İddiaçının küçədə quraşdırılmış qaz sayğacının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliyi olmadığından, küçədə quraşdırılan sayğacı iddiaçının 24 saat mühafizə etmək imkanı olmadığından, qaz sayğaclarının yerləşdirdiyi plastik qutunu istənilən şəxs rahat çıxara bildiyindən, qutu universal açarla açıldığından, qaz sayğacının plombunda hər hansı zədə olsaydı sayğacı çıxaran şəxs ilkin vizual yoxlamada bunu adi gözlə aşkar edə bildiyindən, 2022-ci ilin iyul ayında çıxarılan sayğacda sentyabr ayında, yəni 2 ay sonra zədənin aşkar edilməsi plombun zədələnməsi faktının uydurma olmasına kifayət qədər əsaslı şübhələr yaratdığından, cavabdehin hesabladığı maddi ziyan qanunsuz olduğundan iddiaçının abonent hesabına yazılan 1036,80 manat borc silinməlidir. Ona görə də İddiaçı abonent hesabına yazılmış 1036,80 manat borcun silinməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X3 iddia ərizəsinə qarşı məhkəməyə təqdim etdiyi etirazından müəyyən olunur ki, itifadəsində olan sayğaca müdaxilə etməklə təbii qazın hesablanmasının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağı olmadığından iddiaçının maddi ziyana görə hesablanmış 1036,80 manatın silinməsinə dair iddia ərizəsinin təmin edilməməsi xahiş olunur. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh X3 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh X3 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 127. İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İİİ. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. X5 Birliyi ilə istehlakçı İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli № AKX- 00038xx/xx-2018 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqavilənin surətindən müəyyən olur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ünvanı üzrə keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. X3 əməkdaşları tərəfindən tərtib olunan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu barədə xx.xx.2022-ci il tarixli ******* saylı aktdan müəyyən olunur ki, İddiaçı istifadəsində olan 1002AQ**********2 zavod nömrəli sayğac yenisi ilə əvəz edilmişdir. X3 əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı adına tərtib olunan xx.xx.2022-ci il tarixli ******* №-li aktın surətindən müəyyən olunur ki, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ünvanında istifadə olunan qaz sayğacına ümumi baxış keçirilmiş, AKT MSK 29/1710-02938-1 saylı rəyə əsasən sayğaca baxış keçirilmiş sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metralogiya plombunun yuvasının ətrafının zədələnməsi aşkar edilərək dəymiş ziyanın hesablanması qərara alınmışdır. X3 əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən müəyyən olunur ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2022ci il tarixli 29/1710-02938-1 №-li aktına əsasən İddiaçı istifadəsində olan G-4 markalı 1002AQ**********2 №-li sayğada alarm-1 rejimi aşkar edilmiş, sayğacın yeni sayğacla əvəz ediməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 8640 m3 müəyyən edilmişdir. Azəriqaz İB tərəfindən istehlakçı İddiaçı adına tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, istehlakçının aktlar üzrə borcu 1036,80 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən, onun barəsində xx.xx.2022-ci il tarixli 29/1710-02938-1 №-li akt tərtib edərək həmin akta əsasən fiziki şəxs olan istehlakçıya qaz sərfiyyatına görə 1036,80 manat ziyan hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçı barədə xx.xx.2022-ci il tarixli 29/1710-02938-1 №-li akt tərtib etməklə həmin akta əsasən istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 1036,8 manat ziyan hesablamışdır. Ona görə də məhkəmə istehlakçının iddia ərizəsini əsaslı hesab edib təmin edir. Məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. X3 İddiaçı maddi ziyana görə tələb etdiyi 1036,8 manat silinsin. X2 dövlət rüsumuna görə 30,37 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar